Məhkəmə qərarları › İş №2(102)-800/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-800/2025

11.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-800/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözləri: ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddia çı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-664/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpaq islahatı əlaqədar X9, X3, İddiaçı 0,2 ha həyətyanı, 0,73 ha kənd təsərrüfatı tə yinatlı torpaq sahəsi verilmişdir. İddiaçının X5 9 mart 2008-ci ildə, anası X6 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür.

2. İddiaçı mərhum valideynləri X9 və X3 çatacaq hissələrdən hər birindən ona 1/2 hissədə miras verilməsinə dair 2V605, 2V-606, 2V-607, 2V-608 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır.

3. İddiaçının adına Balakən rayonu, Qazma kəndində yerləşən ümumi sahəsi 313 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsinin 4/6 hissəsinə **********33 reyestr nömrəli, ********** qey diyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv metr olan fərdi yaşayış evindən və 0,1996 ha olan həyətyanı torpaq sahəsindən 4/6 hissə payının, 0,4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən və fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə və fərdi yaşayış evindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı nümayəndəsi - vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə verərək İddiaçı ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən 0,1996 ha və 0,4061 ha torpaq sahələrindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. X5, anası X6 olmuşdur. Atası, anası və o, eyni təsərrüfatda qeydiyyatda olmuşlar. Ona görə də kənddə torpaq islahatı aparılarkən o, valideynlərinin təsərrüfatında qeydiyyatda olmaqla yaşadığından həyətyanı və pay torpaq sahələrində onlarla eyni təsərrüfatda onun payı da göstərilmişdir. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 8 may 1998-ci il tarixli 6 nömrəli qərarı ilə X9, X3, İddiaçı 0,2 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 824A Kod 40103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Eyni zamanda Balakən rayon Aqrar İslahat komissiyasının 8 may 1998-ci il tarixli 6 nömrəli qərarı ilə X9, X3, İddiaçı 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə də JN 824 Kod 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 0,73 ha torpaq sahəsinin 0,47 ha hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0,26 ha hissəsi isə başqa ərazidən verilmişdir. X5 9 mart 2008-ci ildə, anası X6 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. 2005-ci ildə ona və ailə üzvlərinə məxsus 0,2 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 313 kv metrdən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Anasının ölümündən sonra mərhum qardaşının arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 onu evdən və torpaq sahəsindən çıxartmışlar. Hazırda məcbur olub başqa yerlərdə qalır. Valideynlərinin ölümündən sonra Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edərək onlardan qalmış miras payının qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Balakən Regional “Asan xidmət” mərkəzində notariat ofisinin ƏMDK-nin yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X9 və X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən, ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X9 və X3 verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsinin mərhumlara çatacaq hissələrindən hər birindən 1/2 hissədə irs verilməsinə dair 2V-605, 2V-606, 2V-607, 2V-608 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra 22 may 2023cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 313 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 23 may 2023-cü il tarixdə isə ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmağını istəyir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 313 kv metr olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsinin 4/6 hissəsindən və ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsinin 4/6 hissəsindən istifadə etməyə imkan vermirlər.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2023-cü il tarixdə verilmiş 316-16/2-10/6078 nömrəli ekspert rəyinə görə tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində mübahisə predmeti olan fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinə bitişik kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki texniki göstəricilərinin hüquq müəyyənedici sənədlərlə qeyd olunan texniki göstəricilərə uyğun olduğu müəyyən olunur. Balakən rayonu, Qazma kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 4/6 hissənin naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89 və 1.1,2.2,2.4 bəndlərində və Məhkəmə Tikinti-X7 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı, mübahisə predmeti olan 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə iddiaçıya məxsus 4/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir.

8. Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-59/2024 nömrəli qətnaməsi ilə (hakim-Hümbət Səlimov) iddia qismən təmin olunmuş, İddiaçı, X10 v ə X1 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 4/6 hissə payı naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılması, İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, iddiaçının həmin torpaq sahəsinə sahib olmasına, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, torpaq–kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənmiş 95 manatın 47,50 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi, qalan hissəsinin İddiaç ı özünə aid edilməsi, 50 manat ekspertiza xərcinin 25 manatının Cavabdeh1 və Cavabdeh2, 25 manatının isə İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən müəyyən etmişdir ki, ümumi paylı mülkiyyətdə olan 0,1996 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 4/6 hissə payının naturada ayrılmasının mümkün olmaması, 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə onun 4/6 hissə payının naturada ayrılması mümkün olması nəzərə alınmaqla iddia qismən təmin olunmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 231.1 və 239.2-ci, Torpaq Məcəlləsinin 82 və 84 -cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində-ümumi paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsinə bitişik olan 0,40 61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 4/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun yaşayış evi və onun altının sahəsinin cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1996 ha torpaq sahəsindən iddiaçının payının ayrılması, göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirə və həmin qaydada bölgü aparılmasını nəzərdən keçirə bilər. Belə olan halda isə 0,1996 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünü mümkünsüz edən əsasların qanuni və əsaslı olması aydınlaşdırılmaqla mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

13. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 4/6 hissə payın naturada ayrıldığı Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən 0,4061 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaq sahəsi faktiki olaraq cavabdehlər tərəfindən bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün istifadə edilir. İş materiallarında olan DƏDKR Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən də göründüyü kimi, mübahisə predmeti olan 0,4061 ha torpaq sahəsində cavabdehlər tərəfindən 3 qeyri-yaşayış tikilisi, mal damları inşa edilmişdir ki, cavabdehlər orada mal-qara saxlamaqla, digər hissə də isə əkinbiçin işləri aparmaqla öz dolanışıqlarını təmin edirlər və onların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, mübahisə predmeti olan 0,4061 ha torpaq sahəsi naturada ayrılarkən yalnız ayrılmanın texniki cəhətdən mümkünlüyünə qiymət verilmiş, istər məhkəmə, istərsə də ekspert tərəfindən torpaq sahəsinin bölünən və ya bölünməz olunması məsələsi araşdırılmamış, torpaq sahəsindən təyinatı üzrə istifadənin mümkünlüyünə qiymət verilməyərək birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Resublikası Torpaq Məcəlləsinin sadalanan normalarının tələbləri pozulmuşdur.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin M ehdiyev) 12 iyun 2024-cü il tarixli, 2(107)-664/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamasi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli Çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyət üzrə İddiaçı, X2 və X8 mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evində iddiaçının mülkiyyət payı vardır. Həmçinin, cavabdehlərin apellyasiya şikayətindən görünmüşdür ki, onlar mübahisəli əmlakların bölünməsinə razı olmamaqla, iddianın rədd edilmiş hissəsi ilə razılaşmış, təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişlər. Bu da onu göstərir ki, cavabdehlər iddiaçının apellyasiya şikayətində göstərdiyi qaydaya - fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehlərə verilməklə, həyətyanı torpaq sahəsinin bölünməsi qaydasına razı deyillər.

17. Məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bölündükdə belə, cavabdehlərə düşən hissə kənd təsərrüfatı təyinatı ilə istifadə olunma imkanını itirmir. Cavabdehlər də bunun əksini təsdiq edəcək hər hansı dəlil təqdim etməmişlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikililərlə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan mütəxəssis rəyindən həqiqətən də həmin torpaq sahəsində qeyri-yaşayış tikililərinin mövcud o lması təsdiq olunur. Hazırkı halda, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikililərin Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olubolmadığının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi, o cümlədən həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iş materialları ilə təsdiq edilməməklə həmin tikililər özbaşına tikililərdir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi y ükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməyən hissəsindəümumi paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəs ində əlavə araşdırılması aparılması üçün işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamış, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, iş üçün əhəmiyyətli olduğundan qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa və tərəflərin izahatlarına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həyətyanı torpaq sahəsi, o cümlədən yaşayış evi və tikililər cavabdehlərin sahibliyində və ist ifadəsindədir. İddia tələbi ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv metr olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının və ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılmasından ibarətdir. Ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsinə bitişik olan 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 4/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun yaşayış evi və onun altının sahəsinin cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1996 ha torpaq sahəsindən iddiaçının payının ayrılması, göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ek spertiza keçirə və həmin qaydada bölgü aparılmasını nəzərdən keçirə bilər. Belə olan halda isə 0,1996 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünü mümkünsüz edən əsasların qanuni və əsaslı olması aydınlaşdırılmaqla mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Eyni zamanda mübahisə predmeti olan 0,1996 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə payın naturada bölgü variantını məhkəməyə təqdim edirək əlavə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan 0,1996 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi yerləşir, həmin fərdi yaşayış evində cavabdehlər yaşayır. Mübahisə predmeti olan 0,1996 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə payı-0.133 ha təşkil edir. Fərdi yaşayış evi və onun al tının sahəsinin cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1996 ha torpaq sahəsindən iddiaçının 4/6 hissə payının, yəni 0.133 ha torpaq sahəsinin ayrılması hazırda təqdim etdiyim bölgü variantına əsasən texniki cəhətdən mümkündür. Bu vəziyyətdə məhkəmə iddia tələbinə uyğun fərdi yaşayış evi və onun altının sahəsinin cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1996 ha torpaq sahəsindən iddiaçının 4/6 hissə payının, yəni 0.133 ha torpaq sahəsinin ayrılması, həmin qaydada bölgü aparılmasını nəzərdən keçirməklə göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirməklə işin həlli üçün qanuni və əsaslı hüquqi nəticəyə gələ bilər. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq vəsatəti rədd etməklə yanaşı onu əsaslandırmamışdır. Belə olan halda isə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsu z qətnamə qəbul edilmişdir. Ekspert rəyi tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün müəyyən etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmənin istinad etdiyi sübut vasitələrindən biridir. İddiaçı hesab etmişdir ki, Ş əki Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Lakin kassasiya şikayəti icraata qəbul olunandan sonra cavabdehlərin vəkili və nümayəndəsinin tərəflərin öz aralarında barışması, 0,19 həyətyanı torpaq sahəsinin və həmin sahədə yerləşən yaşayış evinin öz aralarında naturada bölgüsünün aparılması barədə ərizəsi daxil olmuş, ərizəyə yaşayış evinin və 0,19 ha torpaq sahəsinin 0,1646 ha hissəsinin cavabbeh Cavabdeh1 mülkiyyətində olmasına dair dövlət reyestrindən çıxarış və texniki sənəd əlavə edilmişdir. Ərizədə kassasiya şikayəti icraata qəbul olunan zaman həmin halların nəzərə alınması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəs i və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

27. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində ol an torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

28. Maddə

82. Torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

29. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən- iddia tələbinin təmin edilməyən hissəsində - ümumi paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiy mətləndirməyə zərurət görmür.

41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Cavabdehlərin vəkili və nümayənldəsinin iş üzrə tərəflərin öz aralarında barışması, mübahisənin predmeti olan 0,19 həyətyanı torpaq sahəsinin və həmin sahədə yerləşən yaşayış evinin öz aralarında naturada bölgüsünün aparılması barədə ərizəsi və ərizəyə əlavə olunmuş mübahisənin predmeti olan yaşayış evinin və 0,19 ha torpaq sahəsinin 0,1646 ha hissəsinin cavabbeh Cavabdeh1 mülkiyyətində olmasına dair dövlət reyestrindən çıxarış və texniki sənədlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər apellyasiya məhkəməsinin məhkəmə baxışının predmeti olmadığına görə hazırkı işə kassasiya qaydasında baxılma sında əhəmiyyət kəsb etmir, məhkəmə kollegiyası həmin sənədləri nəzərə almır.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-664/2024 nömrəli iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar