Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-801/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X3 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)-11104/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 102.000 AZN maddi ziyan, 30 AZN dövlət rüsumu, 100.000 AZN mənəvi ziyan olmaqla ümumilikdə 202.030 AZN məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində Azərbaycanın görkəmli sərkərdəsi Babəkin heykəlinin ucaldılması ilə bağlı dövlət başçısı tərəfindən 2011-ci ildə sərəncam imzalanmış və bunun üçün Dövlət Neft Şirkətinə pul ayrılmışdır, icraçı kimi isə cavabdeh heykəltəraş Cavabdeh cəlb edilmişdir, ilkin mərhələ olaraq cavabdeh tərəfindən həmin heykəlin 2 metr hündürlükdə modeli hazırlanmışdır. Cavabdeh heykəlin yenidən hazırlanması üçün ona müraciət etdi və ona inşaat materialları verəcəyini, iş bitdikdən sonra isə 60000 USD zəhmət haqqı ödəyəcəyini bildirdi. Ca vabdeh onun heykəltəraşlıq məktəbində müəllimi olduğundan, o, ona inandı və razılaşdı, ilkin olaraq cavabdeh ona 5000 AZN inşaat materialı almaq üçün pul vermişdir. O da öz növbəsində Salam Adil küçəsi 5-də yerləşən Rəssamlar ittifaqına aid sexdə 10 nəfər əlavə işçi heyəti cəlb edərək işə başladı. Lakin cavabdeh söz verdiyi kimi inşaat materialı ilə onu tam təmin etmədi. O, məcbur qalıb həm materialın alınmasını, həm də işçilərin zəhmət haqlarını öz vəsaiti hesabına təmin etmişdir. Bu iş üçün, o, 30000 USD xərc çəkdi. Cavabdeh isə sonda bütün məbləği ödəyəcəyini bildirirdi və həmin iş gedən 6 ay müddətdə daimi gəlib işin gedişatına nəzarət edirdi. O, 2015-ci ilin may ayında 10 metr hündürlükdə heykəli hazırladı. Sonra isə Cavabdeh və Dövlət Neft Şirkətinin nümayəndəsi onun əl işinə baxaraq bəyəndilər. Bundan sonra müəllif kimi Cavabdeh tamamlama işləri aparmalı idi. Həmin vaxt cavabdeh ona bildirdi ki, onun əvəzinə həmin tamamlama işlərini də o icra etmişdir. İddiaçı da gördüyü işlərin və çəkdiyi xərcin əvəzini verməyi tələb etdi və daha sonra müəllif işlərinə başlayacağını bildirdi. Həmin vaxtdan 2018-ci ilin sonunadək işin icraatı dayandı. 2019-cu ilin yanvar ayında onun hesabına 10 000 AZN köçürüldü. O, bu məbləğin az olduğunu bildirdi. Cavabdeh isə ona müəllif işlərini tamamlamağını xahiş etdi və bir ay ərzində bütün pulun ona ödəniləcəyini bildirdi. O, isə ona inanıb işi yekunlaşdırdı. 2019-cu ilin fevral ayında yenidən onun hesabına 10 000 AZN köçürüldü. O, yenə də bu məbləğə etirazını bildirdi. Buna baxmayaraq cavabdeh onun pulunu verməkdən yayındı və görülmüş işin k eyfiyyətsiz olması barədə akt tərtib etdirərək heykəli sökdürməyə başladı. Dəfələrlə pulunu tələb etsə də nəticə olmadı. 05.04.2019-cu il tarixdə o cavabdehin bu əməlləri barədə Nəsimi RPİ-nin 20-ci PBnə şikayət etdi. Həmin şikayətə baxılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Günay Axundova) 2(004)-3630/2019 saylı 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) 22 avqust 2019-cu il tarixli 2(103)-11104/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3630/2019 saylı 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)-11104/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə düzgün araşdırma aparılmayaraq ədalətsiz qətnamə qəbul edilmiş, Mülki Məcəllənin 21, 752, 753, 442, 447 və 1096-cı maddələrinin tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Ca vabdeh və vəkili X3 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin verdiyi izahatları və işdə olan sübutlarla müəyyən etmişdir ki: “xxxx” MMC ilə X4 arasında bağlanmış 12.12.2018-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı Bakı şəhəri Babək prospektində görkəmli Azərbaycan sərkərdəsi Babəkin bürüncdən abidəsinin gil və gipsdən hazırlanması işlərinin yerinə yetirməyi öhdəsinə götürmüşdür. 14.01.2019-cu il və 12.02.2019-cu il tarixlərdə “xxxx” MMC tərəfindən İddiaçı cəmi 20000 manat məbləğində ödəniş edilmişdir. 04 mart 2019-cu il tarixdə Rəssamlar İttifaqının Heykəltəraşlıq sədri Azərbaycanın Xalq rəssamı X1, Azərbaycanın Xalq rəssamı X2 və Azərbaycanın əməkdar rəssamı X3 işin təhviltəslim aktını tərtib edərək İddiaçı keyfiyyətsiz, yararsız işlədiyi üçün, işin sökülüb və yenidən böyüdülməsini qərara almışlar. Babəkin abidəsinin hazırlanması ilə əlaqədar İddiaçı cavabdeh tərəfindən 5000 manat, “xxxx” MMC tərəfindən 20.000 manat olmaqla. Cəmi 25000 manat ödəniş olunmuşdur. İddiaçı tərəfindən hazırlanan iş qüsurlu hesab edilərək sökülmüşdür. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Görülən iş Cavabdeh üçün heç bir dəyər kəsb etmədiyindən, İddiaçı Cavabdeh maddi zərərin ödənilməsini tələb etmək hüququ yoxdur. Həmçinin iddiaçı tərəfindən verilmiş iddia tələbində cavabdehin təqsirli hərəkətlərinin olması ilə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, iddia tələbinin iddiaçıya vurulmuş 100000 manat mənəvi ziyanın tutulması hissəsi də haqlı olaraq təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 759.2.-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulm asın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir h üquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyət i və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, i şin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-4 17, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)11104/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-801/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-801/2020
10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver