Məhkəmə qərarları › İş №2(102)-8023/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8023/2019

26.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8023/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “İddiaçı İKB” ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)5957/2019 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” xxxx MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin (hakim R.Səmədov) 01.02.2019-cu il tarixli, 2(006)-1223/2019 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı İKB” ASC-nin cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat olmaqla, cəmi 53521 manat pul vəsaitinin tutularaq iddiaçı “İddiaçı İKB” ASC-yə qaytarılması vəzifəsinin Nəsimi rayon icra və Probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 04.06.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnaməsi ilə cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli, 2(006)-1223/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” xxxx MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “İddiaçı İKB” ASC-nin cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əsassız silinmiş pul vəsaitinin və icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə qanuns uz olaraq iddiaçının hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişinin və 50021 manat pul vəsaitinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” xxxx MMC-nin vəkili Hümbətov Pərviz Şakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilat cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə və “xxxx” xxxx MMC-yə heç bir xəbərdarlıq etmədən, hesabdan pul vəsaitini sildiyindən Azərbaycan respublikası Ali Məhkəməsinin icra sənədi icrasız qalmaqla mübahisəli məhkəmə qətnaməsi üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq “xxxx” xxxx MMC-nin mənafeyi kobud şəkildə pozulmuşdur. İşə baxan məhkəmə instansiyaları iddiaçının bu qanunsuz hərəkətlərinə göz yummaqla heç bir obyektiv araşdırma aparmamışdır. Borclu “İddiaçı İKB” ASC tərəfindən 50020 manat pul vəsaitinin tələbkar olan hazırki 3-cü şəxs tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sənəd hazırki iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işə baxan məhkəmələr bu istiqamətdə araşdırma aparmadan icra sənədinin icra edilməsi qənaətinə gəlmişlər. İddiaçı hazırki mülki iş üzrə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” xxxx MMC-nin vəkili Hümbətov Pərviz Şakir oğlu və cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı İKB” ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 04.06.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işin hallarına əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədi ilə cavabdeh "İddiaçı" İKB Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-67/2017 saylı iş üzrə 09 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçı Naiqin Ko “xxxx” MMC-nin xeyrinə cavabdeh "İddiaçı" İ KB-dən işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulması qərara alınmışdır. 27.09.2017-ci il tarixli, 279740 saylı qərarı ilə Cavabdeh böyük icra məmuru Azər Heydərov tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 27.09.2017-ci il tarixli, 17/70 279740/14 saylı bildiriş ilə borclu "İddiaçı" İKB Açıq Səhmdar Cəmiyyətinə icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. 11.10.2017-ci il tarixli, 2629 saylı ödəniş tapşırığı ilə "İddiaçı" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naiqin Ko “xxxx” MMC-nin hesabına 50.020 manat pul köçürülmüşdür. 20.10.2017-ci il tarixli, 71 saylı ödəniş tapşır ığı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədi üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən Naiqin Ko “xxxx” MMC-nin hesabına 50.020 manat pul köçürülmüşdür. Cavabdeh 18.10.2017-ci il tarixli 14/2017 qərarı ilə İddiaçı” İKB ASC-dən 50.020 manat məbləğində borcun 7%-i, yəni 3501 manat pul vəsaitinin tutulması qərara alınmışdır. "İddiaçı" İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə ünvanladığı 11.10.2018-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədinə əsasən borclu "İddiaçı" İKB ASC-dən tələbkar Naiqin Ko “xxxx” MMC-nin xeyrinə 50.000 manat və 20 manat dövlət rüsumunun ödənilməsinə dair icra sənədi 03.10.2017-ci il tarixində "İddiaçı " İKB ASC-yə daxil olmuş və tam olaraq icra edilmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən qüvvədə saxlayarkən qənaətini onunla əsaslandırmışdır ki, Göründüyü kimi borclu icra sənədinin könüllü icrası üçün nəzərdə tutulmuş müddət ərzində icra sənədini tam icra etmişdir. Buna baxmayaraq, 20.10.2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı ilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 50.020 manat məbləğində pul vəsaiti "İddiaçı" İKBdən tutularaq “X1 Baltiya” MMC-nin hesabına ödənilmiş və tələb könüllü icra müddəti dövründə borclu tərəfindən tam icra edilmədiyindən icra sənədində göstərilmiş məbləğin 7% icra ödənişi kimi tutulmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tələb könüllü icra müddəti dövründə borclu tərəfindən tam olaraq icra edildiyindən və bu barədə İcra şöbəsinə rəsmi olaraq məktubla məlumat verildiyindən yenidən icra sənədində göstərilmiş məbləğin və ona əlavə olaraq 7% icra ödənişinin borclu Bankın hesabından silinməsi qanunaziddir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna t əqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş ma nat miqdarında icra ödənişi alınır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki kassasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya araşdirması zamanı da müəyyən edilmişdir ki, 11.10.2017-ci il tarixli, 2629 saylı ödəniş tapşırığı ilə "İddiaçı" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naiqin Ko “xxxx” MMC-nin hesabına 50.020 manat pul köçürülmüş, Cavabdeh 18.10.2017-ci il tarixli 14/2017 qərarı ilə İddiaçı” İKB ASC-dən 50.020 manat məbləğində borcun 7%-i, yəni 3501 manat pul vəsaitinin tutulması qərara alınmış və 20.10.2017-ci il tarixli, 71 saylı ödəniş tapşırığı ilə Azərbaycan Respublikası Ali Mə hkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədi üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən Naiqin Ko “xxxx” MMC-nin hesabına 50.020 manat pul köçürülmüşdür. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” xxxx MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar