Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8025/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı hüquq varisi X1 vəkili V1oğlunun və Cavabdeh1 vəkili Salehzadə Ümman Tofiq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)4664/2019 nömrəli qətnaməsindən İddiaçı hüquq varisi X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəm əsinin (hakim E.Nuriyev) 06.10.2017-ci il tarixli, 2(007)-3199/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak X4mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” QSC cəlb edilməklə) “Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququna dair 04.09.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair 23.06.2005-ci il tarixli, JN-22299D saylı şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 15. 05.2019-cu il tarixli, 2(103)-4664/2019 nömrəli qətnaməsi ilə İddiaçı hüquq varisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli, 2(007)-3199/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı hüquq varisi X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak X4mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” QSC cəlb edilməklə) “Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququna dair 04.09.20 13-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak X4mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 04.09.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak X4mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 04.09.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və 23.06.2005-ci il tarixli, JN-22299D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhad ətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı hüquq varisi X2 və vəkili V1oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində mütəxəssis rəyi alınması, Cavabdeh1 tərəfindən təqdim olunan hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsi ilə mərhum İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatlarının üstüstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə ekspertizanın keçirilməsi, torpaq sahəsinə məhkəmə tərəfindən yerində baxış keçirilməsinə dair dəfələrlə vəsatət verilsə də, vəsatətlər təmin edilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən, onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)-4664/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı hüquq varisi X2, Cavabdeh1, AR ƏMDK yanın da DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxx x” QSC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquq varisi X1 vəkili V1oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)-4664/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416- cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, keçmiş Əzizbəyov rayon İcra hakimiyyəti başçısının 30 dekabr 1999cu il tarixli 2013 №-li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsinin B-721 №-li ünvanında Cavabdeh1 0,12 hektar torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olmaqla xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak X4mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və 04 sentyabr 2013-cü il tarixli ******* №-li çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair 23 iyun 2005-ci il tarixli JN-22299D №-li şəhadətnamənin verilməsi, adı çəkilən fərdi yaşayış evinin tikintisi üçün ayrılan 0,12 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrında 28 avqust 2013-cü il tarixli **********69 reyestr nömrəsi ilə uçota alınması zamanı qanun pozuntusuna yol verilməsi, torpaq sahəsinin ayrılması və orada tikinti işlərinin aparılması dövlət şəhərsalma norma və qaydalarına zidd olması, həmçinin iddiaçının və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozması, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratması sübuta yetirilməmiş, eyni zamanda cavabdehə ayrılmış həmin torpaq sahəsinin «Azərbaycan Dəmir Yolları» qapalı səhmdar cəmiyyətinin balansında və mühafizə zolağında olması, həmçinin bağ və bostan bitkilərinin əkilməsi üçün həmin ərazidə iddiaçıya ayrılmış 12,5 sot torpaq sahəsi ilə üst-üstə düşməsi öz təsdiqini tapmamış, həmçinin iddiaçı istinad etdiyi halları təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslə rə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci və 2-ci maddələrinə uyğun olaraq, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericilik lə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə müvafiq olaraq, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydas ında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Şəhərsalmanın Əsasları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulur ki, dövlət şəhərsalma norma və qaydaları şəhərsalma fəaliyyətini tənzimləmə vasitəsi olmaqla, şəhərsalma sənədlərinin hazırlanmasını və həy ata keçirilməsini müəyyənləşdirən təbii-iqlim milli ənənələri və yerli xüsusiyyətləri, ekoloji, geoloji, hidrogeoloji, seysmik, demoqrafik şəraiti, sosial, mədəni-məişət obyektlərinə olan tələbatı, əlillərin ehtiyacını, su, kanalizasiya və enerji təchizatını, sanitariya-gigiyena, yanğına qarşı və digər mütləq tələbləri ifadə edən kəmiyyət və keyfiyyət göstəriciləri kompleksindən ibarətdir. Dövlət şəhərsalma norma və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul edilir, dəyişdirilir və ya ləğv edilir. Şəhərsalma fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər dövlət şəhərsalma norma və qaydalarına əməl etməlidirlər. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırki işdə cavabdehə ayrılmış torpaq sahəsinin «Azərbaycan Dəmir Yolları» qapalı səhmdar cəmiyyətinin balansında və mühafizə zolağında olması, həmçinin bağ və bostan bitkilərinin əkilməsi üçün həmin ərazi ilə iddiaçıya ayrılmış 12,5 sot torpaq sahəsinin üst-üstə düşməsi halları öz təsdiqini tapmamış, həmçinin iddiaçının istinad etdiyi halları təsdiq edə bilən sübutlar nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının hüquqi varisi İftixar Quliyevin mübahisələndirdikləri torpaq sahəsinin Cavabdeh1 məhkəməyə təqdim etdiyi hüquqmüəyyənedici sənədlərində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması barədə vəsatəti məhkəmə kollegiyası tərəfindən iddiaçıya ayrılması iddia edilən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyə nedici sənədin (o cümlədən ayrıc aktı və torpağın cizgisi) məhkəməyə təqdim edilməməsi və buna görə də belə rəyin alınmasının mümkünsüzlüyü səbəbindən təmin edilməmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı və onun hüquqi varisi İftixar Quliyev tərəfindən hazırki iş üzrə mübahisələndirilən reyestrdən çıxarış və şahadətnamənin verilməsi üçün əsas olmuş sənəd- Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2013 saylı sərəncamı mübahisələndirilmədiyi halda, ********** saylı 04.09.2013-cü il tarixli reyestrdən çıxarışın ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-22299D saylı 23.06.2005-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunması barədə tələbinin təmin olunması mümkünsüzdür. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi nin qənaəti ilə razılaşaraq kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçının hüquq varisinin “həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində mütəxəssis rəyi alınması, Cavabdeh1 tərəfindən təqdim olunan hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsi ilə mərhum İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə ekspertizanın keçirilməsi, torpaq sahəsinə məhkəmə tərəfindən yerində baxış keçirilməsinə dair dəfələrlə vəsatət verilsə də, vəsatətlər təmin edilməmişdir” dəlili apellyasiya şikayətinin dəlili olduğu zaman apellyasiya kollegiyası həmin dəlillə bağlı qeyd etmişdir ki, iddiaçı nın hüquqi varisi İftixar Quliyevin mübahisələndirdikləri torpaq sahəsinin Cavabdeh1 məhkəməyə təqdim etdiyi hüquqmüəyyənedici sənədlərində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması barədə vəsatəti məhkəmə kollegiyası tərəfindən iddiaçıya ayrılması iddia edilən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin (o cümlədən ayrıc aktı və torpağın cizgisi) məhkəməyə təqdim edilməməsi və buna görə də belə rəyin alınmasının mümkünsüzlüyü səbəbindən təmin edilməmişdir. Göründüyü kimi, kassasiya şikayəti yalnız formal əsaslarla əsaslandırılmağa çalışılmışdır. Kassasiya yoxlaması zamanı isə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq no rmasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hüquq varisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)-4664/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8025/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8025/2019
24.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver