Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-807/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı XXXqızı Cavabdeh: Cavabdeh İddia tələbi: qızıl-zinət əşyalarının qaytarılması Açar sözlər: sübutetmə yükü 10.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi və vəkili Vəkil, İddiaçı və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və sonuncu ünvan 1 ünvanda yerləşən mənzilə cehiz əşyalarını gətirməklə gəlin köçmüşdür. Tərəflər arasındakı ailə münasibətləri 2018-ci ildən pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat xx xxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə, sonradan isə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 manat dəyərində qızıl dəsti və 2600 manat dəyərində nişan üzüyünün alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2752/2020 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhməd ov) iddia təmin edilmiş, 3400 manat dəyərində qızıl dəsti və 2600 manat dəyərində nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya qaytarılması, həmin əşyalar naturada mövcud olmadıqda isə, ümumilikdə 6000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində göstərilmiş nişan üzüyü və boyunbağı, kulon, bilərzik, sırğadan ibarət olan dəstin həqiqətən də toy mərasimində iddiaçıya hədiyyə verilməsi iddiaçının izahatında, şahid ifadələrində və eyni zamanda fotoşəkillərdə öz təsdiqini tapır. Cavabdeh də, öz izahatında boyunbağı, kulon, bilərzik, sırğadan ibarət olan dəstin anası tərəfindən başqa bir adamdan borc alındığını və borcunu verə bilmədiyindən dəsti həmin adama borc əvəzi verdiyini bildirməklə həmin komplektin iddiaçıda olmadığını etiraf etmişdir. Bu isə iddia tələbində həmin hissədə iddiaçının haqlı olduğunu göstərir. İddianın nişan üzüyü tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatından, şahid ifadəsindən və cavabdehin izahatından iddiaçıya nişan mərasimində nişan üzüyünün verilməsi təsdiq olunur, lakin cavabdeh həmin üzüyün iddiaçı tərəfindən özü ilə evlərinə aparmasını bildirərək iddianı rədd edir. Bunula bərabər, hər iki tərəfin izahatından görünür ki, cavabdeh iddiaçını atası evinə müvəqqəti olaraq aparmışdır. Məhkəmə evindən müvəqqəti gedən iddiaçının qızıl zinət əşyalarını özü ilə aparmasını inandırıcı hesab etməyərək belə qənaətə gəlmişdir ki, iddianın nişan üzüyü tələbi hissəsində də iddiası əsaslıdır və təmin edilməlidir. A pellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddianın rədd edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının özünə məxsus qızıl-zinət əşyalarını götürməklə evi tərk etdiyi halda, yenidən məhkəmə qaydasında tələb etməsi əsaslı hesab edilə bilməz. Bununla yanaşı, "xxxx" MMC-nin qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə rəyi də iddiaçıya məxsus qızıl-zinət əşyalarının real dəyərlərini əks etdirmir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-355/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev, G.F.Tağızadə, L.M.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən bir ədəd 585 əyarlı, cəmi dəyəri 1000 manat məbləğində dəst və 585 əyarlı, dəyəri 750 manat olan qolbaq, dəyəri 1000 manat olan nişan üzüyü və ya onların dəyərinin alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən toy mərasimi zamanı iddiaçıya bir ədəd qızıl dəsti və bir ədəd nişan üzüyünün hədiyyə olunması işin mübahisəsiz halıdır. Cavabdeh izahatında göstərmişdir ki, dəstin qiyməti 1000 manat, nişan üzüyünün qiyməti isə 350 manat olmuşdur. 1 ədəd boyunbağı isə toy mərasimindən sonra zərgərə qaytarılmış dır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının qiymətinin iddiaçının göstərdiyi dəyərdə olması iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi işin tədqiq edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən əşyaların modeli və dəyəri bir ədəd 585 əyarlı, cəmi dəyəri 1000 manat məbləğində dəst və kütləsi 3,23 qram olan 750 əyarlı, briliyant qaşlı dəyəri 1000 manat məbləğində bir ədəd nişan üzüyü, 1 ədəd 585 əyarlı, qiyməti 750 manat olan qolbaq və ya onların dəyəri kimi qəbul edilməklə, cavabdehdən alınıb iddiaçıya verilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kass asiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın t əmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-807/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-807/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver