Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8088/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)10049/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(004)2445/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.İ.Əyyubov) İddiaçı Cavabdeh MMC qarşı “qiymətl əndirmə rəyinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)10049/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdeh təşkilata qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsinə dair cavabdeh təşkilat tə rəfindən tərtib edilmiş 10 avqust 2018-ci il tarixli qiymətləndirmə hesabatından “Çıxarış”ın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 saylı qərarına əsasən, Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alınan ünvan 1 ünvanda yerləşən mülkiyyətində və istifadəsində olan (N-64-878 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş cavabdeh təşkilat tərəfindən 87.085 manat məbləğində qiymətləndirilmişdir. 10 avqust 2018-ci il tarixli qiymətləndirmə hesabatından “Çıxarış” 20 avqust 2018-ci il tarixdə komissiya tərəfindən ona təqdim olunub, lakin o, həmin qi ymətləndirmə ilə razı olmadığına görə, bu barədə cavabdeh təşkilatın rəhbərliyi və digər şəxslər tərəfindən müvafiq akt tərtib olunub. 10 avqust 2018-ci il tarixli “qiymətləndirmə hesabatından “Çıxarış” qanunun tələblərinə zidd olaraq tərtib edilib, qiymətləndirmə obyektlərinin dəyəri həddindən artıq azaldılıb, həmin qiymətlərin hansı metod üzrə müəyyən edilməsinə dair əsaslandırma verilməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymə t verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Nümayəndə və cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının təl əblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinin və digər maddi, pros essual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisəli ərazi söküntü zonasına düşmüş, müvafiq ekspert rəyi ilə sakinlərə kompensasiya ödənilmiş və iddiaçıya məxsus ev artıq sökülmüşdür. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin mübahisəsiz hallarını rəhbər tutub düzgün olaraq iddia ərizəsi rədd etmişdir. Hazırda iddiaçı, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsızlığını xahiş edərək, tələbini onunla əsaslandırmışdır ki, obyektin dəyəri həddindən artıq aşağı qiymətə müəyyən olunmuşdur. Əvvəla, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, qiymətləndirmə rəyinin etibarsızlığına əsas verən hallara dair sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Resp ublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin obyekt artıq söküldüyü üçün yenidən qiymətləndirilmə ekspertizasının keçirilməsi imkanı artıq öz əhəmiyyətini itmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının vəkili və nümayəndəsinin dediyi kimi obyektin plan cizgisi əsasında yenidən qiymətləndirmə ekspertizasının keçirilməsi obyektiv rəy veri lməsini təmin edə bilməz. Hər bir halda artıq mövcud olmayan obyektin qiymətləndirilməsi mümkün deyil. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh təşkilatın nümayəndəsi bildirmişdir ki, iddiaçının öz razılığı ilə müvafiq icra hakimiyyəti ona kompensasiya ödəyərək evi sökmüşdür və evin dəyəri tərtib edilən rəyə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, daşınmaz əmlak sökülərək artıq onun əvəzi olaraq kompensasiya ödənilmiş, iddiaçı həmin məbləği qəbul etmişdir. Mövcud olmayan tikilinin dəyərini müəyyən etmək və əvvəlki ekspertiza rəyi ilə müqayisə edərək hansının daha doğru olması qənaətinə gəlmək mümkün deyil. Çünki tikilinin real vəziyyətini təsvir edəcək heç bir sübut yoxdur. Tikilinin cizgiləri əsasında onun real dəyərin in müəyyən edilməsi obyektiv qənaətə gəlməyə əsas verməyəcək və eyni zamanda şübhəli olacaq. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, p rosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)-10049/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8088/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8088/2019
20.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver