Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-810/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-810/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakıilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6605/2018 nömrəli iş üzrə 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)72/2018 saylı, 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx» MMC-yə və Maraqlı şəxs-yə qarşı əmlakın qiymətləndirməsi barədə hesabatın ləğv edilməsinə dairiddia rədd edilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qiymətləndirici şirkətə cavabdeh tərəfindən ödənilmiş 300 manat pulun İddiaçı Maraqlı şəxs-nin xeyrinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh lər “xxxx” MMC-yə və Maraqlı şəxs-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək mülkiyyətində olan «Nissan Qaşqai» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 15500 manat qiymətləndirilməsi barədə «xxxx» MMC tərəfindən tərtib edilmiş 08.11.2016-cı il tarixli «əmlakın qiymətləndirilməsi barədə hesabat»ın ləğv edilməsi və avtomobilin ilkin satış qiymətinin 18500 manat dəyərində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv ed ilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və dig ər cavabdehin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçının kredit borcu ilə əlaqədar onun mülkiyyətində olan «Nissan Q ashqai» markalı, **XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məhkəmə qətnaməsi əsasında tutma yönəldilmiş və qətnamənin icrası ilə əlaqədar Sabunçu rayon İcra Şöbəsinin sifarişi əsasında “xxxx» MMC tərəfindən nəqliyyat vasitəsi 08.11.2016-cı il tarixdə qiymətləndirilmiş və bazar dəyərinin 15500 manat olduğu müəyyən edilmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən «Nissan Qashqai» markalı, **XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin 25.11.2017-ci il tarixli qiymətləndirmə rəyi ilə avtomobilin 25.11.2017-ci il tarixə bazar qiyməti 18500 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə qeyd etmişdir ki, qiymətləndirici «xxxx» MMC qiymətin müəyyən edilməsi meyarlarını ay rı-ayrı bəndlər üzrə aydınlaşdıraraq, 08.11.2016-cı il tarixə daşınar əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan, hazırda mübahisələndirilən rəylərdə qeyd olunmuş qiyməti müəyyən etmiışdir. Qiymətləndirici 08.11.2016-cı il tarixə daşınar əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Göründüyü kimi, “xxxx" MMC-nin 25.11.2017-ci il tarixli, QR 73/M nömrəlı qiymətləndirmə rəyinə əsasən «Nissan Qaşqai» markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 25.11.2017-ci il tarixə bazar qiyməti 18500 manat məbləğində qiymətləndirilmişdir. Bu halda «xxxx» MMC-nin 08.11.2016-cı il tarixli ekspert rəyi ilə əmlaka t əyin edilmiş qiymət obyektiv qiymət olub, qiymətləndirici tərəfındən mübahisəli əmlaklara təyin edilmiş qiymət həmin dövrdə tələblə-təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qiymətləndirici «xxxx» MMC daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmuş, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmış və əmlakın bazar dəyəri obyektiv təyin edilmişdir. Qiymətləndirici qiymətin müəyyən edilməsi meyarlarını ayrı-ayrı bəndlər üzrə aydınlaşdıraraq, 08.11.2016-cı il tarixə daşınar əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan, hazır da mübahisələndirilən rəydə qeyd olunmuş qiyməti müəyyən etmişdir. Göründüyü kimi, «xxxx» MMC tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinın «Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında 04 yanvar 2008-ci il tarixli qərarının tələbləri pozulmamışdur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublıkası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edimədikdə həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsa sən əsasən hər bir tərəün öz tələb və etirazının əsası kımi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı isə məhkəməyə qeyd edilən əmlakiın qıymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilməmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində həmin rəyin məhkəmə tərəfindən nəzərə alınmamasının əsassız olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC-nin 25.11.2017-ci il tarixli rəyi ilə iddiaçıya məxsus avtomobilin 2017-ci üçün bazar dəyəri müəyyən edildiyindən, yəni qiymətləndirmənin həyata keçirildiyi dövr fərqli olduğundan həmin rəy 2016-cı il tarixdə nəqliyyat vasitəsinin qiymətləndirilməsini həyata keçirmiş “xxxx” MMC tərəfindən verilmiş rəyin ləğv edilməsi üçün əsas ola bilməz. İşə apellyasiya qaydasında baxılarkən həmin nəqliyyat vas itəsinin 2016-cı ilin noyabr ayına olan bazar dəyərinin müəyyənləşdirilməsi üçün yeni qiymətləndirmə rəyi alınmış, “X1” MMC-nin 28.08.2018-ci il tarixli rəyi ilə avtomobilin 2016-cı ilin noyabr ayına olan bazar dəyərinin 15200 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilən rəylə iddiaçının apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunun təsdiq edildiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmiş, qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6605/2018 nömrəli iş üzrə 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-810/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-810/2019
11.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver