Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8126/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2019-cu il tarixli 2(103)-12467/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(001)-4622/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh iddiaç ının xeyrinə 3476,56 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və V.T.Həsənov) Cavabdeh hər ay 250 manat olmaqla cəmi 2500 manat İddiaçı ödəməyi öhdəsinə götürməsi və apellyasiya şikayətindən imtina etməsi, İddiaçı isə Cavabdeh ona hər ay 250 manat, cəmi 2500 manat ödəməsi şərti ilə razı olması və bununla əlaqədar iddia tələbindən imtina etməsinə dair barışıq sazişi təsdiq edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşin halları: 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin aprel ayında 3750 manat ö dəməklə Cavabdeh “Chevrolet” markalı avtomobili adına etibarnamə verməklə almasını, avtomobilin kreditin təminatı kimi bankda girovda olması ilə əlaqədar banka 2016-cı ilə qədər 20.374 ABŞ dolları ödəyərək avtomobili öz mülkiyyətinə keçirməsini, kredit müqaviləsinin Cavabdeh adına olması ilə əlaqədar dolların devalvasiyası ilə əlaqədar artıq ödədiyi 3500 manatın bank tərəfindən Cavabdeh ödənilməsini, həmin pulu sonuncudan tələb etdikdə pulu qaytarmaqdan imtina etməsini əsas göstərməklə Cavabdeh onun xeyrinə 3500 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək barışıq sazişinin apellyasiya instansiyası məhkəməsinin işə baxan ha kimi Nun təsiri və təzyiqi ilə bağlamasını, qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, işə Cavabdeh şikayəti əsasında apellyasiya qaydasında baxılarkən tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişində Cavabdeh İddiaçı hər ay 250 manat olmaqla cəmi 2500 manat ödəməsini və apellyasiya şikayətindən imtina etməsi, İddiaçı isə həmin təkliflə razı olduğunu bildirərək iddia tələbindən imtina etməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 370 və 191-ci maddələrinə əsaslanaraq barışıq sazişinin təsdiq olunması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. (370.1.) Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. (370.2.) Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tər əflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. (191.1.) Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (191.2.) İşdən görünür ki, barışıq sazişini hər iki tərəf imzalamaqla məhkəmədə verdikləri izahatlarında sazişin təsdiq olunmasını xahiş etmişlər. Sazişdə hər iki tərəfin öhdəliyi aydın şəkildə göstərilmiş və tərəflərə sazişin hüquqi nəticələri izah edilmişdir. Kollegiya hesab edir ki, barışıq sazişi heç kimin hüquqlarına toxunmamaqla qanunun tələblərinə uyğun tərtib edildiyindən qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Barışıq sazişini imzalamağa işə baxan hakim tərəfindən məcbur edilməsinə dair kassasiya şikayətinin dəlili əsassız olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8126/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8126/2019
25.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver