Məhkəmə qərarları › İş №2(102)-813/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-813/2021

04.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-813/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 (İsayev Rəşad Famil oğlunun qanuni nümayəndəsi kimi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsinin və ya onlara rəhbərlik edə bilməməsinin əqdin etibarsızlığı üçün əsas olması, notarial qayda verilmiş razılıq istisna olmaqla mülkiyyətçinin dəyişməsi şəxsin yaşayış evindən və mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sə drliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və vəkili Vəkil Təklif oğlunun, cavabdeh İsayev Rəşad Famil oğlunun, nümayəndəsi İsayev Famil Vəzirxan oğlunun, vəkili İsmayılov Səlimxan İsa oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1129/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Bostançı kəndində 0,13 ha t orpaq sahəsi və üzərində yerləşən yaşayış evinin İsayev Rəşad Famil oğluna bağışlanmasına dair Xaçmaz rayon 1 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, İsayev Rəşad Famil oğlunun adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və onların Xaçmaz rayonu, Bostançı kəndində yerləşən mübahisə predmeti olan yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddiaçılardan İddiaçı3 iddia ərizəsinin həcmini azaldaraq evə köçürülməsini tələb etməmiş, iddianın qalan hissədə təmin olunmasını xahiş etmişdir.

3. İşin mübahisə edilməyən hallarından görünür ki, Xaçmaz rayonu Bostanç ı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, 0,13 ha torpaq sahəsi isə Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.

4. Həmçinin o da mübahisə edilmir ki, İddiaçı2, Cavabdeh1, İddiaçı4, İddiaçı1 və İddiaçı3 xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Xaçmaz rayonu Bostançı kəndində 0,13 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəb əli fərdi yaşayış evini birgə mülkiyyət üzrə onlara məxsus hissəsini İsayev Rəşad Famil oğluna bağışlamışlar.

5. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsi və onun üzərində yerləşən 186,0 kv.metr ümum sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İsayev Rəşad Famil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.

6. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə vəfat etmişdir

7. Həmçinin müəyyən olunur ki, 1981-ci il təvəllüdlü İddiaçı1 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması.» diaqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyy atdadır.

8. İddiaçılar bildirirlər ki, Xaçmaz rayonu, Bostançı kəndində 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onlara və cavabdehlərdən Cavabdeh1 məxsus olmuşdur. Daşınmaz əmlakın bağışlanmasına dair xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən qeyd olunan əmlak mülkiyyətçilər adından digər Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu İsayev Rəşad Famil oğluna bağışlanmışdır. Müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olduğu üçün həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməmiş və anlamamışdır. Belə ki, 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz MRX-nın psixatrik kabinetində qeydiyyatdadır, mütəmadi olaraq müalicələr alır. O, xəstə olduğundan nə etdiyini, yəni hərəkətlərinin mən asını başa düşməmişdir. Bu səbəbdən də paylı mülkiyyətində olan əmlakı bağışlama yolu ilə İsayev Rəşad Famil oğlunun adına keçmişdir. iddiaçılardan - İddiaçı2, İddiaçı3 Vəzirxan oğlu və İddiaçı4 müqavilə bağlanarkən o şərtlə razılıq vermişlər ki, həmin evdə qalıb yaşayacaqlar, o cümlədən cavabdehlərdən Cavabdeh1 də söz vermişdir ki, bağışlanma müqaviləsi əsasında həmin əmlak azyaşlı nəvəsi İsayev Rəşad Famil oğlunun adına keçsə də həmin evdə qalıb yaşayacaqlar. Lakin sonradan Cavabdeh1 mülkiyyətçinin dəyişməsini əsas götürərək onları evə buraxmamışdır. Ona görə də xx xxxx 2015-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu İsayev Rəşad Famil oğlunun adına verilmiş çıxarış etibarsız hesab edilməlidir.

9. Cavabdeh İsayev Rəşad Famil oğlu bildirir ki, qeyd edilən bağışlama müqaviləsi heç bir əlavə şərt, öhdəlik göstərilmədən bağlanmışdır ona görə də iddia təmin edilməməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə(hakim R.Xəlilov) iddia qismən təmin olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı4 Xaçmaz rayonu Bostançı kəndində yerləşən İsayev Rəşad Famil oğlunun mülkiyyətində olan yaşayış evinə köçürülməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2015-ji il tarixli bağışlama müqaviləsi, İsayev Rəşad Famil oğlunun adına verilmiş DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* n ömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ji il tarixli çıxarışın qismən etibarsız hesab edilərək Xaçmaz rayonunun Bostançı kəndində yerləşən İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0,13 ha həyətyanı torpaq sahəsinin İsayev Rəşad Famil oğluna bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvləri olmaqla mübahisəli evdə yaşamaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun ailə üzvü hesab olunduğundan Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq mülkiyyətçi ilə bu evdən bərabər istifadə hüq uqları vardır.

12. Bundan başqa məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı apanlarkən əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir.

13. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hədiyyə verən İddiaçı1 2011-ci il tarixdən «Oliqofreniyanm debillik forması.» diaqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. Müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olması, həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməməsi və anlamaması, yəni hərəkətlərinin mənasını başa düşməm əsi nəzərə alınmamışdır. Bu səbəbdən də şərikli mülkiyyətində olan əmlakı bağışlama yolu ilə İsayev Rəşad Famil oğlunun adma keçmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123, Mülki Məcəllənin 144.1, 144.2, 146.1, 152.1, 152.5, 324.1, 324.2, 324.4, 331.1, 334.1, 346.1,389.1, 666.1, 666.2, 668.1.1-ci, Mülki Prossesual Məcəllənin 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh İsayev Rəşad Famil oğlu apellyasiya şikayəti vermişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1129/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov-sədrlik edən və məruzəçi, S.Qafari və T.Məmmədo v) apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh İsayev Rəşad Famil oğlunun ödədiyi 15,40 manat dövlət rüsumunun iddiaçılardan müştərək qaydada tutularaq ona verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, şəxsin psixiatrik kabinetində qeydiyyatda olması hələ onun məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxs olması demək deyil. İşdə isə İddiaçı1 psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılması barədə heç bir süb ut yoxdur. Nəhayət, müqaviləni imzalayan şəxslər yaxın qohumlar, ata-ana və qardaşlardır.

18. Qanunvericiliyin tələblərindən görünür ki, notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini və əqdin məzmununa onların həqiqi niyyətini aydınlaşdırır. Əks halda prosesi təxirə salaraq, müvafiq tədbirlər görür. İşə əlavə olunmuş bağışlama müqaviləsindən görünür ki, notarius bu vəzifəsini yerinə yetirərək müqavilədə bu barədə xüsusi qeyd aparmış, İddiaçı1 savadsız olduğu və əlləri əsdiyi üçün müqaviləni ucadan oxuyaraq doğuracağı nəticəni ona izah etmiş, sonuncunun xahişi ilə müqaviləni onun əvəzinə X1 imzalamışdır. Hazırki halda notariusun həmin hərəkətləri etməməsinə dair iddia tərəfi heç bir sübut təqdim edə bilməmişlər.

19. Bundan başqa işə baxan məhkəmə iddiaçıların iddiasını təmin edib müqaviləni qismən etibarsız hesab etsə də bununla bağlı heç bir hüquqi araşdırma aparmayıb, əqdin etibarsızlığını tənzimləyən Mülki Məcəllə ilə nəzərdə tutulmuş maddələrə istinad etməmişdir.

20. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında mübahisələndirilən bağışlanma müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. İddiaçılar 0,13 ha torpağa dair öz paylarını İsayev Rəşad Famil oğluna bağışlamışlar. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normalardan və işin faktiki hallarından çıxış edərək belə qənaətə gəlmişdir ki, bağışlama müqaviləsinin etibarsız hesab olunmasına heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, bağışlama müqaviləsi qanuni əsaslarla bağlandığı ndan onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab olunması barədə tələb də təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli bağışlama müqaviləsi bağlanan zaman İddiaçı1 psixi vəziyyəti ona müqavilənin mahiyyətini dərk etməyə imkan verməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh İsayev Rəşad Famil oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçı2 və vəkili Vəkil Təklif oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilər.

25. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

26. Cavabdeh İsayev Rəşad Famil oğlu, nümayəndəsi İsayev Famil Vəzirxan oğlu, vəkili İsmayılov Səlimxan İsa oğlu kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayət ində İddiaçı2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

31. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. (maddə 228.4)

32. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

33. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)

34. Müqavilən in bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)

35. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (maddə 346.1)

36. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1)

37. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. (maddə 666.2) Mülki Prosessual Məcəllə

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

41. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

42. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

43. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

44. Birinci instansiya məhkəməsinin qət namədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

46. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (42-43)

48. Belə ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, şəxsin psixiatrik kabinetində qeydiyyatda olması hələ onun məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxs olması demək deyil. Ona görə də İddiaçı1 psixiatrik kabinetində qeydiyyatda olması müqaviləsinin etibarsızlığına səbəb olmur.

49. Halbuki qanunvericiliyin tələbinə görə şəxs fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyibsə və ya onlara rəhbərlik edə bilməyibsə bu həmin əqdin məhkəmə tərəfindən etibarsız sayılması üçün əsasdır. (36)

50. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi İddiaçı1 2011-ci ildən «Oliqofreniyanın debillik forması.» diaqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olmasını müəyyənləşdirsə də bu halın əqdin etibarsızlığına səbəb olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir.

51. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, 0,13 ha torpaq sahəsi isə Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ümumi birgə mülkiyyətində olmuş və onlar xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında qeyd edilən torpaq sahəsini və fərdi yaşayış evini İsayev Rəşad Famil oğluna bağışlamış lar.

52. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçılar Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsinə olan paylarını cavabdeh İsayev Rəşad Famil oğluna bağışlamamışdan əvvəl həmin torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ferdi yaşayış evində sonuncunun ailə üzvləri olmaqla yaşamışlar və mülkiyyətçi ilə bərabər həmin evdən istifadə hüquqları olmuşdur.

53. Qanunvericiliyin tələbinə görə yaşayış evinin mülkiyyətçisinin dəyişməsi həmin evdən istifadə hüququ olan şəxsin notarial qaydada təsdiqlənmiş razılığı olduqda sonuncunun istifadə hüququna xitam verilməsi üçün əsas hesab olunur. (32)

54. Göründüyü kimi hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün aydılaşdırılmalı olan hallardan biri də iddiaçılar tərəfindən bağışlama müqav iləsi bağlanan zaman Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən evə münasibətdə istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada razılığın verilib-verilməməsidir.

55. Belə ki, işin hallarından görünür ki, iddiaçılar bu razılığın torpaq sahəsinə münasibətdə verilməsini iddia edirlər və ona görə də hesab edirlər ki, mülkiyyətçi dəyişdikdən sonra mübahisə predmeti olan evdə yaşamalı idilər.

56. İşin tam və obyektiv həlli üçün əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiyası məhkəməsi bu halı aydınlaşdırmamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, MM-nin 228.4-cü maddəsinin məzmunundan göründüyü kimi yaşayış evinə və ya mənzilə mülkiyyət hüququ başqa şəxsə keçənədək istifadə hüququna malik şəxsin yeni mülkiyyətçiyə münasibət də istifadə hüququna xitam verilməsi barədə notarial qaydada verdiyi öhdəlik istisna olmaqla yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun başqa şəxsə keçməsi şəxsin istifadə hüququna xitam verilməsi üçün əsasdır.(31)

57. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə vəfat etmişdir. Apellyasiya instasniyası məhkəməsi bu hala qiymət verməmiş və hüquqi varislik məsələsini həll etmədən vəfat etmiş şəxsə münasibətdə qətnamə qəbul etmişdir.

58. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

59. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

60. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1129/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar