Məhkəmə qərarları › İş №2(102)-8137/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8137/2019

26.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8137/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X4, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(074)- 105/2019, hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərardadı ilə (iş № 2(105)-2397/2019, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov, A.Ə.Abbasov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin 2011-ci ilin martından 2016-cı iilin sentyabrı da daxil olan dövrlər üçün maddi və mənəvi ziyanın ödənilməsinə dair olan hissələrdə ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2397/2019, ha kimlər T.Q.Məmmədov, Ş.R.Abasov, A.Ə.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində mülkiyyətində olan 0,0016 ha kv.metr torpaq sahəsində yerləşən sahəsi 12,9 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 24 oktyabr 2018-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona vurulmuş 27300 manat məbləğində maddi ziyanın, öhdəliyini vaxtında icra etməməsi nəticəsində 2211 manat məbləğində dəymiş zərərin, mənəvi zərərin əvəzi olara q 12000 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 22848 manat məbləğində dəymiş zərərin, 2200 manat dəbbə pulunun, mənəvi zərərə görə 20000 manat məbləğində kompensasiyanın İddiaçı alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, təqdim edilmiş sübutlar, o cümlədən 17 iyul 2019-cu il tarixli mütəxəssis rəyi sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, qarşılıqlı iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiy a məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, məhkəmə qətnamələri ilə İddiaçı məxsus Şamaxı şəhəri, Nərimanov Nərimanov küçəsində yerləşən şəxsi mülkiyyətində olan 0,0016 ha torpaq sahəsində yerləşən mağaza binasının Cavabdeh və X2 tərəfindən boşaldılması, İddiaçı 8000 ABŞ dollarının manatla məzənnəsi alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələri qanuni qüvvəyə minsə də, tərəflər həmin qətnamələri icra etməmiş, İddiaçı da hazırki iddia tələblərini qətnamələrin icra edilməməsi nəticəsində maddi və mənəvi zərərə məruz qalması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özü də halhazıradək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bununla bərabər müəyyən edilmişdir ki, Cavabdeh Şamaxı şəhəri, Nərimanov Nərimanov küçəsində yerləşən mağazadan istifadə etməklə 2016-cı ilin oktyabrından 2018-ci ilin oktyabr ayı da daxil olmaqla hər hansı gəlir əldə etm əsinə dair də iş materiallarında heç bir sübut yoxdur. Xəlilov X1 Gülverdi Xanverdi oglundan həmçinin zərərə görə 2211 manat da tələb etmiş və bu tələbini Cavabdeh oglunun öhdəliyini vaxtında və lazımınca icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsinin nəzərə alınması ilə əsaslandıraraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etmişdir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, həmin norma pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutmuşdur. Hazırki mübahisə isə pul öhdəliyindən irəli gəlməmiş, İddiaçı əvvəlki mübahisələri da pul öhdəliyi ilə bağlı olmamışdır. Beləliklə, hazırki işdə zərərin ödənilməsi əsaslarını müəyyən edən qanunvericilik normasında nəzərdə tututlmuş şərtləri mövcud olması, yəni zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar