Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-815/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il İş 2(102)-815/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı və vəkili x2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 20 iyun 2017-ci il tarixli qətnaməsi ilə (R.Ə.Əliyev, iş 2(004)-660/2017) İddiaçı cavabdeh Bakı şəhər Baş Polis idarəsinin X1 idarəsinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilərək, etibarnaməli idarəçiliyində olan avtomobilin qanunsuz və əsassız olaraq X1nin müəyyən etdiyi dayanacağa təxliyyə edilməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi qismində cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Bakı şəhəri Baş Polis idarəsi X1 idarəsindən İddiaçının xeyrinə tutulması, İddiaçının iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qətnaməsiilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-9613/17) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-660/2017 saylı iş üzrə 20 iyun 2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilməsi, mənəvi ziyana görə 1500 (min beş yüz) manat məbləğdə pul vəsatinin Bakı şəhər Baş Polis idarəsi X1 idarəsindən alınaraq İddiaçı Şahhüseyn oğluna ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarıilə (Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov, iş 2(102)-2243/18) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 26 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli qətnaməsiilə (F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və R.Ə.Eyvazov, iş2(1 03)-6529/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-660/2017 saylı işi üzrə 20 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis idarəsi X1 idarəsinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili x2 kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdeh Bakı şəhər Baş Polis idarəsi X1 idarəsinin nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan bax ılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis idarəsi X1 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi Yol Patrul Xidməti işçisinin əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzi qismində 55.000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili x2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassa siya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097, 1101; “İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid 1 saylı protokolun 1ci, “İnzibati icraat haqqında” Qanunun 3, MPM-in 50, 420-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1 (“8)”), 5-7-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə istinadən işin müəyyən olunmuş hallarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 09.04.2018-ci il tarixli qərarında ehtiva olunmuş göstərişlərə uyğun şəkildə tam və hərtərəfli araşdırma apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia tələbinə cavabdeh olmayan şəxsə qarşı yönəlmiş iddia ərizəsi üzrə düzgün olmayan nətcəyə gəlmişlər. İş materiallarından məlum olur ki, hazırkı iddia tələbi həmin idarənin əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır k i, bu tələb üzrə cavabdeh həmin idarə deyil, Dövlət büdcəsinə cavabdehlik daşıyan təşkilata yönəlməli idi və iddiaçı da həmin təşkilatdan kompensasiya tələb etməli idi. Azərbaycan Respublikasının “Maliyyə Nazirliyi haqqında Əsasnamə“dən göründüyü kimi, Dövlət büdcəsinin icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuş ziyanı bu tələbə cavab verməli olmayan Bakı şəhər Baş Polis idarəsi X1 idarəsinə qarşı deyil, Dövlət büdcəsinin icrasını təmin edən orqana - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada yönəlməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 11 iyun 2018-ci il tarixli, 2(103)-6529/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №2(102)-815/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-815/2019
13.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver