Məhkəmə qərarları › İş №2(102)-815/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-815/2022

07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-815/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddia müddətinin axımı, maddi zərər, öhdəliyin icrası müddəti, pul vəsaitindən qanunsuz istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vicdansızcasına əsassız iddia qaldırılması ilə əlaqədar pul tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 259.299.76 ABŞ dolları və 73.799.928 ABŞ dolları maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-nin təsisçisi olmuş mə rhum X12 ilə dostluq münasibətləri olmuşdur. Sonuncu ona bildirmişdir ki, MMC-də maliyyə çətinliyi var, cəmiyyətin fəaliyyətini genişləndirmək istəyir, bunun üçün də ona külli miqdarda vəsait lazımdır. Ona görə də təklif etmişdir ki, MMC-yə pul vəsaiti qoysun, buna görə ona qazancından pul verəcəkdir. XXX ondan dəfələrlə borc pul alıb, vaxtında qaytarmadığı üçün ona inanmışdır. Beləliklə, 02.12.2013-cü il tarixdən başlayaraq 03.11.2014-cü il tarixədək MMC-nin kassasına 412.066 ABŞ dolları pul mədaxil etmişdir. Pul vəsaitini manatla versə də, ABŞ dolları ilə hesablanmışdır. Həmin pul vəsaitinin MMC-nin kassasına mədaxil edilməsi MMC-nin kompüterindən çıxarışla, həmçinin həmin çıxarışın üzərində cəmiyyətin hazırkı direktoru XXXnın, baş mühasibi X3 imzaları ilə təsdiq edilmişdir. Pul vəsaitin i MMC-nin kassasına mədaxil etməyi və hal-hazıra kimi pul vəsaitinin ona qaytarılmaması cəmiyyətin baş mühasibi XXXun, baş direktoru vəzifəsində işləmiş X4 və direktor müavini işləmiş X1 Bakı Şəhəri Nəsimi rayon 22-ci Polis Bölməsində verdikləri izahatları ilə də təsdiq olunmuşdur. X12 öldükdən sonra onun həyat yoldaşı XXX və qızları pulunun qaytarılması barədə vəd versələr də, pulunun bir qismini qaytarmışlar, lakin 259.299.76 ABŞ dollar hissəsini qaytarmamışlar. Həmin pul vəsaitini MMC-yə mədaxil edəndə pulunun təminatı kimi onu cəmiyyətdə işçi kimi qeydiyyata da almışlar. Beləliklə, külli miqdarda pul vəsaiti cavabdehdə qalmış və hal-hazıra kimi geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan vəsaiti əsassız istifadə etmiş və ondan fayda götürmüşdür. Ona görə də, cavabdeh ona 259.299.76 ABŞ dolları və həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri (259.299.76x5%= 12299.988x6=73.799.928), cəmi 333.099.688 ABŞ dolları pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumunu qaytarmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, MMC-yə qarşı vicdansızcasına heç bir hüquqi əsasa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün iddiaçıdan MMC-nin və dövlətin xeyrinə ümumilikdə 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia əsassız olmaqla şər və böhtan xarakteri daşıyır. İddiaçının göstərdikləri həqiqətə uyğun deyildir və heç bir sübutla öz təsdiqini tapmır. MMC-nin kassa sənədlərindən görünür ki, MMC-yə 02.12.2013-cü il tarixindən 03.11.2014-cü il tarixinədək 412.066 ABŞ dolları məbləğində pul mədaxil olmamışdır. Bundan əlavə, nə mərhum X5 arvadı, nə də qızları iddiaçıya pul qaytarmamışlar. İddiaçının pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin sübutu kimi MMC-nin kompüterindən çıxarışa istinad etməsi absurddur. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar mərhumun qızı XXXnın imzası və xətti deyil. Onun qızı MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki 2013-2014-cü illərdə MMC-də maddi-məsul vəzifəli şəxs deyildi, 20142015-ci illərdə menecer vəzifəsində işləmişdir və səlahiyyətinə aid olmayan addım ata bilməzdi. Kompüter çıxarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. Kompüter çıxarışında olan imza və yazıların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı xətt və imzanın mühasib olmuş XXXa aid olmasını iddia edirsə, belə halda qeyd olunmalıdır ki, XXX 16.04.2014-cü ildən öz ərizəsi ilə işdən azad olunmuşdur. Belə olan halda, kompüter çıxarışında göstərilən 30.05.2014-cü il tarixindən 03.11.2014-cü il tarixə qədər olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilməzdi. Bu hal onu göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim etmiş və MMC-ni borclu çıxarıb, məhkəməni yanlış yola çəkərək, iddiasının təmin olunmasına nail olmaq istəyir. B undan başqa, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə o, bu illər ərzində, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciət etməmişdir. Onun polisə müraciət etməsi və orada guya araşdırma aparılması da sübut deyil. Çünki polis onları dəvət etməmiş, araşdırma barədə məlumatları olmamışdır. Ona görə də iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı onlara qarşı əsası olmayan və iddia müddəti keçmiş iddia qaldırmışdır. İddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. İşin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında işdən çıxarılmış və MMC-yə məxsus “Honda City” markalı, ** AB *** dövlət qeydiyyat nömrəli avtomobil ond an geri alınmışdır. Bundan sonra tərəflərindən iddiaçıya qarşı MMC-yə vurduğu ziyanla bağlı iddia qaldırılmışdır. Məhz bu hallara görə iddiaçı onlara qarşı qərəzli mövqedə olmaqla, onlara rəqib olan firmaların rəhbərlərini, yəni “X21 Company” MMC-nin rəhbəri X4 və "xxxx" MMC-nin rəhbəri X1 vasitəsi və iştirakı ilə MMC-yə qarşı hazırkı iddianı qaldırmaqla onlara ziyan vurmağa və rəqib kimi onları iqtisadi cəhətdən sıradan çıxarmağa çalışmışdır. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş və imzalanmış çıxarışda qeyd olunmuşdur ki, MMC-nin ona olan borc qalığı 259.299,76 ABŞ dolları təşkil edir. Tədqiq olunmuş, MMC-nin təsisçisi XXX tərəfindən imzalanmış 1 saylı, 01.10.2010cu il tarixli əmrdə qeyd olunmuşdur ki, X13 01 oktyabr 2010-cu il tarixindən MMC-nin direktor vəzifəsinə təyin edilir. MMC-nin təsisçisi XXX. tərəfindən imzalanmış 15.11.2016-cı il tarixli əmrdə qeyd olunmuşdur ki, 15.11.2016-cı il tarixdən Baş direktor X13 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 69-cu maddəsinə əsasən xitam verilmişdir. MMC-nin təsisçisi XXX tərəfindən imzalanmış 12 saylı, 16.04.2014-cü il tarixli əmrdə qeyd edilmişdir ki, 16.04.2014-cü il tarixdən X10 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. MMC-nin təsisçisi XXX. tərəfindən imzalanmış 24.05.2018-ci il tarixli əmrdə qeyd olunmuşdur ki, 24 may 2018-ci il tarixindən XXX XXX MMC-nin direktor vəzifəsinə təyin edilir. MMC-nin təsisçisi X XXxxx tərəfindən imzalanmış 41 saylı, 22.07.2019-cu il tarixli əmrdə qeyd edilmişdir ki, 22.07.2019-cu il tarixindən X11 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. MMC-nin direktoru XXX XXXnın H/010-12-02 nömrəli, 27.03.2019-cu il tarixli əmrində qeyd olunmuşdur ki, cəmiyyətin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən öz xahişi ilə 28 mart 2019-cu il tarixindən xitam verilmişdir. MMC tərəfindən 2013-cü ilin dekabr ayı və 2014-cü il üçün tərtib olunmuş memorial orderlərində qeyd edilmişdir ki, iddiaçının adından şirkətin hesabına pulun mədaxil edilməsi və hesabından məxaric edilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, uzun müddət şirkətin təsisçisi olmuşdur. O, həm də MMC-də baş direktor vəzifəsində işləmiş, 2016-cı ildə işdən çıxmışdır. İddiaçını XXX vasitəsilə tanımışdır. İddiaçı şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000 hissəsi mənzilə hesablanaraq ona verilmişdir. İddiaçının şirkətdə 259.000 pulu qalmışdır. İddiaçıya verilmiş mənzil onun adına olmuşdur. İddiaçının şirkətdə pul vəsaitinin olmasını və pulun qaytarılmasını şirkətdə çalışan hər bir şəxs bilmişdir. Həm də bilir ki, iddiaçının pulu hələ də ona qaytarılmamışdır. Pullar mərhum XXXa ödənilir, daha sonra onun tərəfindən kassaya mədaxil edilirdi. İddiaçı və XXX dost olmuşdurlar. XXXın adından pul kassaya mədaxil edilə bilməzdi, çünki xarici vətəndaş olduğundan r əsmi olaraq şirkətə aidiyyəti olmamışdır. Pulların hansı məbləğlərdə şirkətə verilməsini xatırlamır. XXX XXX şirkətdə kassir olmuşdur. Pullar onun tərəfindən kassaya mədaxil edilirdi. Kassaya mədaxil olunan zaman XXX və XXX tərəfindən blanklar tərtib olunurdu. Dəqiq sənədlər və hesabatlar XXX tərəfindən aparılırdı. Pullar iddiaçı tərəfindən adətən onun, XXXın, XXXın və başqalarının yanında verilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır. MMC-də baş mühasib vəzifəsində çalışmış, şirkətin maliyyə işlərini aparmışdır. XXXın ona etibarı olmuşdur. Şirkətə vəsait lazım olduğundan əlavə pullar cəlb olunurdu. İddiaçı şirkətə pul qoymuşdur. Pullar iddiaçı tərəfindən şirkətə müxtəlif məbləğlərdə verilmişdir. İddiaçı həmin şirkətin faktiki rəh bəri olan XXX ilə dost olmuşdur. İddiaçını XXX vasitəsi ilə tanımışdır. İddiaçı şirkətə 259.600 manat vəsait qoymuşdur. O, şirkətə bir neçə dəfə pul vəsaiti qoymuşdur. Son hesablamada onun şirkətin kassasında 259.600 manat pulu qalmışdır. Bu faktı o və mərhum XXXın qızı XXX şirkətin kassasının kompüter çıxarışında imzaları ilə təsdiq etmişlər. Pullar banklara qoyulmuşdur. Pulların verilməsində müxtəlif vaxtlarda iştirak etmişdir. Kassaya pul XXXın adından daxil edilirdi. Sonradan baş mühasib vəzifəsində səhhətinə görə işləyə bilməmişdir. Lakin şirkətin maliyyə əməliyyatlarına rəhbərlik etmişdir. İddiaçının adına XXX tərəfindən tərtib edilmiş sənəd onun tərəfindən imzalanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-515/2020 nömrəli iş üz rə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) hər iki iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut iddiaçının adına “excel” kompüter proqramı vasitəsilə XXX XXX tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən XXX tərəfindən imzalanmış sənəd məhkəmə tərəfindən qiymətləndirilmiş, həmin sənədin iddiaçının istinad etdiyi halın, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasının sübu ta yetirilməsi üçün kifayət etmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə gəldiyi qənaəti, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman (27.01.2015-ci il) sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər XXX XXX və XXXun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, işdə olan materiallara əsasən müəyyən edilmişdir ki, 27.01.2015-ci il tarixində XXX XXX və XXXun şirkətə hər hansı aidiyyəti olmamış, 01.10.2010-cu il tarixdən 15.11.2016-ci il tarixədək şirkətin fəaliyyətinə cari rəhbərlik etmək səlahiyyətinə malik olan cəmiyyətin direktoru vəzifəsini icra edən X13, 01.10.2011-ci il tarixdən 04.02.2019-cu il tarixədək şirkətin baş mühasibi vəzifəsində çalışan isə X6 olmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X13 və X3 tərəflər arasında pulun verilməsi və qaytarılmasına dair münasibətlərin olduğunu bildirən ifadələrə məhkəmə tənqidi yanaşmış və onları mötəbər sübut hesab etməmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şahidlərin göstərdiyi hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi b arədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etməsi pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını qorumaq məqsədilə öz məhkəmə müdafiəsi hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 373.1, 377.1, 385.1, 386.1, 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 120, 217.3, 217.4-cü maddələrinə, “Müəssisə və təşkilatların, habelə sahibk arlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o ümumiyyətlə kredit müqaviləsi bağlamamışdır. MMC-nin baş direktoru vəzifəsində işləmiş X13 məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də tərəfindən həmin pul vəsaiti MMC-nin kassasına mədaxil edilmişdir. İş materialları ilə də sübut olunur ki, pul vəsaiti MMC-nin kassasına mədaxil olunan zaman X13 MMC-nin baş direktoru vəzifəsində işləmişdir. Onun pul vəsaitinin cavabdeh şirkət də olmasını həmin cəmiyyətdə çalışan hər bir işçi bilmişdir. O cümlədən, onun və mərhum XXXın qohumlarının hamısı onun pulunun şirkətdə olmasını bilmişlər. X3 əmək müqaviləsinə 16.04.2014-cü il tarixdə xitam verilmişdir. Şirkətə tərəfindən 02.12.2013-cü il tarixdə 89.172 ABŞ dolları mədaxil edilmişdir. Yəni, göstərilən məbləği mədaxil edərkən X3 əmək müqaviləsinə xitam verilməmişdir və o, həmin pul vəsaitini qəbul edə bilərdi. Bundan başqa, pul vəsaitinin ödənilməsinə dair sənədin ciddi hesabat blankı olmaması pul vəsaitinin verilməməsi anlamına gəlmir. O, pul vəsaitini verərkən həmin sənədi ciddi hesabat blankı kimi qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7707/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarix li qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci i craat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2457/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – ilk iddia hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini düzgün qiymətləndirməmiş, işi tam və hərtərəfli araşdırmamış, tələb olunduğu halda mə hkəmə ekspertizası təyin etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İddiaçı təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, o, mərhum XXXın təklifi ilə cəmiyyətə pul verərkən, həmin pul XXXın göstərişi əsasında kassir vəzifəsində işləyən qızı XXX tərəfindən qəbul edilərək, kassaya mədaxil edilmiş, lakin XXXla dost olduğu, aralarında inam və etibar olduğu üçün pulun verilməsi barədə hər hansı bir mühasibatlıq sənədi almamışdır. Cəmiyyətə bu cür pul vəsaiti başqa şəxslər tərəfindən də qoyulmuş və həmin şəxslər də XXXın göstərişi əsasında pul vəsaitini onun qızı XXXya vermiş, o da pulu kassaya mədaxil etsə də, pulun qəbul edilməsi barədə hər hansı bir sənəd verməmişdir. Cəmiyyətə verdiyi pulun müəyyən hissəsi ona 90.000 min manat dəy ərində verilmiş iki otaqlı mənzillə kompensasiya edilmiş, bir hissəsi isə nağd şəkildə verilmişdir. Onun cəmiyyətdə qalmış pulunun məbləği kassir vəzifəsini yerinə yetirən mərhum XXXın qızı tərəfindən tərtib edilmiş və MMC-nin baş mühasibi XXX tərəfindən imzalanmış kompüterdən çıxarışla təsdiq edilir. İddiaçı apellyasiya məhkəməsinin iclasında istinad etdiyi kompüterdən çıxarışın MMC-nin möhürü ilə təsdiq edilmiş nüsxəsini məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, sənədi birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbi həmin sənədi sonradan sənədlərin arasından tapmasıdır. Apellyasiya icraatı zamanı tədqiq edilmiş həmin sənəddə qeyd olunmuşdur ki, 02.12.2013-03.11.2014-cü illər üzrə dövrdə kassaya 412.166,00 ABŞ dolları pul vəsaiti mədaxil olunmuş, həmin məbləğdən 152.866,24 ABŞ dolları ona ödənilmiş, qalan məbləğ isə 259.299,76 ABŞ dolları təşkil edir. Sənəd "xxxx" adlı müəssisənin dairəvi möhürü ilə təsdiq edilmişdir. İşin təkrar apellyasiya baxışı zamanı yenidən şahid qismində dindirilən X13 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, MMC-nin faktiki sahibi olan XXX öldükdən sonra o, MMC-nin təsis payını onun arvadının adına keçirmiş, bir müddət MMC-nin direktoru kimi işləmiş, iddiaçının və digər şəxslərin borclarının qaytarılması barədə XXXın arvadı XXXvə qızı XXX ilə dəfələrlə söhbətləri olmuş, əvvəllər pulun qaytarılmasına söz versələr də, sonradan imtina etdiklərindən aralarında narazılıq yaranmış və bu səbəbdən də o, MMC-dən işdən çıxmışdır. Mərhum XXX MMC-ni yaradanda cəmiyyətin fəaliyyətinin genişləndirilm əsi üçün yaxın dostlarından, tanışlarından MMC-yə pul qoymalarını təklif etmiş, bu təklifə o da razılaşaraq MMC-yə 30.000 manata yaxın pul vəsaiti qoymuş, həmçinin iddiaçı, cəmiyyətin direktor müavini işləyən XXXvə digər şəxslər də cəmiyyətə pul vəsaiti qoymuşlar. XXX öldükdən sonra onun Rusiyada yaşayan dostu XXX Azərbaycana gələrək, MMC-nin fəaliyyəti ilə maraqlanmış və onun tövsiyəsi və məsləhəti ilə o, MMC-də fəaliyyətini davam etdirmişdir. XXX XXXın arvadı və qızına tövsiyə etmişdir ki, MMC-nin borclu olduğu şəxslərin vəsaitlərinin qaytarılmasını təmin etsinlər. Lakin XXXvə qızı bu tövsiyələrə əməl etməmiş və cəmiyyətə özlərinin rəhbərlik edəcəklərini bildirərək, onu MMC-nin fəaliyyətindən uzaqlaşdırdıqları üçün işdən çıxmışdır. İşin təkrar apellyasiya baxışı zamanı yenidən şahid qism ində dindirilən X10 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, cəmiyyətdə baş mühasib vəzifəsində işləmiş və müəssisənin maliyyə işlərinə rəhbərlik etmişdir. Cəmiyyətin faktiki rəhbəri XXXın göstərişi ilə iddiaçı və digər şəxslər tərəfindən verilən pullar onun tərəfindən qəbul edilərək, MMC-də kassir vəzifəsini icra edən mərhum XXXın qızına verilmiş, o da kassaya mədaxil edərək, banklara qoymuşdur. Lakin pullar qəbul edilərkən pul verən şəxslərə hər hansı bir rəsmi kassa sənədləri verilməmişdir. Çünki, həmin şəxslərin mərhum XXXla etibarlı münasibətləri olmuşdur. Cəmiyyətə pul qoymuş şəxslərin qoyduğu məbləğlər barədə hesablaşmalar aparılır, hesablaşmalar nəticəsində kompüterdə tərtib edilmiş blanklar kassir vəzifəsini yerinə yetirən XXX tərəfindən kompüterdən çıxarılır və onun imzası ilə təsdiq edilərək, cəmiyyətin borclu olduğu şəxslərə verilirdi. Səhhəti ilə əlaqədar 2014-cü ildə MMC-də baş mühasib vəzifəsindən azad olunmuş və MMC-nin baş mühasibi vəzifəsinə X6 təyin edilsə də, cəmiyyətin maliyyə məsələlərinə özü rəhbərlik etmişdir. İddiaçının MMC-yə qoyduğu pul vəsaitinin bir hissəsi pul şəklində, bir hissəsi isə 90.000 manat məbləğində iki otaqlı evlə əvəz edilib qaytarılsa da, kompüterdən çıxarışda qeyd olunan, özünün imzası ilə təsdiq edilən 259.600 manat pul vəsaiti iddiaçıya qaytarılmamışdır. XXX öldükdən sonra özü və cəmiyyətin direktoru olan XXX tərəfindən aparılmış danışıqlar zamanı XXXın arvadı və qızı iddiaçıya olan borcun qaytarılması barədə söz versələr də, sonda pulu qaytarmaqdan imtina etmişlər. Apellyasi ya icraatı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, cəmiyyətdə baş mühasib vəzifəsində işləmişdir. Özündən əvvəl baş mühasib vəzifəsində işləmişXXXXXX müəssisədə rəsmi işləməsə də, maliyyə məsələlərinə köməklik etmişdir. İddiaçını müəssisədə işlədiyi vaxtdan tanıyır və onun cəmiyyətə müəyyən məbləğdə pul vəsaiti qoyması barədə məlumatı olmuşdur. Müəssisədə işlədiyi vaxtlarda iddiaçı və digər şəxslər tərəfindən müəssisənin fəaliyyətinə köməklik üçün müxtəlif vaxtlarda pul vəsaitləri qoyulmuşdur. Həmin pullar müəssisənin sahibi XXXın göstərişinə və tapşırığına əsasən qəbul edilirdi. Qəbul edilən pul vəsaitləri kassir vəzifəsini icra edən XXXya verilirdi və o da kassaya mədaxil edirdi. Sonradan pul verən şəxslərin pulları barədə hesabat aparılır, aparılmış hesabat nəti cəsində kompüterdə qalıq borcu təsdiq edən çıxarış hazırlanır və həmin çıxarışlar mühasib tərəfindən təsdiq edilərək verilirdi. Hazırda iddiaçının da cəmiyyətə qoyduğu pullardan müəyyən hissə qaytarılmamış, bu barədə müəssisənin sahibliyini həyata keçirən mərhum XXXın arvadı və qızı ilə söhbətlər edilmiş, əvvəl cəmiyyətin borclu olduğu şəxslərə pulun qaytarılmasına söz verilsə də, sonradan imtina edilmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, cəmiyyətdə direktor müavini vəzifəsində işləmiş, cəmiyyətin faktiki sahibi xxxx XXX olmuş, lakin cəmiyyətdə rəsmi olaraq hər hansı bir vəzifə tutmamışdır. Cəmiyyətin direktoru XXX olmuş və cəmiyyətin 100% təsis payı XXXin adına olmuşdur. Cəmiyyətə faktiki rəhbərliyi XXX həyata keçirmişdir. İddiaçını XX Xa görə tanımış, iddiaçı XXXla dost olmuş, demək olar ki, hər gün bir yerdə olmuşlar. Cəmiyyətin fəaliyyətini genişləndirmək üçün XXXın təklifinə əsasən iddiaçı, direktor XXX, o özü cəmiyyətə pul vəsaitləri qoymuşlar. İddiaçı da müxtəlif vaxtlarda MMC-yə 400.000 manatdan çox pul qoymuşdur. Verilən pullar XXXın göstərişinə və tapşırığına əsasən kassir vəzifəsini icra edən qızı XXXya verilir və o da pulları kassaya mədaxil edərək, banka köçürdürdü. İddiaçı və digər şəxslərə cəmiyyətə qoyduqları pullar barəsində hər hansı bir maliyyə sənədi verilmirdi. Cəmiyyətin gəliri və çıxarı barədə hesabatlar aparıldıqdan sonra cəmiyyətə pul vəsaiti qoymuş şəxslərin qoyduğu, qaytarılan və qalıq borcunun məbləği barədə mühasibatlıq tərəfindən kompüterdə tərtib edilmiş çıxarış hazırlanıb həmin şəxslərə təq dim edilirdi. Həmin çıxarışlar kassir vəzifəsini icra edən XXX tərəfindən hazırlanıb, baş mühasibin imzası ilə təsdiq edildikdən sonra həmin şəxslərə verilir, bir nüsxəsi isə mühasibatlıqda saxlanılırdı. Cəmiyyət onun da müəssisəyə qoyduğu pul vəsaitinin qalığı barədə ona çıxarışlar vermiş və həmin çıxarışların hazırda özündə olan nüsxələrinin kserosurətini məhkəməyə təqdim edir. Təqdim etdiyi çıxarışda olan imzanı kassir vəzifəsini icra edən XXX imzası ilə təsdiq etmişdir. İddiaçıya da cəmiyyətə qoyduğu pulun qalığı barədə çıxarış hazırlanaraq təqdim edilmişdir. Cəmiyyətin faktiki rəhbəri XXX 2016-cı ildə öldükdən sonra cəmiyyətə rəhbərlik onun arvadı və qızına keçmiş, onun, XXXin cəmiyyətdə olan pulları qaytarılsa da, iddiaçının pulu qaytarılmamışdır. Sonra pulun qaytarılması barədə mərh um XXXın arvadı və qızı ilə dəfələrlə söhbətlər edilmiş, onlar əvvəllər pulu qaytaracaqlarına söz versələr də, sonradan imtina etmişlər. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, cəmiyyətdə heç vaxt kassir vəzifəsində işləməmişdir. O, cəmiyyətdə müxtəlif zamanlarda menecer vəzifəsində işləmişdir. İddiaçı və şahidlərin onun haqqında dedikləri həqiqətə uyğun deyil. İddiaçı və ya digər şəxslərin cəmiyyətə pul verməsi, cəmiyyətin onlara pul borclu olması barədə hər hansı bir məlumatı yoxdur. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 39 saylı, 09 avqust 2021-ci il tarixli, direktor XXXYusifova tərəfindən imzalanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-də 2011-ci ildən hal-hazıradək xəzinədar-kassir vəzifəsi (ş tatı) olmamış və xəzinədar-kassir vəzifəsi üzrə hər hansı işçi çalışmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş 24 vərəqdən ibarət 2013-cü il dekabr - 2014-cü il dekabr dövrü üçün "xxxx" MMC-nin maliyyə fəaliyyətini əks etdirən mədaxil və məxaric barədə məlumatlarda iddiaçı tərəfindən müəssisəyə hər hansı pul vəsaitinin mədaxil edilməsi müəyyən edilməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarla (cəmi 10 vərəqədə) müəyyən edilmişdir ki, cavabdeh MMC 30.09.2010-cu ildə qeydiyyata alınmış və hazırkı vaxtda reyestrdə qeydiyyatda olmaqla fəaliyyət göstərir. Cəmiyyətin təsisçisi 100% payla X13 olmuş və o, eyni zamanda, MMC-nin qanuni təmsilçisi olmuşdur. 30.03.2016-cı ildən cəmiyyətin təsis payının 75%-i XXXya, 25%-i isə X9 məxsus olmaqla reyestrdə qeydiyyat aparılmış, 23.11.2016-cı ildən cəmiyyətin təsis payı 100% XXXya məxsus olmaqla, qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin olunaraq, MMC-dən 259.299,76 ABŞ dolları əsas borc, 73.799,928 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 333.099,688 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında təkrar baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqelərlə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işdəki sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbinin təsdiqi kimi birinci instansiya məhkəməsinə onun adına “excel” kompüter proqramı vasitəsilə XXX XXX tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən XXX tərəfindən imzalanmış sənədin əslini və kserosurətini təqdim etmiş, hazırkı apellyasiya icraatı zamanı isə həmin sənədin cavabdeh təşkilatın möhürü ilə təsdiq edilmiş nüsxəsini təqdim etmişdir. Təqdim edilmiş həmin sənədin məzmunund an görünür ki, iddiaçı 02.12.2013-cü ildən 03.11.2014-cü il tarixə kimi cavabdeh müəssisəyə 412.166,00 ABŞ dolları məbləğində pul vəsaiti qoymuş, həmin məbləğdən 152.866,24 ABŞ dolları qaytarılmış, 259.299,76 ABŞ dolları borc qalmış və həmin borc cavabdeh müəssisənin baş mühasibinin imzası ilə, digər nüsxəsi isə cavabdeh müəssisənin möhürü ilə təsdiq edilmişdir. İddiaçının təqdim etdiyi həmin sənədin cavabdeh müəssisədə kassir vəzifəsini icra edən XXX XXX tərəfindən tərtib edilməsini, iddiaçının cavabdeh müəssisəyə pul vəsaiti qoymasını, qoyduğu pul vəsaitinin bir hissəsinin qaytarılmasını, bir hissəsinin qaytarılmadığını, müəssisənin faktiki rəhbəri XXXun ölümündən sonra müəssisəyə rəhbərliyi və idarəçiliyi həyata keçirən mərhum XXXın arvadı və qızı tərəfindən əvvəl pulun qaytarılmasına s öz verildiyini, lakin sonradan bundan imtina etmələrini iş üzrə şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor müavini işləmiş X7, cavabdeh təşkilatda baş mühasib vəzifəsində işləmiş X6, həm birinci instansiya məhkəməsində, həm də hazırkı apellyasiya baxışında şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor vəzifəsində işləmiş X13 və həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş X10 da təsdiq etmişlər. Bundan əlavə, hazırkı apellyasiya baxışında şahid X1 təqdim etdiyi sənədlərdə göstərilən faktlar qismən öz təsdiqini tapır. İşə apellyasiya qaydasında baxan məhkəmə şahid qismində dindirilmiş X2 göstərdiklərini inandırıcı saymamış, eləcə də cavabdehin göstərdiklərini həqiqətə uyğun olmayan dəlillər hesab edərək, iddianın rədd edilməsi üçün əsas hesab etməmişdir. Göstə rilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbində qeyd olunan pulun iddiaçıya qaytarılmaması sübuta yetirilmişdir və bu səbəbdən də tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsinin bağlanması sübuta yetirildiyindən, aralarında Mülki Məcəllənin 386-cı maddəsi ilə nəzərdə tutulan öhdəlik münasibətləri yaranmış və bu səbəbdən də iddiaçının cavabdehə münasibətdə tələb hüququ, cavabdehin isə iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyi yaranmışdır. Odur ki, iddiaçının təqdim etdiyi “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş, şirkətin baş mühasibi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş sənəd Mülki Məcəllənin 882. 5-ci maddəsinə əsasən borcun etirafı barədə müqavilə kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əsas borc sübuta yetirildiyindən, Mülki Məcəllənin 445.7, 449.1-ci maddələrinə əsasən, iddia tələbi əsas borc məbləğinə münasibətdə əldən çıxmış fayda hissəsində də əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsi münasibətlərindən irəli gələn mübahisə olduğundan, həmin münasibətlər üçün üç illik iddia müddəti müəyyənləşdirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə versə də, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabde h əvvəllər həmin pul vəsaitini qaytarmağa söz versə də, sonda pulun qaytarılmasından yayınmışdır. İddiaçı da pulun qaytarılmayacağından əmin olduqdan sonra hazırkı iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci, Mülki Məcəllənin 324.1, 331.2, 373.1. 377.1, 385.1, 386.1, 387.1, 389.1, 390.1, 425.1, 439.1, 442, 443.1, 445.1, 445.7, 449.1, 739.1, 882.5-ci, MPM-in 2.1, 2.2, 9.1, 10.1, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 77.3, 88, 104.1, 106.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə Mülki Məcəllənin 6.1.5, 386.1, 390.1-ci maddələrini pozmuşdur. Belə ki, məhkəmədə sübuta yetirilmişdir ki, tərəflər arasında öhdəliyin yaranması üçün başlıca əsas olan müqavilə mövcud deyildir. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmiş, lakin həmin maddənin şərtlərinin hazırkı mübahisəyə aidiyyətinin olmasını müəyyənləşdirə bilməmiş, borc münasibətlərinin olub-olmamasını araşdırmamışdır. Məhkəmə Mülki Məcəllənin 882.5-ci maddə sinə istinadən belə zənn etmişdir ki, hazırkı işdə borcun etirafı barədə müqavilə vardır. Lakin həmin maddədə nəzərdə tutulan borcun hesablaşma (ödəniş) və ya razılaşma yolu ilə etiraf olunması şərtinin mövcudluğunu unutmuş, belə bir etirafın hazırkı mübahisədə olmadığına qiymət verməmişdir. Məhkəmə ümumiyyətlə tərəflər arasında borc və ya borcun etirafı münasibətlərinin olmasını müəyyən edə bilməmiş, yuxarıda qeyd olunmuş maddələri mübahisəyə səhv tətbiq etmişdir. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinadən əldən çıxmış fayda üzrə pulun tutulması hissəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, MMC borclu hüquqi şəxs statusu daşıya bilməz, onun iddiaçı qarşısında pul öhdəliyi mövcud deyildir. MMC iddiaçıdan pul vəsaiti almamış, onu qanunsuz saxlamamış, faydalanıb gəlir əldə etməmişdir. Məhkəmə Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 382-ci maddələrinə zidd olaraq iddia müddətinin ötürülməsinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçının MMC ilə danışıqlar aparması, pulun geri qaytarılmasına dair cavabdeh tərəfindən vəd verilməsi barədə işdə heç bir sübut yoxdur. Məhkəmə müddətin üzrlü səbəbdən ötürüldüyünü etiraf etmiş, lakin iddiaçının bu barədə ərizəsinin olmadığını nəzərə almamışdır. Şikayətdə daha sonra qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənəd “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarına uyğun deyildir, ona görə də sübut kimi qəbul oluna bilməz. Bundan başqa, məhkəmə yeni şahidləri dindirmiş, MPM- in 372.2-ci maddəsinin tələblərinə zidd olaraq həmin şahidlərin birinci instansiya məhkəməsində dindirilməsinin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmamasını araşdırmamışdır. Məhkəmə birinci instansiya məhkəməsində dindirilmiş şahidləri yenidən dindirmiş və MPM-in 189, 195.5-ci maddələrini pozaraq bunun zəruriliyini əsaslandırmamışdır. Məhkəmə MPM-in 420-ci maddəsini pozmuş, kassasiya instansiyası məhkəməsinin qərarında yalnız MMC-də kassir vəzifəsində işləyən şəxsin dindirilməsi barədə göstərişin olmasına baxmayaraq, həm əlavə şahidləri dindirmiş, həm də iddiaçı tərəfindən təqdim olunmuş əlavə sübutları qəbul etmişdir. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, məhkəmə MPM-in 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə əməl etməmiş, şahid ifadələrinə düzgün qiymət verməmişdir. Şa hidlər ifadələrində pulun MMC-yə verilməsini təsdiq edə bilməmişlər. Məhkəmə şahidlərin “hamı bilir ki, mərhum XXXın Şakirə borcu var” kimi ifadələrini onun hüquqi şəxsin fəaliyyətinə pul vəsaiti qoyması kimi qiymətləndirmişdir. İddiaçı “excel” formatında cədvəl üzrə cavabdeh şirkətə pul vəsaitini müxtəlif tarixlərdə qoyduğunu göstərsə də, apellyasiya məhkəməsi həmin dövrlərdə MMC-nin təsisçisi-direktorunun XXX olmasına və mərhum XXXun MMC-yə ümumiyyətlə aidiyyətinin olmamasına, pul vəsaitinin mərhum XXXa verildiyi fərz olunsa belə, nə üçün pulun şirkətdən tələb edilməsinə, pul vəsaiti verilən dövrdə təsisçi-direktor XXX olduğu halda, şirkətə mədaxil edilməyən pul vəsaitinə görə XXXin hansı səbəbdən məsuliyyət daşımamasına heç bir hüquqi qiymət verməmişdir. Şikayətin digər dəlilləri qarşıl ıqlı iddiada qeyd olunmuş dəlillərlə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda iddiaçı şikayətin əsassız olduğunu qeyd edərək, təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddələr 375.1 və 375.2. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə ve rdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Madd ə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ü çün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəm ə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarı... iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiy yətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halla rın mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarı...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirm ə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını o nun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). M addi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə to xunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadı...apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır (bən 62). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə həm ilkin, həm də qarşılıqlı iddia rədd olunmuş, qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, ilkin iddianın tam təmin olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilkin idd ianın təmin olunmayan hissəsində yoxlamalı idi və qarşılıqlı iddianın təmin olunmaması hissəsi apellyasiya baxışının predmetindən kənar olmuşdur. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan maddənin tələbini pozmuş, qətnaməni tam yoxlamış və ləğv etmişdir. Eyni zamanda məhkəmə qətnaməni tam ləğv etsə də, yalnız ilkin iddia tələbinə qiymət vermiş, ləğv olunmuş digər – qarşılıqlı iddiaya aid hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki mülki prosesin çəkişmə və dispozitivlik kimi fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Eyni zamanda tədqiq edilmiş sübutlar əsasında tərəflər aras ında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin yarandığını və cavabdehin öz borcunu yazılı etiraf etdiyini müəyyən edən apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə vermiş, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabdeh əvvəllər pulu qaytarmağa söz versə də, sonda bundan yayınmışdır. İddiaçı da pulun qaytarılmayacağından əmin olduqdan sonra hazırkı iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Halbuki Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Məcəllənin 377.3-cü maddəsinə əsasən belə öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Digər tərəfdən mülki qanunvericilikdə kreditorun borcun qaytarılması ilə bağlı borclu ilə danışıqlar aparması iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi əsası kimi müəyyən edilməmişdir. İddiaçı öz ərizəsində, məhkəmə baxışı zamanı verdiyi yazılı və şifahi izah atlarında iddia müddətinin axımının dayandırılmasını əsas verən, Mülki Məcəllənin 379-cu maddəsində nəzərdə tutulan hər hansı hala istinad etməmişdir. Həmçinin Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə kreditorun yalnız iddia müddəti bitmədən iddia qaldırması iddia müddətinin axımını kəsə bilər. Əgər iddia qaldıranadək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etmədən, tərəflər arasında yaranmış münasibətlər üzrə iddia müddətinin axımının nə vaxtdan başladığı, yaxud kə sildiyi ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Məhkəmə, həmçinin iddiaçının cavabdehdən pul vəsaitinin 6 il qanunsuz saxlanmasına görə maddi ziyan qismində 73799,928 ABŞ dolları tələbini də tam təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə tələbin təmin olunması üçün eyni anda həm Mülki Məcəllənin 445.7-ci, həm də 449.1-ci maddələrinə istinad etmişdir. Halbuki həmin maddələr hər biri iddia tələblərinin müstəqil qanuni əsasları kimi çıxış edir və fərqli dispozisiya şərtlərini müəyyən edir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 447.5-ci maddəsi həmin qaydadan istisna nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir. Mülki Məcəllənin 449.1-ci maddəsi isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğu barədə qayda müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2009-cu il tarixli qərarına əsasən bu maddənin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Eyni zam anda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarında hər iki maddənin əlaqəli şəkildə tətbiqi də istisna edilməmişdir. Lakin bunun üçün kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu və sadalanan maddələrin digər dispozisiya şərtlərinin mövcud olduğunu sübut etməlidir. Lakin hər bir halda əgər məhkəmə tərəflər arasında müqavilə münasibətlərinin yarandığı barədə qənaətə gəlmişdirsə, yuxarıda istinad olunan maddələrin mübahisəyə tətbiq edilməsi üçün tərəflərdən birinin öhdəliyin icrasını pozması və ya lazımınca icra etməməsi müəyyən edilməli və iddia tələbi çərçivəsində məhz həmin tarixdən sonrakı dövr üçün borclunun məsuliyyət hədləri müəyyən olunmalıdır. Qeyd olunanlarla yanaşı, baxılan iş üzrə iddiaçı 02. 08.2019-cu il tarixdə qaldırdığı iddia ərizəsində ötən altı il üçün, yəni 02.08.2013-cü il tarixdən başlayaraq tələb etdiyi pul vəsaitinin qanunsuz saxlanmasına görə cavabdehdən 73799,928 ABŞ dolları tələb etmişdir. Halbuki iddiaçı özü iddia ərizəsində borcu cavabdehə 02.12.2013-03.11.2014-cü il tarixlərində hissə-hissə verdiyini, təkrar apellyasiya baxışı zamanı izahatında cavabdehə verdiyi pulun müəyyən hissəsinin ona 90.000 min manat dəyərində iki otaqlı mənzillə kompensasiya edildiyini, bir hissəsinin isə nağd şəkildə qaytarıldığını bildirmişdir. Buna baxmayaraq, işə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda da qeyd olunduğu kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu anı, öhdəliyin icrasının pozulduğu müddəti müəyyən etmədən zərər tələbini tam təmin etmişdir. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisənin qanuni və əsaslı həlli üçün zəruri olan işin faktiki halları müəyyənləşdirilməklə, həm də işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar