Məhkəmə qərarları › İş №2(102)-8154/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8154/2019

25.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8154/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İlkin İddiaçı2, ilkin iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Məmmədov Dilsuz Babək oğlunun, ilkin Cavabdeh vəkili İsgəndərov Fərman Məmmədtağı oğlunun ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2(103)9624/2019 nömrəli qətnaməsindən ilkin iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 5950 ABŞ dollarının, 25000 manat məbləğində maddi ziyanın, 40000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh 2009-cu ildə İddiaçı2 qarşı zor tətbiq etməklə bakirəliyini pozmuşdur. Cavabdeh bu illər ərzində qanunsuz hərəkətləri ilə İddiaçı2 ilə birlikdə digər iddiaçı və onun qardaşı İddiaçı1 maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh 20082015-ci illər ərzində İddiaçı2 5950 ABŞ dolları məbləğində pulu borc alaraq geri qaytarmamışdır. Sonradan ona qardaşı tərəfindən evə lazımi əşyaları almaq məqsədi ilə veril miş 800 ABŞ dolları məbləğində pulu da müxtəlif bəhanələrlə ondan almışdır. Sonradan isə iddiaçıya məxsus Fatmayı kəndində yerləşən 3 sot torpaq sahəsində inşa edilmiş üç otaqlı evin alqı-satqısında kömək etmək məqsədi ilə iştirak etmişdir. Həmin mənzilin 50000 manata satılması nəzərdə tutulsa da, sonda 40000 manata X1. Satıcı ilə alıcı arasında olan razılaşmaya əsasən həmin mənzilə görə Ədalət Qasımov əvvəlcədən 25000 manat ödəniş etmiş, qalan 15000 manatı isə hissə-hissə ödəməli idi. Lakin alqı-satqıdan əldə olunmuş 25000 manat pulu da cavabdeh mənimsəyərək iddiaçılara qaytarmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə iddiaçılar tərəfindən müraciət edilsə də, cavabdeh pulu ödəməkdən birmənalı olaraq imtina etmiş və əvəzində iddiaçıları təhqir edərək şərəf və ləyaqətini alçatmışdır. İddia çı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 qarşı qarşılıqlı iddia ərizəsi müraciət edərək, ilkin iddia tələblərinin rədd edilməsi, mənəvi zərər üçün ayrı-ayrılıqda İddiaçı2 20000 manat, İddiaçı1 20000 manat və X3 20000 manat məbləğində, cəmi 60000 manat pulun həmin tələb üzrə iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı2 və Cavabdeh 2001-ci il tarixdə tanış olmuş, 2002-ci ildən 2008-ci ilə kimi qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. İddiaçı2 maddi imkanının aşağı olduğundan Cavabdeh aylıq maaşından hər ay 80-100 manat pul, əlavə olaraq isə yol, kontur və yemək pulu vermişdir. 2008-ci ildə onun səhhətində problemlər yarandığından İddiaçı2 ilə görüşlərə son qoymuş, lakin 2018-ci ilin iyul ayına ki mi Xatirə ilə dost kimi görüşmüş və ona əvvəlki kimi 80-100 manat məbləğində pul vermişdir. 2018-ci ildən başlayaraq İddiaçı2 hər ay ondan daha çox pul tələb etməyə başlamış, mütəmadi olaraq verdiyi 80-100 manat pul ilə razılaşmamışdır. Cavabdeh işlədiyi Opera və Balet Teatrından işdən çıxdıqdan sonra imkanı olmadığı üçün Xatirəyə pul verilməsini dayandırmışdır. İddiaçı2 03 iyul 2018-ci il tarixdə yaşadığı binanın həyətində qarşısını kəsərək ondan 30000 manat məbləğində pul və ya bir otaqlı ev tələb etmiş, əks halda hüquq-mühafizə orqanına onu 2002-ci ildə zorlaması barədə şikayət edəcəyini bildirmişdir. Tələblərin yerinə yetirilməməsi halında tanışı cavabdeh X5 adlı şəxslə onu hədələmiş və təhqir etmişdir. İddiaçı2 bildirmişdir ki, o, Ədalət Qasımova ərə getməyə hazırlaşır, sonuncu 8 il cəza çəkmiş, həbsxana qanunlarını yaxşı bilir və onu tutdurub başına pis oyunlar açdıracaqdır. Onun bu təhqirlərinə və hədə-qorxu ilə pul tələb etməsinə görə 03 iyul 2018-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı polis bölməsinə şikayət etmiş, İddiaçı2 bölmədə izahat verərək bir daha onu narahat etməyəcəyinə söz vermişdir. Lakin 21 sentyabr 2018-ci il tarixdə İddiaçı2 Azərbaycan Dövlət Akademik Filarmoniyasına iş yerinə gələrkən onu həyətə çağırıb qışqıraraq ondan mənzil yaxud 30000 manat tələb etməyə, verməyəcəyi təqdirdə onu və ailəsini Ədalət Qasımovla hədələmişdir. Bundan sonra o, İddiaçı2 və Ədalət Qasımovun hərəkətlərindən Baş Prokurorluğa şikayət ünvanlamışdır. İddiaçı2 və onun müraciətləri əsasında Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və 04 dekabr 2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(009)-1046/2019 saylı qətnaməsi ilə (hakim Ü.S.Şükürova) həm ilkin, həm də qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və X6 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2(103)9624/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(009)-1046/2019 saylı qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə və onların mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2(103)9624/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2(103)-9624/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılm ışdır ki, İddiaçı2 mülkiyyətinin satışından əldə etdiyi 25000 manat pul cavabdeh tərəfindən mənimsənilmişdir. Qeyd edilən borc cavabdeh tərəfindən inkar edilmir. Cavabdeh sadəcə müddətin keçməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Halbuki, müddətin keçməsi barədə ərizəsi əsassızdır və borcun yaranmasının 2018-ci il tarixədək davam etməsi danılmaz faktdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı2, ilkin iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin Cavabdeh vəkili İsgəndərov Fərman Məmmədtağı oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X5 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(009)-1046/2019 saylı qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə və onların mübahisələndirdikləri hissəd ə dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı2 şikayət ərizəsi üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və 04 dekabr 2018-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan müəyyən olunur ki, İddiaçı2 ilkin olaraq Cavabdeh tərəfindən zorlanmasından şikayət vermiş, sonradan isə izahatında cavabdehin ona 6000 manat məbləğində borclu olmasını göstərmişdir. 25 avqust 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Fətmayı kəndində ye rləşə 0,03 ha torpaq sahəsini X4 5000 manata satmışdır. 08 aprel 2018-ci il, 06 avqust 2018-ci il, 16 dekabr 2018-ci il, 31 mart 2019-cu il tarixli tarixli bildirişlərə əsasən Abşeron rayonu, Fatmayı kəndində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı mənzil X5 tərəfindən 40000 manata alınmış, həmin məbləğin 25000 manatı ilkin olaraq, qalan 15000 manat isə müvafiq olaraq 06 avqust 2018-ci il tarixdə 6000 manat, 16 dekabr 2018-ci il tarixdə 5000 manat, 31 mart 2019-cu il tarixdə 4000 manat olmaqla ödənilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işd ə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında m əhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hüquq-mühafizə orqanlarına şikayət vermiş iddiaçı ilkin olaraq cavab dehin ona hazırki iddiadan fərqli olan məbləğdə borcun olmasını göstərmiş, eyni zamanda sonuncunun 25000 manat pulun mənimsəməsindən şikayət etməmişdir. Digər tərəfdən iddiaçıların birinci instansiya məhkəməsində təqdim etdikləri bildirişlər də hazırki iddia üçün sübut əhəmiyyətə malik deyildir. Belə ki, həmin bildirişlərdə və ya onların hər hansı birində alınan pulun hər hansı hissəsinin Cavabdeh verilməsi öz əksini tapmamışdır. Eyni ilə iddiaçılar satdıqları torpaq sahəsinin əvəzinə alınmış pul vəsaitindən 25000 manat hissəsinin cavabdeh tərəfindən mənimsənilməsini iddia etsələr də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə verməmişlər. Əksinə iddiaçıların tələblərini əsaslandırılması üçün təqdim etdikləri sübutlar ziddiyyətli olmaqla, tələblərini təsdiq etmir. İddiaçılar tərəfindən cavabdehə 2008-2015-ci illərdə göstərilən məbləğdə borc verildiyi iddia edilsə də, iddiaçılar pulun hansı tarixdə, harada, hansı müddətə qaytarmaq şərti ilə vermələrinə dair hər hansı məlumat verməmiş və tərəflər arasında şifahi də olsa borc münasibətlərinin mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Bundan əlavə, birinci instansiya məhkəməsində dindirilmiş cavabdeh X5 və şahid X2 Qasımovun İddiaçı2 25000 manat pulu verəndən sonra, sonuncunun dəhlizə çıxmasını, qaydarkən həmin pul vəsaitini maklerə verdiyini bildirməsini qeyd etsələr də, onlar pulun həqiqətən hər-hansı şəxsə verilməsini görməmiş, həmçinin göstərilən maklerin məhz hazırki iş üzrə Cavabdeh olmasını təsdiq etməmişlər. Həmçinin, iş üzrə iddiaçıların mənəvi sarsıntı və iztirablara məruz qalmaları öz təsdiqini tapmadığından, iddia tələbi 40000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsində də əsassızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqd im edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı iddia tələbində istinad edilən hallarla ba ğlı üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2(103)9624/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar