Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8155/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Əyyubzadə Fuad Azad oğlunun, QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əsgərova Əlifə Füzuli qızının iştirakları ilə, QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Səmədov, iş 2(006)664/2018) iddia tələbi təmin edilmiş, cavabdeh QSC “Bank Standard” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İdd iaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən xxxxnın reyestrdən çıxarışının əslinin İddiaçı qaytarılması və həmin əmlakın girovdan azad edilməsi barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Şirinov, iş № 2(103)-5004/2018) cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2018ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-6217/2018) cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-1056/2019) cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, auditor (məhkəmə) xərci olan 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassa siya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əsgərova Əlifə Füzuli qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili Əyyubzadə Fuad Azad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında aylıq ə mək haqqı 2500 ABŞ dolları məbləğində müəyyən edilən 25 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlanmış, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin əmək müqaviləsi üzrə bildiriş işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən edilir ki, QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən xxxxnın reyestrdən çıxarışın əslinin iddiaçıya qaytarılması və həmin əmlakın girovdan azad edilməsi barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı cavabdeh QSC «xxxx» KB-nin ləğvedicisi Əm anətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən xxxxnın reyestrdən çıxarışının əslinin İddiaçı qaytarılması və həmin əmlakın girovdan azad edilməsi barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-5004/2018 saylı “26”aprel 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il taixli 2(102)- 6217/18 saylı qərarı ilə cavabdehin şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə “26” aprel 2018-ci il tarixli 2(103)-5004/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda digər məsələlərlə yanaşı həmçinin işə yenidən baxılarkən qarant QSC «xxxx» KB, ipoteka qoyan İddiaçı və prinsipal "xxxx" firması arasında bağlanmış 14.08.2015-ci il tarixli, LG-ASNAF-CDB-03/LG-ASNAF-CDB- 04 saylı ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunub-olunma dığı və ipoteka ilə yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçmədiyi də aydınlaşdırılması zəruriliyi qeyd olunmuşdur. Əlavə araşdırma zamanı mülki işə əlavə edilmiş sənədlərlə Bakı şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış binası “xxxx”nın QSC «xxxx» KB Korporativ filialının xeyrinə ipoteka ilə yüklü olması müəyyən edilmişdir. (iş.vərəqə. 122, 134 İ cild) Qeyd olunanlara baxmayaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin iş üzrə 19 yanvar 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ilkin olaraq ipotekaya qoyulmuş əmlakla bağlı ipotekaya xitam verilməsi məsələsini müzakirə etməli və “İpoteka haqqında” Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ip otekaya xitam verildikdən sonra cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən xxxxnın reyestrdən çıxarışının əslinin İddiaçı qaytarılması və həmin əmlakın girovdan azad edilməsi barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin qoyulması məsələsini həll etməli idi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka pre dmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 48.2-ci maddəsi isə müəyyən edir ki, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ipotekaya xitam verilmədən cavabdeh QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üzərinə ipotekaya qoyulmuş əmlakın girovdan azad edilməsi barədə məktubun verilməsi barədə öhdəliyin qoyulması “İpoteka haqqında” Azərbaycan Respublikası Q anununun 48-ci maddəsinin tələblərinə müvafiq olmamış, apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsini mübahisəli hüquq münasibətinə tətbiq etməməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu tarixli qətnaməsinin ləğ v edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8155/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8155/2019
26.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver