Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-817/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)6798/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında yaxılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 06 aprel 2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsi ilə Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasını tikib, binanın 1 saylı blokunun 2-ci mərtəbəsində yerləşən ümumi 300 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsini, sonuncu isə qeyri-yaşayış sahəsinin hər kv.m. üçün 2100 manat olmaqla, ümumilikdə 630000 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı 06 aprel 2008-ci il tarixli, 51 saylı sifariş müqaviləsi üzrə müəyyən olunmuş 630000 manat məbləğinə pul vəsaitini MMC-nin xəzinəsinə ödəmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qərardadı ilə "xxxx" MTK və Bakı şəhəri İcra Hakimiyyəti arasında barışıq sazişi təsdiq edilmişdir. Razılaşmaya əsasən Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" MTK-nın “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi və sənədləşdirilməsi məsələsinin baxılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi” iddia tələbini qəbul etmişdir. Bu razılaşmaya əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq istismara qəbul sənədi nəzərə alınmaqla mövcud vəziyyətdə mövcud sənədlər əsasında mənzil və qeyri-yaşayış sahələrinin payçıların adına sənədləşdirilməsi üçün müvafiq işlər görür, Bakı şəhər İcra Hakimiyyəti bu sənədləşməyə etiraz etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nı əlavə cavabdeh qismində cəlb etməklə, cavabdehlərin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)664/2022 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MTK-ya Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin - ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının İddiaçı verilməsinin həvalə edilməsi, iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
5. Cavabdeh1 MMC ap ellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-664/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6798/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və İ.Ə.Kərimlinin iştirakı ilə) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-664/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
7. Cavabdeh1 MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6798/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 385 və 386.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1-ci maddələrinin tələbləri pozulmuş, "xxxx" MTK-nın iddiaçı qarşısında öhdəliyi yaranmamışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
14. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, məhkəmə aktı ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır.
15. Hazırki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddiası rədd edilmiş və apellyasiya məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Yəni məlum olur ki, hazırki halda kassator kimi çıxış edən Cavabdeh1 MMC-nın işdə hər hansı iddiası olmamış, əksinə ona qarşı yönəldilən tələb rədd olunmuşdur.
17. Apellyasiya icraatından bu əsasla işə baxılmasından imtina mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Lakin, apellyasiya məhkəməsinin qətnaməsi ilə kassasiya şikayəti vermiş şəxsə q arşı tələb təmin edilmədiyindən, qətnamə ilə sonuncunun hüquq və vəzifələrinə, maraqlarına toxunması müəyyən edilmədiyindən, habelə kassasiya şikayəti belə hallarla deyil, şikayət verməyən cavabdeh "xxxx" MTK-nın mənafeləri ilə əsaslandırıldığından, MPM-in 403.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 MMC-nin hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6798/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olması müəyyən olunmur.
18. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh1 MMC-nin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(102)-817/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6798/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.