Məhkəmə qərarları › İş №2(102)-8172/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8172/2019

26.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8172/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X4, cavabdehin nümayəndəsi X1, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-1349/2019, hakim R. Ə.Səmədov) İddiaçı Cavabdehnə qarşı «ixtisasa uyğun işlə təmin olunma vəzifəsinin cavabdehə həvalə olunması» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9507/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev)İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 02.09.1991-ci il tarixdən 09 iyul 2018-ci il tarixədək Cavabdehndə latın dili kafedrasında, əczaçılıq fakültəsində baş müəllim işləmiş, dosent vəzifəsinə seçilmişdir. Cavabdeh 06.07.2018-ci il tarixli əmri ilə İddiaçı il ə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) 09 iyul 2018-ci il tarixindən xitam verilmişdir. 17 dekabr 2018-ci il tarixdə İddiaçı Cavabdehnə qarşı ixtisasa uyğun işlə təmin olunma vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdeh tərəfindən işçilərin ixtisarının aparılması qaydasına riayət edilməməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasını n iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edəərk qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahi sələndirməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 02.09.1991ci il tarixdən 09 iyul 2018-ci il tarixədək əmək münasibətləri mövcud olmaqla, cavabdeh müəssisənin 06.07.2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyini mübahisələndirmədən onun ixtisasına uyğun işlə təmin olunma vəzifəsinin cavabdeh müəssisəyə həvalə olunması barədə hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanun la müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İxtisasına uyğun işlə təmin edilmə” tələbi hazırkı iddiada qeyd edilən normada nəzərdə tutulmuş məqsədləri əhatə etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçı hazırki iddianı qaldırmamışdan əvvəl eyni məzmunlu tələblə cavabdeh müəssisəyə müraciət etmiş, sonuncnun 23.11.2018-ci il tarixli məktubunda isə göstərilmişdir ki, hal-hazırda ixtisası üzrə universitetdə müvafiq iş olmadığından iddiaçıya iş təklifi edi lməsi mümkün deyil. Bununla bərabər, iddiaçı ilə əmək münasibəti yaratmayan cavabdehin üzərinə iddiaçının işlə təmin edilməsi barədə vəzifənin qoyulması əmək münasibətlərinin sərbəstliyini müəyyən edən və həmin münasibətlərin məcburiliyini qadağan edən əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normasının tələblərinə ziddir. İşçilərin ixtisarının düzgün aparılmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyi mübahisələndirilmədiyindən və hazırda da iddia tələbinin əsasını təşkil etmədiyindən həmin dəlillərə qiymət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi təl əblər üzrə qətnamə çıxarır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar