Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-819/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh oğlu və onun vəkili X3 iştirakı ilə, Cavabdeh oğlutərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-84/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin (hakim Fizuli Mirzəquliyev) xx xxxxxxx 2017-ci il tarixli, 2(067) -1317/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh oğluna qarşı mülkiyyətdən istifadə hüququna törədilən maneələrin aradan qaldırılması tələbi təmin edilərək oğlu tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolundan maneəsiz və sərbəst istifadəyə törədilən maneələrin aradan qaldırılması, yolun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, oğlundan 10 manat dövlət rüsumunun alınaraq X4 və mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 60 manat xərcin alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) xx xxxxxxx 2019-cu il tarixli qətnamə si ilə cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanımışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdeh oğlundan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, torpaqların alqı-satqısına dair akta əsasən xx xxxxxx 2004-ci il tarixdə Xaçmaz rayon Yataqoba Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 07 saylı qərarı ilə o, Xaçmaz rayonu, Krasnıy-Xutor kəndində 10 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi üzərində özünə yaşayış evi tikir. Cavabdeh onun qonşudur. Onların torpaq sahələrinin arasından kənd yolu keçi r. Həmin yol Uzunoba kənd Bələdiyyəsinin balansındadır və yol Krasnı-Xutor kəndinin sakinləri tərəfındən istifadə olunur. Cavabdeh özünə məxsus olan torpaq sahəsi hüdudlarından qanunsuz olaraq kənara çıxmış, nəticədə kənd yolunun daralmasına səbəb olaraq nəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törətmişdir. Ümumi istifadədə olan yol sahəsi cavabdeh tərəfındən qanunsuz olaraq zəbt edildiyindən o, öz torpaq sahəsinə tikinti materialları gətirə bilmir. Dəfələrlə cavabdehin qanunazidd hərəkəti barədə kənd bələdiyyəsini xəbərdarlıq etmişdir. Lakin cavabdeh bələdiyyənin etirazına da məhəl qoymamışdır. Ona görə də, cavabdeh oğlu tərəfindən öz torpaq hüdudlarından kənara çıxmaqla ümumi istifadədə olan yolu qanunsuz zəbt edilməsinin qarşısının alınması və həmin gediş-gəliş yolunu bərpa ed ərək, maneçiliklərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh oğlukassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavab deh oğlu və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməmə lidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Xaçmaz rayon Yataq oba Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 7 saylı qərarına əsasən X4 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0230 seriyalı, 30223058 KOD-lu Şəhadətnamənin surətindən müəyyən edilir ki, Xaçmaz rayon Yataq oba Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə oğluna 0,49 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışdan görünür ki, Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,4905 hektar torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdeh qonşudurlar və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh oğluna qarşı mülkiyyətdən istifadə hüququna törədilən maneələrin aradan qaldırılması tələbi təmin edilərək oğlu tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolundan maneəsiz və sərbəst istifadəyə törədilən maneələrin aradan qaldırılması, yolun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsini tələb etmiş və tələbini iddia ərizəsində göstərilənlərə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli, 11874 saylı ekspert rəyindən və əlavə edilmiş sxemdən görünür ki, cavabdehin mülkiyyətinə olan torpaq sahəsi ilə faiktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunuzluq var və cavabdeh tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolu daraldılmışdır. Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi İlkin Abduləzimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən cavabdeh oğlunun adına olan JN-2xx xxx 30223058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron baza məlumatlarında olan xəritə materiallarında öz əksini tapmadığından faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü və koordinatlarının uyğun olub-olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi İlkin Abduləzimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsi perspektiv inkişaf fondudur və perspektiv inkişaf fondunun bələdiyyə tərəfində n hazırlanarq RİH-nin Memarlıq və Tikinti şöbəsində təsdiq edilmiş bölgü sxemi əlavə olunmadığından iddiaçı X5 və oğluna məxsus torpaq sahələrinin arasından keçən ümumi istifadədə olan yolun bələdiyyə xəritəsində göstərilən yolun enliyini nəzərə alınmaqla, hazırki vəziyyətdə həmin ölçülərə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinin təmin edilməsi nəticəsinə gəldikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, oğlunun istifadəsində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluq var və ekspertiza üzrə tərtib edilmiş sxemə əsasən Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ümumi istifadədə olan kənd yolu istiqamətinə tərəf sürüşdürülmüş, onun tərəfindən yolun bir hissəsi zəbt edilmiş və yol daraldılmışdır. «İnsan hüq uqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1- ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və 3 əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 238.1 və 238.3-cü maddələrinə əsa sən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsi z istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutları birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş rəy ilə əlaqəli şəkildə tədqiq edib nəzərə almışdır ki, qonşuluqda yaşayan tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 19798 saylı ekspert rəyindən də göründüyü kimi ümumi istifadədə olan yolun bələdiyyə xəritəsində göstərilən yolun enliyini nəzərə alınmaqla, hazırki vəziyyətdə həmin ölçülərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli ekspert rəyinə istinad etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh özünə məxsus olan torpaq sahəsi hüdudlarından qanunsuz olaraq kənara çıxmış, nəticədə kənd yolunun daralmasına səbəb olaraq iddiaçının gediş-gəlişinə maneçilik törətmişdir. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanı ş olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə b ağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-84/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-819/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-819/2020
10.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver