Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-82/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(045)-96/2019 saylı qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddianın təmin edilməməs i, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh və maraqlı tərəf Gəncə “ASAN Xidmət” mərkəzinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə 2(104)-2500/2019 saylı qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Goranboy Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(045)-96/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh və maraqlı şəxs Gəncə “ASAN Xidmət” mərkəzinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi eyni qaydada hərəkət edərək sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, sənədləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçıların dediklərini, təqdim etdiyi sənədləri, gətirdiyi dəlil və sübutların heç birini nəzərə almamış, Ailə və Mülki Məcəllənin norma və prinsiplərini ciddi və kobud şəkildə pozaraq cavabdeh tərəfin məhkəmə prosesində söylədiyi heç bi r həqiqətə uyğun olmayan, işin faktiki və həqiqi halları ilə ziddiyyət təşkil edən uydurma izahatını mütləq həqiqət kimi qəbul edərək iddianı təmin etməmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli 2(104)-2500/2019 saylı qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Re spublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəf indən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan G icra nümayəndəsi tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli, 336-1 saylı arayış əsasında müəyyən edilmişdir ki, İddiaçı1 X İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: həyat yoldaşı: İddiaçı2. İş materiallarında olan G icra nümayəndəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli 338 saylı arayışından görünür ki, İddiaçı2 X İnzibati Ərazi dairəsi üzrə nümayəndəlində qeydiyyatdadır və yaşayır. G icra nümayəndəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 339 saylı arayışından görünür ki, İddiaçı2 X İnzibati Ərazi dairəsi üzrə nümayəndəlində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: həyat yoldaşı: İddiaçı1. İş materiallarında olan X kənd icra nümayəndəsi tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli, 184 saylı arayışından görünür ki, İddiaçı3 həqiqətən Göygöl rayonu, X kəndində yaşayır, daimi qe ydiyyatdadır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: əri X5, qızı X8 21.01.2010-cu il, qızı X13 29.04.2012-ci il, oğlu X16 25.02.2016-cı il. İş materiallarında olan 12 oktyabr 2018-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikan kitabının 12-ci səhifəsindən çıxarışdan görünür ki, 1928-ci il təvəllüdlü İddiaçı1 ilə 1936-cı il təvəllüdlü X24 qızı arasında 18.03.1965-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra hər ikisi “Y” soyadını daşıyır. İş materiallarında olan 12 oktyabr 2018-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 07 mart 1976-cı ildə ünvan 2ində anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan 12 oktyabr 2018-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 27 mart 1978-ci ildə X anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan DƏDRX Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunun və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX №0030110 çıxarışın surətindən görünür ki, Ünvan kəndində yerləşən 0,175 ha torpaq sahəsində yerləşən LiterA, ümumi sahəsi 98,2 kv.m. olan2 otaqlı və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter1, tövlə, tikintialı sahə 56,5 kv.m, Liter 2, hamam, tikintialtı sahə 14.4 kv.m, Liter 3, quş damı, tikintialtı sahə 14 kv.m. olan daşınmaz əmlak evi tam mülkiyyət hüququ üzrə Goranboy rayonunun Ünvan kənd sakinləri İddiaçı1, X6 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********72-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07.09.2012-ci il. İş materiallarında olan Göygöl rayonunun X kəndində qeydiyyatda olan X1 Gəncə “ASAN Xidmət” kontoruna ünvanladığı 16.02.2016-cı il tarixli ərizənin surətindən görünür ki, paylı mülkiyyətində olan ünvan 2ində mülkiyyətində olan 0.175 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 (iki) otaqlı fərdi yaşayış evindən arvadı Ya (X) X qızına məxsus hissənin özgəninkiləşdirilməsinə, bağışlanmasına, satılmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etmir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan Göygöl rayonunun X kəndində qeydiyyatda olan X10 Gəncə “ASAN Xidmət” kontoruna ünvanladığı 16.02.2016-cı il tarixli ərizənin surətindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX 7 saylı Ərazi İdarəsi tərəfindən 07.09.2012-ci il tarixdə verilmiş **********72-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən fərdi yaşayış evini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyi xahiş edir. İş materiallarında olan X qeydiyyatda olan X3 16 fevral 2016-cı il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı2, X7 və İddiaçı1 məxsus olan ünvan 2ində mülkiyyətində olan 0.175 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 98.2 kv.m sahəli, 2 (iki) otaqlı fərdi yaşayış evinin tərkib hissələri ilə bağlı bağışlanmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etmir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan 19 fevral 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verənlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 hədiyyə alan Cavabdeh ünvan 2i ünvanında mülkiyyətdə olan 0,175 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Liter A, ümumi sahəsi 98.2 kv.m, yaşayış sahəsi 55 kv.m, yardımçı sahəsi 43.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter 1, tövlə, tikintialtı sahə 56.5 kv.m, liter 2, hamam, tikintialtı sahə 14 kv.m olan daşınmaz əmlak paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən “hədiyyə alanın” mülkiyyətinə verir(lər). Bağışlanan evin qiymətini 10000 manata qiymətləndirmişdılər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası həmçinin, müəyyən etmişdir ki, ünvan 2ində yerləşən 0,175 ha torpaq sahəsində yerləşən Liter A, ümumi sahəsi 98,2 kv.m. olan 2 otaqlı və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter 1, tövlə, tikintialtı sahə 56,5 kv.m, Liter 2, hamam, tikintialtı sahə 14.4 kv.m, Liter 3, quş damı, tikintialtı sahə 14 kv.m. olan daşınmaz əmlak evi tam mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, X6 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. 19 fevral 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 2i ünvanında mülkiyyətlərində olan 0,175 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Liter A, ümumi sahəsi 98.2 kv.m, yaşayış sahəsi 55 kv.m, yardımçı sahəsi 43.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter 1, tövlə, tikintialtı sahə 56.5 kv.m, liter 2, hamam, tikintialtı sahə 14 kv.m olan daşınmaz əmlak paylı mülkiyyət üzrə onlara məxsus hissəsini hədiyyə alan Cavabdeh bağışlamışlar. Hazırda iddiaçılar ünvan 2ində yerləşən fərdi yaşayış evininin Cavabdeh bağışlanması barədə olan 19 fevral 2016-cı il tarixli müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların mübahisələndirdiyi ünvan 2ində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına qeydiyyata alınmış və həmin əm lakla bağlı İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh arasında 19 fevral 2016-cı il tarixli bağışlama müqaviləsi rəsmiləşdirilərkən həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmamışdır. Müqavilə rəsmiləşdirilən zaman tərəflər, o cümlədən iddiaçılar müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. Bundan əlavə məhkəmə ar aşdırmaları zamanı müəyyən edilmişdir ki, müqavilə rəsmiləşdirilən zaman tərəflər əvvəlcədən aparmış olduqaları bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilirdilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 bağışlama müqaviləsini Cavabdeh onlara qulluq edəcəyi şərti ilə bağlamasını bildirsələr də, müqavilədə bununla bağlı heç bir öhdəlik göstərilməmişdir. Digər tərəfdən, Cavabdeh birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsinin iclasında verdiyi izahatlarından görünür ki, o, belə bir öhdəlik olmasa belə bundan yayınmadığını bildirmişdir. Bağışlama müqaviləsində İddiaçı2 imza etməməsinə münasibətdə isə qeyd etmişdir ki, müqavilənin qeyd hissəsində göstərilmişdir ki, İddiaçı2 əvəzində savadsız olduğu səbə bindən X4 imza etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 6, 14.1, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331, 334.1, 334.2, 334.3.1, 337.1, 338, 339, 347.1, 354.2, 390.1, 390.2, 404.1, 405.1, 666.1, 667.1, 673.3-cü maddələrinin və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 27, 46-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdi r. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetin i yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçılar apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onların apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riay ət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 16 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2(102)-82/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-82/2020
08.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver