Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-82/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1508/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 nömrəli qərarı ilə JN-364 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kəndinin ərazisindən 4.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri X10, X5, X6, X7, X3 və X8 ümumi birgə mülkiyyətinə verilmiş və onların hər birinin payı bərabər olmuşdur. Torpaq sahəsinin mülkiyyətçisi X14 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra qalmış mirası arvadı X11 qəbul etmişdir. İddiaçı həmin 4.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2003-cü il tarixdə Şəmkir Rayon 1 saylı Dövlət Notariat kontorunda 4Ə-78 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında X4 həmin vaxt dövriyyədə olan pul vahidi ilə 5.000.000 manata satın almışdır. Sözügedən alqı-satqı müqaviləsi əsasında iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2005-ci il tarixdə həmin 4.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 adından Şəmkir Rayon 1 saylı Dövlət Notariat kontorunda 4Ə-392 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin vaxt dövriyyədə olan pul vahidi ilə 25.000.000 manata Cavabdeh1 satılmışdır. xx.xx.2006-ci il tarixli, JN-0887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ilə yuxarıda göstərilən torpaq sahəsinin də daxil olduğu ümumilikdə 34,19 h torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra – cavabdeh) və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-364 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Qapanlı kənd sakinləri X10, X5, X6 və X7 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 4.58 hektar pay torpaq sahəsinin X9 Cavabdeh1 satılmasına dair Cavabdeh2 xx.xx.2005ci il tarixdə 4ə-392 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, tələbin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində, həmin çıxarışın xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı deyil, xx.xx.2018-ci il tarixli RX ******* saylı kimi oxunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsinə dair X11 ilə xx.xx.2003-cü il tarixdə onun yetkinlik yaşına çatmış ailə üzvlərinin yazılı razılığı əsasında Cav abdeh2 4ə-78 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən o, beş milyon manat məbləğində pul ödəmiş və həmin torpaq sahəsini əldə etmişdir. Lakin konkret müddət müəyyən edilmədiyinə görə torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmamışdir. Belə ki, həmin vaxt onun işində və ailəsində problemlər olduğuna, həmçinin özünün maddi vəziyyəti yaxşı olmadığına görə çıxarış alması ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. Eləcə də, həmin torpaq sahəsi ona məxsus olduğundan heç kəsin torpaq sahibləri ilə təkrar müqavilə bağlayacağına inanmamışdır. Bundan sonra həmkəndlisi Cavabdeh1 mübahisəli torpaq sahəsini mərhum X1 almasına dair xx.xx.2005-ci il tarixdə Şəmkir rayon 1 saylı Dövlət Notariat kontorunda 4ə-392 saylı reyestrdə qeydə alınmış alqı - satqı müqaviləsi tərtib etdirmişdir. Halbuki, X14 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Belə olan halda mərhum X14 ilə cavabdeh arasında qeydə alınmış alqı-satqı müqaviləsi etibarsızdır. Hazırda mübahisəli torpaq sahəsi qanunsuz olaraq cavabdehin sahibliyindədir. Hesab edir ki, cavabdehin həmin alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirdiyi torpaq sahəsi ona qaytarılmalı və cavabdehin adına tərtib edilmiş hüquq müəyyənedici sənədlər ləğv edilməlidir. Birinci instansiya məhkəməsindəki icraat zamanı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, xx.xx.2005-ci il tarixli 4ə-392 nömrəli reyestrdə qeyd olunan “Müqavilə”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasının “2” bəndində olan imza-Cavabdeh1 tərə findən yox, başqa şəxs tərəfindən icra olunmuş, xx.xx.2005-ci il tarixli 4ə-392 nömrəli reyestrdə qeyd olunan “Müqavilə”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasının “2” bəndində olan imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)2270/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçisi olmuş X12 ilə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 4.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və onun mülkiyyət hüququ qeydiyyata alınmasa da, o, torpaq sahəsi üzərind ə sahiblik və istifadə hüququ əldə etmişdir. Lakin iddiaçı hazırkı vaxta qədər mübahisəli torpaq sahəsinə dair cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir. Bundan başqa, məhkəmə müəyyən etmişdir ki, etibarsız hesab olunması tələb olunan xx.xx.2005-ci il tarixli müqavilədə satıcı qismində yazılmış mərhum X10 imza yerində imzası olmamış, alıcı qismində yazılmış cavabdehin adının qarşısında olan imza isə başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin müqavilə əsasında alınmış mübahisəli 4.58 hektar torpaq sahəsi də daxil olmaqla, cavabdehin adına 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmış və onun adına JN–887 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Qeyd olunan dövlət aktı əsasında Daşınmaz əmlakın dövlət reystri xidməti tərəfindən cava bdehin adına Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışlar verilmişdir. Alqı-satqı müqaviləsi tərtib edildiyi vaxtdan etibarən həmin torpaq sahəsi cavabdehin fasiləsiz və etirazsız istifadəsində və sahibliyində olmuşdur. Məhkəmə qeyd etmişdir ki, notarius müqavilə iştirakçılarının şəxsiyyətini, fəaliyyət qabiliyyətini və imzalarının həqiqiliyini müəyyən etməli olduğu halda, bunları etməmiş və qanunun tələblərini pozaraq əhəmiyyətsiz əqdi təsdiq etmişdir. Buna baxmayaraq, əqd cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə vurğulamışdır ki, iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədar verildiyindən, qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə is ə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, mübahisəli 4.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci tarixdə notariat qaydada təsdiq edilməsi, həmin müqavilə əsasında cavabdehin adına çıxarışlar verilməsi barədə iddiaçının məlumatı olmuşdur. Müqavilə icra olunduğu halda, iddiaçı həmin müqavilənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Göstərilənlə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianı 1 il ərzində deyil, 13 ildən çox müddət keçdikdən sonra irəli sürdüyündən, iddiaçı qanunda nəzərdə tutulmuş k əsici müddəti ötürdüyündən, məhkəmədə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də müddətin keçməsi iddianın rədd edilməsi üçün hüquqi əsasdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin (əhəmiyyətsiz əqdin) etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirdiyindən, iddia tələbinin müqavilənin etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan, iddianın qalan hissələri də əsaslı sayıla bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 146.1, 146.2, 152.1, 157.8, 324.1, 324.2, 324.4, 325.3, 337.1, 337.3, 337.4, 354.2, 372.1, 372.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan s onra – MPM) 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1508/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və L.Süleymanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallar ına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar, yaxud da işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını birtərəfli araşdırmış, tərəflərin mövqeyi baxımından düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, qeyri-obyektiv nəticəyə gəlmişdir. Kassator şikayətində qeyd etmişdir ki, cavabdehlə səmimi münasibətləri olmuş, ondan borc pul almış, bunun müqabilində, cavabdeh ona əl tutduğuna görə, özünə məxsus olan torpaq sahələrinin müəyyən hissəsini bir neçə illiyə cavabdehə müvəqqəti istifadə üçün vermişdir. Cavabdeh onun ailə problemləri ilə məşğul olmasından istifadə edərək, torpaq sahəsini öz adına sənədləşdirmişdir. İddiaçının cavabdehin saxta müqavilə bağlamasından, Çıxarış almasından məlumatı olmamışdır. Müqavilə cavabdehin özü tərəfindən imzalanmışdır. Məhkəməyə təkrar məhkəmə xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət versə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməkdən imtina etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddia tələbi iddiaçının hüquqlarının poz ulmasını bildiyi vaxtdan qaldırılmışdır, lakin məhkəmə əsassız olaraq müddəti müqavilənin cavabdeh tərəfindən saxtalaşdırıldığı 2005-ci ildən hesablamışdır. Kassasiya şikayəti Konstitusiyanın 60, 125, 127-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydad a məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfin dən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1). Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (maddə 334.1). Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1, 337.2 və 337.4). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında idd ia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1) MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səvh tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti t əmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1508/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-82/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-82/2021
15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver