Məhkəmə qərarları › İş №2(102)-820/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-820/2020

03.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-820/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun və cavabdehin vəkili Vəkil2 qızının iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 19 noyabr 2018-cu il tarixli, 2(059)-341/2019 sayl ı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh tərəfindən Siyəzən Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin internet saytına, Azərbaycan Respublikasının Prezident Administrasiyasına və digər müvafiq orqanlara ünvanlanmış ərizələrdəki İddiaçı haqqında yer almış, şəxsin saxtakar və cinayət xarakterli əməllərinin olması kimi söz və ifadələr, o cümlədən şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar yazılı şəkildə təkzib olunmaqla, təkzib məktubunun Siyəzən Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin internet saytına, Azərbaycan Respublikasının Prezident Administrasiyasına və iddia ərizəsində göstərilən digər müvafiq orqanlara göndərilmə vəzifəsinin Cavabdeh nun üzərinə qoyulması, mənəvi zərərin əvə zi olaraq 2000 (iki min) manatın Cavabdeh ndan tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7%-i, yəni 2,10 (iki manat 10 qəpik) manatının Cavabdeh ndan tutularaq İddiaçı ödənilməsi, aparılmış məhkəmə-linqvistik ekspertizasının tədqiqatının dəyərini təşkil edən 210 manatın 7 %-i, yəni 14,70 (on dörd manat 70 qəpik) manatının Cavabdeh ndan, 93 %i yəni 195,30 (bir yüz doxsan beş manat 30 qəpik) manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2(105)-3343/2019 saylı qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Siyəzən Rayon Məhkəməsinin 19 noyabr 2018-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmə-linqvistik ekspertizasının dəyəri olan 210 (iki yüz on) manat pulun İddiaçı alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh na qarşı “şərəf və ləyaqətin müdafiəsi, yetirilmiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Siyəzən Bələdiyyəsində işlədiyi kollektiv arasında və Siyəzən Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin internet saytına, Azərbaycan Respublikasının Prezident Administrasiyasına və digər müvafiq orqanlara ərizələr yazmaq yolu ilə barəsində yayılmış onun şərəfi ni, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətəuyğun olmayan məlumatların təkzib edilməsi və cavabdeh tərəfindən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətəuyğun olmayan məlumatların yayılması nəticəsində yetirilmiş 30000 manat məbləğində mənəvi zərərin əvəzinin, habelə 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını tam, hərtərəfli aydınlaşdırmamış, işdə olan sübutları düzg ün qiymətləndirməmiş, ekspertiza rəyini düzgün qiymətləndirməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sonda bu kimi maddi və prosessual hüquq normalarının pozulması əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarılması ilə nəticələnmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2(103)-3343/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılmaq üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilən kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilm əsini, cavabdehin vəkili Vəkil2 qızı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin ed ilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndiril məməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, 23 oktyabr 2018-ci il tarixli rəydə ekspertin gəldiyi nəticə əsaslandırıcı hissə ilə uyğun gəlmir, ziddiyyətlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı Cavabdeh nun müvafiq dövlət orqanlarında onun barəsində mənfi rəy yaratmaq, onu gözdən salmaq məqsədi ilə Siyəzən rayon İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Prezident Administrasiyasına ərizələr yazaraq barəsində guya, onun cinayət xarakterli, qanunsuz və saxtakar hərəkətlər etməyi barədə həqiqətə uyğun olmayan məlumatlar yaymış, onu işdən çıxartdıracağı ilə hədələyərək, işlədiyi kollektiv arasında barəsində mənfi rəy yaradaraq, onu gözdən salaraq şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan yalan məlumatlar yaymasını, cavabdehin bu kimi qanuna zidd hərəkətləri, onun barəsində yalan xarakterli ərizələr yazaraq dövlətin müxtəlif orqanlarına həqiqətə uyğun olmyan məlumatlar yayması nəticəsində onun sa ğlamlığının, iş fəaliyyətinin pozulmasını əsəblərinin gərginləşməsini və əsəbindən gecələr yata bilməməsini, fiziki əzab çəkməsini, mənəvi sarsıntılar və ağır iztirablar keçirməsini iddia etmişdir. İddia tələbləri hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 cü maddələri ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konstitusiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini nəzərdə tutur. Zərərçəkən şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olması,iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə linqvistik ekspertizasının 23 oktyabr 2018-ci il tarixli rəyində göstərilir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin internet saytına və Siyəzən rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizələrdə, eləcə də mülki işdə əksini tapmış digər oxşar materiallarda iddiaçı haqqında yer alan, şəxsin saxtakar və cinayət xarakterli əməllərinin olması barədə məlumatlar öz təsdiqini tapmadığı halda, aid edildiyi şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar hesab oluna bilər. Həmin məlumatların doğruluğunun müəyyən olunması isə hüquqi araşdırmaya aid olan məsələlərdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiym ətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllə nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına r iayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual qanunvericiliyin tələbləri baxımından ekspert rəyinə hüquqi qiymət verərək düzgün olaraq bu nəticəyə gəl mişdir ki, məhkəmə linqvistik ekspertizasının 23 oktyabr 2018-ci il tarixli, 24659 saylı rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsində bir tərəfdən cavabdehin yazdığı cümlələrdə şəxsiyyəti mənfi çalarlarla qiymətləndirən və ya təsvirini verən söz və ifadələr işlədilməməsi bildirildiyi halda, növbəti cümlədə yazıların ümumi anlamında mənfi məlumatlandırmanın mövcud olmasını göstərməklə ziddiyyətli mövqe göstərmişdir. Halbuki, cavabdehin yazdığı cümlələrdə şəxsiyyəti mənfi çalarlarla qiymətləndirən və ya təsvirini verən söz və ifadələr işlədilmədiyi halda, mənfi məlumatlandırmanın mövcud olması da istisna edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələbləri bıxmından əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək işin araşdırılmış halları əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz regional Ədliyyə İdarəsinin Cavabdeh ünvanladığı 19 aprel 2018-ci il tarixli, 04/Z-30/4,5,6,7,8 saylı məktubuna əsasən X məxsus aptek binasının yerləşdiyi torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, Siyəzən bələdiyyəsinin 29 iyul 2011-ci il tarixli 10 nömrəli qərarı ilə 30 kv.metr torpaq sahəsi Siyəzən rayon hərrac və müsabiqə Komissiyasının keçirdiyi müsabiqədə qalib gəlmiş X2 99 il müddətinə icarəsinə verilmişdir. Həmin ərazinin 30 kv.metr olmasına baxmayaraq, faktiki tikinti altı 68,5 kv.metr olmaqla 38,5 kv.metr bələdiyyə mülkiyyətində olan torpaq zəbt edilmişdir. Siyəzən Bələdiyyəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin müraciəti əsasında 23 dekabr 2016-cı il tarixdə Siyəzən rayon Polis Şöbəsində qeyd edilən fakta görə Cinayət Məcələsinin 188.2-ci maddəsilə cinayət işi başlanmışdır. Siyəzən rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli hökmünə əsasən X Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə (24 noyabr 2015-ci ilədək qüvvədə olan redaksiyada) təqsirli bilinərək Cinayət Prosessual Məcəllənin 39.1.3 və 44.2-ci maddələri tətbiq edilməklə ona həmin maddə ilə cəza təyin edilməmişdir. Xaçmaz regional Ədliyyə İdarəsinin Cavabdeh ünvanladığı 19 aprel 2018-ci il tarixli, 04/Z-30/4,5,6,7,8 saylı məktubla təsdiq edilir ki, cavabdehin bələdiyyə torpaqlarının ayrı-ayrı şəxslər tərəfindən zəbt ed ilməsi barədə yazdığı şikayətlər məhkəmə hökmü ilə də təsdiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 14 May 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialar üzrə üç hal aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Göründüyü kimi, adı çəkilən Qərarda da məhkəmələrə tövsiyyə edilir ki, qeyd edilən hallar məcmu şəkildə götürülməlidir və bu hallardan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir. Hazırki işdə də iddiaçı barəsində hər hansı hə qiqətət uyğun olmayan ləkələyici yalan məlumat yayılması halı sübuta yetmir. Belə olan halda da iddiaçı şərəf və ləyaqətinin ləkələnməsini iddia edə bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi, işin 1-ci cild 22-28-ci vərəqlərində olan ərizənin yayımlandığı internet səhifəsindən görünür ki, bu məlumatları virtualaz.orq saytına cavabdeh X deyil, saytın X barəsindəki cinayət işi üzrə məhkəmə prosesində iştirak edən müxbiri vermişdir. İnternet səhifəsindəki yazılardan görünür ki, cavabdeh N.X6 Cinayətlər Məhkəməsinə göndərdiyi 17.10.2014-cü il tarixli ərizə cinayət işi üzrə məhkəmə iclasında elan edilməklə müzakirə olunmuşdur. Həmin cinayət işi üzrə çıxarılmış məhkəmə hökmünün surətindən isə görünür ki, X cinayət işinə məhkəmədə bax ılarkən ümumiyyətlə, şahid kimi dindirilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmu n və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Nəzərə alınmalıdır ki, bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlum atlar kütləvi informasiya vasitəsində yayılmışdırsa, həmin kütləvi informasiya vasitəsində də təkzib edilməlidir. Şərəf və ləayəqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcələnin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödəni lməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduğu hallarda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxl amağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkə məyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz regional Ədliyyə İdarəsinin Cavabdeh ünvanladığı 19 aprel 2018-ci il tarixli məktubunun məzmununda göstərilənləri düzgün qiymətləndirmiş və işin araşdırılmış halları ilə cavabdehin müraciətlərindəki məlumatların iddiaçının şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi və bunun yayılmasının həqiqətən iddiaçı üçün hər hansı fiziki, mənəvi iztirablara səbəb olması, mülki iş materialları ilə kifayət qədər təsdiq olunmaması kimi qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətc ə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasları ilə bağlı mötəbər sübut təqdim edilməməsinə, eləcə də şərəf və ləyaqətinin ləkələnməsi barədə göstərdiklərinin isə həqiqətə uyğun olmamasına dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar