Məhkəmə qərarları › İş №2(102)-820/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-820/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-820/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı və Kazımova Təranə Nəriman qızının cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: miras payın müəyyən edilməsi, evə köçürülmə, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair birinci iddia, Kazımova Təranə Nəriman qızının Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X36 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair digər iddia barədə birləşdirilmiş iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2101/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh, X19, X20, Kazımova Təranə Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X37 ilə X49 xx.xx.1958-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 5 övladları– X17, X27, X38, Kazımova (Namazova) Təranə Nəriman qızı və X28 doğulmuşdur.

2. X8 ilk nikahından 3 övladı – Cavabdeh, X20, Pənahova (Namazova) Aydan Fir dovsi qızı doğulmuşdur.

3. X17 2013-cü ildə X43 ilə faktiki evlənməklə, nikahlarını xx.xx.2018-ci il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Onların birgə nikahlarından İddiaçı2 və X21 adlı iki övladları doğulmuşdur. Aynur adlı uşaq vəfat etmişdir.

4. X37 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1 nömrəli evi 29 dekabr 1998-ci il tarixli, 2B-İ-122 saylı vəsiyyətnaməyə əsasən oğlu X10 vəsiyyət etmişdir.

5. X37 xx.xx.2011-ci il tarixdə, X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 6. 29 avqust 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 07 dekabr 2011-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi - arvadı X39r. Şəhadətnamə verilən miras əmlak “Qartal” çoxsahəli kiçik müəssisəsini n nizamnamə kapitalında X22 məxsus payı X40 miras qalmışdır. X17, X28 və Kazımova Təranə Nəriman qızı ərizə təqdim edərək, X13 miras qalmış “Qartal” çoxsahəli kiçik müəssisəsinin nizamnamə kapitalındakı paydan onlara çatası miras payı qəbul etmədiklərini bildirmişlər (Gəncə şəhəri 3 saylı notariat kontorunda açılmış 2-V-İ-147 saylı vərəsəlik işi). 7. ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə X18 adına qeydə alınmışdır (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış. 8. “Qartal” çoxsahəli kiçik müəssisəsinin 100 faiz payı X10 məxsusdur (12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.047.2014-cü il tarixli 2(043)-1055/2014 saylı qətnaməsi). 9. “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı, “X75” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillər, habelə “Qartal” çoxsahəli kiçik müəssisəsi mərhum X8 adına qeydə alınmışdır (Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları).

10. İddiaçı1 Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində 18 yanvar 2021ci il tarixdə ərizə verərək, mərhum əri X8 mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış əmlakı qəbul etmişdir.

11. İddiaçı2 Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində 18 yanvar 2021ci il tarixdə ərizə verərək, mərhum atası X8 mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul etmişdir.

12. Cavabdeh Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə ərizə verərək, mərhum atası X8 mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul etmiş, həmçinin X5 şəhəri 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli ərizə verərək, atası X8 vəfatından sonra miras qalmış bütün miras əmlakından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. X20 isə Rusiya Federasiyası Moskva şəhərinin notariusunun vəzifəsini müvəqqəti icra edən X16 tərəfindən təsdiq edi lmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında qardaşı Cavabdeh digər səlahiyyətlərlə yanaşı atası X6 qalmış miras əmlakı qəbul etməyi, mirasın qəbul edilməsi üçün ərizələrin verilməsi və imzalanması və s. səlahiyyətləri etibar etmişdir.

13. Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı1 xx.xx.2021-ci il tarixli 2021-ci il tarixli məktub ünvanlanaraq, miras qoyan X8 qanun üzrə vərəsələri arasında miras payın qəbuluna dair mübahisə mövcud olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

14. X4 Şahin İslam oğlu ilə xx.xx.1986-cı il tarixdə nikah bağlanmış və o, ər evinə köçərək orada yaşamağa başlamışdır. Kazımova X42 şəhəri, Kəpəz rayonu, İ.Makeyev küçəsi, ev 19 ünvanında yaşamır (Gəncə şəhəri Kəpəz Rayon İHB-nin Sadıllı qəsəbə İƏD üzrə nümayəndəsi t ərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

15. Birinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 mülkiyyətində olan “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “X75” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanun üzrə vərəsəlik qaydasında mirası qəbul etdiklərinə görə onların mülkiyyətinə verilməsi, X8 X9nun adına olan ünvan 4 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras kütləyə daxil edilməsi və həmin evdən qanun üzrə vərəsə kimi onların payının müəyyən edilməsi, X8 adına olan Göygöl rayonu, Aşıqlı kən dində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ, sahiblik, istifadə hüququ əsasında miras kütləyə daxil edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsi, X8 adına olan və sahibliyində olan Göygöl rayonu, Toğanalı kəndində yerləşən “Cahan” istirahət mərkəzinin və digər tikililərin sahiblik və istifadə hüququ əsasında miras kütləyə daxil edilməsi və qanun üzrə vərəsə kimi həmin əmlaklardan paylarının müəyyən edilməsi, X8 adına olan və sahibliyində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, stadionun altı ünvanı ilə qeydiyyata alınmış “Qartal” çoxsahəli kiçik müəssisəsinin və həmin müəssisənin adı altında fəaliyyət göstərən obyektlərin, restoranın və həmin müəssisənin yerləşdiyi bütün tikililərin (mağaza, kafe, satış obyektləri, icarə obyektləri) miras kütləyə mülki yyət hüququ, sahiblik və istifadə hüququ əsasında daxil edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək iddia ərizəsində göstərdikləri miras qalmış avtomobillərin vərəsələr arasında bölünməsi, payların müəyyən edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Makayev küçəsi, 19 saylı evin miras kütləyə daxil edilməsi, həmin evdən qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi, miras qalmış “Qartal” çoxsahəli kiçik müəsissəsinin qanun üzrə vərəsələr arasında bölünməsi və paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

17. İddiaçı1 bundan son ra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə təqdim edərək miras əmlakda paylarının müəyyən edilməsi ilə yanaşı onun və qızı İddiaçı2 ünvan 7 saylı miras evə əmlakları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 X17 ilə 2013-cü ilin oktyabr ayında ailə qurmuş, nikahları xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikahlarından İddiaçı2 və X21 adlı uşaqları doğulmuş, Aynur sonradan vəfat etmişdir. Hazırda İddiaçı2 İddiaçı1 himayəsindədir. X17 ilə nikahları dövründə əmlak əldə etmişdir və F.Namazovun adına daşınar və daşınmaz əmlaklar olmuşdur. F.Namazov 14 dekabr 2020-ci il tarixdə vəfat etmişdir, onun vəfatına kimi birlikdə yaşamışla r. Ərinin vəfatından sonra onunla maraqlanmayan oğlu gəlib onu evdən qovacağını bildirdiyi üçün o, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bir müddət sonra Cavabdeh onu və qızını miras qalan evdən qovmuşdur. O, ərindən miras qalmış əmlakların siyahısını müəyyən etmişdir. Həmin əmlaklar “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X75” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, Göygöl rayonu, Toğanalı kəndində və Aşıqlı kəndində yerləşən torpaq sahəsi və yaşayış evi, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, stadionun altı adı ilə qeydiyyata alınmış “Qartal” ço xsahəli kiçik müəssisəsidir. ünvan 7 ünvanda yerləşən ev X8 X9nun adınadır. Əri ölən günə kimi həmin evdə yaşamışdır və eyni zamanda o da övladı ilə birlikdə əri vəfat etdikdən sonra bir müddət həmin evdə yaşamışdır.

19. Kazımova Təranə Nəriman qızı cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü tələbinə dair iddia qaldıraraq, ünvan 8 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququnun tanınması və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (ikinci iş).

20. İddia onunla əsaslandırılmışdır ki, hazırda faktiki yaşadığı ünvan 8 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mərhum X9nun adına qeydiyyatdan keçmişdir (Reyestr № **********17-10301, qeydiyyat № 1507 09145, qeydiyyat tarixi: xx.xx.2007). X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. O vəfat etməmişdən əvvəl şifahi qaydada bütün qardaş və bacılarına bildirmişdir ki, öləndən sonra ev Kazımova Təranə Nəriman qızınındır. Çünki atası ondan savayı bütün bacı və qardaşları üçün hər şey etmişdir. Atası vəfat etdikdə dəfn xərclərinin çox hissəsini özü, bir qismini isə mərhum qardaşı X17 çəkmişdir. Atası öldükdən sonra o, miras əmlakı qəbul etmiş, lakin qardaşı Firdovsi ondan atasının ruhunun evdə dolaşdığından həmin evdə qalması üçün icazə istəmiş, o da bununla razılaşmışdır, çünki qardaşı Firdovsi başqa yerdən torpaq sahəsi alıb ev tikdirəcəyini bildirmişdir. Bu faktı mərhum qardaşının övladları da təsdiq edə bilərlər. Ona məlum olmuşdur ki, Firdovsi 2019-cu ildə evləndiyi xanımın adına torpaq s ahəsi almış və evin tikinti işlərinə başlamışdır. Atası vəfat edən zaman onun birinci dərəcəli vərəsələri - o, qardaşları X17, X29, X38 və bacısı Ağalarova (Namazova) Günel Nəriman qızı qalmışlar. Atası öldükdən sonra miras əmlakın vərəsələr arasında bölünməsi prosesi aparılmamışdır. Bütün vərəsələrə məlum olmuşdur ki, atası X3 evi ona bağışlamışdır. Hazırda atasının sağ qalan birinci dərəcəli vərəsələrinin mirasın onun adına keçməsinə heç bir etirazları yoxdur. Miras əmlakda təmir işləri gedir və əmlakın öz adına rəsmiləşdirilməsini istəyir. O, bununla bağlı notariat kontoruna müraciət etsə də, bundan imtina olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

21. Birinci instansiya məhkəməsində Cavabdeh birinci iddiaya etiraz edərək göstərmişdir ki, atasına məxsus yalnız nəqliyyat vasitələri və 2008-ci ilin yanvar ayının 11də vəfat edən anası X30 ilə birgə nikah dövründə təsis etdikləri və heç bir əmlakı olmayan “Qartal” çoxsahəli kiçik müəssisəsi vardır və onları da o, miras əmlak kimi qəbul etmişdir. Atası vəfat edən zaman o, Rusiya Federasiyasında olsa da atasının yas mərasimini keçirtmiş və bütün mərasim xərci də özü çəkmişdir. İddiaçı əgər qeyd etdiyi kimi miras əmlakı qəbul etmişdirsə, onda nə səbəbə miras kimi qəbul etdiyi və əvvəllər də onun idarə etdiyi “Toyoto LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini DYP-nin duracağına qoyulması ilə bağlı şikayət etmişdir. İddiaçı1 iddia etdiyi kimi yuxarıda qeyd edilən daşınmaz əmlakların heç biri atası X10 və onun rəhbərlik etdiyi “Qartal” çoxsahəli kiçik müəssisəsinə mə xsus deyildir. İddiaçının iddia etdiyi digər bir əmlak mərhum babası X31 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, İ.Makeyev küçəsi 19 saylı yaşayış evidir və babası vəfat edən zaman atası evi qəbul etməmişdir. Həmin əmlak babasının şifahi vəsiyyəti ilə bibisi Kazımova Təranə Nəriman qızına verilmişdir. Əgər atası baxmayaraq ki, babası X13 təxminən 10 il sonra vəfat etmişdir və bu müddət ərzində o vərəsəliyi qəbul etsəydi həmin əmlakı öz adına rəsmiləşdirərdi. Atası Gəncə şəhərində özünə başqa yerdə torpaq sahəsi almış və özünə ayrı ev tikdirirdi. Həmin ev atası vəfat etdiyi üçün yarımçıq qalmışdır. Onda olan məlumata görə həmin yarımçıq tikilinin sənədləri də İddiaçı1 məxsusdur. Göygöl rayonu, Toğanalı kəndində yerləşən “Cahan” istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi tamam ilə başqa adamlardır, üzərindəki tikililər isə mülkiyyətçisi ilə razılaşmalarına əsasən onun şəxsi vəsaiti hesabına tikilmişdir. O, özü Rusiya Federasiyasında olduğu üçün həmin əmlakın idarəçiliyini mərhum atasına həvalə etmişdir. Eyni zamanda, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, stadionun altı adı ilə qeydiyyata alınmış “Qartal” çoxsahəli kiçik müəssisəsinin fəaliyyət göstərdiyi ərazi də mübahisə predmeti deyildir.

22. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh və Təranə Kazımovanın vəkili və nümayəndəsi birinci iddiaya qismən etiraz edərək göstərmişdir ki, X8 adına qeydə alınmış əmlaklar beş vərəsə tərəfindən, yəni Cavabdeh, X24, X20, İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilmişdir. Həmin X2 notariusa ərizə verməklə atasından qalan miras payından qardaşı Cavabdeh xeyrinə imtina et mişdir. Digər vərəsə, X20 qardaşı Cavabdeh atasından miras qalmış əmlakı qəbul etməklə bağlı Rusiya Federasiyasında etibarnamə verməklə mirası qəbul etmək barədə öz iradəsini ifadə etmişdir. Buna görə də Firdovsi Namazovun miras əmlakına paylar müəyyən edilərkən qeyd olunan vərəsələrin hamısı nəzərə alınmalıdır. X18 adına qeydə alınmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi isə miras əmlak kimi X17 tərəfindən deyil, Kazımova Təranə Nəriman qızı tərəfindən qəbul edilmişdir. Belə ki, Nəriman Namazov sağlığında övladlarının hər birinə ev vermiş, Firdovsi Namazova da başqa bir ev vermiş və Firdovsi Namazov sonradan həmin evi satmışdır. Təranə Kazımovaya isə şifahi olaraq ünvan 4 ünvanda yerləşən evi vəsiyyət etmişdir. Firdovsi Namazov 2013-cü ilədək həmin evdə yox, qardaşının yanında yaşa mışdır. Bu da onu göstərir ki, həmin ev Firdovsi Namazov tərəfindən qəbul edilməmişdir. Nəriman Namazov 2011-ci ildə vəfat etmişdir və onun ölümündən sonra evə faktiki sahiblik və idarəçiliyi Təranə Kazımova həyata keçirmişdir. Belə ki, Təranə Kazımova həmin evə mütəmadi nəzarət etmiş, evin açarını baxması üçün qonşuya vermiş, evin təmiz saxlanması və cari təmir işlərini həyata keçirmişdir. X65 Namazova ilə ailə qurduqdan sonra Təranə Kazımova atasından qalan evi müvəqqəti olaraq qardaşının yaşaması üçün ona vermişdir. Buna görə də həmin evə Firdovsi Namazovun vərəsələrinin hər hansı hüququ yoxdur və bu evə münasibətdə mirasın Təranə Kazımova tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

23. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 izah atında göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən evi X69 19911992-ci illərdə tikdirmişdir. Bununla yanaşı övladlarına vermək üçün başqa ərazilərdə də iki ayrı ev tikdirmişdir. Gəncə şəhəri, H.Əliyev prospektində olan evi sağlığında atası ona vermiş, böyük qardaşına da digər evi hədiyyə etmişdir. X69 ünvan 4 ünvandakı evi isə bacıları Təranə üçün tikdirdiyini hər zaman vurğulamışdır. Qardaşı Firdovsi birinci həyat yoldaşı vəfat etdikdən sonra ikinci dəfə ailə qurana qədər onun evində yaşamışdır. 2013cü ildə Könüllə ailə qurduqdan sonra isə ünvan 4 ünvanda yerləşən evə köçmüş və vəfat edənə qədər orada İddiaçı1 ilə birlikdə yaşamışdır.

24. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X51 ifadəsində göstərmişdir ki, o, 1990-cı ildə doğulmuşdur, uşaqlıqdan ünvan 9 ünvanda yaşayır. Cavabdeh və Firdovsi Namazovu uşaqlıqdan qonşu kimi tanımışdır. Onlar İ.Makeyev küçəsi 19 ünvanda, yəni onların evinin bilavasitə qonşuluğunda yaşamışdır. Həmin evdə əvvəllər həm də Nəriman Namazov və həyat yoldaşı da oğlu Firdovsi ilə birlikdə yaşamışdır. İddiaçı1 isə təxminən 2014-2015-ci ildən Firdovsi Namazovun ikinci həyat yoldaşı kimi tanıyır. O, 2008-ci ildə hərbi xidmətə getmiş, 2010-cu ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra qonşuluqdakı evin boş olduğunu, orada yaşayış olmadığını görmüşdür. Təranə Kazımovanı isə Firdovsi Namazovun bacısı kimi tanımışdır. Təranə Kazımova həmin evdə heç vaxt yaşamamışdır, amma ara-sıra gəlmiş və evə baş çəkmişdir. Evdə heç kəs olmayanda Təranə Kazımova və ya Nəriman Namazovun həyat yoldaşı evin açarlarını evə nəzarət e tmək üçün onlara verirdi. X65 Namazova ilə birlikdə yaşadıqları dövrdə də evin açarları onlarda olmuşdur. Arabir Təranə özü gəlib onlardan açarı alıb evə baxıb təmizləmişdir. Firdovsi Namazov öldükdən sonra evdə Azad öz ailəsi ilə yaşamağa başlamışdır.

25. Məhkəmə işə baxarkən X20, X19, X27, X38 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir.

26. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3127/2021 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Kazımova Təranə Nəriman qızının cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü tələbinə dair e-2(043)-3127/2021 saylı mülki iş, İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmenti olmayan 3-cü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı mirasın qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi və miras qalmış əmlakın həm mülkiyyət hüququ əsasında, həm də sahiblik və istifadə hüququ əsasında bölünməsi tələbinə dair 2(043)-2490/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi və mülki iş üzrə icraatın 2(043)- 2490/2021 nömrə altında davam etdirilməsi qərara alınmışdır.

27. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-75/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Ş.Qocayev) İddiaçı1 və İddiaçı2 miras əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, X8 “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanl ı avtomobil, “X75” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Qartal” çoxsahəli kiçik müəssisəsinin (VÖEN **********) 100 faiz təsis payından və X13 miras qalmış və X17 tərəfindən qəbul edilmiş ünvan 4 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakının ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı2 və 2/4 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə və Kazımova Təranə Nəriman qızının Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

28. Məhkəmə müəyyən etmişdir ki, miras əmlakla bağlı hazırkı mü bahisənin predmeti olan əmlaklardan “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “X75” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Qartal” çoxsahəli kiçik müəssisəsinin təsis payı mərhum X8 adına qeydə alınmışdır. Mübahisənin predmeti olan digər əmlak - ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə X8 X9nun adına qeydə alınmışdır. X8 qanun üzrə birinci növbə vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh, X20, X19 olmuşdur. X17 14 dekabr 2020-ci ildə vəfat etmişdir. X8 vərəsələrindən İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə, Cavabdeh isə xx.xx.2021-ci il tarixdə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə ilə müraciət etmişlər. X19 isə xx.xx.2021 -ci il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək miras payından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. X20 mirası qəbul etməsi barədə nə notariat kontoruna ərizə verməmiş, nə də mirası faktiki olaraq qəbul etməmişdir. Cavabdeh mirasın qəbulu üçün notariat kontoruna ərizəni mirasın açılmasından üç ay keçdikdən sonra versə də, iddiaçının da qəbul etdiyi kimi atasının vəfatından dərhal sonra onun mirasını faktik qəbul edərək idarə və sahiblik etmiş, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X11 qardaşı Cavabdeh mirası qəbul etmək üçün etibarnamə verməsi onun mirası qəbul etməsi hesab edilə bilməz. Belə ki, mirası qəbul etmək barədə iradə ifadəsi ya mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə, ya da mirası faktik qəbul edib idarə etmək və bununla mir ası qəbul etməsini şəksiz nümayiş etdirməklə həyata keçirilir. Başqa şəxsə mirası qəbul etmək səlahiyyəti verən etibarnamənin verilməsi mirası qəbul etmək barədə notariat kontoruna verilmiş ərizəni əvəz etməməklə mirasın qəbul edilməsi kimi hüquqi nəticə doğurmur.

29. Məhkəmə qeyd etmişdir ki, Nəriman Namazov sağlığında, yəni 29 dekabr 1998-ci il tarixdə notarial qaydada təsdiq edilmiş yazılı vəsiyyətnamə ilə özünün bütün əmlakını, o cümlədən ünvan 4 ünvanda fərdi yaşayış evini oğlu Firdovsi Namazova vəsiyyət etmişdir. Firdovsi Namazov həmin evdə öz ailə üzvləri ilə (arvadı İddiaçı1 və qızı İddiaçı2) birlikdə yaşamış, onun ölümündən sonra da ailə üzvləri orada yaşamağa başlamış, hazırda da həmin evdə oğlu Cavabdeh yaşamaqdadır. Təranə Kazımova heç vaxt, yəni nə atasının sağlığında, nə də a tasının ölümündən sonra həmin evdə yaşamamışdır. Təranə Kazımova və üçüncü şəxs Fizuli Namazov atasının sağlığında həmin evi Təranə Kazımova üçün tikdirdiyini, şifahi olaraq ona vəsiyyət etdiyini bildirsələr də, onların bu izahatları 29 dekabr 1998-ci il tarixli vəsiyyətnamə ilə ziddiyyət təşkil etdiyi üçün məhkəmə həmin izahatları həqiqətə uyğun olmayan hesab etmişdir. Təranə Kazımova atasının ölümündən sonra həmin evə daim nəzarət etdiyini, evin açarlarının özündə olduğunu, evdə cari təmizlik və təmir işlərini apardığını, evin açarlarını qonşuya verdiyini bildirsə də, qeyd edilənləri təsdiq edən sübut kimi yalnız şahid X32 ifadəsinə istinad etmişdir. X32 ifadəsi isə ziddiyyətli olmaqla təklikdə qeyd edilənləri sübut etmək üçün kifayət deyildir. Belə ki, Rəşad Musayev ifadəsində X48 ünv an 4 ünvanda həyat yoldaşı və oğlu Firdovsi Namazov ilə birlikdə yaşadığını, onun vəfatından sonra isə həmin evə onun qızı Təranə Kazımovanın nəzarət etdiyini, evin açarlarının Təranə Kazımovada olduğunu, Təranə Kazımovanın evin açarlarını evə nəzarət etmək üçün onlara verdiyini, Firdovsi Namazovun ikinci dəfə ailə qurub öz ailəsi ilə birlikdə yaşadığı dövrdə də evin açarlarının onda olduğunu və evə nəzarət etdiyini bildirmişdir. Təranə Kazımovanın qardaşının ailəsi ilə birlikdə yaşadığı evə nəzarət etməyi qonşusuna tapşırması və hətta evin açarlarını onlara verməsi heç bir məntiqə sığmır və şahidin ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən işin faktiki halları ilə birlikdə götürüldükdə də yəni, həmin evin Nəriman Namazov tərəfindən Firdovsi Namazova v əsiyyət edilməsi, Firdovsi Namazovun atasının sağlığında və ölümündən sonra həmin evdə yaşaması, hal-hazırda da həmin evdə Firdovsi Namazovun oğlunun yaşaması, Təranə Kazımovanın isə vərəsəliklə bağlı mübahisəni yalnız İddiaçı1 və Cavabdeh arasında mirasla bağlı mübahisə yarandıqdan sonra açması da onu göstərir ki, Təranə Kazımova əslində atasından miras qalmış əmlakı qəbul etməmiş, həmin əmlaka dair heç bir tələbi olmamışdır. Təranə Kazımova X69dan miras qalmış əmlaka faktik sahiblik və idarə etməklə mirası qəbul etməsini şəksiz nümayiş etdirməsini sübuta yetirə bilməmişdir.

30. Birinci instansiya məhkəməsi Gəncə şəhəri 3 saylı notariat kontorunda açılmış 2-V-İ-147 saylı vərəsəlik işinə də münasibət bildirərək qeyd etmişdir ki, həmin notariat işində X8 və digər vərəsələrin ataları Nəriman Namazovdan miras qalmış “Qartal” çoxsahəli kiçik müəssisəsinin nizamnamə kapitalındakı payını qəbul etməmələri barədə ərizələri mirasdan imtina kimi qəbul edilməməlidir. Belə ki, Nəriman Namazov qeyd edildiyi kimi xx.xx.2011-ci il tarixdə vəfat etmiş, həmin ərizələr isə 29 avqust 2013-cü il tarixdə, yəni mirasın açıldığı vaxtdan 2 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (Mülki Məcəllənin 1256-cı maddəsi). Bu baxımdan Firdovsi Namazovun xx.xx.2013-cü il tarixli ərizəsi gecikmiş ərizə kimi heç bir hüquqi nəticə doğurmur və yalnı z miras əmlakın anası X33 adına rəsmiləşdirilməsinə xidmət etmişdir. X35 miras qalmış əmlakın notarial qaydada ərizə vermək yolu ilə deyil, faktiki qəbul qaydasında Firdovsi Namazov tərəfindən qəbul edilməsi müəyyən olunur.

31. Məhkəmə yekun olaraq bu nəticəyə gəlmişdir ki, X13 miras qalmış, ünvan 4 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi X17 tərəfindən faktik qəbul edilmişdir, buna görə də həmin əmlak X8 mirasına daxil edilməli və onun vərəsələri arasında bölünməlidir

32. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, X8 vərəsələri arasında payların bölünməsi zamanı mirasın qanunvericilikdə müəyyən edilmiş qaydada onun birinci növbə vərəsələrindən İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən qəbul edilməsi nəzərə alınmalı, X19 qanunvericilikdə nəzərdə tutulmuş mü ddətdə öz miras payından qardaşı Cavabdeh xeyrinə imtina etdiyindən onun miras payı Cavabdeh payına birləşdirilməlidir. Buna uyğun olaraq X8 “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X75” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Qartal” çoxsahəli kiçik müəssisəsinin (VÖEN **********) 100 faiz təsis payından və X13 miras qalmış və X17 tərəfindən qəbul edilmiş ünvan 4 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakının ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı2 və 2/4 hissəsinə Cavabdeh payları müəyyən edilməlidir.

33. Məhkəmə birinci iddia üzrə evə köçürülmə tələbinə münasibətdə isə göstərmişdir ki, İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanda yerləşən fərdi ya şayış evinin mülkiyyətçiləri olduqlarından onların digər mülkiyyətçi Cavabdeh ilə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüquqları vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər

34. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 215.4, 1146, 1151, 1159.1.1, 1243.2, 1246, 1255, 1261, 1274, 1281 və 1291-ci və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Birinci iş üzrə Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20 və X19 qətnamədən apellyasiya şikayəti verərək, biri nci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı1 iddiasının qismən – nəqliyyat vasitələrinə münasibətdə təmin edilməsini xahiş etmişlər.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədləşmələrdə texniki halları əsas gətirməklə atanın bir övladını nəzərə alması, digər övladını nəzərə almaması ədalətli deyil. Məhkəmə qətnamədə qeyd edir ki, mərhum Firdovsi Namazov ilə birgə nikah dövründə əldə olunan və İddiaçı1 adına olan torpaq sahəsinin sənədi məhkəmə çıxışı zamanı təqdim edilmişdir. Halbuki, həmin sənəd məhkəmə araşdırması zamanı təqdim edilmiş, məhkəmə isə ona qiymət verməmişdir. Məhrum ataları rəhmətə getdikdən sonra X20 xarici ölkədə olduğu üçün miras əmlakı idarə etmək imkanı olmasa da, faktiki olaraq mirası qəbul etdiyini notarial qaydada verd iyi etibarnamədə ifadə etmişdir. Şəxsin mirası qəbul etdiyinə dair iradə ifadəsini məhkəmə qəbul etməmişdir. Halbuki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. X20 fiziki cəhətdən miras əmlakı idarə etməyə başlaya bilməsə də, sahiblik etdiyini şəksiz nümayiş etdirmişdir. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

37. İkinci iş üzrə Kazımova Təranə Nəriman qızı apellyasiya şikayəti verərək, birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı1 iddiasının qismən – nəqliyyat vasitələrinə münasibətdə təmin edilməsi, onun iddiasının isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı tam təsdiq edilmişdir ki, mərhum qardaşı X17 ataları X37 rəhmətə getməmişdən 3 il əvvəldən, yəni 2008-ci ildən mübahisəli evdə yaşamamış, ataları rəhmətə gedəndən sonra da 2 il müddətinə, İddiaçı1 ilə evlənənədək mübahisəli evdə yaşamamışdır. İşdə vəsiyyətnamə olsa belə, qardaşı X17 miras əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Bunun səbəbi isə evin atası tərəfindən ona verilməsi və bütün bacıqardaşların bundan xəbərdar olması idi. Atası 1998-ci ildə verdiyi vəsiyyətnamədən sonra mübahisəli e və çıxarış alınmışdır. Həmin ev Firdovsiyə məxsus idisə və ya onun tərəfindən tikilmişdirsə, Firdovsi öz adına rəsmiləşdirərdi. Ataları rəhmətə gedən zaman vərəsəlik işi açılmış və qardaşı vərəsəliyi hissəvi, yalnız firmaya münasibətdə qəbul etmişdir. Onların verdikləri ərizələrdə yalnız firma ilə bağlı razılıqlarının olması da bunu tam təsdiq edir. Mübahisəli ev onun tərəfindən faktiki qəbul edilmişdir. Mübahisəli evin qardaşı Firdovsi Namazov ilə heç bir əlaqəsinin olmamasını həm də o təsdiq edir ki, qardaşı İddiaçı1 adına torpaq sahəsi alıb başqa yerdə ev tikdirmək istəyirdi. Lakin məhkəmə bunların heç birini nəzərə almamışdır.

39. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra – apelyasiya instansiyas məhkəməsi) 2(104)-2101/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (ha kimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə X8 vəfatı ilə onun ilk nikahından olan övladları ilə ikinci nikahından olan arvadı və qızı arasında mərhuma məxsus miras əmlakların bölgüsü, habelə Firdovsi Namazovun X9ndan ona miras qalmış və yaşadığı fərdi yaşayış evi ilə bağlı (həm Firdovsi Namazovun vərəsələri, həm də onun bacısı arasında) yaranmışdır.

41. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki X8 ilk nikahından 3 övladı – Cavabdeh, X20, Pənahova (Namazova) Aydan Firdovsi qızı vardır. Həmin nikahdan olan arvadı vəfa t etdikdən sonra Firdovsi Namazov 2013-cü ildə X43 ilə faktiki evlənməklə, nikahlarını xx.xx.2018-ci il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Onların birgə nikahlarından İddiaçı2 və X21 adlı iki övladları doğulsa, Aynur adlı uşaq sonradan vəfat etmişdir.

42. Apellyasiya məhkəməsi göstərmişdir ki, miras payın bölünməsi ilə əlaqədar (vərəsəlik hüquq münasibətləri üzrə yaranmış) mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdır. Mirasın kütləsi müəyyən olunduqdan sonrakı mərhələdə vərəsələrin dairəsi, vərəsələrin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə və qaydada, hansı üsulla qəbul edib-etməməsi araşdırılmalıdır.

43. İşdəki sənədlərlə X8 adına “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X75” markalı, * *-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Qartal” çoxsahəli kiçik müəssisəsinin təsis payı qeydə alınmışdır. Mübahisəli ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə mülkiyyət hüququ üzrə X8 X9nun adına qeydə alınmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci iddiaya tam şəkildə qiymət verilməsi üçün əvvəlcə ikinci iddianın əsaslılığı yoxlanılmalıdır. Ona görə ki, birinci iddia üzrə iddiaçılar Könül və Fəridə X1 ölümündən sonra onun adına qeydə alınmış ünvan 4 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X17 tərəfindən miras əmlak kimi qəbul edilməsinə və sonuncunun ölümü ilə evin ondan miras qalmış əmlak olduğunu əsas gətirməklə, evdən miras paylar ının müəyyən edilməsini və həmin evə köçürülməsini tələb etmişlər. İkinci iddia üzrə iddiaçı Təranə Kazımova isə sözügedən fərdi yaşayış evinin Firdovsi Namazov tərəfindən deyil, onun tərəfindən qəbul edildiyinə əsaslanmaqla, mirasın qəbulu faktının tanınmasını xahiş etmişdir.

45. Mübahisəli ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X18 mülkiyyətində olduğundan həmin evə dair miras onun xx.xx.2011-ci ildə ölməsi ilə açılmışdır. X18 6 nəfər birinci növbə vərəsəsi - arvadı X52, oğlu X17, oğlu X27, oğlu X38, qızı Kazımova (Namazova) Təranə Nəriman qızı və qızı X28 olmuşdur. X3 evi sağlığında oğlu X10 vəsiyyət etmiş və bu barədə vəsiyyətnaməsi xx.xx.1998-ci il tarixdə Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunda 2B-İ-122 reyestrlə təsdiqlənmişdir. Namazov Firdovsi X69un vəfatından sonra sözügedən evi öz adına rəsmiləşdirməmişdir. Lakin bununla belə müəyyən edilir ki, həmin ev qanun üzrə vərəsələr sırasından məhz Firdovsi Namazov tərəfindən faktiki üsulla qəbul edilmişdir. Belə ki, Nəriman Namazovun vəfatından sonra vərəsələrin heç biri ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras kimi rəsmi qaydada qəbul edilməsi üçün notariat orqanına ərizə verməmişdir. X47 arvadı Firida Namazova xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhumun “Qartal” çoxsahəli kiçik müəssisəsinin nizamnamə kapitalındakı payından tam həcmdə irs almışdır. Mübahisəli ev isə faktiki üsulla Firdovsi Namazov tərəfindən qəbul edilmişdir.

46. Miras əmlak iki üsulla qəbul edilir: formal və faktiki qəbul. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu da iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz məna feyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

47. İşin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, X17 X48 ölümündən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin evə həm faktiki sahibliyi, həm də onun idarəçiliyini həyata keçirmişdir.

48. Təranə Kazımova öz iddiasında və verdiyi izahatlarında atasının şifahi şəkildə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ona vəsiyyət etməsini göstərmişdir.

49. Bununla bağlı qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə, vəsiyyətnamə yazılı şəkildə tərtib edilir. X48 xx.xx.1998-ci il tarixdə notariat vəsiyyətnaməsi əsasında həmin evi oğlu X10 vəsiyyət etməsi Nəriman Namazovun qanunun həmin tələbindən - vəsiyyətnamənin yazılı şəkildə tərtib edilməli olmasından xəbərdar olduğunu göstərir. Buna görə də, oğluna yazılı notariat vəsiyyətnamə verən X48 evi qızına şifahi şəkildə vəsiyyət etməsi ağlabatan və inandırıcı deyildir. Əgər onun belə bir niyyəti olsaydı, oğluna verdiyi kimi, qızına da yazılı və notariat vəsiyyətnaməsi verərdi.

50. Təranə Kazımovanın həmin evi faktiki qəbul etməsinə gəlincə isə qeyd etmişdir ki, işin faktiki halları ilə, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, Təranə X7 ilə xx.xx.1986-cı il tarixdə nikah bağlayaraq, ər evinə köçmüş və orada yaşamağa başlamışdır (nikahdan sonra ona Kazımova soyadı verilmişdir). Gəncə şəhəri Kəpəz Rayon İHB-nin Sadıllı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışında da Kazımova Təranə Nəriman qızının ünvan 2 ünvanında yaşamadığı qeyd olunmuşdur. Təranə Ka zımova atasının ölümündən sonra həmin evə daim nəzarət etdiyini, evin açarlarının özündə olduğunu, evdə cari təmizlik və təmir işlərini apardığını, evin açarlarını qonşuya verdiyini bildirsə də, buna dair təqdim etdiyi yeganə sübutu şahid X32 ifadəsi olmuşdur. Həmin şahid isə ziddiyyətli ifadə verdiyindən birinci instansiya məhkəməsi onun ifadəsini istinad edilən halları sübuta yetirən sübut növü kimi qəbul edilməmişdir. Digər tərəfdən, evdə İddiaçı1 ilə Firdovsi Namazov yaşadığı halda, evə Təranə Kazımovanın nəzrət etməsi və evə nəzarət edilməsi üçün evin açarlarının qonşuya verilməsi inandırıcı və səmimi qəbul edilə bilməz.

51. Göründüyü kimi, Təranə Kazımova heç vaxt, yəni nə atasının sağlığında, nə də atasının ölümündən sonra həmin evdə yaşamamışdır. O, 1986-cı ildə ailə qurmaqla ata e vindən ər evinə köçmüşdür. O, ünvan 2 ünvanında yerləşən mübahisəli evi faktiki üsulla miras kimi qəbul etməsini təsdiq edən heç bir mötəbər sübut növü təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq ikinci iddianı təmin etməmişdir.

52. Birinci iddia üzrə qeyd edilmişdir ki, X8 adına qeydə alınmış nəqliyyat vasitələri və müəssisənin təsis payı üzrə miras isə onun xx.xx.2020-ci il tarixdə ölməsi ilə açılmışdır. Həmçinin, ünvan 2 ünvanında yerləşən mübahisəli ev Nəriman Namazovun ölümündən əvvəl və sonra X17 yaşamaqla, həmin evi faktiki üsulla miras kimi qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığı üçün həmin ev X8 ölümü ilə onun miras aktivinə aid edilməlidir.

53. X8 5 nəfər birinci dərəcəli vərəsələri vardır – Cavabdeh, X20, Pənahova (Namazova) Aydan Firdovsi qızı, İddiaçı1 və İddiaçı2. X8 vərəsələrinə (hər hansı birinə) vəsiyyətnamə qoyması halı müəyyən edilməmişdir. Bu halda miras əmlakın qanun üzrə vərəsəlik qaydasında vərəsələrə keçib-keçməməsi müəyyən edilməlidir.

54. İş materialları ilə müəyyən edilir ki, Firdovsi Namazovun vərəsələrindən İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində ərizə verərək, X8 mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış əmlakı rəsmi qaydada qəbul etmişlər. Cavabdeh isə Cavabdeh Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə ərizə verərək, mərhum atası X8 mirasının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmay araq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası rəsmi qaydada qəbul etmişdir. X2 Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli ərizə verərək, atası X8 vəfatından sonra miras qalmış bütün miras əmlakından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. Digər vərəsə X20 isə əmlakı nə rəsmi, nə faktiki qəbul etməmişdir.

55. Birinci instansiya məhkəməsi düzgün olaraq miras evin İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən qəbul edilməsini nəzərə alaraq, onların arasında bölmüş və bölgü zamanı X12 qardaşı Cavabdeh xeyrinə imtinasını da nəzərə alaraq, onun payını Cavabdeh payına birləşdirmiş və Firdovsi Namazovdan miras qalmış əmlakların 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2 və 2/4 hissəsinə Cavabdeh paylarını müəyyən etmişdir.

56. X15 pay müəyyən etməyərək, qeyd etmiş dir ki, onun qardaşı Cavabdeh mirası qəbul etmək üçün etibarnamə verməsi onun mirası qəbul etməsi hesab edilə bilməz. Belə ki, mirası qəbul etmək barədə iradə ifadəsi ya mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə, ya da mirası faktik qəbul edib idarə etmək və bununla mirası qəbul etməsini şəksiz nümayiş etdirməklə həyata keçirilir. Başqa şəxsə mirası qəbul etmək səlahiyyəti verən etibarnamənin verilməsi mirası qəbul etmək barədə notariat kontoruna verilmiş ərizəni əvəz etməməklə mirasın qəbul edilməsi kimi hüquqi nəticə doğurmur. Cavabdeh mirasın qəbulu ilə bağlı Azadə Namazovanın adından notariat orqanına ərizə verməmiş, digər hər hansı hərəkət etməmişdir.

57. Firdovsi Namazovun ilk nikahından olan övladları isə məhkəmənin həmin qəanəti ilə razılaşmayaraq, apellyasiya dəl illərində göstərmişlər ki, məhrum ataları rəhmətə getdikdən sonra X20 xarici ölkədə olduğu üçün miras əmlakı idarə etmək imkanı olmasa da, faktiki olaraq mirası qəbul etdiyini notarial qaydada verdiyi etibarnamədə ifadə etmişdir. Şəxsin mirası qəbul etdiyinə dair iradə ifadəsini məhkəmə qəbul etməmişdir. X20 fiziki cəhətdən miras əmlakı idarə etməyə başlaya bilməsə də, sahiblik etdiyini şəksiz nümayiş etdirmişdir.

58. Apellyasiya məhkəməsi həmin dəlilləri əsaslı hesab etməyərək, qeyd etmişdir ki, mülki qanunvericilik vərəsənin mirası nümayəndə vasitəsilə qəbul etməsini qadağan etmir, buna icazə verir. Lakin bu halda söhbət rəsmi qəbuldan, yəni nümayəndənin vərəsənin əvəzinə mirasın qəbulu barədə notariat ofisinə ərizə verməsindən gedir. Belə ki, qeyri-rəsmi qəbul əmlaka faktiki olaraq sahi blik və ya idarəçilik etməklə həyata keçirildiyindən bu üsulla qəbulun nümayəndə vasitəsilə həyata keçirilməsi mümkün deyildir.

59. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi, X20 atasının ölümündən sonra Rusiya Federasiyası Moskva şəhərində yaşadığı üçün mirası faktiki qəbul etməmiş, Rusiya Federasiyası Moskva şəhərinin notariusunun vəzifəsini müvəqqəti icra edən X16 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında qardaşı Cavabdeh digər səlahiyyətlərlə yanaşı atası X6 qalmış miras əmlakı qəbul etməyi, mirasın qəbul edilməsi üçün ərizələrin verilməsi və imzalanması və s. səlahiyyətləri etibar etmişdir. Lakin həmin etibarnamə verildikdən sonra Azadə Namazovanın nümayəndəsi (qardaşı) Cavabdeh tərəfindən etibar edənin mirası qəbul etməsi ilə bağlı notariat orqan ına müraciət edilməmişdir. İş materiallarında yalnız Cavabdeh vərəsə kimi öz adından xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə verməsi halı müəyyən edilir ki, tarixlərə nəzər yetirdikdə Cavabdeh müraciət etdiyi tarixdə bacısı Azadə Namazovanın da adından müraciət etməyə səlahiyyətinin olmadığı müəyyən edilir.

60. Azadə Namazovanın miras əmlakın şəksiz sahiblik etməsini nümayiş etdirməsinə dair dəlil də əsaslı sayıla bilməz, ona görə ki, Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Lakin apellyasiya dəlillərindən də göründüyü kimi, Firdovsi Namazov vəfat edən zaman X70 Federasiyasında olmuş və evə dair sahibliyə nail olmamışdır.

61. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olduqlarından onların digər paylı mülkiyyətçi Cavabdeh ilə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək hüquqları vardır. Cavabdeh isə evin qapısının açarlarını dəyişdirməklə, onların evə daxil olmasına maneə yaratmışdır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsini qət etmişdir.

62. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Hər iki şikayətin apellyasiya dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayəti nin dəlilləri

63. Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X19 və Kazımova Təranə Nəriman qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən X10 münasibətdə miras əmlak kütləsinə daxil olan evin iddiaçı X43 ilə ailə qurmasından və birincinin ölümündən sonra Könül Həsənovanın orada yaşayaraq mirası qəbul etməsi heç bir sübutla təsdiq edilmir. Apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş qonşuluq aktının hüquqi cəhətdən məhkəmə tərəfindən qiymətləndirilməməsi əsaslı deyildir. Qeyd olunan akta məhkəmə tərəfindən heç bir münasi bət bildirilməmişdir. Cavabdehin və 3-cü şəxslərin analarının atalarından əvvəl vəfat etməsi və analarına münasibətdə payların müəyyən edilməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Belə ki, qeyd olunan əmlakın hansı tarixdə əldə etməsi və bundan sonra həm 3-cü şəxslərin və həmçinin cavabdehlərin miras olaraq evi və o, cümlədən avtomobilləri əldə etməsi ilə bağlı məsələlər həll edilməmişdir. Həmçinin mərhumun xaricdə olan övladının üzrlü səbəbdən Azərbaycana gələ bilməməsi və mirasın qəbulu ilə bağlı qardaşı Cavabdeh etibarnamə göndərməklə mirası qəbul etməsini şəksiz olaraq passiv hərəkətləri ilə nümayiş etdirmişdir. Hazırda mərhum X8 adma miras qalmış ünvan 10 ünvanda olan 0.04 ha torpaq sahəsinin və orada olan fərdi yaşayış evinin onun X9na məxsus olması və evin açarlarının ikinci iddiaçı Namazova (Kazımova) Təranə Nəriman qızında olması və atalarının ölümündən sonra həmin evi faktiki olaraq bibinin idarə etməsi və apellyasiya icraatı zamanı təqdim edilmiş aktda bibinin həmin evi idarə etməsi və buna münasibətdə isə payın müəyyən birinci iddiaçıya münasibətdə müəyyən edilməsi əsassızdır. Belə ki, məhkəmə Namazov Firdovsi tərəfindən ona atası tərəfindən vəsiyyət edilmiş ev üzərində onun payının müəyyən etməsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən ilkin iddiaçının evdən istifadə hüququ ilə bağlı məsələ düzgün həll edilməmişdir. Məhkəmə qətnaməsi ilə payların müəyyən edilməsindən sonra naturada payların bölünməsi aparılmadığı halda, birinci iddiaçının bütöv evdən istifadə hüququnun tanınması həm ədalət hüququnun, həm də qanunçuluq hüquqi müəyyənlik prinsipinin tələblərinə ziddir. b)

65. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

66. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır

67. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

68. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

69. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

70. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, ar vad (ər), valideynlər (övladlığa götürənlər).

71. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

72. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

73. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

74. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

75. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ə rzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir

76. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

77. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Prosessual Məcəllə

78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

81. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

86. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

89. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Kassasiya şikayətində irəli sürülmüş dəlillərlə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

91. Məhkəm ə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh, X19, X20 və Kazımova Təranə Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2101/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar