Məhkəmə qərarları › İş №2(102)-8222/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8222/2019

30.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8222/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili Vəkil, Cavabdeh, onun və digər cavabdeh X1 vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(104)2209/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (haki m Q.Baxışev) 10.01.2019-cu il tarixli, 2(062)-108/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X4 və maraqlı şəxs DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın və onun əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh adına işlənilmiş 18 avqust 2012-ci il tarixli ********** qeydiyyat nömrəsi olan qabaqcadan qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında bağlanmış 09 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi və X1 adına aparılmış 20 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəsi olan qabaqcadan qeydiyyatın etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Muradov, Ə.Məmmədov, Ş.Rzaquliyev) 03.06.2018-ci il tarixli, 2(104)-2209/2019 nömrəli qət naməsi ilə Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Tovuz Rayon Məhkəməsinin 10.01.2019-cu il tarixli, 2(062)-108/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh və X6 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun əsasında verilmiş digər hüquqmü əyyənedici sənədlərin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydə alınmış ********** nömrəli çıxarışın və onun əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 iş üzrə cavabdeh kimi cəlb olunmasını, dövlət reyestrində X1 və Cavabdeh adına rəsmiləşdirilmiş hüquqların qabaqcadan qeydiyyatının və onun əsasında verilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh, X6 və onları n vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş və iş üzrə faktları kifayət qədər araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Cavabdehin adına qeydə alınmış torpaq sahəsi və yaşayış evi onun atası X2 adına olmuş və həmin ev atası tərəfindən 1949-cu ildə bir otaqlı ev tikilmiş, torpaq sahəsində alma bağı, mal tövləsi və su dəyirmanı olmuşdur. Atası K6 ölənə qədər orada su dəyirmanını işlətmişdir. Bu Tovuz rayon Dövlət Arxivinin arayışı ilə və Tovuz rayon sakinlərinin tərtib edərək ******* kənd İcra nümayəndəsi tərəfindən təsdiq olunmuş 16.04.2009-cu il tarixli aktı ilə də təsd iq edilir. Bundan başqa, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2011-ci il tarixli, 2-1-2(84)-594/2011 saylı qərarı ilə də təsdiq edilmişdir və cavabdeh həmin qərarı da Reyestr Xidmətinə təqdim etdikdən sonra atasının adına olmuş torpaq sahəsi və yaşayış evi onun adına qeydə alınmışdır. Həmin qərarın surəti işə əlavə edilsə də, heç bir instansiya məhkəməsi həmin qərarı müzakirə etməmiş, hüquqi qiymət verməmiş və ümumiyyətlə üzə çıxarmamışdır. Cavabdehin mərhum qardaşı X8 adına ayrı təsərrüfat olmuş və iddiaçının adı da həmin təsərrüfatda olmuşdur. Cavabdehin atasının adına ******** adlanan yerdə olan 0.30 ha torpaq sahəsindən başqa torpaq sahəsi olmamışdır. Cavabdehin qardaşı A6 adına Cürdək kəndində 0.30 ha həyətyanı torpaq sahəsi, 1960-cı ildə tikilmiş ev olmuşdur. Cavabdehin qardaşı nın adına olan həmin torpaq sahəsi və tikilmiş ev cavabdehin atasının adına olan evdən 8 km aralıdadır və hazırda uçub dağılmış vəziyyətdədir. Məhkəmə kollegiyası qətnaməsində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.02.2013-cü il tarixli, 2(104)-183/2013 saylı qətnaməsinə əsaslanmış, həmin qətnamədən 2 il əvvəl qəbul edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2011-ci il tarixli, 2-1-2(84)-594/2011 saylı qərarını nəzərə almamışdır. Halbuki həmin qərar ilə mübahisəli mülkün cavabdehin atasının adına olması təsdiq edilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(104)-2209/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qəra r qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun və digər cavabdeh X1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 və vək ili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(104)-2209/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı evdən və torpaqdan çıxarılma tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2(104)-184/ 2013 nömrəli qətnaməsi ilə şikayət təmin edilərək Tovuz Rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia tələbi rədd edilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən olunmuşdur ki, Çatax kəndində Cavabdeh adına və A6 adına evlər eyni ev deyillər və ayrı-ayrı yerlərdə yerləşirlər. İşin qeyd olunan bu halı yerli baxış zamanı və şahid ifadələri ilə təsdiq edilmişdir. Həmin iş üzrə yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, mübahisəli ev cavabdehlərin atası Alıya məxsus olmuş, cavabdehlər həmin evdə böyüyüb boya-başa çatmışlar. İddiaçının ata evi (K6) isə kəndin başqa yerindədir, hazırda uçulub dağılmış vəziyyətdədir, magistral yoldan aralıdır və həmin ərazi kəndin yuxarı hissəsidir. Mübahisəli ev isə kəndin aşağı tərəfində, kəndə giriş hissədədir, magistral yolun solunda, çayın kənarındadır, iddiaçının adına olan mülkiyyət hüququna dair sənədlər bu evədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsində müəyyən olunur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, təminat qeydinin aparılması üçün torpaq sahə sinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. Həmin Məcəllənin 147.3-cü maddəsinə əsasən, təminat qeydi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxtdan yaranır. Həmin Məcəllənin 147.7-ci maddəsinə əsasən, torpaq sahəsi barədə təminat qeydinin öz hüquqi qüvvəsini saxladığı müddətdə həmin torpaq sahəsinə və ya ona olan hüquqa dair bağlanan müqavilələr və (və ya) digər formada verilən sərəncamlar təminat qeydinin əsası olmuş tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissədə etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında və ya əmlak inzibatçısı tərəfindən iflas prosesi zamanı verildiyi halda da tətbiq edilir. Həmin Məcəllənin 147.8.1-ci maddəsinə əsasən, xeyrinə təminat qeydi aparılmış şəxsin bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan müqavilədən irəli gələn hüquqları, bu Məcəlləyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda, 147.8.2. maddəsinə görə, bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan müqavilə bu Məcəllə nin 421-424-cü maddələrinə uyğun olaraq ləğv edildikdə öz hüquqi qüvvəsini itirir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iş materialları ilə də müəyyən edilmişdir ki, apellyasiya araşdırması zamanı cavabdehin göstərmiş olduğu əsaslar öz təsdiqini tapmamışdır. Hazırda da kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqdadır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qətaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-ni n 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh və X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(104)-2209/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar