Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-826/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İş № 2(102)-826/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X5, X3 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli, 2(103)-9032/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair X7 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, onun “xxxx” ASC-dəki şəxsi hesabının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim E.E.Rəhimov) 11 may 2018-ci il tarixli, 2(009)1616/2018 saylı qətnaməsi ildə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) 05.10.2018-ci il tarixli, 2(103)-9032/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəyə məhkəmədə baxılması mərhələsində ********* saylı cinayət işi üzrə AR CM-in 308.1, 313 və başqa maddələri ilə ibtidai istintaqın Baş Prokurorluğun Ağır cinayətlərə dair X7 idarəsində davam etdirilməsini təkzib edən halların mövcudluğu öz təsdiqini tapmayıb. Birincisi, cinayət prosessual qanunvericilik bu halda hüquq və azadlıqların məhdudlaşdırılması müddətini cinayət təqibi getdiyi müddətlə məhdudlaşdırır, bu müddət isə CPM-in 218-ci maddəsinə əsasən 10 ay müəyyən edilib. İstintaq müddətinin 10 aydan artıq uzadılma sı və məhdudiyyətlərin bu müddətdən artıq saxlanması qanunsuzdur. AR Baş prokurorunun məhkəməyə təqdim edilən 2017-ci il 19 iyul tarixli sonuncu qanunsuz qərarına əsasən istintaq müddəti 2017-ci il noyabrın 22-dək uzadılmışdı. Bu müddət də bir ildir ki başa çatıb. Məhkəmə bu dəfə hətta istintaq müddətinin uzadılması barədə yeni qanunsuz qərarın olub-olmaması ilə də maraqlanmayıb. Məhkəmə maddi hüquq normasının tətbiqində də səhvə yol verib. Əmlak üzərinə həbs qanunsuz qoyulub, üstəlik qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıb. CPM-in 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən qoyulmuş həbs götürülməlidir. İkinci, 2015-ci ilin oktyabrından AHA və onun barəsində heç bir istintaq hərəkəti aparılmır, AHA-nın istintaq zamanı götürülmüş sənədləri 3 il qabaq ona qaytarılıb. Bundan sonra onun və əvvəllər rəhbərlik etdiyi təşkilatın barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Üçüncü, hansısa başqa təşkilatlar barədə istintaq davam edirsə, bu, barəsində cinayət işi qaldırılmamış təşkilatın və ya şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Məhkəmə çəkişmələrinin getdiyi bir neçə illik müddətdə AHA ilə və onunla bağlı cinayət işi qaldırılması, istintaq müddətinin uzadılması barədə heç bir qərar məhkəməyə təqdim edilməyib. İstintaqı ciddi-cəhdlə müdafiə edən hakimin hansı dəlilləri istintaqa gölgə salan dəlillər saydığı qətnamədə göstərilmir. Bunun çox sadə bir səbəbi var - belə bir dəlil yoxdur. İstintaq müddətinin uzadılmasının cinayət işi üzrə buna yaranmış zərurətlə bağlı olmasını hakim yox, istintaq orqanı sübut etməl i idi. İstintaqın müddəti ona olan zərurətlə deyil, cinayət-prosessual qanunvericiliklə müəyyən edilir və qanunla dəqiq müddətlərlə məhdudlaşdırılır. Üstəlik, bu zərurətin nədən ibarət olması qətnamədə göstərilməyib. Nəticədə MPM-in 8, 9, 77-ci maddələrinin tələbləri (tərəflərin bərabərliyi, çəkişmə, sübutetmə vəzifəsi) pozulub. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, hazırki işə kassasiya icraatında baxılan dövrdə cavabdeh tərəf özünün haqsız olduğunu anlayaraq, şəxsi və rəhbərlik etdiyi təşkilatının bank hesablarının üzərindən həbsin götürülməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 13 fevarl 2019-cu il tarixli Qərarı ilə vəsatət təmin edilərək, həbslər götürülmüşdür. Hazırda mübahisə bitsə də, kassasiya şikayətini müdafiə e dərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X2 iddiaçının dediklərinə uyğun izahat vermişdir. Cavabdeh tərəf işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.10.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə zəruri olan araşdırma aparılmadan qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair X7 İdarəsi 23 aprel 2014-cü il tarixdə fakt üzrə cinayət işi başlamış və cinayət işi üzrə həmin vaxt iddiaçının rəhbər olduğu Azərbaycan Hüquqçular Assosiasiyasının fəaliyyəti araşdırılmış, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun 2014-cü il 07 iyul tarixli təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 201 4-cü il 07 iyul tarixli qərarı ilə 14006023 nömrəli cinayət işi üzrə Azərbaycan Hüquqçular Assosiasiyasının və onun rəhbəri kimi iddiaçının Azərbaycan Beynəlxalq Bankında və “xxxx” ASC-də olan hesablarının üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2014-cü il 04 avqust qərarı ilə birinci instansiya məhkəməsinin qərarından verilən şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Baş Prokurorun birinci müavini Rüstəm Usubova, Baş prokuror Zakir Qaralova müraciət edilmiş və cinayət işi ilə bağlı istintaq davam etdirilməsi təsdiq olunmuşdur. Həmçinin 11.02.2017-ci il tarixdə həbsin götürülməsi barədə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət olunmuş eyni məzmunlu cavab verilmişdir. 24.03.2017-ci il tarixdə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətlə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş, 03.04.2017-ci il tarixli qərarı ilə şikayət geri qaytarılmış və izah edilmiş ki, CPM-in 253-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqana müraciət etməli, bundan sonra əmlakın həbsdən azad edilməsi barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24.04.2017-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanılmış və eyni qaydada izah verilmişdir. Bundan sonra, 02.05.2017-ci il tarixdə Baş Prokurorluğa müraciət edərək şəxsi hesabından həbsin götürülməsini xahiş etmiş, cavabdeh 19.05.2 017-ci il tarixli məktubu ilə ona imtina cavabı vermişdir. Eyni zamanda məhkəmə araşdırması mərhələsində cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair X7 idarəsinin rəisi E.Əhmədov 03/142006023/604№ 19.04.2018-ci il tarixli poçt vasitəsilə göndərmiş olduğu məktub ilə bildirmişdir ki, Azərbaycan Respublikasının bir sıra qeyri-hökümət təşkilatlarının, xarici qeyri-hökümət təşkilatlarının filial və nümayəndəliklərinin, o cümlədən rəhbəri İddiaçı olan ‘Azərbaycan Hüquqçular Assosiyasının” fəaliyyətində aşkar edilmiş qanun pozuntuları faktı üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 313 və digər maddələri ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq Baş prokurorluğun Ağır cinayətlərə dair X7 idarəsində davam etdirilir. Həmçinin, mübahisəyə məhkəmdə baxılm ası mərhələsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 313 və digər maddələri ilə ibtidai istintaqın Baş prokurorluğunun Ağır cinayətlərə dair X7 idarəsində davam etdirilməsini təkzib edən halların mövcudluğu öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair X7 idarəsi İddiaçı “xxxx” ASC-də olan hesabının üzərinə ********* nömrəli cinayət işi üzrə cinayət təqibinin davam etdiyi müddət ərzində məhdudiyyət saxlanılması dövlət və ictimai təhlükəsizlik baxımından icra edilmiş və mülki hüquqların bu qaydada məhdudlaşdırılması cinayət prosessual qanunvericiliyin müd dəaları baxımından icra olunmuş, habelə sözü gedən fəaliyyət qanuna uyğun olduğundan hüquqa zidd hərəkət və hərəkətsizlik müəyyən edilməmişdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir və bu mənada, cinayət təqibi orqanı cinayət faktı üzrə cinayət təqibinin davam etdiyi mərhələdə İddiaçı məxsus bank hesabının üzərində məhdudiyyətin qalması faktı cavabdehin hüquqa zidd hərəkətinin nəticəsi hesab edilməməli, bununla da Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair X7 idarəsinə qarşı iddiası əsassız sayılmalıdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, hesab edir ki iddiaçının araşdırılmanın davam etdiyi cinayət işi üzrə hans ı statusda keçdiyini, habelə iddiaçının təqsirləndirilən şəxs olmadığı halda həbsin zəruriliyini aydınlaşdırmadan sadəcə olaraq cavabdeh tərəfin cinayət işi üzrə ibtidai istintaqın davam etməsi ilə bağlı məktubuna əsaslanmaqla iddianı əsassız hesab etməsi qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Göründüyü kimi, iddianın əsaslı və yaxud əsassız olması üçün ilk növbədə cinayət-prosessual qanunvericiliyin iddiaçıya münasibətdə qanunçuluq prinsipinə riayət edilib-edilmədiyi yoxlanılmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu halı aydınlaşdırmadan iş üzrə yekun qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlarında nümayiş etdirilmiş mövqeyə əsasən məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına al ınır. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəllənin 253.-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləl iklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, qətnamə prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçının iddiası üzrə tələb edilən bank hesabı üzərinə qoyuylmuş həbsin götürülməsi cavabdeh tərəfin vəsatəti ilə artıq Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli Qərarı ilə götürüldüyündən faktiki olaraq mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və e yni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, kassasiya kollegiyası tərəflər arasında mövcud olmuş mübahisənin aradan qalxdığını nəzərə alıb, işin məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməli olması qənaətinə gəlir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edlməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli, 2(103)-9032/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına x itam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-826/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-826/2019
04.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver