Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8260/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)6663/2019 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Sumqayıt Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, Cavabdeh1 ASC tərəfindən onun xeyrinə 15 000 manat məbləğində maddi ziyanın, 50 000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-751/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)6663/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-751/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)6663/2019 nömrəli qətnaməsind ən iddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)-6663/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər onun çoxsaylı müraciətlərinə baxmayaraq bağçılıq məqsədi ilə təsərrüfatına su verilməsi ilə bağlı heç bir tədbir görməmişlər. Bu səbəbdən iddiaçı hesab edir ki, iddia düzgün cavabdehlərə qarşı qaldırılmışdır. Lakin məhkəmə hesab edirsə ki, iddia onlara cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır, bu zaman cavabdehi əsl cavabdehlə əvəzləməli idi. PROSESS UAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 ASC və Sumqayıt Sukanal İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyası 17 iyul 2019-cu il tarixli qətnamə ilə iddiaçının apellyasiya şikayəti təmin etməyib, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-751/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ünvan 1 ünvanının su təchizatı və çirkab suların axıdılması ilə bağlı İddiaçı Cavabdeh1 ASCnin abonentidir. İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə və Sumqayıt Sukanal İdarəsinə 12 may 2017-ci il tarixdə, 22 may 2017-ci il tarixdə, 20 iyun 2017-ci il tarixdə, 13 noyabr 2017-ci il tarixdə İddiaçı yaşadığı ərazidə suyun olmaması və bunun nəticəsində əkin və bağ sahəsinin quruması, həmçinin suyun təchizatının zəif olması ilə əlaqədar müraciət edilmişdir. Sumqayıt Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 noyabr 2017-ci il tarixli D11-0213-1286 nömrəli məktubda idarə tərəfindən ərizəçiyə Tağıyev qəsəbəsi, Xəzri MK ərazisində suvarma və subartezian quyuların qazılmasının Sumqayıt Sukanal İdarəsinin səlahiyyətləri çərçivəsində olmaması bildirilmişdir. “xxxx” ASC tərəfindən 27.01.2017-ci il tarixli 12/4-17 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, Sumqayıt şəhəri, “Xəzri” MK yaşayış massivi ərazisində suvarma şəbəkəsi olmadığından bu sahələrin suvarma suyu ilə təmin edilməsi Cəmiyyətin imkanları xaricindədir. İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” MK ünvanında yerləşən özünə məxsus ərazidə bağ və əkin sahəsi yaratmış, l akin özünün deməsinə görə suyun olmaması səbəbindən bağ sahəsində olan ağacları qurumuşdur. İddiaçı ağacların qurumasına görə cavabdehlərin məsuliyyət daşıdığını və ona dəymiş maddi ziyanın cavabdehlərdən tutulmalı olduğunu iddia etsə də, Cavabdeh1 ASC-nin iddiaya etirazında da qeyd olunduğu kimi bağ sahəsinin suvarılması ilə bağlı təchizat nə Cavabdeh1 ASC-nin, nə də Cavabdeh1 ASC-nin struktur bölməsi olan Sumqayıt Sukanal İdarəsinin səlahiyyətlərinə aid deyildir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 48-ci maddəsinə əsasən içməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmay an məqsədlər üçün istifadə edilməsinə yol verilmir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur. Apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, tələb buna cavab verməli olmayan cavabdehə qarşı veridiyindən rədd edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormaların ıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)6663/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə
Məhkəmə qərarları › İş №2(102)-8260/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8260/2019
30.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver