Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8262/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdeh “X7” Bakı filialının nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9615/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) 03.05.2 019-cu il tarixli, 2(005)533/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “X7” Bakı filialına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekunlarının, alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) 29.07.2019-cu il tarixli, 2(103)-9615/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli, 2(005)533/2019 nömrəli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması, apel lyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 5 manat pulun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər “X7” Bakı filialına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı ”hərracın nəticələrinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan Bakı şəhəri, ************** yerləşən 2 mərtəbəli, **** nömrəli binanın 2-ci mərtəbəsində yerləşən **** nömrəli mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəs i tərəfindən verilmiş 06.02.2009-cu il tarixli, MH seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, “X7” Bakı filialı ilə ipoteka müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilən Bakı şəhəri ******** küçəsində yerləşən 4 mərtəbəli ***** nömrəli binanın 4-cü mərtəbəsində olan ***** nömrəli mənzilin ümumi sahəsi 107,1 kv.metr olmaqla yaşayış sahəsi 52,8 kv.metr olmuşdur. 06.02.2009-cu il tarixli çıxarı ş qanunvericiliyin tələblərinə zidd verilmişdir. Cavabdehlər tərəfindən çıxarış verilən mənzil tamamilə fərqli mərtəbədə olan və fərqli sahəsi olan mənzildir. Həmçinin mənzilin texniki göstəriciləri də qeyri-mötəbərdir. Bundan əlavə, 11 nömrəli binada əvvəllər iddiaçı ilə eyni ad, ata adı və soyad daşıyan, sadəcə doğum təvəllüdlü fərqli olan digər şəxs də yaşamışdır. Belə olduğu halda mübahisə predmeti olan Bakı şəhəri, ********** küçəsində yerləşən 2 mərtəbəli, **** nömrəli binanın 2-ci mərtəbəsindəki **** nömrəli mənzilin “X7” Bakı filialı tərəfindən xüsusiləşdirilməsi üçün əsas olan hüquqi sənədlərin Daşınmaz Xidmətin Bakı şəhər Ərazi İdarəsi tərəfindən əldə edilməsi və mübahisəli mənzil sahəsinə baxış keçirmək zərurəti yaranır. Çünki hazırki vəziyyətdə 1 mənzilə dair fərqli sənədlərin olması ortaya çıxır. Məhz bu səbəbdən mülki iş üzrə ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi və gələcəkdə obyektiv qərar qəbul edilməsi üçün qeyd edilən xüsusatlar məhkəmə qaydasında araşdırılmalı və aidiyyəti orqan olan cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən əldə ediləcək sənəd-sübutlar mülki işin materiallarına əlavə edilməlidir. Bu baxımdan cavabdehlərin mövcud qanunvericiliyin tələblərinə zidd yolla mənzilə dair əldə etdikləri 06.02.2009-cu il tarixli çıxarış qanunsuz və əsassız yolla əldə edilmə səbəbindən etibarsız hesab edilməli və bununla bağlı hüquqi nəticələr ləğv edilməlidir. İddiaçının evinin “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş 40 saylı mənzilin Texniki pasportu”nda ümumi sahə 107,1 kv.metr, köməkçi sahə 54,3 kv.metr, yaşayı ş sahəsi 52,8 kv.metr olduğu halda, yalnız yaşayış sahəsi 51 kv.metr göstərilərək qiymətləndirilmişdir. Yəni, bank köməkçi sahənin pulunu ödəmədən mənzilə sahib olmuşdur. Keçirilmiş ekspertizanın nəticəsi də onun iddia tələbini təsdiq etmişdir. Yəni, bank köməkçi sahənin pulunu ödəmədən mənzilə sahib olmuşdur. Apellyasiya kollegiyası isə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9615/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçı və vəkili məhkəməyə kassasiya şikayətinə əlavə ünvanlayaraq, əlavədə göstərmişdir ki, məhkəmə iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Laki n əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindəndir. Apellyasiya kollegiyası isə hesab etmişdir ki, iddia müddətinin tətbiqinə ehtiyac yoxdur, çünki, iddiaçının ipoteka müqaviləsi ilə girov qoyduğu mənzilin yardımçı sahəsi üzərində mülkiyyət hüququ yoxdur, yardımçı sahənin üzərində mülkiyyət hüququnun tanınması üçün müvafiq dövlət orqanına müraciət etməmişdir. Əgər elədirsə, “İran Milli Bank” ilə iddiaçı arasında bağlanmış 15.08.2005-ci il tarixli ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Çünki “İran Milli Bank” ilə iddiaçı arasında ipoteka predmeti mənzildir. Bundan əlavə 2008-ci ildə mənzilin dəyəri 300000 manat olmuşdur. Bank maxinasiya və fırıldaq yolu ilə onun mənzilini əldə etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9615/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh “X7” Bakı fili alının nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görəAzərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilmədi. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,İddiaçı 19 avqust 2005-ci il tarixli kredit müqaviləsi əsasında “X7” Bakı filialından 20 faiz dərəcəsi ilə 24 ay müddətinə ********* AZM, yəni 46700 AZN məbləğində kredit götürmüş və kreditin qaytarılmasının təminatı kimi 01.04.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri ************** küçəsind ə yerləşən **** nömrəli evin ***** nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. İddiaçı bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, buna görə də bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflər arasında bağlanmış 19 avqust 2005-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, həmin kredit müqaviləsi üzrə 47019,72 manat kredit borcu və 19,8 manat dövlət rüsumunun İddiaçı alınaraq “X7” Bakı filialına ödənilməsi, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Banka ipotekaya qoyulmuş Bakı şəhəri ******** küçəsi 11 nömrəli evin ***** nömrəli mənzilinə yönəldilməsi, mənzilin boşaldılması və açıq hərrac vasitəsilə satılması, mənzilin satış ından əldə edilən vəsait hesabına cavabdeh İddiaçı banka olan borcunun ödənilməsi, əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə, ödənişin İddiaçı digər əmlakına yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin apelyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2008-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyi ilə İddiaçı məxsus olan Bakı şəhəri ************ küçəsində yerləşən **** nömrəli evin **** nömrəli mənzilinin həmin dövrə olan bazar qiyməti 84500 manat təşkil etmiş, mənzilin texniki göstəricilərində yaşayış sahəsinin 51 kv.metr olması qeyd edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 dekabr 2008-ci il t arixli 45/01 nömrəli X2 nəticələri haqqında protokolu və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsi ilə İddiaçı məxsus olan Bakı şəhəri **************** yerləşən yaşayış sahəsi 51 kv.metr olan ***** nömrəli 4 otaqlı mənzili 53868,75 manat dəyərində “X7” Bakı filialı tərəfindən əldə edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli 06 fevral 2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Cəfərov Qardaşları küçəsində istifadədə olan 0,0928 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli evdə yerləşən 51 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə “X7” Bakı filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansi ya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu ************ yerləşən **** nömrəli evin **** nömrəli mənzili ilə bağlı hərrac qanunauyğun şəkildə keçirildiyindən, onun nəticələrinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 dekabr 2008-ci il tarixli 45/01 nömrəli “Hərracın nəticələri haqqında” Protokolunun, bu protokol əsasında 22 dekabr 2008-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsinə heç bir əsas yoxdur. İddiaçı iddia tələbinin əsası kimi mənzilin hərraca çıxarıldığı sahəsi ilə texniki pasportunda göstərilən faktiki sahəsində fərq olduğuna görə hərrac protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, habelə onun hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Halbuki, İddiaçı 04.03.1997-ci il tarixdə həmin mənzili alarkən alğı-satqı müqaviləsində mənzilin sahəsinin 51 kv.metr olmasını görmüş, yardımçı sahənin üzərində mülkiyyət hüququnun tanınması üçün müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Hərracın və hərrac protokolunun etibarsız hesab edilməsi üçün əsaslar olmadığından, onun hüquqi nəticəsi kimi “X7” Bakı Filialının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də əsas yoxdur. Birinci instansiya məhkəməsi həm iddia əsassız olduğuna görə, həm də Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyinə görə iddianın rədd edilməsi qənaətinə gəlmiş və eyn i zamanda qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, hər iki iddia tələbi üzrə mübahisələndirilən halların heç biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Apellyasiya kollegiyası isə hesab etmişdir ki, iddia tələbi əsassız olduğuna görə iddia müddətinin tətbiqinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tu tulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya araşdırması zamanı da hərracın nəticələrinin etibarsızlığını şərtləndirən hər hansı hal müə yyən edilməmişdir. Hazırda da kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqdadır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9615/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8262/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8262/2019
30.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver