Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-827/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 28.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6344/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 17 dekabr 2010-cu il tarixində gecə saat 03:10 radələrində yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, dalan 4-də yerləşən 4 nömrəli evin yanması nəticəsində aldığı xəsarətlərdən ölmüşdür.
2. Lənkəran Rayon Məhkəməsinin 1(049)-221/2011 nömrəli, 17 oktyabr 2011-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, c əzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, İddiaçı məhkəmə istintaqı başlananadək ona dəymiş 15545 manat maddi ziyanla bağlı mülki iddia vermədiyindən, ona həmin ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İB-dən mənəvi zərərə görə 6000 manat məbləğində pul vəsaiti alınaraq X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6979/2021 nömrəli, 6 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şika yəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdehndən mənəvi zərərə görə 6000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək 10000 manat müəyyən edilmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 2(049)-722/2021 nömrəli, 6 may 2021-ci il tarixli qətnaməsi ilə maddi ziyana görə 15545 manat və mənəvi ziyana görə 6000 manat, həmçinin məhkəməyə iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2673/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismə n təmin edilmiş, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2(049)-722/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 15545 manat maddi ziyana görə və 900000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 30 man at dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının səhlənkarlığı nəticəsində qardaşını itirmişdir. Qardaş itkisinin nə qədər ağır olmasını onu yaşamayandan başqa kimlərsə hiss edə bilməz. Həm də bu ölüm hansısa adi qaydada deyil, evdə yanması ilə baş vermişdirsə bunun sarsıntısını bir bacının çəkməsinin asan olmaması zənnincə başa düşüləndir. Lənkəran rayon X8 nəzarətçi - çilingər vəzifəsində işləyən X7 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsiz olmuş və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları olmuşdur. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin maddi durumu kifayət qədər yüksək olmuş və iddianın tam təmin edilməsinə imkan vermişdir. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmamış, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməkləri istisna deyil.
9. Cavabdeh İB tərəfindən iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli hökmündən 10 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı tərəfindən mənəvi ziyanla bağlı məhkəməyə müraciət edilməsi həqiqətən də ona mənəvi ziyan dəyməsinin nədə ifadə olunmasını aydınlaşdırmaqda çətinlik yaratmışdır. Belə ki, iddiaçının qardaşının bədbəxt və arzuolunmaz hadisə nəticəsində həyatını itirməsinə səbəb olan hallar cinayət orqanı tərəfindən tam araşdırılmış və cinayət işi üzrə təqsirləndirilən şəxs ci nayət qanunvericiliyinin tələblərinə uyğun olaraq Lənkəran Rayon Məhkəsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmışdır. Həmçinin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi artıq onu deməyə əsas vermişdir ki, iddiaçının pozulmuş hüquqları artıq bərpa olunmuşdur. Bu baxımdan, cavabdehdən mənəvi zərərə görə 900000 manat yüksək məbləğdə pulun tutulması ağlabatan və ədalətli kompensasiya hesab e dilə bilməz. Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli hökmündən görünmüşdür ki, zərəçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda zərərçəkmiş şəxs, həmçinin mərhum X3 doğma bacısı iddiaçının ailəsi ilə birlikdə Lənkəran şəhəri, H.Əliyev prospekti 78/6, mənzil 5-də yaşamışdır. Qeyd olunan hökmdən görünmüşdür ki, mərhum X5 isə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, dalan 4, ev 4-də tənha yaşamış, yəni onların arasında səmimi münasibət və mənəvi yaxınlıq olmamışdır. Onlar birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Odur ki, mərhum X3 ölümündən sonra bacısı iddiaçının həyat şəraitinin dəyişməsi, onun həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirməsi inandırıcı hesab edilməmişdir. Beləliklə, göstərilənlər iddiaçının mənəvi təzminat almaq hüququnu istisna etmişdir. Lənk əran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli hökmünün 5-ci səhifəsinin 3-cü abzasında göstərilmişdir ki, cinayət işinin səhifə 92-95-də olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18513 nömrəli rəyindən görünmüşdür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, dalan 4-də yerləşən 4 nömrəli fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 7420 manat müəyyən olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli hökmünün 5-ci səhifəsinin 4-cü abzasında göstərilmişdir ki, cinayət işinin səhifə 96-97-də olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi nin 18504 nömrəli rəyindən və siyahıdan görünmüşdür ki, 17 dekabr 2010-cu il tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, dalan 4, ev 4-də baş vermiş yanğın hadisəsindən sonra, yanaraq yararsız hala düşmüş şəxsi əmlakın qiymətləndirilməsində zəruri olan kifayət qədər məlumatların olmamasına görə, əmtəə üzrə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1044/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, Cavabdehndən 15545 manat maddi, 10000 manat məbləğində dəymiş mənəvi ziyanın iddiaçının xeyrinə tutulmas ı qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X7 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının qardaşı X3 ölümünə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onun ölməsinə səbəb olmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının qardaşının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət etmişdir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 900000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddi açıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 15545 manat maddi zərərin dəyməsi, həmçinin iddiaçının qardaşının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsiz olmuş və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə qardaşının həlak olması nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün saymışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin mənəvi zərərə aid hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6344/2022 nömrəli mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Akif İsgəndərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, Cavabdehndən mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Ca vabdehndən maddi zərərin əvəzi kimi 15545 manat pulun iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi nəticəsinə gəlməkdə haqlı olsa da, mənəvi zərərin əvəzi kimi ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünmüşdür ki, qeyd olunan hadisə zamanı qardaşı X3 ölümünə görə mənəvi zərərin əvəzi kimi Cavabdeh İB-dən 10000 manat məbləğində pul vəsaitinin alınaraq X4, yəni hazırkı iş üzrə iddiaçının bacısına ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddiaçıya mənəvi zərərin əvəzi kimi kompensasiya məbləğinin 2000 manat müəyyən edilməsi ədalət li və ağlabatan olduğunu hesab etmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi zərərin məbləğinin birinci instansiya məhkəməsi tərəfindən aşağı həddə müəyyən edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Analoji işlər üzrə kompensasiya məbləğinin daha yüksək məbləğdə müəyyən edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, hər bir işin halları spesifik olmaqla kompensasiya məbləği fərqli məbləğlərdə müəyyən edilə bilər.
21. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarına məhkəmə iclasları barədə bildirişlərin cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünmüşdür ki, cavabdeh tərəf iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Buna görə də kollegiya məhkəmə araşdırmasının çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab etmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsi cavabdeh qismində göstərilsə də, həmin təşkilata qarşı hər hansı tələb irəli sürülməmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mənəvi ziyanın təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya bacı kimi mənəvi zərər dəymiş, qardaşı faciəvi surətdə həyatını itirmişdir. Qardaşının faciəvi şəkildə həlak olmasından bu günədək iztirabı nı çəkmişdir. İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü təqdim olunmasına baxmayaraq, məhkəmə cavabdeh tərəfin (yəni hüquqi şəxsin) iddiaçıya ödəniləcək mənəvi ziyanını azaldılaraq cüzi miqdarda müəyyən edilməsini ədalətli hesab etmişdir. Cavabdeh tərəf heç bir məhkəmədə iddiaçıya hər hansı bir mənəvi ziyanın ödənilməsini təsdiq edən heç bir sübut təqdim etməmişlər.
26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1099.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 77, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
27. Cavabdeh İB (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi zərərin həcmini müəyyən edərkən iddiaçının maddi və mənəvi zərərə məruz qalması barədə məhkəməyə tutarlı sübut təqdim etməməsi, qardaşının ölümündən 10 il keçdikdən sonra iddia qaldırması, mərhum X1 tənha yaşaması, bacısı ilə səmimi münasibət və mənəvi yaxınlığının olmaması, həmçinin hadisə ilə əlaqədar mərhumun dəfn, mərasim və digər xərclərinin işlədiyi təşkilat tərəfindən qarşılanması hallarını nəzərə almamış, əsassız olaraq apellyasiya şikayətini qismən təmin edərək, Cavabdeh İB-dən mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilm əsi barədə qətnamə qəbul etmişdir.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
32. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiz iki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı
33. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməs i və s. hallarda özünü büruzə verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı
34. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
35. Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
36. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlil ik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı lır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. İddiaçının və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətlərində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6344/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.