Məhkəmə qərarları › İş №2(102)-827/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-827/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-827/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1504/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mar t 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Goranboy Rayon Məhkəməsinin 1(045)-10/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna geri qaytarılmışdır.

2. Goranboy rayon prokurorluğunun böyük müstəntiqi Mirkamal Əliyevin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 26 mart 2022-ci il tarixli, ********* nömrəli qərarına əsasən, Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatında Cavabdeh əməlində cinayət tərkibi müəy yən edilmədiyindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə işbirliyi qurmaq üçün hissələrlə nağd aldığı 30.000 manatın və həmin məbləğin 6 illik faiz dərəcəsi olan 9.000 manatın, eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manatın tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, işbirliyi qurmaq məqsədilə etibar etdiyi cavabdehə xırdabuynuzlu heyvanlar alıb, saxlayıb, qazanc əldə edib, yarı bölmək üçün birdəfəyə 17.000 manat vermiş, özü də bu məbləğin 15.000 manatını işlədiyi "xxxx" ASCdən kredit götürmüş, evindəki 2.000 manat ehtiyatını da əlavə etmişdir. O, şəhərdə yaşadığı üçün mal-qara biznesindən başı çıxmır, həm də bankda məsul vəzifədə olduğu üçün başqa bir rayonda təsərrüfatla məşğul olmağı mümkün deyildir. Sözügedən hadisə 2014-2015-ci illərdə, onun cavabdehə hədsiz etimadına hörmət və səxavət göstərməyinə görə baş vermişdir. Onları 2011-ci ildə hər ikisi də dost olan bir şəxs tanış etmişdir. Ayrıayrı şəhərlərdə yaşasalar da, hər ikisi bank sistemində işlədiyi üçün (cavabdeh Beynəlxalq bankın işçisi olmuşdur), 2011-ci ildə baş vermiş tanışlıqdan sonra vaxtaşırı təmasda olub, çörək kəsmiş, yaxın olmuşdur. Səxavətinə və sadəlövlüyünə görə cavabdeh onu bağışlayan adam hesab edərək dəfələrlə və təkidlə şərikli xırdabuynuzlu heyvan saxlamağı təklif etmiş, bu işi bütövlüklə öz üzərinə götürmüş, ondan iş birliyinə yalnız sərmayə qoymağı xahiş etmiş, heyvan saxlamaq üçün Goranboy rayonunda yatağı və şəraiti olmasını deyib, şirin planlar cızmaqla onu ələ ala bilmiş, işə bütün nəzarəti, tanışı olan çobanın haqqını, yem pulunu, hətta heyvanları tapıb, almasını öz üzərinə götürmüş, bu işbirliyindən onun vəzifəsi yalnız lazımi miqdarda pul vermək olmasını bildirmişdir. Razılığa görə qazanc onun sərmayəsinin tədricən (hissələrlə) qaytarılmasından sonra yarı bölünməli idi. Bir müddətdən sonra o, yenə də cavabdehin təkidi ilə ailəsinə məxsus torpaq sahəsində arpa və buğda əkmək üçün sonuncuya daha 10.000 manat vermişdir. Cavabdeh onu inandırmışdır ki, əkin olarsa, həm heyvanlar tez yetişər, həm də arpabuğdanı satıb, onun qazancı ilə işə qoyduğu pulu daha tez qaytarar. Çarəsiz qalıb, bu məbləği o, R usiyada ticarətlə məşğul olan dostu Elşəndən borc alıb, cavabdehə vermişdir. Lakin ailəsinin torpağın hansı kənddə yerləşməsini bilməmiş, güman etmişdir ki, becərdiyi arpa və buğda boy atanda ona göstərəcək, lakin vaxtı olmadığından həmin sahəyə gedə bilməmişdir. Baxmayaraq ki, razılaşmaya görə, bütün işlərin xərci cavabdehin üzərində olmuşdur, cavabdehin maddi imkanının zəif olması barədə sözlərinə görə (işbirliyi qurmamışdan başqa sözlər deyirdi) çobanın əmək haqqını ödəmək və yem almaq üçün bir neçə dəfə daha 3.000 manat vermişdir. Cavabdeh heyvanları onsuz almış, ona görə də miqdarını və hansı qiymətə alınmasını, alqı zamanı onu hansı miqdarda aldatmasını bilmir və bu barədə cavabdehə irad etmir. O, cavabdehə tam inandığı üçün heyvan dalınca rayonlar gəzməyi, alıb saxlanmasına nəzarə t etməyi lazım bilməmişdir. Həmçinin işbirliyinin necə cərəyan etməsini yoxlaya bilməmişdir. Alınmış heyvanlara baxmaq üçün ilk dəfə Goranboy şəhərinə gedəndə çobanının evinin həyətində bir neçə heyvan görmüşdür. Cavabdeh bildirmişdir ki, qalan heyvanlar sahədə otlayır. Cavabdeh ona elə münasibət göstərmiş, elə hərəkətlər etmişdir ki, qalan heyvanların harada otlamasını, hansı yataqda saxlanmasını yoxlamağı, yəni cavabdehi sınağa çəkməyi özünə ar bilmiş, daha da dərinə varsaq, susuz çölləri gəzib, yataq axtarmağa, heyvan saymağa həvəsi olmamışdır. Əməldə cinayət tərkibi olmaması motivi ilə cinayət işinin icraatına xitam verilməsinə dair qərarda göstərilmişdir ki, guya Cavabdeh 101 baş xırda buynuzlu heyvan alıb, onun sayını cəmi dəyəri 19.790 manat təşkil edən 121 başa çatdırmış, onun dəyə ri olan 9.895 manatı ona çatır. Halbuki, o, işbirliyinə qoyduğu pulun mənimsənilməsi barədə şikayət etmişdir. Cavabdeh barəsində cinayət işi qanunsuz olaraq başlanılmamışdır. Cavabdeh bildirmişdir ki, guya ziyan çəkdiyi üçün onun pulunu qaytara bilməmişdir. Nədən ibarətdir ziyan, necə və nə vaxt ziyana düşmüşdür, istintaqçı yazmır. Taxıl əkini barədə də heç nə deyilmir. Qərarda həqiqət ört-basdır edilmiş, işbirliyinə 30.000 manat pul qoymağı gizlədilmişdir. Cavabdeh ibtidai istintaqa verdiyi ifadələrə və şəxsən ona etdiyi etiraflara görə təsərrüfatında cəmi 260, ya da 245 baş heyvan olmuşdur. Guya heyvanın bir hissəsi (təxminən 1/5) tələf olmuşdur. İstintaq boyu müxtəlif ifadələr verən çoban Kamil Mirzəyev ifadələrinin birində göstərmişdir ki, Cavabdeh onu təsərrüfatda 245, yaxud 260 baş h eyvan olmasına inandırmaq, yəni aldatmaq üçün mövcud heyvanları müvəqqəti olaraq başqa bir çobanın heyvanlarına qatmışdır ki, o, işin yüksəlişə doğru etməsini düşünsün. Əsl həqiqət isə çoban Kamil, onun qoyunları otaran oğlu və cavabdeh yaxşı bilirlər. Cavabdeh onu aldatmasına hər bir halda şübhə qalmır. Bu “nailiyyətə” görə o işbirliyinə qoyduğu puldan az da olsa qaytarılmasını istəmiş, lakin cavabdeh telefonunu bağlayaraq, gizlənmişdir. Cavabdeh onunla təmasdan yayındığı üçün Goranboy şəhərinə səfər edib, sonuncunu evində taparaq hərəkətinə izah verməsini, işin həqiqətdə necə getməsini soruşmuşdur. Cavabdeh, əvvəlcə narahatlığa əsas olmamasını demiş, lakin qətiyyətli verdiyi suallardan sonra bildirmişdir ki, daha heyvanlar yoxdur, onun bir hissəsini çoban mənimsəmiş, satmış, qalan hissəs ini isə cavabdeh özü satmış, ziyana düşdüyü üçün sərmayəni qaytara bilməmişdir. Cavabdehin bu hərəkətlərinə görə onda şübhə qalmamışdır ki, ona işbirliyi təklifi edən zamandan cavabdeh, əmlakını ələ keçirmək niyyətində olmuşdur. Cavabdeh onun əmlakını təkbaşına, yaxud çoban Kamil Mirzəyevlə cinayət əlaqəsində mənimsəməsi onun üçün önəmli deyil. Özgə sürüsünə baxan çobanların bir qayda olaraq müxtəlif üsullarla heyvan oğurlamaları (heyvanların itmələri, xəstəlikdən, bitdən-birədən tələf olmaları barədə və sair uydurmalarla) barədə çox eşitmişdir. Lakin çoban Kamil Mirzəyev bütün sürünü və bütün arpa-buğdanı oğurlaya bilməzdi. Cavabdeh heyvanları satıb dağıdıb, əldə etdiyi həmin puldan ona 1 manat da olsa, verməmişdir. Başqa sözlə, cavabdehin yaratdığı və ya yaratmaq istədiyi illuziyası yara tdığı təsərrüfatdan o, heç nə almamış, çünki əvvəlcədən aldadılmışdır. Cavabdeh onun verdiyi pulların hamısını mənimsəmiş, qaytarmaq barədə planı olmamışdır. Odur ki, onun neçə heyvan alması, sayının necə artırması burada önəmli deyil. Fakt budur ki, Cavabdeh onun 30.000 manatını etibarından sui-istifadə etməklə talamışdır. Ona görə də, taladığı pulların faizi ilə geri qaytarmalıdır. Cavabdehin məhz onu talamaq niyyətində olması hadisədən ötən uzun zamanla təsdiq olunur. O vaxtdan 6 ildən artıq vaxt ötmüşdür. Cavabdeh istintaq altında olmağını, nəhayətdə tutulmağını, yəni pula zəruri ehtiyacı olmasını, ailəsinin böhran keçirdiyini bildiyi halda, bu uzun müddətdə bir dəfə də olsa, borcundan hərdən bir olsa da, 100-200 manat ödəmək barədə düşünməmişdir. O, hələ cavabdehin 10.000 manatını alı b, əkdiyi taxıl-buğdadan əldə etdiyi, yaxud əkmədən (quru yerdən) əldə etdiyi 10.000 manatı demir (sonralar aldığı məlumata görə cavabdeh, heç nə əkməmişdir). Odur ki, cavabdehin onunla işbirliyi zamanı heyvan alınması üçün öz pulunu xərcləməsi istintaq materialları ilə təkzib edilir. Heyvanların ölüm-itim məsələsi isə təsdiq edilmir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan cinayət prosessual qaydada şikayət verib-verməməyi bu işin nəticəsindən, Cavabdeh mülki prosesdə davranışından, özünü məhkəmədə necə aparmasından, ödənişlər etməsindən asılıdır. Cavabdeh barəsində 3 ilə yaxın müddətdə istintaq getməsinin, həmin müddətdə həyəcanlı günlər yaşamasının özü də böyük bir cəzadır. Özü də istintaq altında olduğu üçün bunu yaxşı başa düşür, ona görə də Cavabdeh məhkum edilib-edilməməsi bugün onun üçün maraqlı deyil, lakin borc ödənilməlidir. Nəhayətdə qeyd etmək istəyir ki, mülki iş üzrə araşdırma zamanı məhkəmə cavabdehin əməlində cinayət tərkibi olmasını müəyyən etdiyi halda, cinayət işinin qaldırılması haqqında xüsusi qərar çıxarıb, onu prokurorluğa göndərə bilər. Çünki işlə adi tanışlıq ondan xəbər verir ki, Goranboy rayon prokuroru cinayət işinin prokurorluğun icraatında olduğu 2 il 1 ay müddətində sürtə-sürtə onu cılızlaşdırmış, cinayət-prosessual qanunla istintaq üçün nəzərdə tutulan müddətləri kobudcasına pozmuş cavabdehin arxasında durub, uzun müddət istintaqın normal gedişinə mane olan, nəyin bahasına olursa-olsun, cinayətkarı xilas etmək istəyən yaxınlarının təzyiq və şikayətlərindən yaxa qurtarmaq üçün aşkar cinayət işini süni surətdə mülki müstəviyə keçirib, xitam verdirmişdir. Bu gün məqsədi, məsələni mülki qaydada həll etmək olduğu üçün iş üzrə çatmaq olduğu üçün cinayət işinin təfərrüatına, yəni cavabdehin birgə təsərrüfatında 245 baş (başqa bir ifadədə 260 baş) heyvan olmasına dair sözlərinin nə dərəcədə həqiqət olmasının müzakirə etmək istəmir. Əgər həqiqətən heyvanlar qeyd edilən miqdarlarda olmuşsa, deməli, Cavabdeh əldə etdiyi qazancı da mənimsəmişdir. Qazancı istəmir, əli ilə verdiyi pulu qaytarsın. Goranboy rayonuna səfər etməyinin xərcini, etdiyi sair hörmətləri, namərdliyi üzündən uzun illər keçirdiyi iztirablarını, xoşbəxtliyini onun pulunda axtarmasını cavabdehə bağışlayır. Cavabdeh ondan aldığı 30.000 manat pulu mövcud mülki qanunvericiliyə görə faizi ilə geri qaytarmalıdır.

5. Birinci insta nsiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehi uzun müddətdir, yəni 2011-ci il tarixdən tanıyır. Daha sonra onlar ortaq iş qurmaq qərarına gəlmişlər. Belə ki, cavabdeh ona təsərrüfat işlərindən yaxşı bildiyini, hazırda heyvandarlıq təsərrüfatında yaxşı gəlirin olduğunu və yetərli vəsaitə malik olsa, işi idarə edə biləcəyini bildirmişdir. O, da, cavabdehin sözlərinə inanaraq iş birliyi yaratmaq və qazanc əldə etmək üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30.000 manat məbləğində pul vermişdir. Həmin iş birliyi xırda və iribuynuzlu heyvanların saxlanılaraq artırılmasından ibarət olmuşdur. Lakin sonra məlum olmuşdur ki, cavabdeh heyvanların tələf olduğunu bəhanə gətirərək onu aldatmışdır. Bundan sonra cavabdeh tərəfindən mənim sənilmiş pulun qaytarılması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq nəticə olmamışdır. Cavabdeh borcun qaytarılmasından qərəzli şəkildə boyun qaçırır. Sözügedən hadisə ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin onun müraciətləri nəticəsiz olaraq qalmışdır. Cavabdehdən vermiş olduğu pulu ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, cavabdehdən 27.000 manat pul tələb edir.

6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2010-cu ildən Goranboy rayonu “Beynəlxalq bank” filialında əməliyyatçı vəzifəsində işləmiş və həmin vaxtlardan iddiaçı ilə tanışlığı olmuşdur. İddiaçı ilə münasibət yarandıqdan sonra onlar qazanc əldə etmək məqsədi ilə 2014-cü ilin yay aylarında heyvandarlıq təsərrüfatı qurmaq qərarına gəlmişlər. Nəticədə razılaşmaya əsasən hər ikisi ortaqlığa pul qoyaraq xırda və iribuynuzlu heyvanlar almışlar. İddiaçının bu iş üçün hissə-hissə ümumilikdə 22.000 manat, özü isə 15.000 manata yaxın pul qoymuşdur. Raminin təsərrüfatdan anlayışı olmadığı üçün idarə etməni o, öz üzərinə götürmüş və heyvanlara baxmaq üçün Kamil adlı şəxsi də çoban kimi işə götürmüşdür. Daha sonra heyvanlar üçün yem xərcini azaltmaq məqsədilə Raminə taxıl əkməyi təklif etmiş və bildirmişdi ki, belə olan halda xeyli miqdarda pula qənaət edəcəklər. Ramin də bu təkliflə razılaşaraq 32 hektar torpaq sahəsinə taxıl əkmək üçün 5.000 manat, özü isə 7.000 manat pul qoymuşdur. Bu işdə qardaşı Vüqar da onlara köməklik etmişdir. Lakin 2016-cı ilin yanvar ayında yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar olaraq nə özü, nə də ki, qardaşı Vüqar heyvanların saxlandığı yerə gedib heyvanlara baxa bilməmiş, yəni heyvanlara nəzarət edə bilməmişlər və bir müddət keçəndən sonra çoban onlara heyvanların əksəriyyətinin xəstəlikdən tələf olduğunu bildirmişdir. Lakin sonradan çobanın yalan danışdığı və heyvanları mənimsədiyi məlum olmuş, bununla bağlı aidiyyəti orqana müraciət edilmiş və araşdırma nəticəsində Kamil (çoban) qoyunları mənimsədiyini etiraf etmişdir. Odur ki, dəymiş ziyanın qaytarılması üçün qardaşı Vüqarla Kamil arasında 7.000 manat məbləğində borc müqaviləsi bağlanmış, lakin bugünə kimi həmin pul qaytarılmamışdır. Yerdə qalan xəstə heyvanları bazara çıxarıb sataraq 3.170 manat vəsait əldə etmiş, həmin pulu da təsərrüfatla əlaqədar yaranmış borclara sərf etmişdir. Əkdikləri taxıl sahəs ini də ziyanvericilər məhv etdiyi üçün bu təsərrüfatları da batmışdır. Bu ziyanlıqla bağlı Raminə məlumat verdikdə o, bunun ona heç bir aiddiyyətinin olmadığını və verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Belə olan halda onlar arasında mübahisələr başlamış və hazırda da davam etməkdədir. Hətta Ramin ona hədə-qorxu gələrək avtomobilini əlindən alaraq baş etibarnamə ilə dostuna vermişdir. Həmin vaxt o, qorxduğu üçün bu barədə polis orqanlarına müraciət etməmişdir. Raminin ondan pul tələb etməsi əsassızdır, çünki ona da bu işbirliyi nəticəsində təxmini 20.000 manata yaxın ziyanlıq dəymiş və hər ikisinin pulu batmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Goranboy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməs i) 2(045)-87/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmiş, 27.000 manat məbləğində pulun və ödənilmiş 210 manat dövlət rüsumunun 171 manat hissəsinin cavabdehdən tutularaq, iddiaçıya verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini cavabdeh öz üzərinə götürmüş, iddiaçı sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 27.000 manat məbləğində vəsait qoymuş, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nəticəsində iddiaçıya 27.000 manat məbləğində zərər dəymişdir.

9. Birinci inst ansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı iş birliyi üçün vəsait vermiş, cavabdeh də öz növbəsində iş ortaqlığına həm pul vəsaiti qoymuş, həm də işin idarəçiliyini öz üzərinə götürməsi barədə iddiaçıya vəd verməklə sonuncu qarşısında öhdəlik götürmüş, belə olan halda o, qanunun tələbinə görə işçisinin hərəkətlərinə görə də öhdəlik daşıyıb. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımalıdır.

10. Məhkəmə, iddia tələbinin ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 171 manat məbləğində müəyyən edilməli və qalıq 39 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 385.1, 386.1 və 456-ci maddələri ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apel lyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, doğurdan da iddiaçı ilə birlikdə işbirliyi quraraq heyvandarlıq və əkinçiliklə məşğul olmuşdur. Bu zaman ilkin olaraq o, 15.000 manat, iddiaçı isə 20.000 manata yaxın hissə-hissə pul qoymuşlar. İlk vaxtlarda işləri yaxşı alınmış, lakin əkdikləri taxıl-arpa sahəsi həmin il bütün ölkədə olduğu kimi, yaşadıqları Goranboy rayonunda da ziyanvericilər (siçan-sincab) tərəfindən məhv edilmişdir. Bu zaman əkdikləri taxıl-arpa sahələrini ziyanvericilərdən qorumaq üçün əlavə olaraq 3-5 min manat əlavə xərc çəkmişdir. Lakin, əkdikləri 20 ha-dan heç bir ton da məhsul götürə bilməmişlər. Əlavə olaraq icarəyə götürdükləri torpaq sahiblərinə onun tərəfindən torpaqlarından istifadə etdiyi şəxslərə hər hektara görə 500 manat pul vermişdir. O ki, qaldı xırda buynuzlu heyvanlara, onlarında bir hissəsini iddiaçı ilə birlikdə, qalanını iddiaçının razılığı ilə o, almışdır. Çoban tutmuş, ona aylıq 300 manat əmək haqqı vermiş, heyvanların yeminə xeyli pul xərcləmişdir. Arada heyvanlar xəstələnib ölməyə başlayanda baytar gətirmişlər. Heyvanların ölümünün qarşısını almaq üçün dərmanlara xeyli pul xərcləmişdir. Sonda isə ona məlum olmuşdur ki, heyvanlara baxan çoban onların inamından istifadə edərək saxladığı heyvanlarını satırmış. Bütün bunlardan iş ortağı olduğu üçün iddiaçının xəbəri olmuş, o, iddiaçını mütəmadi məlumatlandırmışdır. Bütün bu dediklərini istintaq zamanı həm torpaq sahəsini əkdiyi şəxslər, həm heyvanlara baxan baytar həkim, həm də heyvanlara baxan çoban özləri izahatlarında etiraf etmişlər. H ətta onlara ziyan vurduğu üçün o, çoban barədə şikayət də etmişdir, bu zaman çoban hər şeyi etiraf edərək boynuna almışdır. Əslində bu işbirliyindən iddiaçıdan çox ona maddi və mənəvi ziyan dəymişdir. Zərərin nəticəsidir ki, bu günə kimi o, maddi tərəfdən özünə gələ bilmir. İddiaçı isə əksinə, iş ortaqlığında onun çox ziyana düşdüyünü bilsə də bunu qəbul etmir. Əvvəl üstünə aidiyyatı olmayan adamlar gətirmiş, sonra isə barəsində cinayət işi başlanması üçün istintaq orqanına ərizə ilə müraciət etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1504/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iş birliyi məqsədilə cavabdehə ümumilikdə 27.000 manat pul vermişdir. İddiaçının cavabdehə həmin məbləğdə pul verdiyi iş materialları, o cümlədən cavabdehin özünün məhkəmədə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin məbləğdə pulun iddiaçı tərəfindən iş birliyi məqsədilə cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə iddiaçının cavabdehə verdiyi 27.000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutl ara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

17. Məhkəmə kollegiyası bu nunla yanaşı qeyd etmişdir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə iddiaçının iş birliyi məqsədilə cavabdehə vermiş olduğu 27.000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyi, işbirliyi zamanı itkilərə məruz qaldığı, heyvanları otaran çobanın onlardan xəbərsiz olaraq heyvanları satması, bütün bunlardan iddiaçının məlumatlı olduğu barədə cavabdehin məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh özü nün məhkəməyə verdiyi izahatı ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, Raminin təsərrüfatdan anlayışı olmadığı üçün təsərrüfatı idarə etməyi o, öz öhdəsinə götürmüş, Kamil adlı şəxsi də çoban kimi o, özü işə götürmüş, taxıl əkməyi də Raminə o təklif etmişdir. Yekun olaraq işin faktiki halı kimi müəyyən olunur ki, cavabdehin hərəkətləri ilə iddiaçıya 27.000 manat məbləğində maddi ziyan dəymişdir və cavabdeh bu ziyana görə iddiaçı qarşısında məsuliyyətlidir. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulmuşdur.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Kamil adlı çobanın hərəkətləri ilə bağlı cavabdehin göstərdikləri onu (cavabdehi) iddiaçı qarşısında məsuliyyətdən azad etmir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə mövcud sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur.

20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini 21, 385.1, 385.1, 385.2, 386.1 və 456-ci maddələri və Mülki Prosessual Məcəllənin 4.1, 14.1, 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1, 217.3, 218.1 və 384.0.1-ci maddələr inə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən cavabdeh (Vəkil İnqilab oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış münasibətlərə, o cümlədən cavabdehin iddiaçı qarşısında hər-hansı bir öhdəliyinin olmaması, şərikli işlə bağlı görülən işlərdə hər ikisinin işin üstündə durması, heyvanların qırılmasını və məhz bu səbəbdən də onların qazanc əldə edə bilməməsini, tərəflərin bu işə başlayarkən həm qazanca, həm də ziyana şərik olmamaları ilə olan razılaşmalarını nəzərə almamışdır. Bundan baş qa qeyd olunmalıdır ki, məhkəmə apellyasiya şikayətinin 7-ci paraqrafında göstərilən əsaslara görə sübutlara düzgün qiymət verməmiş və səhv olaraq öhdəliklə bağlı Mülki Məcəllənin normalarına istinad etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə tərəflər arasında şərikli olaraq iş görməsi nəticəsinə gəlmiş və belə olan halda Mülki Məcəllənin 11-ci maddəsinin tələblərinə uyğun olaraq yəni qanunun analogiyası üzrə Mülki Məcəllənin ortaqlıqla bağlı normalarını tətbiq etməliydi. Belə ki, iddia üzrə tərəflərin arasında yaranmış mübahisə şərik olaraq gördükləri iş üzrə uğranan maddi ziyan üzrə tərəflərin məsuliyyətindən doğan mübahisədir. Tərəflər hüquqi şəxs yaratmasa belə onların məqsədi mənfəət əldə etmək üçün təsərrüfat ortaqlığının yaradılmasından ibarət olmuşdur.

23. Təsərrüfatın məh v olmasına səbəb heyvanların xəstəlikdən məhv olması olmuşdur. Cavabdehin isə yuxarıda göstərilən kimi heyvanların ölməsində heç bir günahı olmamışdır. Yəni o öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmiş, lakin özündən asılı olmayan səbəbdən müflis olmuşdur. Bununla da məhkəmə kollegiyası həmin maddi normaların tələblərini pozmuşdur.

24. Bundan başqa məhkəmədə tərəflərindən vəsatət verilərək məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etsələr də, məhkəmə vəsatəti təmin etməmişdir. Odur ki, hazırkı iş üzrə isə, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə bo rcludurlar.

26. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəf in hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə

456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəm iyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

43. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymə tin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab o lunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunun həmin normasının tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Bu səbəbdən də apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin halların a və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

58. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən onun xeyrinə işbirliyi qurmaq üçün hissələrlə nağd aldığı 30.000 manatın və həmin məbləğin 6 illik faiz dərəcəsi olan 9.000 manatın, eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manatın tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

59. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan hallarından görünür ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini cavabdeh öz üzərinə götürmüş, iddiaçı sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 27.000 manat məbləğində vəsait qoymuş, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nətic əsində iddiaçıya 27.000 manat məbləğində zərər dəymişdir.

60. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı iş birliyi üçün vəsait vermiş, cavabdeh də öz növbəsində iş ortaqlığına həm pul vəsaiti qoymuş, həm də işin idarəçiliyini öz üzərinə götürməsi barədə iddiaçıya vəd verməklə sonuncu qarşısında öhdəlik götürmüş, belə olan halda o, qanunun tələbinə görə işçisinin hərəkətlərinə görə də öhdəlik daşıyıb. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımalıdır.

61. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərini araşdı rmadan, birinci instansiya məhkəməsinin əsaslandırmasına istinadən belə nəticəyə gəlmişdir ki, iddiaçı iş birliyi məqsədilə cavabdehə ümumilikdə 27.000 manat pul vermiş, iddiaçının cavabdehə həmin məbləğdə pul verdiyi iş materialları, o cümlədən cavabdehin özünün məhkəmədə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin məbləğdə pulun iddiaçı tərəfindən iş birliyi məqsədilə cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə iddiaçının cavabdehə verdiyi 27.000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Hazırki işdə iddiaçının iş birliyi məqsədilə cavabdehə vermiş olduğu 27.000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyi, işbirliyi zamanı itkilərə məruz qaldığı, heyvanları otaran çobanın onlardan xəbərsiz olaraq heyvanları satması, bütün bunlardan iddiaçının məlumatlı olduğu barədə cavabdehin məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

62. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh özünün məhkəməyə verdiyi izahatı ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, Raminin təsərrüfatdan anlayışı olmadığı üçün təsərrüfatı idarə etməyi o, öz öhdəsinə götürmüş, Kamil adlı şəxsi də çoban kimi o, özü işə götürmüş, taxıl əkməyi də Raminə o təklif etmişdir. Yekun olaraq işin faktiki halı kimi müəyyən olunur ki, cavabdehin hərəkətləri ilə iddiaçıya 27.000 manat məbləğində maddi z iyan dəymişdir və cavabdeh bu ziyana görə iddiaçı qarşısında məsuliyyətlidir. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulmuşdur. Kamil adlı çobanın hərəkətləri ilə bağlı cavabdehin göstərdikləri onu (cavabdehi) iddiaçı qarşısında məsuliyyətdən azad etmir.

63. Halbuki, cavabdehin Goranboy rayon prokurorluğunda istintaq edilmiş cinayət işi üzrə şahid qismində verdiyi ifadəsindən, məhkəmədə verdiyi izahatlarından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı ilə münasibət yarandıqdan sonra onlar qazanc əldə etmək məqsədi ilə 2014-cü ilin yay aylarında heyvandarlıq təsərrüfatı qurmaq qərarına gələrək, hər ikisi ortaqlığa pul qoyaraq xırda və iribuynuzlu heyvanlar almışlar. İddiaçı bu iş üçün hissə-hissə üm umilikdə 22.000 manat, özü isə 15.000 manata yaxın pul qoymuşdur. Raminin təsərrüfatdan anlayışı olmadığı üçün idarə etməni o, öz üzərinə götürmüş və heyvanlara baxmaq üçün Kamil adlı şəxsi də çoban kimi işə götürmüş, çobana aylıq 300 manat əmək haqqı vermiş, heyvanların yeminə xeyli pul xərcləmişdir. Daha sonra heyvanlar üçün yem xərcini azaltmaq məqsədilə, 32 hektar torpaq sahəsinə taxıl əkmək üçün Ramin 5.000 manat, özü isə 7.000 manat pul qoymuşdur. İlk vaxtlarda işləri yaxşı alınmış, lakin əkdikləri taxıl-arpa sahəsi həmin il bütün ölkədə olduğu kimi, yaşadıqları Goranboy rayonunda da ziyanvericilər (siçan-sincab) tərəfindən məhv edilmişdir. Bu zaman əkdikləri taxıl-arpa sahələrini ziyanvericilərdən qorumaq üçün əlavə olaraq 3-5 min manat əlavə xərc çəkmişdir. Lakin, əkdikləri 20 ha-d an heç bir ton da məhsul götürə bilməmişlər. Əlavə olaraq icarəyə götürdükləri torpaq sahiblərinə onun tərəfindən torpaqlarından istifadə etdiyi şəxslərə hər hektara görə 500 manat pul vermişdir. Xırda buynuzlu heyvanların bir hissəsini iddiaçı ilə birlikdə, qalanını iddiaçının razılığı ilə o, almışdır. Arada heyvanlar xəstələnib ölməyə başlayanda baytar gətirmişlər. Heyvanların ölümünün qarşısını almaq üçün dərmanlara xeyli pul xərcləmişdir. Bu işdə qardaşı Vüqar da onlara köməklik etmişdir. Lakin 2016-cı ilin yanvar ayında yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar olaraq nə özü, nə də ki, qardaşı Vüqar heyvanlara nəzarət edə bilməmiş və bir müddət keçəndən sonra çoban onlara heyvanların əksəriyyətinin xəstəlikdən tələf olduğunu bildirmişdir. Lakin sonradan çobanın yalan danışdığı və h eyvanları mənimsədiyi məlum olmuş, bununla bağlı aidiyyəti orqana müraciət edilmiş və araşdırma nəticəsində Kamil (çoban) qoyunları mənimsədiyini etiraf etmişdir. Dəymiş ziyanın qaytarılması üçün qardaşı Vüqarla Kamil arasında 7.000 manat məbləğində borc müqaviləsi bağlanmış, lakin bugünə kimi həmin pul qaytarılmamışdır. Yerdə qalan xəstə heyvanları bazara çıxarıb sataraq 3.170 manat vəsait əldə etmiş, həmin pulu da təsərrüfatla əlaqədar yaranmış borclara sərf etmişdir. Bütün bunlardan iş ortağı olduğu üçün iddiaçının xəbəri olmuş, o, iddiaçını mütəmadi məlumatlandırmışdır. Bütün bu dediklərini istintaq zamanı həm torpaq sahəsini əkdiyi şəxslər, həm heyvanlara baxan baytar həkim, həm də heyvanlara baxan çoban özləri izahatlarında etiraf etmişlər. Hətta onlara ziyan vurduğu üçün o, çoban ba rədə şikayət də etmişdir, bu zaman çoban hər şeyi etiraf edərək boynuna almışdır. Əslində bu işbirliyindən ona, təxmini 20.000 manata yaxın maddi və mənəvi ziyan dəymiş və hər ikisinin pulu batmışdır. Ziyan etdiyinə görə Raminə pul verməməlidir.

64. İddiaçı Goranboy rayon prokurorluğunda istintaq edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ifadə verərkən ifadəsində, habelə birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, o, cavabdehlə iş birliyi yaratmaq və qazanc əldə etmək üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30.000 manat məbləğində pul vermişdir. Həmin iş birliyi xırda və iribuynuzlu heyvanların saxlanılaraq artırılmasından ibarət olmuşdur. Anar pulu verə biləcəyi təqdirdə yataqda bütün xərcləri, heyvanların saxlanması üçün lazım olan bütün xərcləri çə kəcəyini, heyvanların yem pulunu, çobanların xərclərini özünün çəkəcəyini bildirmişdir. Onların razılaşdıqları şərtə görə qoyulacaq pulu götürmək şərti ilə sonradan əldə olunacaq gəlir də iki yerə bölünməli olmuşdur.

65. Göründüyü kimi, iş üzrə iddiaçı və cavabdeh onlar arasında olan münasibətlərin qazanc əldə etmək məqsədi ilə bağlı iş birliyi olduğunu, qoyulmuş pulu götürdükdən sonra əldə olunacaq gəlirin bərabər olaraq iki yerə bölünməli olmasını qəbul etsələr də, işə baxan məhkəmələr tərəflər arasında həqiqi münasibətin nədən yaranmasını, iddiaçı tərəfindən cavabdehə 27.000 manat pulun verilməsinin səbəblərini, cavabdeh tərəfindən iş birliyi ilə bağlı hansı məbləğdə pulun xərclənməsini, iş birliyi ilə bağlı hər hansı ziyanın yaranıb-yaranmamasını Goranboy rayon prokurorluğunda istintaq edilmiş cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmamış, ümumiyyətlə tərəflərin qoyulmuş pulu götürdükdən sonra əldə olunacaq gəlirin bərabər olaraq iki yerə bölünməli olması barədə razılığa gəlmələri halında, yaranacaq ziyana görə də birgə məsuliyyət daşımalı olmalarını aydınlaşdırmamış, işin müəyyən edilmiş halları baxımından cavabdehin dəlillərini qiymətləndirməmişdir.

66. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

67. Belə ki, tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uz laşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

68. Mülki Prosessual Məcəllənin 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarl a, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

69. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.

70. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1- ci maddələri).

71. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

72. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

73. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hə rəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

74. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib düzgün yoxlamamış, həmç inin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini təmin etmək barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

75. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

77. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkə mə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

78. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

79. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

80. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçının sonradan iddia tələbininin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 27.000 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etsə də, iş materiallarında iddiaçının bu məzmunda ərizəsi mövcud deyil. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən təmin olunduğunu qeyd etsə də, nəticə hissəsində iddianın təmin edilməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin ziddiyyətləri aradan qaldırmaqla bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan hallara hüquqi qiymət verməmişdir.

81. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməlidir.

82. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavab deh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1504/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar