Məhkəmə qərarları › İş №2(102)-828/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-828/2019

12.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-828/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-828/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili İsmayılova Xavər Bəxtiyar qızının iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2(103)-7775/2018 saylı qətnaməsindən İddiaçı və vəkili İsmayılova Xavər Bəxtiyar qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayo n məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(006)-2120/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı Cavabdeh qarşı “maddi zərərə görə 900 manat, mənəvi zərərə görə 50.000 manat, cəmi 50.930 manat pul tələbinə dair” iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2(103)-7775/2018 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HAL LARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “maddi zərərə görə 900 manat, mənəvi zərərə görə 50.000 manat, cəmi 50.930 manat pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 16 sentyabr 2014-cü il tarixdə X1 həkim Namiq Hacıyev tərəfindən ultrasəs müayinə olunarkən, onun sağ böyrəyində D-7,8 x 3,7 sm parenxima, sol böyrəyində D-9,2 x 3,9 sm parenxima, D1,1 sm 0,5 sm ölçüdə konkrement izləndiyi və hər iki böyrəklərində kristallaşmış duzların olması qeyd edilmişdir. Bu səbəbdən də əlavə xərc çəkərək bəzi müayinələrdən keçmişdir. 2015-ci ildə təkrar cavabdehin qəbulunda olmuş və sonuncu sağ böyrəyində D-7,8 x 3,6 sm və sol böyrəyində D-9,0 x 4,0 sm yuxarı hissəsində 0,5 sm ölçüdə konkrementlərin izləndiyi qeyd olunmuşdur. Evə gəldikdən sonra şok ke çirmiş, şəkəri aşağı düşmüş, görmə qabiliyyətini itirmiş və nəticədə əsəb sistemi pozulmuşdur. Bundan sonra Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında müayinə olunmuş və onun sağ böyrəyinin 93-34 sm ölçüdə normal olduğu və daş çöküntüsünün olmadığı bildirilmişdir. Sol böyrəyinin 91-37 sm ölçüdə normal olduğu daş çöküntüsünün və kontrementin olmadığı qeyd edilmişdir. Lakin cavabdeh həmin müayinələrin nəticələrinə inanmadığı üçün təkrar 13 yanvar 2017-ci il tarixdə Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına, 16 may 2017-ci il tarixdə “Atlas” Tibbi mərkəzinə müraciət etmiş və ona böyrəklərinin tam sağlam olmasına dair diaqnoz qoyulmuşdur. Bütün bu hadisələr nəticəsində ona 900 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin keçirdiyi stresslə əlaqədar olaraq əmək, görmə qabiliyyətini itirmiş, yuxu sistemi pozulmuşdur və heç bir yerdə işləyə bilmir. Cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətləri nəticəsində ona 50.000 manat mənəvi zərər dəymişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansi yası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxxnın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, istintaq orqanının qərarı ilə iddiaçının cavabdehin onu düzgün müayinə etməməsinə dair iddia ərizəsində göstərdiyi xüsusatların öz təsdiqini tapmadığına görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin qətnamənin ləğv edilməsi üçün əsas sayılmamasına, hazırki iş üzrə iddia tələbinin faktiki hallarının maddi və mənəvi ziyanla bağlı dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməsinə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyət li olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla işdən görünür ki, iddiaçı cavabdehin onu düzgün ultrasəs müayinə etmədiyini və nəticədə ona səhv diaqnoz qoyulduğunu və bu səbəbdən də 900 manat maddi, 50.000 manat mənəvi ziyana məruz qaldığını iddia etmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsində göstərilir ki, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddənin mənasına görə, tibb işçiləri qanunvericiliyə uyğun olaraq o, vaxt mülki məsuliyyət daşımırlar ki, onlar öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmiş olsunlar; onların h ərəkəti və ya hərəkətsizliyi nəticəsində sağlamlıqlarının qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması halları baş verməsin. Eyni zamanda Mülki Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddənin mənasına görə, zərərvuran mülki məsuliyyətdən o, vaxt azad edilir ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Həmin Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa z idd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci mad dəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının təfsirində səhvə yol verərək, hazırda iddia olunan zərərin cavabdehin təqsiri üzündən baş verməsini sübut etmə yükünün sonuncunun deyil, bilavasitə iddiaçının öhdəsinə düşməsinə, tibb işçisi olaraq cavabdehin öz peşə vəzifəsini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində iddiaçının hüququnun pozulması halında qanunvericiliyə görə onun hər bir halda mülki məsuliyyət daşım asına diqqət yetirmədən, iddiaçının sağlamlığı ilə bağlı cavabdeh tərəfindən aparılmış ultrasəs müayinə ilə, sonradan Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana və “Atlas” Tibb Mərkəzində aparılmış ultrasəs müayinələr, eləcə də iddiaçının səhhəti ilə bağlı qoyulmuş diaqnozlar arasında ziddiyyətlər olubolmamasını araşdırmadan, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, Azərbaycan Respublikası MPM-nin 97.1, 77.1-ci maddələrinin tələblərini pozaraq sübut etmə yükünü yalnız iddiaçıya aid etməklə, eləcə də cavabdehin iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusu törətməməsi, bilavasitə onun hərəkəti nəticəsində iddiaçının hər hansı zərər çəkməməsi, həmçinin cavabdehin hərəkəti ilə iddiaçıya vurulan maddi, mənəv i zərər arasında hər hansı səbəbli əlaqənin olmaması barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bunun üçün məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. İşdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsi). Daha sonra apellyasiya instansiyası məhkəməsi qətnamədə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin qətnamənin ləğv edilməsi üçün əsas olmamasını göstərsə də, hansı dəlillərə əsasən onun apellyasiya şikayətini təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinə görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sü butlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili İsmayılova Xavər Bəxtiyar qızının kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2(103)-7775/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar