Məhkəmə qərarları › İş №2(102)-829/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-829/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-829/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7978/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi: İşin halları: 2020-ci ilin fevral ayında "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 sığorta ödənişinin əvəzi olaraq 4729 manatın ASC-nin xeyrinə müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-87/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: M.A.Bağırova) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə sığorta ödənişinin əvəzi olaraq 4180 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh1 qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi barədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)7978/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.Ə.İbayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(009)-87/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması barədə kassasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakı səbəblərdən iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəs ində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti 4729 manat olmaqla MPM-nin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən aşağı olduğundan, kollegiya hesab edir ki, həmin işə kassasiya qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7 maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə ap ellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 402 və 417-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7978/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 23 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı 4729 manat məbləğində sığorta ödənişinin ASC-nin xeyrinə tutulması tələbinə dair mü lki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar