Məhkəmə qərarları › İş №2(102)-8306/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8306/2019

30.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8306/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)9678/2019 nömrəli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MTK və X6 qarşı İd dia ərizəsi və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh MTK tərəfindən tərtib edilərək digər cavabdeh X3 xeyrinə verilmiş 21 dekabr 2009-cu il tarixli protokolun, eləcə də, MTK tərəfindən 31 iyul 2018-ci il tarixdə tərtib edərək DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmək üçün hazırladığı protokoldan çıxarışın, Cavabdeh MTK tərəfindən 31 iyul 2018-ci il tarixdə tərtib edərək DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmək üçün hazırladığı maliyyə arayışının və cavabdeh X3 adına DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 07 avqust 2018-ci il tarixdə verilmiş və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın etibarsız hesab edilməsi və İddia ərizəsində verilmiş İddia tələblərinin dəyişdirilmədən onlar barəsində müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MTK ilə onun arasında mənzil sahəsinin tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanında MTK tərəfindən inşa edilən (artıq inşa edilib yekunlaşmış və yaşayış üçün də istifadəyə verilmişdir), 17-18-19 mərtəbəli yaşayış binasının Vİİ girişinin 11-ci mərtəbəsində olan 458 nömrəli mənzil (3 otaqdan ibarət, ümumi sahəsi 118 kv.m olan) tərəfindən alınmışdır. Mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı MTK tərəfindən 10 iyul 2008-ci il tarixdə mənzilə dair borcun olmaması barədə və mənzilin özünün dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı verilmişdir. Eləcə də, mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyi üçün, MTK-ya üzv olunmağı barədə qərar verilmiş, mənzilə qeydiy yata düşməyi haqqında 01 iyul 2008-ci il tarixli protokol ilə təsdiq edilmişdir. Bütün bu hüquqi prosedurların sonu olaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 25 avqust 2008-ci il tarixli orderlə rəsmiləşdirilmişdir. Bununla da MTK tərəfindən inşa edilən, 17-18-19 mərtəbəli yaşayış binasının Vİİ girişinin 11-ci mərtəbəsində olan 458 saylı mənzilə dair mülkiyyət hüququ yaranmışdır. Göstərilən sənədlərin və mənzilə olan payının mövcudluğu payın hüquqi cəhətdən İddiaçıya məxsusluğunu özündə əks etdirir. Bununla belə, həmin mənzilə neçə müddətdir ki, istifadə etməsinə şərait yaradılmır. Cavabdeh tərəfindən mənzilin naturada İddiaçıya təhvil verilməsi ilə əlaqədar, hərəkətsizlik edilməsi də dəfələrlə ora gedərək mənzilin faktiki olaraq, yəni naturada İddiaçıya təhvil veri lməsini istəməyinə və tələb etməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. 04 oktyabr 2018-ci il tarixdə rəsmi qaydada MTK-ya müraciət edərək, mənzilin verilməsi, açarlarının təqdim edilməsi, mənzildən maneəsiz istifadə edilməsi barədə şəraitin və imkanın yaradılaraq müdaxilələrə son qoyulması barədə müraciət edilmişdir. İlkin iddia üzrə Cavabdeh MTK İddiaçı və 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin adına verilmiş 01 iyul 2008-ci il tarixli protokolun, 10 iyul 2008-ci il tarixli maliyyə arayışının və bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 25 avqust 2008-ci il tarixli orderin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin İddiaçı məxsus olmasına dair sənədlər 2009-cu ilin dekabr ayında kooperativ tərəfindən ləğv edilmiş, həmin tarixdən R.Əsədovun adına rəsmiləşdirilmişdir. İşdə olan sübutlarlarla təsdiq edilir ki, İddiaçı bundan xəbəri olmuşdur. Belə ki, onun təsisçisi olduğu “xxxx” MMC-nin ofisi 2010-2014-cü illər ərzində mübahisəli mənzilin yerləşdiyi binanın birinci mərtəbəsində yerləşmişdir. Buna baxmayaraq, İddiaçı 2018-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Yəni, onun adına verilmiş sənədlərin ləğv edildiyini və mübahisəli mənzilin R.Əsədovun adına rəsmiləşdiyini, sonuncunun həmin mənzilə köçdüyünü bildiyi vaxtdan 9 il, R.Əsədov 2009-cu ildə mənzili aldıqdan sonra təmir etdirmiş və 2010-cu ildən həmin mənzildə yaşayır. Hətta, İddia müddəti keçməsəydi belə, İlk İddiaçı nın məhkəməyə təqdim etdiyi sübutlar İddia tələbinin təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, tələbin əsasını təşkil edən ən mühüm və mötəbər sübutlardan biri, bəlkə də həlledici sübut növü olan mədaxil orderi məhkəməyə təqdim edilməmişdir. Buna səbəb orderin mövcud olmaması və İddiaçı tərəfindən heç bir vəsaitin ödənilməməsi olmuşdur. Belə sübutlar olmadıqda, qeyd olunan hallar şahid ifadələri ilə də təsdiq edilə bilər. Şahidlərin olmaması, məhkəmə iclasında vəsatətin verilməsinə baxmayaraq ifşa ediləcəyindən ehtiyat edərək İddiaçı məhkəməyə gəlməməsi bir daha qarşılıqlı tələbin əsassız olmadığını təsdiq edir. Mənzil 28 noyabr 2006-cı il tarixdə X4 adına rəsmiləşdirilmiş, sonra onun razılığı ilə İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı vəsaiti ödəmədiyindən C.Hüseynovun 07 dekabr 2009-cu il tarixli ərizəsi əsasında kooperativin ümumi yığıncağının qərarı ilə protokol və maliyyə arayışı ləğv edilmişdir. C.Hüseynova məxsus mənzil, İddiaçı adına rəsmiləşdirilərkən, C.Hüseynovun arvadının razılığı olmamışdır. Lakin mübahisəli mənzil R.Əsədovun adına rəsmiləşdirərkən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) İddiaçı cavabdehlər Cavabdeh MTK-ya, X6 və 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzilin naturada verilməsi və s. tələbinə” dair İddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilərək istifadəyə verilmiş, 17-18-19 mərtəbəli yaşayış binasının Vİİ girişinin 11-ci mərtəbəsində olan 458 saylı mənzilin (3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 118 kv.m olan) faktiki olaraq, yəni naturada İddiaçı təhvil verilməsi, həmin mənzilin plan-cizgisinin, eləcə də mənzilin açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilərək istifadəyə verilmiş, 17-18-19 mərtəbəli yaşayış binasının Vİİ girişinin 11-ci mərtəbəsində olan 458 saylı mənzilindən (3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 118 kv.m olan) İddiaçı maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehlərdən Cavabdeh MTK tərəfindən tərtib edilərək digər cavabdeh X3 xeyrinə verilmiş 21 dekabr 2009-cu il tarixli protokolun (eləcə də protokoldan çıxarışın), Cavabdeh MTK-nın 31 iyul 2018-ci il tarixl i maliyyə arayışının və cavabdeh X3 adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın etibarsız hesab edilməsi, İddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh MTK-nın cavabdeh İddiaçı və 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı “MTK tərəfindən verilmiş 01 iyul 2008-ci il tarixli protokolun, 10 iyul 2008-ci il tarixli maliyyə arayışının və bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 25 avqust 2008-ci il tarixli 2008-ci il tarixli orderin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)9678/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov, V.N.Sadıqov və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)9678/2019 nömrəli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh MTK kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlkin İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)-9678/2019 nömrəli qətnaməsinin “Nəsimi rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsinin ləğv və ilk iddianın rədd edilməsi” hissəndə ləğv edilməsini və ilkin iddianın təmin olunmayan hissəsində iddia tələblərinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslan dırılmışdır ki, ilkin olaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin iddia tələbləri üzrə cavabdehlərdən ancaq "Cavabdeh" MTK tərəfindən apellyasiva sikayəti verilmiş və digər cavabdeh - X7 - sikavət verməməklə qətnamə ilə razılaşmışdır. Apellyasiya sikayəti üzrə qətnamə qəbul edən apellyasiva instansiyası işə baxarkən işdə olan sübutlara tam və dolğun qiymət vermək əvəzinə, ancaq tərəflərin söz və ifadələrinə əhəmiyyət vermiş və bundan sonra belə bir qətnamə qəbul etmişdir. Qətnamədə (mübahisəli mənzilin guya İddiaçı verilməsindən qabaq C.Hüseynov adlı şəxsə məxsus olması və sonradan da onun razılığı ilə (ərizəsi ilə) İddiaçı verildiyi göstərilir. Bu zaman C.Hüseynovun həyat yoldaşı X1 razılığının olmaması qeyd edilmişdir. Ancaq, ilkin iddiaçı tərəfindən mübahisəli yaşayış sa həsi cavadeh MTK-dan alınarkən hər hansı bir üçüncü şəxsin nə razılığı olmuş, nə bu barədə sövdələşmə olmamış, nə də ki, bunu təsdiq edəcək elə bir sənəd iddiaçıya təqdim edilməmişdir. Bütün bu ifadələr ancaq apellyasiya şikayətinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin "düzgün" olmasını sübut etmək istəmələrindən irəli gələn bir haldır. Bundan əlavə, bu günə qədər C.Hüseynovun həyat yoldaşı bu barədə İddiaçıla MTK arasında yaranmış hüquq münasibətlərindən irəli gələn müqaviləni, maliyyə arayışını, mənzilin təhvil verilməsi barədə Protokolu və s., bu kimi digər sənədləri nə məhkəmədə mübahisələndirmiş, nə də ki, bu günə qədər İddiaçı hər hansı bir etirazını bildirməmişdir. Həmçinin C.X5 MTK üzvülüyündən çıxarılması üçün ərizə vermək səlahiyyəti yoxdur. Əgər iddiaçı tərəfindən hər ha nsı bir pul vəsaiti ödənilməmişdirsə, onda maliyyə arayışı ilə yanaşı MTK tərəfindən İddiaçı MTK-nın üzvlüyünə qəbul edilməsi və qeyd edilən mənzilə düşməsi təsdiq edilməzdi. Qarşılıqlı iddiaçı Cavabdeh MTK kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)-9678/2019 nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pzountusuna yol verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayət inin təmin edilməsini, Cavabdeh MTK-nın kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X8 vəkili Bağırov Sadiq Tofiq oğlu kassasiya şikayətinin təmin edilməsini, İddiaçı kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsini ləğv edib, ilk iddia və qarşılıqlı iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 28 noyabr 2006-cı il tarixli protokoldan çıxarışdan görünür ki, X9 “Cavabdeh" MTK üzvlüyünə qəbul edilmiş, X9 razılıq yolu ilə Cavabdeh MTK-nın M.Cəfərov küçəsi ev 10 ünvanda tikilən 17-18-19 mərtəbəli yaşayış bi nasının 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı Vİİ girişi 458 saylı mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş 28 noyabr 2006-cı il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 7-ci girişinin 11-ci mərtəbəsində ümumi sahəsi 118 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı, 458 saylı mənzilin pay haqqı vətəndaşı X9 tərəfindən tam ödənilib. Kooperativə borcu yoxdur. 07 dekabr 2009-cu il tarixdə X4 MTK-ya ünvanladığı ərizədən görünür ki, ona məxsus M.Cəfərov küçəsi ev 10 ünvanda tikilən 17-18-19 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 118 kv.m olan mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə MTK-ya ərizə verm işdir, lakin mənzilin dəyəri İddiaçı tərəfindən ödənilməmişdir, buna görə də onun adına verilmiş 92 saylı maliyyə arayışının və 01 iyul 2008-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 01 iyul 2008-ci il tarixli protokoldan çıxarışdan görünür ki, İddiaçı “Cavabdeh" MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə Cavabdeh MTK-nın M.Cəfərov küçəsi ev 10 ünvanda tikilən 17-18-19 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı Vİİ girişi 458 saylı mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş 10 iyul 2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən koop erativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 7-ci girişinin 11-ci mərtəbəsində ümumi sahəsi 118 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı, 458 saylı mənzilin pay haqqı vətəndaşı İddiaçı tərəfindən tam ödənilib. Kooperativə borcu yoxdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 25.08.2008-ci il tarixli orderin surətindən müəyyən edilir ki, ünvan 3 ünvanda tikilən 17-18-19 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı Vİİ girişi 458 saylı mənzil İddiaçı və onun ailə üzvlərinə verilmişdir. 09 dekabr 2009-cu il tarixli protokol ilə İddiaçı MTK-nın üzvlüyündən çıxarılmış və 10 iyul 2008-ci il tarixli 92 saylı arayış və 01 iyul 2008-ci il tarixli protokol etibarsız hesab edilmişdir. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 21 dekabr 2009-cu il tarixli protokoldan çıxarışdan görünür ki, X7 Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, X7 razılıq yolu ilə Cavabdeh MTK-nın ünvan 2 ünvanda tikilən 1718-19 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı Vİİ girişi 458 saylı mənzilə payçı qəbul edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 7-ci girişinin 11-ci mərtəbəsində ümumi sahəsi 118 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan 3 otaqlı, 458 saylı mənzilin pay haqqı vətəndaşı olan X7 tərəfindən tam ödənilib. Kooperativə borcu yoxdur. Azərba ycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 19 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, ünvan 2, 458 nömrəli mənzil Cavabdeh MTK-nın 21 dekabr 2009-cu il tarixli protokoldan çıxarışına, Cavabdeh MTK-nın 31 iyul 2018-ci il tarixli maliyyə arayışına əsasən 07 avqust 2018-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, 458 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 07 avqust 2018-ci il tarixində X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntularla bağlı qeyd etmişdir ki, məhkəmə gedişi zamanı X9 müstəqil tələb irəli sürən şəxs kimi qoşularaq iddia ərizəsi ilə ilk iddiaçıya qarşı iddia irəli sürmüşdür. İşə baxan məhkəmə ayrıca prosessual qərar qəbul etmədən (məhkəmə iclas protokolu 95-ci vərəqə) Ceyhun Hüseynovun ərizəsinin qəbul edilməməsi barədə qərar qəbul etmişdir. Aydın deyil ki, maraqlı tərəfin hansı ərizəsi qəbul edilməmişdir-onun müstəqil tələb irəli sürən şəxs kimi cəlb olunması barədə qərarı, və yaxud onun təqdim etdiyi iddia ərizəsi. Bundan başqa məhkəmə iddia ərizəsini geri qaytarırdısa, və yaxud icraata qəbul etməkdən imtina edirdisə bu barədə ayrıca qərardad çıxarmalı idi. Mülki Prosessual Məcəlləsinin 55.2. maddəsinə əsasən müstəqil tələb irə li sürən 3-cü şəxslər iddiaçının bütün hüquqlarından istifadə edir və vəzifələrini daşıyır. Hazırkı icraatda maraqlı şəxsin prosessual hüquqlardan istifadə etmək imkanları tükəndiyindən və eyni zamanda maraqlı şəxs belə təşəbbbüsdə olmadığından məhkəmə kollegiyası yol verilmiş pozuntulara qiymət verməklə kifayətlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşə baxan apellyasiya instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilk iddia tələbi Cavabdeh MTK tərəfindən tərtib edilərək digər cavabdeh X3 xeyrinə verilmiş 21 dekabr 2009-cu il tarixli protokolun, eləcə də, MTK tərəfindən 31 iyul 201 8-ci il tarixdə tərtib edilərək DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmək üçün hazırladığı protokoldan çıxarışın, Cavabdeh MTK tərəfindən 31 iyul 2018-ci il tarixdə tərtib edərək DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmək üçün hazırladığı maliyyə arayışının və cavabdeh X3 adına DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 07 avqust 2018-ci il tarixdə verilmiş və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədədir. İddia tələbi belə əsaslandırılmışdır ki, mənzilin dəyəri tərəfindən tam ödənilmiş, MTK-ya üzv olunmağı barədə qərar verilmiş, mənzilə qeydiyyata düşməyi 01 iyul 2008-ci il tarixli protokol ilə təsdiq edilmişdir. Apellyasiya instanisyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh MTK-da mənzillərin satı lması ayrı-ayrı şəxslərin kooperativ üzvlüyünə qəbul edilmə və payçı kimi qəbul edilmə protokolunun rəsmiləşdirilməsi və mənzilin dəyəri olaraq pay haqqının ödənilməsi yolu ilə həyata keçirilmişdir. İşdə mübahisəli mənzilə üç dəfə belə rəsmiləşmə aparılmasına dair sənədlər var. 28 noyabr 2006-cı il tarixli protokol X4, 01 iyul 2008-ci il tarixli protokol İddiaçı, 21 dekabr 2009-cu il tarixli protokol X3 adına rəsmiləşmişdir. Hər üç halda mənzilə görə borcun olmaması barədə maliyyə arayışı verilmişdir. X9 mənzilin ilk olaraq ona verildiyini israr edir və sonradan mənzili Tapdığa satdığını, lakin sonuncunun pulu ödəmədiyi üçün Tapdıqın razılığı ilə onu Ramizə satdığını israr edir. İddiaçı məhkəmələrə gəlməmiş, nümayəndəsi, Ceyhunun adına rəsmiləşmiş sənədləşmələrin arxa tarixə yazıldığı dəli lini irəli sürmüşdür. Hazırkı işdə Ceyhunun adına mübahisəli mənzilə dair aparılmış sənədləşmələrin etibarsızlığı barədə iddia irəli sürülməmiş, eyni zamanda həmin sənədləşmələrin arxa tarixə aparılmasına dəlalət edən sübutlar yoxdur. Ona görə məhkəmə kollegiyası mənzilin verilməsi ilə bağlı faktı mövcud sənədləşmələr fonunda qiymətləndirməlidir. Deməli, mənzil əvvəlcə Ceyhuna satılmış, Ceyhun mənzili Tapdıqa satmış (satmaq niyyətinədə olmuş), sonra Ceyhun mənzili Ramizə satmışdır. Ceyhun da, kooperativ də israr edirlər ki, Tapdıq mənzilə görə pul ödəməmişdir. Ona görə Ceyhun sonradan mənzili Ramizə satmışdır və bu barədə Tapdıq məlumatlı olmuşdur. Cavabdeh MTK tərəfindən hər üç nəfərə verilmiş maliyyə arayışı var ki, mənzilə görə onların borcu yoxdur. İddiaçı məhkəmələrə gəlməsə də, mənzi lə görə nə qədər pul və kimə ödəməsi ilə bağlı aydın izahat verməsə də, məhkəmə kollegiyası həmin hallar əsasında iddiaçının mənzilin dəyərini ödəməməsi qənaətinə gəlmək niyyətində deyil. Eyni zamanda İddiaçı Ceyhunu tanınmaması və ondan mənzil almaması barədə dəlilini də məhkəmə inandırıcı hesab etmir və iddiaçının bunu özünü müdafiə üçün etdiyi qənaətindədir. Çünki işin sübuta yetirilən halı ondan ibarətdir ki, Tapdıqla Ceyhun uzun müddət bir-birini tanımış, yaxın münasibətlərdə olmuş, həmin mənzilin yerləşdiyi binanın 1-ci mərtəbəsində uzun müddət birgə bizneslə məşğul olmuşlar. Bu faktı 1-ci instansiya məhkəməsində həmin binada işləyən iki nəfər işçi öz izahatlarında təsdiq etmişlər. Ceyhun apellyasiya icraatında da, binanın 1-ci mərtəbəsindəki tibb ləvazimatları biznesinin onlara məxs us olduğunu təsdiq etmişdir. Ona görə mənzilin sonradan Ramizə satılmasından Tapdığın məlumatı olmaması barədə iddiaçının dedikləri həqiqətə uyğun deyil. Keçən müddət ərzində (on il) iddiaçının mənzilin kommunal xidmət haqlarını heç olmasa bir dəfə ödəməsinə dair heç bir sübut təqdim etməməsi, həmin haqların həmin müddət ərzində Ramiz tərəfindən ödənilməsini kooperativin nümayəndəsinin təsdiq etməsi bir daha təsdiq edir ki, Ramiz 2009-cu ildən mənzili almış, onu təmir edərək 2010-cu (və yaxud 2012-ci ildən) ildən ailəsi ilə həmin mənzildə yaşamış və Tapdıq bu barədə məlumatlı olmuşdur. Heç bir ağlabatan mühakimə belə qənaətə gəlməyə əsas verə bilməz ki, Tapdıq binanın 1-ci mərtəbəsində bizneslə məşğul olmuş, həmin binada onun mənzilinin təmir olunmasından və on il orada başqa şəxsin yaşama sından məlumatı olmamışdır. Məhkəmə kollegiyası sadalanan halları işin həqiqi hallarını təsdiq edən sübutlar kimi dəyərləndirir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin sübuta yetirilən halları ondan ibarətdir ki, mübahisəli mənzil Ceyhuna məxsus olmuş, o, mənzili Tapdıqa satmaq qərarına gəlmiş, sonra hansısa səbəbdən (mənzilin pulunun ödənilməməsi, və yaxud başqa səbəbdən) bu baş tutmamış, mənzili 2009-cu ildə Ramizə satmış, sonuncu həmin vaxtdan mənzili təmir edərək köçərək orada yaşamağa başlamışdır. İddiaçının tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8. maddəsi çıxış edir. Həmin normaya görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurрu üç ün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8. maddəsinin şərh edilməsinə dair ” 25 dekabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, yalnız mənzilə pay haqqı tam ödənildiyi halda alıcı mənzilə sahiblik və istifadə hüququ əldə edir. İddiaçı hesab edir ki, mübahisəli mənzilin pay haqqını ödədiyi üçün həmin mənzilə istifadə və sahiblik hüququ əldə etmişdir, ona görə həmin hüquqdan çıxış edərək cavabdehin adına aparılmış sənədləşmələrin etibarsız hesab olunması, mənzilin ona təhvil verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk iddia tələbini əsaslı hesab etmir. Əvvəla, iddiaçının adına 2008-ci ildə rəsmiləşmə aparılmışdı, sonra o, mənzilin Ramizin ad ına keçirilməsi, onu mənzili təmir edərək orada yaşamasına razılaşmışdır. Özünün istifadə və sahiblik hüququnu qeydə aldırmamış, mənzilə sahiblik etməmiş, onu istifadə etməmiş, başqasının istifadəsinə və sahibliyinə keçməsinə razılaşmış, on ildən sonra, bütün tələlər üzrə ümumi iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1. maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı mənzilin başqa şəxsə satılmasından vaxtında xəbərdar idi və həmin vaxtdan hüquqlarının bərpasını tələb edə bilərdi. İddia müddəti ilə əlaqə dar Konstitusiya Məhkəməsi özünün bir çox qərarlarında qeyd etmişdir ki, qanunverici konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına İddia müddətini şamil edir. Bununla əlaqədar olaraq L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından İddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi İddia müddətinin keçməsi məhkəmənin İddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.maddəsinə əsasən daşımaz əmlaklar üzrə iddia müddəti altı ildir. İddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmiş və müddətin üzrlü buraxılmasına dair sübutları yoxdur. Ona görə məhkəmə kollegiyası haqqlı olaraq cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı hesab edib və belə qənaətə gəlmişdir ki, iddia müddətinin tətbiqi əsası ilə ilk iddia rədd edilməlidir. İşə baxan ape llyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi İddiaçı xeyrinə verilmiş 01 iyul 2008-ci il tarixli protokolun, 10 iyul 2008-ci il tarixli maliyyə arayışının və bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 25 avqust 2008-ci il tarixli orderin etibarsız hesab edilməsi barədədir. Apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, iddia tələbi rədd olunduğu üçün qarşılıqlı iddia tələbinin təmin edilməsinə zərurət qalmır. Belə ki, MTK-nın mübahisələndirdiyi 01 iyul 2008-ci il tarixli protokol, 10 iyul 2008-ci il tarixli maliyyə arayışı və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 25 avqust2008-ci il tarixli order onun hüququnun hər hansı formada pozulmasına səbəb olmur. Çünki ilk iddianın rədd edil məsi və bundan sonra həmin sənədlərin mövcudluğu cavabdeh üçün heç bir hüquqi nəticə yaratmır. Beləki, yuxarıda işin faktiki halarında qeyd olunan sənədlərlə təsdiq olunur ki, mübahisəli mənzil artıq X3 xüsusi mülkiyyətindədir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətlərində istinad edilən işin faktiki halları ilə bağlı dəli llərə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1 -ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)9678/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar