Məhkəmə qərarları › İş №2(102)-832/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-832/2020

11.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-832/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3175/2019 saylı qətnaməsindən Cavabdeh4 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-1718/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Süleymanova) İddiaçı Cav abdeh4 və digərlərinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına verilmiş notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair onun adına verilmiş xx xxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3175/2019 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ünvan 2 dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələblərini onunla əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası xx məxsus olub. Həmin evin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhəri, XDS-nin torpaq sahəsinin ayrılması barədə xx xxxxx 1959-cu il tarixli, 12 saylı protokol-qərarına əsasən atası xx verilib və sonuncu xx xxxxxx 1994-cü ildə ölüb. Qeyd olunan torpaq sahəsi üzərində hüquq atası xxxun sağlığında dövlət qeydiyyatına alınmayıb. Anası Cavabdeh2 yuxarıda qeyd edilən protokolqərara əsasən həmin torpaq sahəsi mərhum xxxun adına xx xxxxxxx 2017-ci il tarixdə qeydiyyata alınıb. Sonradan ünvan 2 dövlət notariat kontorunun təsdiq etdiyi xx xxxxxx 2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və buna dair so nuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixli çıxarış verilib. Göstərilən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilmə si xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vüsal Mirzəyev kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh2, vəkili Zoya Hüseynova, cavabdeh Sumqayıt şəhəri, 06 saylı dövlət notraiat kontoru və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 02 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsin ə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Vüsal Mirzəyevin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəy işdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cavabdeh2 rəsmi nikah əsasında xxxla ailə qurublar. Sumqayıt şəhər ZDS İK-nin xx xxxxx 1959-cu il tarixli, 12 saylı qərarına əsasən xx Sumqayıt şəhəri, Corat rayonunda fərdi yaşayış evinin tikintisi üçün 800 kv.metr torpaq sahəsi ayrılıb. xxx xx xxxxxx 1994-cü ildə ölüb. Daha sonra işdən görünür ki, xxxun ölümündən sonra xx müraciətinə əsasən xx xxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə xxxun adına dövlət qeydiyyatına alınıb. xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş “mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən, x x xxxxxx 1994-cü il tarixdə ölmüş xxxun sağ qalmış arvadı Cavabdeh2 birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilib. Eyni zamanda həmin şəhadətnaməyə əsasən xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayr ı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim t ərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə görə, ərarvaddan hər birinin əmlakı o, halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun l-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin, yəni əmlakın ər-arvadın nikah müddətində əldə olunmasının və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasının eyni zamanda mövcud olması vacibdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışıdırıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, hər hansı bir əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün həmin əmlak birgə nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Burada nikah müddəti dedikdə, yəni ar-arvadın birgə yaşadığı, ümumi təsərrüfat apardığı dövr başa düşülür. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi mərhum xxxla Cavabdeh2 birgə nikahları dövründə xx ayrılsa da, ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmadığından, əvəzsiz olaraq xxxun mülkiyyətinə verildiyindən həmin əmlak onların ümumi gəlirləri hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi mərhum xxxla Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilmədiyindən ünvan 2 dövlət notariat kontorunda təsdiq edilmiş mülkiyyət hüququ haqqında xx xxxxxx 2018-ci il tarixli şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual h üquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cava bdeh4 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3175/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar