Məhkəmə qərarları › İş №2(102)-834/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-834/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-834/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X-ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsilə ödənilmiş pulun qaytarılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi iə, İddiaçı cavabdeh “X”nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3406/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları İddiaçının oğlu X2 2012-ci il tarixdə “X”nin komissiyası tərəfindən yoxlanıldıqdan sonra ikinci sinifə qəbul olunmuşdur. Kompleksdə illik təhsil haqqı 7.000 (yeddi min) manat təşkil edir. Oğlu 6-cı sinifdə oxuyanda təhsil müəssisəsinin verdiyi təhsil səviyyəsini kənardan yoxlatmaq qərarına gəlmiş, övladının təhsilini yoxlayan müəllimələr bunun “yox” dərəcədə olduğunu bildirmişlər. İddiaçı Rusiya Federasiyasında olduğu zaman oğlunun məktəbdən çıxarılması barədə məlumat almış və hesab edir ki, oğlunun təhsilinin aşağı olması səbəbindən ona maddi və mənəvi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X”nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, “X”ndən onun xeyrinə 42.000 (qırx iki min) manat maddi və 50.000 (əlli min) manat mənəvi zərər olmaqla, ümumilikdə 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X2 2012-ci ildə “X”nin komissiyası tərəfindən yoxlanıldıqdan sonra ikinci sinifə qəbul olunmuşdur. Kompleksdə illik təhsil haqqı 7.000 (yeddi min) manat təşkil edir. Oğlu 6-cı sinifdə oxuyanda təhsil müəssisəsinin verdiyi təhsil səviyyəsini kənardan yoxlatmaq qərarına gəlmiş, övladının təhsilini yoxlayan müəllimələr bunun “yox” dərəcədə olduğunu bildirmişlər. O, bu barədə baş direktor Mina Əliyevaya dəfələrlə xəbərdarlıq etmiş, bildirmişdir ki, övladını bu məktəbə qəbul edəndə söz vermişdir ki, uşaqlar evə tam hazırlıqlı gələcək. Ona görə sözünə əməl etməsini xahiş etmiş, məktəbin təhsil səviyyəsinin çox aşağı olduğunu bildirmişdir. Övladını bu məktəbdən çıxarmaq istəyir, amma oğlu uşaqlara çox bağlı olduğundan və başqa məktəbdə təhsil almaq istəmədiyindən çıxara bilmir. X və direktor XX ona bildirmişlər ki, narahat olmasın, X2 ilə onların özləri məşğul olacaqlar. Buna baxmayaraq övladının təhsilində irəliləyiş olmamışdır. Ona görə də oğlu 7-ci sinifdə oxuyanda baş direktor Mina Əliyevaya, direktor XXya, X, sinif rəhbəri XXXya demişdir ki, əgər 8-ci sinifdə onun uşağının təhsilində irəliləyiş olmasa, ondan şikayətçi olacaqdır. Bundan başqa, o XXXya bildirmişdir ki, 2018-ci il sentyabrın 17-də təhsil ilinin açılış günü şikayəti ilə bağlı tribunada çıxış edəcəkdir. Sonuncu bunu rəhbərliyə çatdırmış və nəticədə yay tətilində onu təkidlə Gəncə şəhərindən Bakıya gətirməyə nail olmuşlar. Bazar günü direktor XX və XXX təhsil müəssisəsinə gəlib onunla görüşmüşlər. XX ağlayaraq demişdir ki, əgər o açılış günü məktəbə gəlib şikayət etsə, ona töhmət veriləcək və işdən azad olunacaqdır. XXX və XX and içmişlər ki, Rəsul ilə ciddi məşğul olacaqlar, bu il onun təhsil səviyyəsini irəli gətirəcəklər, o da onlara çox sağ ol deyəcəkdir. O da bir xanım olaraq kiminsə qarşısında göz yaşı tökməsini görməzdən gəlməmiş və onlarla razılaşmışdır. Ödənişlə bağlı ona bildirmişlər ki, bazar günü olduğundan orada kimsə yoxdur, çünki yay tətilidir heç kim yoxdur, o gedib müalicəsini etsin, iki aydan sonra gəlib ödənişi edər. O, Rusiya Federasiyasına getmişdir. Təxminən bir ay sonra telefonla sinif rəh bəri XXX ilə əlaqə saxlayıb övladının təhsili ilə maraqlanmişdır. Güman edirdi ki, sonuncu Rusiya Federasiyasında olduğunu məktəbin rəhbərliyinə çatdırmış və övladına sabahdan məktəbə gəlməməsini, onun məktəbdən çıxarıldığını demişlər. O, bunu eşitdikdən sonra təhsil müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlamış, xahiş etmişdir ki, bunu etməsinlər, çünki onların da övladı var, onlar da anadırlar. Onlar isə ona əhəmiyyət verməmişlər, oğluna və ona stres yaşatmışlar. Mina Əliyevanın uşaqlara ilk stresi özündən icad etdiyi pis oxuyanları bir, orta oxuyanları başqa, yaxşı oxuyanları da digər siniflərə ayırması olmuşdur. Hətta oğlu həmin məktəbdə oxuya-oxuya o, övladını hazırlığa qoymur. Müəllim dəyişikliyi çox edir, bunu etdiklərinə görə dəfələrlə öz etirazını bildirdiyinə görə ona Mina Əliyev a təzyiq göstərmişdir. Oğlu məktəbdən çıxarılanadək ümumilikdə 42.000 (qırx iki min) manat məbləğində pul vəsaiti ödəmişdir. 6-cı sinifdə oxuyandan təhsil müəssisəsinin “rəy kitabı”nı tələb etmiş, lakin ona verməyiblər. Oğlunun təhsilini davam etdirməsi üçün üç məktəbə müraciət etmiş, baş verən problemlərə və bilik səviyyəsi aşağı olduğu üçün məktəblər onu qəbul etməmişlər. Bakı Modern Məktəbi (indiki X) ilə bağladığı orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, bu müqavilənin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri bu müqavilənin xitamı barədə yazılı bildiriş göndərməzsə, bu halda müqavilə eyni müddətə uzadılmış hesab olunur. Cavabdeh ona bu müqavilənin xitamı barədə yazılı bildiriş göndərmədən oğlunu məktə bdən xaric etmişdir. Bu günə kimi bu barədə hər hansı bir sübutu da ona təqdim etməmişlər. Bundan əlavə, müqavilənin 6-cı bəndində sadalanmış xitam verilmə əsasları da mövcud olmamışdır. O, X-a zəng etmiş və sonuncu ona bildirmişdir ki, onun övladını şura çıxartmışdır, nə o, nə də övladı şurada iştirak etməmişdir. Yalnız özləri iştirak etmişlər. Bütün baş verənlər nəticəsində o da, övladı da mənəvi sarsıntı keçirmiş, sağlamlıqları pozulmuşdur. Sözügedən müqavilənin 4.1.1-ci və 4.1.3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Beynəlxalq və Dövlət standartlarına uyğun, keyfiyyətli orta təhsil xidmətlərini yerinə yetirməyi, orta təhsili hər bir şagirdin mənəvi və əqli inkişafına hesablanmış yüksək elmipedaqoji və beynəlxalq təcrübə əsasında təşkil etmək məktə bin vəzifəsi kimi göstərilmişdir, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bakı Modern Məktəbi (indiki X) ilə bağladığı orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə maddi və digər maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurursa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o və övladı mənəvi sarsıntı keçirmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)4371/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “X”-ə və “xxxx”nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinin rədd edilməsi qət olunmuşdur. Mə hkəmə iddianı rədd edərkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, MPM-nin 14.2, 77-ci, 78-ci, 80, 88-ci, 106-cı, 217.3, 217.4. maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-3406/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsasla ndırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti məhkəməyə təqdim etdiyi faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məh kəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəm iyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi hüquq normaları: Mülki hüquq: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən m əhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasib ətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdə olan “Baku Modern Məktəbi” ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2012ci il tarixli 91 nömrəli müqavilənin məzmunundan görünür ki, “Məktəb” Dövlət və Beynəlxalq standartlara uyğun hazırlanmış müvafiq təhsil proqramları çərçivəsində Təhsil qanunvericiliyinə əsasən ümumi otra təhsil xidmətinin həyata keçirilməsini, “Valideyn” isə övladına (və ya övladlarına) orta təhsilin verilməsi müqabilində bu Müqavilə əsasında xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür (1.1-ci bənd). Bu müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulmuş orta təhsil xidmətinin (xidmətlərinin) göstərilməsinə görə “Valideyn” “Məktəb”ə təhsil haqqı ödəyir (2.1-ci bənd). Ödəniş “Valideyn” tərəfindən nağd və ya nağdsız qaydada həyata keçirilir. “Valideyn”ə ödənişi təsdiq edən qəbz təqdim olunur (2.2-ci bənd). Göründüyü kimi iddiaçının oğlu na orta təhsilin tədrisi tərəflər arasında bağlanmış müqavilə ilə həyata keçirilmiş və həmin müqavilə hər tədris ilinin sonunda yenisi, növbəti il üçün təzələnmişdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı hər tədris ilinin sonunda müqaviləni yenidən bağlamaqla həmin məqavilələrin onun iradə ifadəsi olmasını təsdiq etmiş olur. Cavabdeh təşkilatın müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı sübut etməli idi ki, onu müqavilə bağlamağa təhrik etmişlər, aldatmışlar, cavabdeh təşkilat onun övladını keyfiyyətli tədrislə təmin etməmiş, ona qarşı ayrı-seçkiliyə yol vermiş və.s. Beləki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının hər il tədris müqaviləsini təzələməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tədrisin aparılmasından razı qaldığı üçün hər tədris ilinin sonunda növbəti ilə yeni müqavilə bağlamışdır. Nəzərə almaq lazımdır ki, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Hazırkı işdə iddiaçı övladının orta təhsil səviyyəsinin yox dərəcə olmasını bildirir və bu halı tədris müəssisəsinin fəaliyyəti ilə əlaqələndir ir. İşdə olan rəylərdən görünür ki, tədris kompleksi iddiaçının övladının illik biliklərinin nəticələrini hər dəfə aşağı balla qiymətləndirmişdir. Belə vəziyyətin yaranmasında məhz məktəbin təqsirli olmasına dair heç bir sübut yoxdur. Həmin hal sübuta yetirilmədiyi üçün işə baxan məhkəmələr vurulmuş ziyan tələbini rədd etməkdə haqlı olmuşlar. Əsas tələb təmin olunmadığı üçün onunla bağlı olaraq mənəvi ziyan tələbinin də rədd edilməsi əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3406/2020 nömrəli iş üzrə xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar