Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-836/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən dəyərinin ödənilməsi” barədə ilk Cavabdeh İddiaçı X5 oğluna qarşı “payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 105)-3300/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 saylı mənzilində dəyəri 25.000 manat olan payının Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, 12.000 manat məbləğində payının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 saylı mənzili onun və cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh onun nəvəsidir, onların arasında üç otaqlı ev, bir otaq onun olmaqla paylı mülkiyyət şəklində bölünmüşdür. O, ikinci dəfə X1 ilə ailə qurmuşdur. Ailə qurduğu xanım, əlil oğlu və o, mübahisəli evin bir otağında yaşayırlar. Hal-hazırda cavabdeh heç bir səbəb göstərmədən evə dava-dalaş salır, onlara yaşamağa imkan vermir. O, artıq yaşlıdır, rahat yaşamalıdır. Cavabdehlə bir evdə yaşamaq mümkün deyil. Dəfələrlə mübahisələri olmuş, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı mənzilin naturada bölünərək payın ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Son vaxtlar cavabdehlə aralarında ciddi söz-söhbətlər yaranmış və artıq birlikdə yaşamaqları mümkün deyil. O, 10 aydır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində kirayədə yaşayır, mülkiyyətində olan evdən istifadə edə bilmir. Hal-hazırda mənzilin naturada bölgüsü mümkün olmadığı üçün, həmçinin mənz ilin satılması və satış pulunun paylara mütənasib bölünməsi barədə aralarında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı X5 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X5 oğluna payının dəyəri olan 6.000 (altı min) manat pul ödəməklə onun əmlakdakı paya hüququnun itirilməsi, vurulan 5.000 (beş min) manat maddi, 10.000 (on min) manat mənəvi ziyanın, cəmi 15.000 (on beş min) manat məbləğin İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X5 oğlu ona qarşı müxtəlif xarakterli iddialarla məhkəməyə müraciət edərək bütün ərizələrində göstərir ki, guya onu incidir. O, dənizdə işləyir, heç evdə olmur ki, onu narahat etsin. İşdən yorğun gəlib yatır. Bu iddiaları cavabdeh deyil, onunla bir ailə kimi yaşayan qadın qaldırıb. Əzizağanın 90 yaşı var, özünü normal idarə edə bilmir. Həmin qadından qorxur, qadının təzyiqi altında bu kimi addımlar atır. Həmin qadının borcları var, məqsədi evi satdırıb, pulu ələ keçirməkdir. Cavabdeh isə küçələrdə qalacaq, həmin qadın Əzizağanı deyil, özünü fikirləşir. Ev satıldığı halda isə nə o, nə də cavabdeh ev ala bilməyəcək. Ötən müddət ərzində Əzizağa adına alınmış bağ, həyət və bina evində yerləşən sahə və otaqları satmışdır. Sabunçu qəsəbəsində evi olmuş, yaşadığı qadının təkidi ilə satıb pulu xərcləmişlər. Montində bina evi olub birgə yaşadıqları dövrdə satıblar. Sumqayıt şəhərində “Ximstroy” qəsəbəsində həyət evi olmuş, onu da satmışlar. Həmin qadının məqsədi mənzili satdı rıb pulu ələ keçirib, Əzizağanı çölə atmaqdır. Mənzil təmirsiz və bərbad gündədir. Ümumi dəyəri 35000 manatdır. Bu səbəbdən iddiaçının əmlakdakı payına görə 6000 manat ödəyə bilər. Bu illər ərzində ailə üzvləri və o, əsəb xəstəliyinə tutulmuş, mənəvi əzab çəkməklə bərabər, sarsıntılar keçirmişlər. Sumqayıt şəhər Məhkəməsinin (hakim Aynur Behbudova) 2(060)-1249/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, X5 saylı mənzilində olan paya görə 12.000 (on iki min) manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, İddiaçı həmin paya olan hüququnun itirilməsi, X5 saylı mənzilində olan paya görə 12.000 (on iki min) məbləğində pulun ödənilməsi ilə İddiaçı X5 saylı mənzilindəki paya hüququnun itirilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh İddiaçı qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Aqil Abbasov və Telman Məmmədov) xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3300/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilk iddiaya dair hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə - Cavabdeh İddiaçı qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdiri lmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3300/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir, iddiaçının qaldırdığı iddialar nəticəsində uzun müddətdir ki, məhkəmə çəkişmələrinə cəlb edilmişdir və nəticədə vəkil xidmətindən yararlanmağa məcbur olmaqla maddi və mənəvi ziyana uğramış dır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən X5 saylı mənzilinin yaşayış sahəsi 12.8 kvadrat metrdən ibarət 1 otağı xx.xx.2017-ci ildən İddiaçı, yaşayış sahəsi 34,6 kvadrat metrdən ibarət 2 otağı isə xx.xx.2012-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan “xxxx” MMC tərəfindən mənzilin qiymətləndirilməsi barədəxx.xx.2019-cu il tarixli hesabatdan görünür ki, X5 saylı mənzilin bazar dəyəri 55000 manat təşkil edir. Hazırda ilk iddia üzrə İddiaçı payına görə 12000 manat məbləğində kompensasiya ödənilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə 6000 manat məbləğdə kompensasiya ödənilməklə İddiaçı paya hüququnun itirilməsi, maddi, mənəvi zərər tələb etmişdir. Tərəflər arasında mübahisəli əmlakın naturada bölünməsinə dair məhkəmə mübahisəsi olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə bu tələb rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilk iddiaya dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında İddiaçı mübahisəli əmlakdakı payına mütənasib kompensasiyanın ona verilməsinə dair razılıq yoxdur. Başqa sözlə Cavabdeh tələb edilən 12000 manat məbləğində kompensasiyanı verməkdən imtina edir. Belə olan halda tərəflər arasında paylı mülkiyyət üzrə kompensasiya verilməsinə dair r azılıq olmadığından paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən dəyərinin ödənilməsi tələbinə dair iddia təmin oluna bilməz və paylı mülkiyyətçilər arasında mübahisə yalnız əmlakın hərracdan satılması yolu ilə həllini tapa bilər. Cavabdeh maddi və mənəvi zərərin ödənilməsi tələbi isə əsaslandırılmadığından və dəyən zərərin necə, hansı şəraitdə, qarşı tərəfin hansı təqsirkar hərəkəti ilə səbəbli əlaqədə baş verməsinə dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissədə düzgün rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəll əsinin: - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qal dırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2014cü il tarixli qərarında əksini tapmış hüquqi mövqeyinə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cümaddələrində nəzərdə tutulmuşqaydalara əməl edilməlidir.Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin komp ensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarıəsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyanı almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarıəsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün dür. Həmin qərarda həmçinin göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İşin araşdırılan hallarından görünür ki, mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün olmamışdır. Hazırki iddia ilə iddiaçı öz payının dəyərinin digər mülkiyyətçi Cavabdeh tərəfindən ona ödənilməsini tələb e tsə də, bununla bağlı tərəflər arasında razılıq mövcud deyildir, cavabdeh iddiaçıya onun payının dəyəri olan 12.000 manat məbləği ödəmək istəmir. Cavabdehin təklif etdiyi 6000 manat məbləğ isə evin qiyməti nəzərə alınarsa, iddiaçının payının dəyərindən aşağıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələbləri nə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilməs in. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3300/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-836/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-836/2020
10.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver