Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-836/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekada olan avtomobilin geri qaytarılması, maddi və mənəvi ziyan tələbi 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3, vəkili X1 iştirkı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-451/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “PORSHE CAYENNE minik” markalı 2008-ci il buraxılışlı avtomobilin texniki saz vəziyyətdə ona qaytarılması və ya Cavabdeh-dən onun xeyrinə 65.000 manat maddi zərərə görə, 20.000 manat mənəvi zərərə görə olmaqla, cəmi 85.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
2. Cavabdeh-nin “Nəsimi” filialı ilə İddiaçı arasında imzalanmış xx xxxxxx 2008ci il tarixli 118 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı illik 19% hesablanmaqla 48 ay müddətinə 90.720 manat məbləğində kredit verməyi, borcalan isə bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
3. Cavabdeh-nin “Nəsimi” filialı ilə ipotekaqoyan İddiaçı arasında imzalanmış xx xxxxxx 2008-ci il tarixli 118 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan “PORSHE CAYENNE - minik” markalı avtomobilini Cavabdeh-nin xeyrinə ipotekaya qoymuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 113.400 manat məbləğində qiymətləndirilmişdir
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(006)3167/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı qarşı “ipotekaya qoyulmuş avtomobilin hərracdan s atılması və kredit borcunun tutulması”na dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğində pulun alınaraq Cavabdeh-yə verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğin ona məxsus «Porsche Cayenne» markalı, **-EF-*** dövlət nömrə minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir
5. Cavabdeh-nin girovunda olan, İddiaçı məxsus “Porcshe Cayenne” markalı, 90- EF-040 dövlət qeydiyyat nişanlı minik avtomobili hal-hazırda Nobel prospekti 23, “Amay” ticarət mərkəzinin dayanacağında saxlanılır. 6. 31.05.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən avtomobil 25.000 (iyirmi beş min) manata qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixdə göstərilən avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borc məbləğinin ödənilməsi üçün “xxxx” Şirkətlər Qrupu MMC-yə məktub göndərilmişdir. Tələbkar “xxxx” ASC xx.xx.2017- ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.6-cı maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Sözügedən avtomobil hal-hazıradək yuxarıda qeyd olunan Cavabdeh-yə məxsus dayanacaqda saxlanılmaqdadır 7. “X8” MMC-nin xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən buraxılış ili 2008-ci il, universal tipli, qara rəngli, mühərrik həcmi 4800 sm olan “PORSHE CAYENNE GTS” markalı avtomobilin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 42.000 manat təşkil edir. 8. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **-DO-*** olan minik avtomobilinin 2018-ci il tarixinə 60.000 manat, xx.xx.2018-ci il tarixə bazar dəyəri 25.300 manat müəyyən edilmişdir. 9. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixl i qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **-DO-*** olan minik avtomobilinin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 78.000 manat müəyyən edilmişdir.
10. İddiaçı bildirir ki, Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan “PORSHE CAYENNE - minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymaqla 48 ay müddətinə ödəmək şərti ilə 90.720 manat məbləğində kredit götürmüşdür. İddiaçı 2012-ci ilin noyabr ayınadək cüzi gecikdirmələr olsa da, cavabdehə ümumilikdə 95.982,27 manat məbləğində pul ödəmişdir. Buna baxmayaraq, cavabdehin Nəsimi filialı və kredit fəaliyyətinə nəzarət departamenti eyni gündə, yəni xx xxxxxx 2012-ci ildə iddiaçının ünvanına 9117 saylı və 21/2624 saylı bildirişlər göndərərək iddiaçının cavabdehə 42.000 manat əsas və 4.873 manat faiz olmaqla, ümumilikdə 46.873 manat məbləğində kredit borcunun olduğunu bildirmişlər. Daha sonra cavabdehin nümayəndələri ipotekaya yönəldilmiş avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən və cavabdehə məxsus olan avtosalona qoymağı təklif etmişlər. Salonda avtomobili 100.000 manata dəyərləndirmişlər. 2013-cü ilin yanvar ayında avtosalona gedərkən avtomobilin həmin salonda olmadığını aşkar etmişlər. Salonun işçisi olan Sərxan adlı şəxs avtomobili “20 Yanvar” metrostansiyası yaxınlığında mövcud olan salona köçürdüklərini bildirmişdir. Bir neçə gündən sonra cavabdehin nümayəndələri məlumat vermişlər ki, avtomobili “PORSHE” Satış Mərkəzinə qoymuşlar. 2013-cü ilin fevral ayında avtomo bilə növbəti baxış keçirmək istəyən zaman məlum olmuşdur ki, avtomobil cavabdehin nümayəndələri tərəfindən naməlum istiqamətə aparılmışdır. Lakin cavabdehin nümayəndələri avtomobilin harada saxlanılması barədə məlumat verməmişlər. Aldıqları qeyri-rəsmi məlumatlara görə cavabdeh bankın əməkdaşları avtomobilə başqa dövlət qeydiyyat nişanı bağlayaraq bir müddət istifadə etmişlər. Aqreqat və hissələri sıradan çıxdıqdan sonra yenidən gizlətmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya külli-miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Hesab edir ki, avtomobilin dəyəri həmin dövrün, yəni 2013- cü ilin yanvar ayında ən azı 100.000 manat olmuşdur. Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçının cavabdehə qalan borcu 37.000 manatdır. Deməli, cavabdeh avtom obilin satışından əldə etdiyi məbləğdən 63.000 manatını iddiaçıya verməlidir.
11. Cavabdeh-nin nümayəndəsi bildirir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisələndirilən avtomobilin təhvil-təslim aktı yoxdur. Avtomobilin Cavabdeh-nin saxlancında saxlanılması barədə hər hansı sənəd yoxdur. Görünür ki, iddiaçıdan sözügedən avtomobili Cavabdeh-nin adından fəaliyyət göstərən vasitəçilər qeyri-qanuni almışlar. Bu fəaliyyətlə məşğul olanlardan bir neçəsi həbs edilmişdir. Avtomobilin dəyərinin Cavabdeh-dən istənilməsinin hüquqi əsası yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(006)-88/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddia q ismən təmin edilərək, 65.000 manat məbləğində pulun Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 75 manatı İddiaçı, 75 manatının isə Cavabdeh-dən alınaraq “X8” MMC-yə ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 208 manatın 104 manatının İddiaçı, 104 manatı isə Cavabdeh-dən alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus “PORSHE CAYENNE - minik” markalı, **-DO-***i/o dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh-nin əməkdaşları tərəfindən 2013-cü ilin yanvar ayında iddiaçıdan alınmış, heç bir əsas olmadan Cavabdeh-yə məxsus dayanacaqda yerləşdirilmişdir. Avto mobil hazırda həmin dayanacaqda saxlanılır, bu günə qədər iddiaçıya geri qaytarılmamışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən İddiaçı məxsus qeyd olunan avtomobilin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 78.000 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin həcmi nəzərə alınmaqla dəymiş zərərə görə 65.000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 20.000 manat məbləğində pulun tutulması” hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir
14. Məhk əmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1., Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-451/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – maddi zərərə aid hisədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmi ş, və iddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilərək, Cavabdeh-dən 62.000 (altmış iki min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 65.000 manat tutulması qənaətinə gələrkən iddiaçıya dəymiş ziyanın məhz 65000 manat olmasını əsaslandırmamışdır. Ona görə də işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında “Porshe Cayen ne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, avtomobilin işlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyərinin (həm AZN, həm də ABŞ dolları ilə) müəyyən olunması sualı qoyulmuşdur. 18. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, 2008-ci il buraxılışlı, avtomobilin işlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyəri manatla 82.000 AZN, ABŞ dolları ilə 104.552 ABŞ dolları (0,7843) təşkil edir. 19. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı 2008-ci il buraxılışlı avtomobilin bu günə olan real bazar dəyəri 20.000 manat təşkil edir.
20. Beləliklə, ekspert rəyləri ilə müəyyən edildi ki, avtomobilin iddiaçıdan alındığı 2013- cü il tarixdə bazar dəy əri 82.000 manat, hazırkı bazar dəyəri isə 20.000 manat təşkil etdiyindən iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərər (82.000-20.000=62.000) 62.000 manat həcmindədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutları obyektiv, qərəzsiz, hərtərəfli v ə tam qiymətləndirməmiş eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin nümayəndəsi N.Hümbətov və vəkili A.Həsənzadə kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini.xahiş etdi.
25. İddiaçının nümayəndəs C.Bağırov məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində cavabdehlər “xxxx” MMC və X4 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə a ktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi
30. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. (maddə 4.2.6)
31. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.1-21.3)
32. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.1 və 1096.2)
33. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsir olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.1 və 1097.3)
34. Ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək(eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. (maddə 1115) Mülki Prosessual Məcəllə
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
38. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
39. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
40. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
42. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə tam uyğun əsaslandırılmamış, sübutların q iymətləndirilməsində MPM-nin 88-ci maddəsinin tələblərinə tam riayət etməmişdir.
44. Belə ki, işin halları ilə müəyyən edilir ki, “Porshe Cayenne GTS” minik markalı avtomobil 4 dəfə qiymətləndirilmiş və hər dəfə avtomaşının mart 2013-cü il tarixlə olan bazar qiyməti ilə bağlı müxtəlif rəylər verilmişdir.
45. Apelyasiya instansiya məhkəməsi bu rəylərdən sonuncu rəyi əsas götürməklə avtomobilin mart 2013-cü il tarxiə bazar qiymətini müəyyən edərkən hansı əsaslara görə digər rəylərdə göstərilən qiyməti qəbul etmədiyini əsaslandırmamışdır.
46. Bundan başqa iş materiallarından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdən əvvəl yanğına məruz qalmış və yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüşdür. (İş vərəqi 51 )
47. Avtomobil qiymətləndirilərkən qeyd edilən xüs usat ümumiyyətlə araşdırma predmeti olmamış və həmin halın avtomobilin bazar qiymətinə təsir edib-etməməsi müəyyən edilməmişdir.
48. Bununla yanaşı, apelyasiya instansiya məhkəməsi qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğdə pulun tutulması barədə halı nəzərə almamış və hazırki iş üzrə cavabdehdən tutulmalı olan məbləğlə qanuni qüvvədə olan qətnamə ilə tutulması qət edilən məbləğin əvəzləşdirilməsi məsələsin i müzakirə etməmişdir.
49. Bundan başqa, işin halları ilə müəyyən edilir ki,, “Porshe Cayenne GTS” minik markalı avtomobil qanuni qüvvədə olan qətnamə əsasında verilən icra vərəqəsi üzrə hərrac mərhələsinə çıxarılmışdır. Belə olan halda isə həmin avtomobil qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülüb-götürülməməsi də araşdırılmalı və həmin hala da qiymət verilməli idi.
50. Beləliklə işin hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələn mişdir.
51. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
52. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-451/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.