Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-836/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, subyektiv hüquq, vicdanlı əldə edən) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X6 ibarət tərkibdə, iddi açılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5177/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 543 saylı bağ sahəsi xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə İddiaçı3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə 33000 manata Cavabdeh2 satılmışdır. Alqı-sa tqı müqaviləsi satıcı İddiaçı3 əvəzindən xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 tərəfindən imzalanmışdır. 2. 543 a saylı bağ sahəsi xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə 36500 manata Cavabdeh2 satılmışdır. Alqısatqı müqaviləsi satıcı İddiaçı2 əvəzindən xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 tərəfindən imzalanmışdır
3. Sonradan 543, 543a və 0,245 ha torpaq sahəsindən ibarət olan 541 saylı bağ sahələri Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında Cavabdeh3 satılmış və xx.xx.2021-ci ildə ümumi sahəsi 0,335 ha olan 543 saylı bağ sahəsi kimi sonuncunun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Ümumi sahəsi 0,335 ha olan 543 saylı bağ sahəsinin 0,087 ha hissəsi xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 tərəfindən Cavabdeh4 Hacıbaba oğluna satılmış və 543T saylı bağ sahəsi kimi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, qalan 0,248 ha hissəsi isə 543 saylı bağ sahəsi kimi xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydə alınmışdır.
5. Cavabdeh2 ilə Fərhad-zadə Emir Rövşən oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsi 85000 manata Fərhad-zadə Emir Rövşən oğluna satılmışdır. Həmin torpaq sahəsində yerləş ən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli küçəsi 1-ci döngə, ev 10 C və həmin torpaq sahəsi tam mülkiyyət hüququ ilə Fərhad-zadə Emir Rövşən oğlunun adına qeydə alınmışdır.
6. İddiaçı1 Cavabdeh1 əmisi X4 həyat yoldaşı olmuşdur. X10 xx.xx.2019-cu ildə Moskva şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 541 saylı 0.2450 hektar bağ sahəsi üzrə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 daşınmaz əmlakın reyestr nömrəli dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış, xx.xx.2020 tarixli AN-1 seriyalı ******* nömrəli, reyestrdə 4Ə-103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-42 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh3 ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyestr nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-316 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Fərhad-zadə Elmir Rövşən oğlu a rasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65-10301 daşınmaz əmlakın reyestr nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; mübahisəli 543, 543A nömrəli və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və Cavabdeh4n adına qeydiyyata alınmış 870 kv.metr olan torpaq sahələrindən cavabdehlərin çıxarılması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 X7 və onun həyat yoldaşı İddiaçı1 məxsus olan Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 539A saylı bağ evində yaşayaraq, bağın saxlanması, qulluq edilməsi işinə baxmış və bu i şin görülməsi üçün xidmət haqqı almışlar. İddiaçı2 ailəsi ilə bağ sahibi olan Bağırovlar ailəsi arasında uzun illər ərzində biri-birinə inam və hörmət üzərində qurulan səmimi münasibətləri olmuşdur. Həmin ərazidə İddiaçı1 mərhum atası və həyat yoldaşından qalan bağ sahəsinin faktiki ərazisi 0,5 hektardan çox olmuş və bu bağa uzun illər ərzində onlar tərəfindən qulluq göstərilməklə daş hasara alınmış, darvaza qapı qoyulmuşdur. Hazırkı mübahisəli bağ sahəsi sonradan İddiaçı1 istifadəsinə keçmişdir. Bağ sahəsinin yaşayış yeri olan hissəsi İddiaçı1 tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, Bağırovlar a iləsinin yaşayış yeri olan bağ sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan 543 saylı 0.10 ha bağ sahəsi və 543a saylı 09 ha bağ sahəsi də olmuşdur. X10 543 saylı 0.10 ha bağ sahəsini və 543a saylı 0.09 ha bağ sahəsini həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına aldırmaq istəmiş, lakin həmin vaxt İddiaçı1 Azərbaycan Respublikasından kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır. Belə ki, X4 əmək fəaliyyəti və faktiki olaraq yaşayış yeri Moskva şəhərində olduğu üçün onun həyat yoldaşı İddiaçı1 da vaxtının bir çox hissəsini Azərbaycan Respublikasından kənarda Rusiya Federas iyasında və qızının təhsil aldığı İsveçrədə keçirmişdir. Əldə edilmiş materiallar, səs yazısı və ifadələr əsasında müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə X4 vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edən mərhum Toğrul Bağırovun qardaşı oğlu Cavabdeh1 İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 yaxınlaşaraq, bu bağ sahələrinin İddiaçı1 istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və heç narahatlığa əsas olmadığını bildirmişdir. Bundan sonra iddiaçılardan öz adına etibarnamə almış və həmin torpaq sahələrini digər cavabdehə satmışdır. İddiaçı1 2021-ci ilin may ayında mübahisəli bağ sahəsində ev inşa edildiyini eşitmiş, bununla bağlı işlərində ona kömək edən X1 və X11 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. Onlar xx.xx.2021 -ci il tarixdə birlikdə olarkən zəng edərək iş üzrə Cavabdeh1 və iddiaçı olan İddiaçı2 torpaqlarla bağlı məsələni soruşmuşlar. Cavabdeh1 bağ sahəsinin Toğrul müəllim tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini demişdir. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, Cavabdeh1 xx.xx.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq guya torpaqları 2019-cu ildə vəfat etmiş mərhum əmisi Toğrul Bağırov tərəfindən özgəninkiləşdirdiyini deməklə onları da aldatmağa cəhd etmişdir. Bu zəngə aid danışıqlar X1 məxsus olan mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edilməsi üçün “X3" MMC-yə təqdim edilmişdir. “X3" MMC-nin xx.xx.2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizası növün də səsin və şifahi nitqin tədqiqinə dair mütəxəssis rəyində danışıqların mətnləri qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, Cavabdeh1 iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 guya İddiaçı1 mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui-istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər Cavabdeh2 adına özgəninkiləşdirmiş və sonradan başqa cavabdehə satmışlar. Mübahisəli torpaq sahəsinin bazar dəyərindən qat-qat aşağı qiymətə satılıb-alınması, iddiaçı tərəfindən hasara alınmış 0.250 ha-ya yaxın torpaq sahəsinin qanunsuz və əsassız olaraq (ilkin hüquq müəyyənedici sənədlər olmadan) mülkiyyət hüququ əldə edilməsi cavabdehlər arasında əlbirliyin və aralarında q anunsuz sövdələşmələr olmasına dəlalət edir.
9. İddiaçı sübut qismində məhkəməyə “X3” MMC-nin 543 və 543 a saylı bağ sahələrinin qiymətləndirilməsinə dair hesabatlarını və “Samsung Galaxy J6” markalı telefonda avtomatik zənglərin qeydə alınma proqramında xx.xx.2021-ci il tarixdə qeydə alınmış səs yazılarının məzmununun müəyyənləşdirilməsinə dair rəyini təqdim etmişdir.
10. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 iddia tələbinə yazılı şəkildə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. İddiaçı1 mübahisələndirməyə cəhd etdiyi əqdlərin etibarsızlığına dair tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bağ sahələri 2016-cı ildən İddiaçı2 və İddiaçı3 mülkiyyətində olub və həmin bağ sahələrinin özgəninkiləşdirilməsi və ya digər formada sərəncam verilməs inə digər şəxslərin, o cümlədən İddiaçı1 iradə ifadəsi göstərişi, razılığı və s. tələb olunmayıb. İddiaçıların sübut qismində məhkəməyə təqdim etdikləri “X3" MMC-nin rəyləri qeyri-mötəbər və sübut əhəmiyyətinə malik olmayan sənədlərdir. Əlində iddia ailədaxili münaqişədən yaranmışdır. Bağırovlar ailəsi bu iddia ilə öz münaqişələrinə vicdanlı alıcı olan Cavabdeh2 və digərlərini cəlb etməyə çalışır. Belə ki, İddiaçı1 və Cavabdeh1 arasındakı ailə münaqişəsi onların, yəni mülki dövriyyənin vicdanlı alıcılarının hüquqlarına xələl gətirməməlidir.
11. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı şəkildə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. İlkin olaraq, hazırkı halda daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət etməklə həyata keçirilib, habelə hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi şəxslər iddiaçıların adlarını hallandırdıqları İddiaçı1 tanımır və onlarla heç bir münasibətlərdə olmayıblar. İddia faktiki və hüquqi əsaslar olmadan onun təmsil etdiyi şəxslərə qarşı verilmişdir. Həmçinin, iddiaçı əqdlərin etibarsızlığını iddia edərək bağlanmış əqdin etibarsızlığını xahiş etmişdir ki, bu tələb də əsasızdır, çünki əqdlərin etibarsızlığı ilə bağlı müddət 1 il təşkil edir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. Belə müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsində qeyd olunan daşınmaz əmlakları əldə edərkən vicdanlı alıcılar olmuşlar, daşınmaz əmlakın dövlət reyestrinin məz mununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmışlar, onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblər həddində hərəkət etmişlər, bu zaman heç bir qanun pozuntusuna yol verməmişlər.
12. Cavabdeh Fərhad-zadə Emir Rövşən oğlunun nümayəndəsi və vəkili Vəkil6 iddia tələbinin rədd edilməsinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar qeyd edilmiş alqı-satqı müqavilələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337-ci maddəsinə əsasən etibarsız olmasını bildirmişlər. İşin hallarından və Mülki Məcəllənin 354-cü maddəsinin şərhindən belə başa düşülür ki, iddiaçılar əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə yalnız onun icrasına başlandığı andan bir il ərzində tələb irəli sürə bilərdi. Təmsil etdiyi şə xs vicdanlı əldə edəndir, onların hüquqları qanunla qorunur və iddiaçılar bu halın əksini təsdiq edən hər hansı sübutlar təqdim etməmişlər.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, uzun müddət Toğrul müəllimin şirkətində işləyib, tez-tez Toğrul onların bağ evlərinə gedib- gəlib. Həmişə Toğrul müəllim qardaşı oğlu Rüfətin bağ evini satmaq istəyini deyib. Lakin hər dəfə Sevinc xanım bağın satılmasına etiraz edib. Sonuncu dəfə Sevinc xanım əlaqə saxlayıb və bildirib ki, bağ evi Rüfət tərəfindən başqa şəxslərə satılıb. Səmədlə birlikdə bu məsələ ilə bağlı Rüfətə zəng ediblər və o, bildirib ki, bağ evi Toğrul müəllim tərəfindən satılıb. Halbuki həmin vaxt artıq Toğrul müəllim rəhmətə getmişdi. Torpaq sahəsi təxminən 44 sot olub.
14. Digər şahid X2 məhkəmə iclasınd a oxşar məzmunlu ifadə vermişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-692/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların mübahisələndirdiyi cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, onlar əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişlər. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamələrin surətindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan əmlaklara dair sənədləşdirmə və s. etməklə bağlı səlahiyyətləri Cavabdeh1 et ibar etmişlər. İddia ərizəsinin dəlillərinə əsasən, iddiaçılar Cavabdeh1 onlara yaxınlaşaraq bağ sahələrinin İddiaçı1 istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və narahatlığa əsas olmadığını bildirmiş, bundan sonra onlar həmin əmlaklarla bağlı etibarnaməni vermişlər. İddiaçı1 isə bağ sahələri barəsində bağlanmış alqı-satqı müqavilələrindən 2021-ci ilin may aylarında xəbərdar olduğunu bildirmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə iddiaçılar əqdin etibarsızlığı ilə bağlı halları bilməli olduğu tarix xx.xx.2020-ci il hesab olunmalıdır. Hər halda İddiaçı1 həmin bağ sahələrinin onun atasından qaldığını və idarəçiliyi həyata keçirməsi üçün digər iddiaçıların mülkiyyətinə verdiyini bildirirsə, həmin əmlaklarla bağlı hər hansı sərəncam verilmə ilə bağlı hərəkətlər edilirsə, bu məsələdən onun daha sonra məlumatlı olması inandırıcı deyil. Digər tərəfdən isə sonradan məlumatlı olsa belə, qanunvericiliyin “bilməli olduğu” barədə tələbləri imperativ xarakter daşıyır, belə müddəanı qanunverici təsbit etməklə maraqlı tərəfin müddətin keçməsi əsasına görə mübahisə açmaq hüququ itirilmiş olur. Göründüyü kimi, iddiaçılar mübahisəli müqavilələri yalnız xx.xx.2021-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mü bahisələndirmişlər.
18. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri iddiaçılar İddiaçı2 və İddiaçı3 Cavabdeh1 verdiyi etibarnamələr üzrə xx.xx.2020-ci ildə notariat kontorunda bağlanmışdır. Odur ki, iddiaçıların sözügedən müqavilədən xəbəri olmuş və müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməmiş və belə olan təqdirdə iddiaçılar əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə iddia rədd olunmalıdır.
19. Həmçinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Fərhad-zadə Emir Rövşən oğlu əmlakı əldə edən zaman onlarda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxslərin mümkün iddialarından xəbərləri olmadığından, onlar vicdanlı alıcıdırlar.
20. İddiaçıların “daşınmaz əmlakın reyestrində olan dövlət qeydiyyatının və çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi” barədə tələbi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərindən irəli gəldiyindən, həmin hissədə iddia tələblərinə prosessual qənaət prinsipi baxımından əlavə hüquqi qiymət verməyə lüzum görmür.
21. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı, şahid ifadələri ilə iddiaçıların iddia etdiyi hallar müəyyən edilməmişdir.
22. Qeyd olunan hallar mülki xarakterli mübahisə olduğundan məhkəmə mülki iş üzrə xüsusi qərardad qəbul edilməsinə əsaslar görməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 337.1, 337.2, 339.2, 339.3, 3 59.1, 375.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
25. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə qəbul edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5177/2022 nömrəli iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməs i ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mülki işdə iddiaçı tərəf əqdin aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Mübahisəli daşınmaz əmlaklar məhz iddiaçılar İddiaçı2 və İddiaçı3 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış (daha əvvəl isə onların icarəsində olmuş), digər iddiaçı Sevinc Həsən qızının hər hansı əmlak (əşya) hüququ mövcud olmamışdır. Belə olan halda, həmin əmlakların müqəddəratının həllinin İddiaçı1 iradəsindən asılı olması barədə dəlillər ağl abatan olmamaqla, qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Beləliklə, təqdim olunmuş sübutlar (şahid ifadələri və s.) və irəli sürülmüş dəlillər özü-özlüyündə mübahisələndirilən əqdlərin müvafiq əsaslarla etibarsızlığına səbəb ola bilməz. İddiaçı1 isə əqdləri mübahisələndirməkdə ümumiyyətlə subyektiv (tələb) hüquqları mövcud deyildir.
28. Məhkəmə, həmçinin qeyd etmişdir ki, alqı-satqı müqavilələri üzrə alıcılar vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan torpaq sahələrinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) qanunsuz sayıla bilməz. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçılar mübahisəli əmlaklarla bağlı cavabdehin adına 03 mart 2020-c i il tarixdə etibarnamələr vermiş və həmin etibarnamələrin məhz əmlakların özgəninkiləşdirilməsi məqsədi daşımasını bilmiş, müvafiq əqdlərin 04 mart 2020-ci il tarixdə bağlanmasına baxmayaraq, hazırki iddia ilə yalnız 20 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, iddia bütün hissələrdə tam əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337-354, 140, 148.2-ci, MPM-in 77.1 və 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004, xx.xx.2004, xx.xx.2004, xx.xx.2008-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İdd iaçılar (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini, mümkün olmadıqda işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil5 kassasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddiaya və apellyasiya şikayətinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli i radə ifadəsidir.
34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
38. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edə rək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
39. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı icraat üzrə apellyasiya məhkəməsinin aktı iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaə tə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5177/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.