Məhkəmə qərarları › İş №2(103)-5177/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5177/2022

27.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5177/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 və Vəkil4, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil5, Cavabdeh Fərhad-zadə Emir Rövşən oğlunun nümayəndəsi (vəkili) Vəkil6, Cavabdeh3 nümayəndəsi (vəkili) X7, Cavabdeh4 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)- 692/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Fərhad-zadə Emir Rövşən oğluna qarşı “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış, xx.xx.2020 tarixli AN-1 seriyalı ******* nömrəli, reyestdə 40-103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 5 saylı Notariat Ofisi xx.xx.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-42 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Daşınmaz əmlakların alq-satqısına dair yuxanda qeyd edilən müvafiq müqavilələrin və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi mümkün hesab edilmədiyi halda, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qayada 619000 manat və məhkəməyə ödənilmiş dövlət rüsumlarının tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 X14 və onun həyat yoldaşı İddiaçı1 məxsus olan Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 539A saylı bağ evində yaşayaraq bağın saxlanmasına, qulluq edilməsinə işinə baxmış və bu işin görülməsi üçün xiddmət haqqı almışlar. İddiaçı2 ailəsi ilə bağ sahibi olan Bağırovlar ailəsi arasında uzun illər ərzində biri-birinə inam və hörmət üzərində qurulan səmimi münasibətləri olmuşdur. Həmin ərazidə İddiaçı1 mərhum atası və həyat yoldaşından qalan bağ sahəsinin faktiki ərazisi 0,5 hektardan çox olmuş və bu bağa uzun illər ərzində onlar tərəfindən qulluq göstərilməklə daş hasara alınmış, darvaza qapı qoyulmuşdur. Hazırkı mübahisəli bağ sahəsi İddiaçı1 atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla sonradan onun istifadəsinə keçmişdir. Bağ sahəsinin yaşayış yeri olan hissəsi İddiaçı1 tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, Bağırovlar ailəsinin yaşayış yeri olan bağ sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan 543 saylı 0,10 ha bağ sahəsi və 543a saylı 0,09 ha bağ sahəsi də olmuşdur. X18 543 saylı 0,10 ha bağ sahəsini və 543a saylı 0,09 ha bağ sahəsini həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına aldırmaq istəmiş, lakin həmin vaxt İddiaçı1 Azərbaycan Respublikasıdan kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həvat yoldaşı İddiaçı3 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır. xx.xx.2019-cu ildə X2 şəhərində vəfat etmişdir. Əldə edilmiş materiallar, səs yazısı və ifadələr əsasında müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə X11 vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edən mərhum Toğrul Bağırovun qardaşı oğlu Cavabdeh1 İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 yaxınlaşaraq bu bağ sahələrinin İddiaçı1 istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və heç nədən narahat olmamaqlarını bildirmişdir. Bundan sonra İddiaçılardan öz adına etibarnamə almış və həmin torpaq sahələrini digər cavabdehə satmışdır. İddiaçı1 2021-ci ilin may ayında xalası qızı Ülviyə Mikayılova ilə söhbət zamanı sonuncu ona mübahisəli bağ sahəsində ev inşa edildiyini iddiaçıdan soruşmuşdur. İddiaçı1 ona bu barədə heç bir məlumatının olmadığını və hansı haqla kimlərin orda ev tikdirdiklərini aydınlaşdıracağını bildirdikdən sonra işlərində ona kömək edən X5 və X19 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. Onlar xx.xx.2021-ci il tarixdə birlikdə olarkən zəng edərək iş üzrə Cavabdeh1 və iddiaçı olan İddiaçı2 torpaqlarla bağlı məsələni soruşmuşlar. Cavabdeh1 bağ sahəsinin Toğrul müəllim (X18 xx.xx.2019-cu ildə Moskva şəhərində vəfat etmişdir) tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini demişdir. İddiaçı2 isə zəng zamanı bildirmişdir ki: "həri xəbəri var, Rufat o vaxt gəldi, Rufat gəldi-getdi, kiminlə razılaşdirdirmışdır ki? sualına bilmirəm Vallah, 7-8 av olar da Rufat gəlmişdi dedi Sevinc xanım bilir, ... hamısı bilir ..." cavabı vermişdir. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, Cavabdeh1 xx.xx.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq guya torpaqları 2019-cu ildə vəfat etmiş mərhum əmisi Toğrul Bağırov tərəfindən özgəninkiləşdirdiyini deməklə onları da altadmağa cəhd etmişdir. Bu zəngə aid danışıqlar X5 məxsus olan "Samsung Calaxy J6" markalı mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edilməsi üçün X10" MMC-yə təqdim edilmişdir. X10" MMC-nin 594 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizası növündə səsin və şifahi nitqin tətqiqinə dair Mütəxəsis rəyində danışıqların mətn'əri qeyd edilmişdir (mütəxəssis rəyi iddia ərizəsinə əlavə edilir). xx.xx.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, Cavabdeh1 iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 guya İddiaçı1 mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui-istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər Cavabdeh2 adına özgəninkiləşdirmiş və sonradan başqa cavabdehə satmışlar. Belə ki, Bakı şəhəri 5 saylı Notariat Ofisi 05.10.943 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə- 103 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-104 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan, Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsi işdə olan digər Cavabdeh2 36500 manata və 543a saylı 0,09 ha bağ sahəsini Cavabdeh2 33000 manata satmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2672 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-42 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 40-43 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsi işdə olan digər Cavabdeh2 tərəfindən digər cavabdeh X8 70000 manata və 543a saylı 0,09 ha bağ sahəsini 60000 manata satmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021 -ci il tarixli, 4Ə-554 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsinin 870 kv.metr sahəsi işdə olan digər cavabdeh X12 tərəfindən Cavabdeh4 34000 manata satmışdır. Bu notariat işində olan çıxarışdan məlum olur ki, X6 adına olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı bağ sahəsi 0,3350 hektardır. Yəni həmin sahənin 870 kv.metr sahəsi alqı-satqı predmeti olmuşdur. Notariat işinin materiallarından aydın olur ki, cavabdeh X8 xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən 543 və 543A nömrəli bağ sahələrinin müvafiq olaraq 0,10 və 0,09 ha satıldıqdan sonra İddiaçı1, faktiki olaraq, sahibliyində və istifadəsində olan, həmçinin, ümumi hasar daxilində olan qalan ərazi, yəni 0,245 ha bağ torpaq sahəsi, qanunsuz olaraq, cavabdehin adına özəlləşdirilmiş və cavabdeh X8 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və daşınmaz əmlakın reyest nömrəsi **********64 olan Çıxarış verilmişdir. X1 tərəfindən İddiaçı1, faktiki olaraq, sahibliyində və istifadəsində və ümumi hasar daxilində olan, 0,245 ha bağ torpaq sahəsi də, qanunsuz olaraq, cavabdeh X12 tərəfindən zəbt edilmiş və özəlləşdirilmişdir. "X10" MMC-nin xx.xx.2021-ci il tarixli "daşınmaz əmlakın qiymətləndirilməsi barədə" Hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 1 ünvanda yerləşən 0.3350 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485800 manat müəyyən edilmişdir. "X10" MMC-nin xx.xx.2021-ci il tarixli "daşınmaz əmlakın qiymətləndirilməsi barədə" Hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2 ünvanda yerləşən 0.09 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133200 manat müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin bazar dəyərindən qat-qat aşağı qiymətə satılıb-alınması, iddaçı tərəfindən hasara alınmış 0,250 ha torpaq sahəsinin qanunsuz və əsassız olaraq (ilkin huquqmüəyyənedici sənədlər olmadan) mülkiyyət huququ əldə edilməsi cavabdehlər arasında əlbirliyin və aralarında qanunsuz sövdələşmələr olmasına dəlalət edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X12 müştərək qayada 485800 manat və 133200 manat olmaqla ümumilikdə iddiaçılara 619000 manat zərər vurmuşlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 541 saylı 0,2450 hektar bağ sahəsi üzrə Cavabdeh2 adına olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 daşınmaz əmlakın reyestr nömrəli dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020 tarixli AN-1 seriyalı ******* nömrəli, reyestdə 4Ə-103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 5 saylı Notariat Ofisi xx.xx.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-42 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh3 ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-316 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə X9 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65-10301 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, mübahisəli 543, 543A nömrəli və ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və Cavabdeh4 adına qeydiyyata alınmış 870 kv.metr olan torpaq sahələrindən cavabdehlərin çıxarılması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)- 692/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd olunmuşdur. İddiaçılar qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndələri (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən; - ünvan 4 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi 18 fevral 2016-cı il tarixdə İddiaçı2 adına, ünvan 5 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi isə 19 fevral 2016-cı il tarixdə İddiaçı3 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - İddiaçı2 və İddiaçı3 tərəfindən qeyd edilən bağ sahələri üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və s.) da daxil olmaqla 03 mart 2020-ci il tarixdə Cavabdeh1 adına etibarnamələr verilmiş, həmin etibarnamələr Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu N.Vədətov tərəfindən təsdiq olunmuşdur. - Həmin daşınmaz əmlaklar Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq olunmuş 04 mart 2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 satılmış, müqavilələr nümayəndə kimi Cavabdeh1 tərəfindən imzalanmışdır. - Cavabdeh2 qeyd edilən daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları 05 mart 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Cavabdeh2 qeyd edilən daşınmaz əmlakları Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş 21 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh3 satmış, sonuncunun mülkiyyət hüquqları 04 mart 2021-ci il tarixdə (543 saylı bağ sahəsi) və 05 mart 2021-ci il tarixdə (543a saylı bağ sahəsi) dövlət qeydiyyatına alınmışdır. - Cavabdeh2 qeyd edilən daşınmaz əmlakları Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş 21 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh3 satmış, sonuncunun mülkiyyət hüquqları 04 mart 2021-ci il tarixdə (543 saylı bağ sahəsi) və 05 mart 2021-ci il tarixdə (543a saylı bağ sahəsi) dövlət qeydiyyatına alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 mart 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan və 19 may 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Mərdəkan qəsəbəsi 0,10 hektar torpaq sahəsi olan 543 saylı bağ sahəsi, 0,09 hektar torpaq sahəsi olan 543a saylı bağ sahəsi və 0,245 hektar torpaq sahəsi olan 541 saylı bağ sahəsi Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 21 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında 04 mart 2021-ci il tarixdə ümumi sahəsi 0,335 hektar olan 543 saylı bağ sahəsi kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin bağ sahəsinin 0,087 ha hissəsi alqı-satqı müqaviləsi əsasında 543T saylı bağ sahəsi kimi Cavabdeh4 Hacıbaba oğlunun adına, yerdə qalan 0,248 ha hissəsi 543 saylı bağ sahəsi kimi 02 iyun 2021-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir - Cavabdeh2 ilə Fərhad-zadə Emir Rövşən oğlu arasında bağlanmış 01 aprel 2021ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən satıcı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Fərhad-zadə X21 Cavabdeh2 satdığı tam hissəni (0,1 ha) ondan 85000 manat qiymətinə aldı. Birinci isntansiya iddianın əsassız olması nəticəsinə gələrkən – iddiaçılar tərəfindən iddia tələblərinin əsası kimi istinad olunan halların sübut olunmamasını (sübutetmə yükünün həyata keçirilməməsinə), əqdi mübahisələndirməkdə iddia müddətinin keçməsinə, alqı-satqı müqavilələri üzrə əmlakı əldə edənlərin vicdanlı olmalarına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olubolmaması, yəni mübahisə predmeti olan əqdlərin mübahisələndirilməsi üçün tələb hüququnun mövcudluğu; 2) Əgər müvafiq sübyektiv hüquq mövcuddursa, cavabdehlərin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşin hallarına əsasən – mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi 18 fevral 2016-cı il tarixdə İddiaçı2 adına, ünvan 5 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi isə 19 fevral 2016-cı il tarixdə İddiaçı3 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı2 və İddiaçı3 tərəfindən qeyd edilən bağ sahələri üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və s.) da daxil olmaqla 03 mart 2020-ci il tarixdə Cavabdeh1 adına etibarnamələr verilmiş, həmin etibarnamələr Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu N.Vədətov tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin daşınmaz əmlaklar Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq olunmuş 04 mart 2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 satılmış, müqavilələr nümayəndə kimi Cavabdeh1 tərəfindən imzalanmışdır. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən əqdlər, sonuncular tərəfindən verilmiş notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanmışdır. Mülki qanunvericilik isə əqdin təmsilçi vasitəsilə də bağlanması imkanını müəyyən etmişdir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 359.1, 362.1 və 362.2-ci maddələri). Qeyd edilməlidir ki, MM-in 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nətijəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məjəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nətijələrə səbəb ola bilən əqd anlaşılır. Kollegiya, əqdin etibarsız sayılması tələbində aldatmaya istinad olunduğunu nəzərə alaraq bildirir ki, MM-in 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. MM-nin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Mülki qanunvericiliyinin normalarının məzmunundan göründüyü kimi, aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. İddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Hazırkı mülki işdə isə iddiaçı tərəf əqdin aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi mübahisəli daşınmaz əmlaklar məhz iddiaçılar İddiaçı2 və İddiaçı3 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış (daha əvvəl isə onların icarəsində olmuş), digər iddiaçı Sevinc Həsən qızının hər hansı əmlak (əşya) hüququ mövcud olmamışdır. Belə olan halda, həmin əmlakların müqəddaratının həllinin İddiaçı1 iradəsindən asılı olması barədə dəlillər ağlabatan olmamaqla, qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Beləliklə, təqdim olunmuş sübutlar (şahid ifadələri və s.) və irəli sürülmüş dəlillər özü-özlüyündə mübahisələndirilən əqdlərin müvafiq əsaslarla etibarsızlığına səbəb ola bilməz. İddiaçı Sevinc Həsən qızının isə əqdləri mübahisələndirməkdə ümumiyyətlə subyektiv (tələb) hüquqları mövcud deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, MM-nin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mulkiyyətciyə nisbətdə onun daha üstün hüquqi movqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. İşdən, həmçinin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, yuxarıda qeyd edilmiş alqı-satqı müqavilələri üzrə alıcılar torpaq sahələrini əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna gorə də hazırki işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıcı ilə bağlı normalarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqavilələri üzrə alıcılar vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan torpaq sahələrinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı muqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) qanunsuz sayıla bilməz. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçılar mübahisəli əmlaklarla bağlı cavabdehin adına 03 mart 2020-ci il tarixdə etibarnamələr vermiş və həmin etibarnamələrin məhz əmlakların özgəninkiləşdirilməsi məqsədi daşımasını bilmiş, müvafiq əqdlərin 04 mart 2020-ci il tarixdə bağlanmasına baxmayaraq, hazırki iddia ilə yalnız 20 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, iddia bütün hissələrdə tam əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)- 692/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-692/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar