Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-837/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-52 25/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mübahisə predmeti olan mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildir.
2. Həmin mənzil Cavabdeh1 MTK tərəfindən 20 dekabr 2006-cı il tarixli müqavilə əsasında X1, mənzilinin qiyməti 36464 ABŞ dolları müəyyən edilmişdir. Mənzilin dəyəri müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödənilməklə, xx.xx.2008-ci il tarixdə tamamlanmışdır. MTK mənzilə görə borcun olmaması barədə Natiq Əhmədova xx. xx.2008-ci il tarixli maliyyə arayışı vermişdir (1-ci cild, i/v 161-175).
3. Qeyd olunan müqavilə olmasına baxmayaraq, Cavabdeh1 MTK 02 aprel 2011-ci il tarixdə həmin mənzilin alğı-satqısına dair Cavabdeh2 ilə də müqavilə bağlamış, mənzilin qiyməti 44080 manat müəyyən edilmişdir. Cavabdeh2 onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsi barədə 02 aprel 2016-cı il tarixli maliyyə arayışı verilmişdir (1-ci cild, i/v 195-196). 4. 10 aprel 2015-ci il tarixdə X5 MTK-ya ərizə ilə müraciət edərək, mübahisəli mənzili satmaq istədiyini bildirmiş və mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh1 MTK ilə İddiaçı arasında 10 aprel 2015-ci il tarixli müqavilə bağlanmış, müqavilədə sözügedən mənzilin “addan ada dəyişməsi” göstərilmiş, mənzilin dəyəri 38287 manat məbləğində müəyyə n edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi ilə bağlı 10 aprel 2015-ci il tarixli maliyyə arayışı verilmişdir (1-ci cild, i/v 150-160).
5. Mənzil Cavabdeh2 istifadəsində olmuş və xx.xx.2018-ci ildə onunla "xxxx" ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavilə və xx.xx.2018-ci ildə “Azəriqaz” İB BRSD ilə qazın alğı-satqısı barədə müqavilə bağlanmış, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə akt tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cav abdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili “Yaşayış binasında mənzil tikin tisi haqqında” müqaviləyə əsasən, əvvəlki sahib X2 adından onun ərizəsinə əsasən adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğdə pul onun tərəfindən ödənilmişdir və bu barədə ona xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmin vaxt mənzil təmirsiz olduğundan ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilinə baş çəkmişdir. Bu yaxınlarda növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bu barədə dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir.
8. Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2021 nömrəli, 8 iyul 07 2021-ci il tarixli qiyabi qə tnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbləri təmin olunmuşdur.
9. Cavabdeh2 qiyabi qətnamənin ləğv olunması barədə ərizə vermiş və Yasamal Rayon Məhkəməsinin 2(004)- 3947/2022 nömrəli, 05 iyul 07 2022-ci i il tarixli qərardadı qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir.
10. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli 145 saylı mənzil xx.xx.2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”yə əsasən onun tərəfindən alınmış və mənzilin dəyəri kimi 44.080 manat ödənilmiş, mənzilin pay dəyərinin tam ödənilməsi barədə ona həmin tarixli arayış təqdim edilmişdir. Mənzil 2014-cü ildə ona təhvil verilərkən boş və təmirsiz olmuş, orada heç kim yaşamamışdır. Mənzili əsaslı şəkildə təmir etdirmiş, uzun illər ərzində mütəmadi şəkildə a ilə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və kommunal xidmətlərdən istifadəyə görə haqq da ödəmişdir. İddiaçı mübahisəli mənzili xx.xx.2015-ci ildə aldığını bildirsə də, bir dəfə də mənzilə baş çəkməmiş, oradakı vəziyyətlə maraqlanmamışdır. Ən azından satıldığı zaman mənzil alıcı İddiaçı təqdim edilməli, mənzilin şəraiti ilə tanış edilməli idi. Lakin keçən 10 il ərzində iddiaçı və ya başqa şəxslər həmin mənzilə gəlməmiş, ona dair hər hansı tələb irəli sürülməmişdir. İddiaçı ilə xx.xx.2015-ci il tarixli müqavilə, onunla MTK arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlandıqdan və mənzilə dair sahiblik və istifadə hüququ yarandıqdan 4 ildən çox müddət keçdikdən sonra bağlanmışdır. Qanunun tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifad ə olunmuş hüquqi mövqeyinə əsasən, Cavabdeh1 MTK artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından, həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilib-edilməməsindən asılı olmayaraq, əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsız əqddir. Mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Hazırki iş üzrə mübahisəli mənzilə dair müqavilə bağlanılmasında və onun alıcıya t əhvil verilməsində ilkinlik ona məxsus olduğundan, iddiaçının həmin mənzilin boşaldılması və ona təhvil verilməsi tələbi təmin edilə bilməz. İddiaçı onunla Kooperativ arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından və müqavilənin tərəfləri əqdi mübahisələndirmədiyindən hazırki iddia tələbi əsasında xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilə bilməz. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə hə min əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə dair nəinki mülkiyyət hüququ mövcud olmuş, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Habelə, iş materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2021-ci il tarixli, M/H-75 saylı məktubu hazırki iş üzrə həlledici rol oynamır. İlk növbədə, Kooperativ adından təqdim edilən məktub səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məktubu imzalayan S.Alışov adlı şəxsin kimliyi məlum deyil və onun İdarə heyətinin sədri olan C.Alışovu kooperativin idarəçiliyi ilə bağlı təmsil etmək səlahiyyəti yoxdur. Məktuba əlavə edilmiş etibarnamə kooperativin idarə heyətinin sədri kimi deyil, fiziki şəxs olaraq C.Alışovun müxtəlif orqanlar və şəxslər qarşısında təmsil edilməsinə səlahiyyət verilməsinə dəlalət edir. Məktubda Cavabdeh1 MTK ilə X6 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlandığı və sonradan mənzilin İddiaçı adına keçirilməsi haqqında ərizə verildiyi qeyd edilsə də, onunla bağlanmış müqavilə onun barəsində heç bir qeyd edilmədən məktuba əlavə edilmişdir, əlavə edilmiş xx.xx.2011-ci il tarixli müqavilədə “Payçı” qismində əks olunan imza ona aid deyil və aşkar şəkildə imzasından fərqlidir, təqdim edilən sənədlər tam deyil. Mənzilə dair pay haqqının onun tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı da Kooperativ tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2006-cı il t arixli müqavilə və mənzilin İddiaçı adına keçirilməsinə dair razılıq ərizəsində mübahisəli mənzilin nömrəsi üzərində düzəliş edilməklə ilkin yazılmış nömrə silinmiş, qaralanmaqla, sonradan “145” nömrəsi qeyd edilmişdir, Habelə, müqavilə və razılıq ərizəsində X2 imzası kimi əks olunan imzalar da fərqlidir. Onlardan biri həqiqətən Əhmədov tərəfindən çəkilmişdirsə, digərinin onun tərəfindən çəkilmədyi açıq-aşkar müəyyən olunur. Görünən odur ki, hazırda məhkəməyə təqdim edilən sənədlər kooperativin rəhbəri kimi özünü təqdim edən şəxslərlə əlbir olaraq mənzilin qanunsuz yollarla ələ keçirilməsi çalışanların qanunsuz məqsədlərinə xidmət edən saxta sənədlərdir. Bu səbəbdən həmin sənədlər mötəbər sübut kimi qəbul edilə və mübahisəli mənzilə dair əvvəllər X2 və ya onunla əldə olunmuş razılaşmaya əs asən iddiaçının hər hansı hüquqununun mövcud olduğu qənaətinə gəlinə bilməz.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmumununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2016-cı il tarixinə kimi mənzildə heç kim yaşamamışdır. İddiaçının yoldaşı vəfat etdiyi üçün başı qarışıq olmuşdur. Cavabdeh mənzilə daxil olaraq qıfılı dəyişdirmişdir.
12. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərindən 2011-ci ildə mübahisəli mənzil alınmış, 2014-cü il tarixdə onlara təhvil verilmiş və 2015-2017-ci illərdən orada təmir etdirərək yaşamağa başlamışlar. Onlar bunu təsdiq etmək üçün qonşu ları şahid kimi məhkəmə iclasına dəvət edə bilərlər. Həmin mənzili təxmini 44000 manat məbləğində pul ödəyərək almışlar. Hazırda mübahisəli mənzil onların istifadəsindədir. Mənzili ilk alarkən bina tam təhvil verilmədiyindən, mənzildə hər hansı bir kommunal xətlər olmamış, onun təşəbbüsü ilə həmin xəttlər sonradan çəkilmişdir.
13. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, dəyişdirmə yolu ilə də mənzil almaq cinayət deyildir. İlk öncə Cavabdeh2 179 saylı mənzil təklif edilmişdir. Həmin 179 saylı mənzilə aid müqavilə və maliyyə arayışı mövcuddur. Bundan sonra 179 saylı mənzildə problem olduğundan hazırki mübahisəli mənzil ilə dəyişdirilmişdir. Buna dair yeni müqavilə və maliyyə arayışı Eminovaya təqd im edilmişdir. 2011-ci ildə sözü gedən bina yarımçıq olmuşdur. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə dair nəinki mülkiyyət hüququ mövcud olmamış, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Ümumiyyətlə iddiaçının hazırki i ddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bundan başqa ona verilmiş suallara cavab olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs sözü gedən mənzilin dəyərini, 2016-cı il tarixdə deyil, məhz 2011-ci il tarixdə ödəmişdir.
14. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X11 izahatında bildirmişdir ki, 2006-cı ilin dekabr ayında MTK tərəfindən mənzil Natiq Əhmədova satılmışdır. Onda olan məlumata görə, Əhmədov Natiqin ərizəsi əsasında sözü gedən mənzil 2015-ci ilin aprel ayında hazırki iş üzrə iddiaçı Qəndəf xanıma satılmışdır. İddiaçı rayonda yaşayır. Qəndəf xanımın ailəsində bəzi problemlər yaşanmışdır. Qəndəf xanım mənzilinə baxış keçirərkən mənzilinin zəbt edildiyini aşkar etmişdir. Cavabdeh2 verilmiş müqavilə ilə bağlı bildirir ki, evin tikintisi gedən dövrdə Tahir adlı təsisçi olmuşdur. Həmin təsisçi ilə MTK tərəfindən müqavilə bağlanmışdır və Tahir tərəfindən verilmiş beton və sair tikinti materiallarının haqqı ödənməzsə, hazırki iş üzrə mübahisəli mənzil Tahirə veriləcəkdir. Lakin Tahir öz öhdəliklərini yerinə yetirmədiyindən həmin müqavilə yarımçıq qalmışdır. Müqavilə Şəhanə xanımla deyil, Tahirlə bağlanmışdır, ola bilər Tahir həmin müqaviləni Şəhanə xanıma imzalatdırmışdır. Heç Şəhanə xanıma verilmiş müqavilənin əsli MTK-da yoxdur. 2017-ci ildə Cavabdeh2 sözü gedən mənzilə daxil olmuşdur, MTK işçiləri Şəhanə xanımı Qəndəf xanım bilmişlər. Sonradan isə Şəhanə xanım evin onun olduğunu bildirərək, onun adına olan müqaviləni MTK-nın əməkdaşlarına təqdim etmişdir. Həmin dövrdə MTK-nın sədri Alışov həbs edildiyindən bütün sənədlər hüquq mühafizə orqanları tərəfindən götürülmüşdür. Bu qarışıqlıqdan istifadə edərək Eminova mübahisəli mənzili zəbt etmişdir. Cavabdeh2 MTK tərəfindən mənzil təhvil verilməmişdir, o, özü mənzilin qapısının açarlarını dəyişərək mənzilə daxil olmuşdur. Üzvlüyə qəbul edilməsi barədə Qəndaf Məlikovaya münasibətdə protokol mövcuddur. Lakin Cavabdeh2 münasibətdə üzvlüyə qəbul protokolu mövcud deyildir. İddiaçı tərəfindən MTK-ya mənzilin tam haqqı ödənilmişdir və mənzil iddiaçıya təhvil verilmişdir. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandı rmışdır ki, Cavabdeh1 MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də Cavabdeh2 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir. Adı çəkilən MTK ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl X6 ilə MTK arasında tərtib edilmiş müqavilə əsasında bağlanmış olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh2 sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil Cavabdeh2 sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa sözlə, M TK Cavabdeh2 ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2015-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir.
17. İddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini, lakin bir müddət sonra Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia etsə də, bu hallarla bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə mübahisəli mənzilin üzün illərdi və hal-hazırda Cavabdeh2 istifadəsində olması, mənzilin 2015-2016-ci illərdə onun tərəfindən təmir ediməsi, mənzilə dair sonuncu ilə kommunal xidmət lərin (qaz, su, elektrik) həyata keçirilməsi ilə bağlı 2018ci il tarixli müqavilələrin imzalanması və ötən müddət (illər) ərzində heç bir müdahisə bildirilmədən sahiblik və istifadəsində olması müəyyən edilmişdir.
18. Məhkəmə iddiaçının bu illər ərzində ailə problemləri və qayğıları ilə əlaqədar olaraq mənzilə baş çəkə biməməsi və bu səbəbdən də, mənzildə başqa şəxslərin məskunlaşmasından xəbərdar olmaması ilə bağlı izahatına tənqidi yanaşaraq, qeyd olunan xüsusatların inandırıcı olmamaqla işin hallarına da, uyğun gəlməməsi qənaətinə gəlib.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tu tulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir (2(102)88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar).
21. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzil nə xx.xx.2006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında X2, nə də ki, xx.xx.2015-ci il tarixli müqavilə əsasında hazırki iş üzrə iddiaçının faktiki sahiblik və istifadələrinə verildiyindən, digər tərəfdən isə, Cavabdeh2 lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır.
22. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh2 verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmə k imkanını əldə etmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
23. Eyni zamanda, məhkəmə qeyd edib ki, işin müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir.
24. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 337.1, 337.2, 452.1, 567, 568, 575.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354 -cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin157.8, 165, 337, 340.1,340.2 567, 568.1, 575.2, 452.1-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Cavabdeh2 adına verilmiş formal müqavilənin etibarsızlığı işin halları ilə tam sübut olunur, iddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır. İddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi faktı həm müqavilədə, həm də maliyyə arayışında təsdiqlənmişdir. Nəzərə alınmalıdır ki, 145 saylı mənzilə dair ilkin olaraq MTK ilə X6 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış, ödənişlər sonuncu tərəfindən edilmiş və mənzil ona təhvil verilmişdir. xx.xx.2015-ci il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, mənzil əvvəlki sahib X2 adından onun ərizəsinə əsasən İddiaçı adına keçirmişdir. Göründüyü kimi, hazırki mülki iş X2 hüquq və vəzifələrinə toxunur və bu səbəbdən onun cəlb olunması mütləq və zəruri idi. Bu barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə qanunsuz olaraq vəsatəti təmin etməmişdir. Məhkəmə iddia ərizəsinə cavabdehin etirazını qətnaməyə köçürməklə kifayətlənmiş və bu səbəbdən də iddia tələbinin hansı əsaslarla təmin edilməməsini əsaslandı ra bilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)-576/2023 nömrəli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Cəmilə Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hanslı sübut təqdim etməmişdir.
29. İş üzrə digər cavabdeh olan Cavabdeh1 MTK-nın nümayəndəsinin mənzilin Cavabdeh2 təhvil verilməməsi, onun mənzili özbaşına olaraq tutması, MTK-nın əməkdaşlarının Cavabdeh2 İddiaçı ilə səhv salmaları ilə bağlı bildirdiklərini də kollegiya işin hallarına uyğun hesab etməmiş, qeyd etmişdir ki, yaşayış sahəsinin təhvil verilməsi zamanı sahəni təhvil alan şəxsin şəxsiyyəti yoxlanılmadan və mənzilə aidiyyatı müəyyən edilmədən yaşayış sahəsinin verilməsi ağlabatan deyildir.
30. MTK-nın nümayəndəsi Cavabdeh2 mübahisəli mənzilin qapısının açarlarını özbaşına dəyişməklə mənzili zəbt etdiyini bildirsə də, keçən müddət ərzində mənzili zəbt etmiş şəxsə qarşı heç bir tədbir görülməməsinə (onun mənzildən çıxarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi, məhkəmədə iddia qaldırılması və s.) aydınlıq gətirməmişdir.
31. Bundan başqa, Cavabdeh2 uzun illər ərzində mübahisəli mənzildə yaşaması, orada təmir işləri aparması, kommunal xidmətlər ödəməsi şəraitində onun şəxsiyyətinin qeyri-müə yyən olaraq qalmasının da ağlabatan izahı yoxdur.
32. Qeyd edilənlərlə yanaşı, iş materiallarından da göründüyü kimi, mübahisəli mənzilə kommunal xidmətlərin (qaz, su, elektrik, telekommunikasiya) göstərilməsi ilə bağlı Cavabdeh2 ilə əlaqədar qurumlar arasında 2018-ci il tarixli müqavilələr imzalanmışdır ki, bu da qeyd edilən mənzilin ona təhvil verilməsini və ötən müddət (illər) ərzində heç bir mübahisə olmadan onun sahiblik və istifadəsində olmasını bir daha təsdiq edir.
33. Beləliklə, mübahisəli mənzilin Cavabdeh1 MTK tərəfindən digər Cavabdeh2 təhvil verilməsi araşadırma zamanı öz təsdiqini tapır.
34. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına s əbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 324.1, 234.2, 324.5, 337.1, 337.2, 567, 568.1, 575.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarına istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
36. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya insyansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əsaslandır ılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əmlak üzərində sərəncam vermənin (alğı-satqı, özgəninkiləşdirmə və s.) öz-özlüyündə təhvil verilmənin bir hissəsi olmasını nəzərə almamışdır. Belə ki, dəyərini ödəmiş olduğu və ona təhvil verilmiş mənzili X12 Məlikovaya göstərməklə satırsa və MTK bu rəsmiləşməni aparırsa artıq bu hal mənzilin kimə təhvil verilməsini təsdiq edir. Cavabdeh2 isə artıq ilkin olaraq Natiq Əhmədova təhvil verilmiş mənzilə açarı dəyişməklə daxil olması mənzilin ona təhvil verilməsi hesab edilə bilməz. Məhkəmə həmçinin, Cavabdeh2 ilə müqavilənin 2011-ci ildə bağlansa da, ödəniş barədə maliyyə arayışının 2016-cı ildə verilməsini nəzərə almamışdır. Nəzərə alınsa ki, həmin müqavilə üzrə MTK-nın öhdəliyi, Cavabdeh2 əmlakın dəyərinin ödənilməsinə dair öhdəliyini icra et dikdən sonra yaranırdı. Cavabdeh2 öhdəliyini icra etmədən (əmlakın dəyərini ödəmədən) mənzilin ona təhvil verilməsi mümkün deyildi. Cavabdeh2 adına maliyyə arayışı verildiyi tarixə qədər isə (2016-cı il) artıq mübahisəli mənzil 2006-ci ildə ilkin olaraq Natiq Əhmədova, 2015-ci ildə isə İddiaçı təhvil verilmişdir. Kassator həmçinin qeyd etmişdir ki, iş materiallarında iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara deyil, mövcud olmayan halları yanlış müəyyən etməklə əsaslandırılmışdır. Bundan başqa, mübahisəli mənzil Cavabdeh2 birbaşa təhvil verilməmişdir və onun mənzilə məhz 2017-ci ildə özbaşına daxil olması halı öz təsdiqini tapır. Bu faktı məhkəmə özü də dolayısı ilə etiraf edərək (səhifə 10/11, 43-cü bənd) qeyd etmişdir ki, qıs a zaman kəsiyində (ola bilsin mənzil 2017-ci ilin sonunda zəbt olunduqdan sonra 2018-ci ilin əvvəlindən etibarən), yəni 2018-ci ildə Cavabdeh2 tez-tələsik kommunal xidmətlərə dair qurumlarla müqavilələr bağlamışdır. Lakin məhkəmə kommunal xidmətlərə dair müqavilələrin bağlanmasını əsassız olaraq MTK-nın mənzilin məhz ona təhvil verməsi kimi qiymətləndirmişdir.
38. Cavabdeh2 kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, binanın tikintisi istismar qaydalarına uyğun başa çatdırılmamış, kooperativ tərəfindən payçılar aldadılmış, bina atılaraq məsul şəxslər aradan çıxmış və bəziləri cinayət məsuliyyətinə cəlb olunaraq cəza almışlar. Ala-yarımçıq vəziyyətdə mənzillər payçılara, o cümlədən 2014-cü ilin ortalarında Cavabdeh2 təqdim olunmuşdu r. Payçılar öz vəsaitləri hesabına binada xeyli işlər görərək, lift quraşdıraraq müəyyən şərait yaratmış, öz hesablarına ümumi istifadəli yerlərin və mənzillərin təmirinə başlamış, həyətdə səliqə-sahman yaratmışlar. Cavabdeh2 oğlunun toyu ərəfəsində mənzilində əsaslı bəzək-tamamlama işləri aparmışdır. 2014-cü ilin sonlarından başlayaraq həmin mənzildən özü, ailə üzvləri və qohumları yaşayış üçün istifadə etməyə başlamış və bu gün də istifadə edirlər. Mənzildən istifadə etmə və orada yaşama ilə əlaqədar onlara heç vaxt heç kəs müraciət etməmiş və narazılıq bildirməmişdir. Mənzilin elektrik enerjisi, su, qaz və kommunal xidmətlərlə təminatı Kooperativin sənədlərinə əsasən həll olunmuş, fərdi qaydada sayğaclar quraşdırılmış və ödənişlər aparılmışdır. İddiaçı qarmaqarışıq ifadələrlə mənzilin C avabdeh2 tərəfindən qanunsuz zəbt edildiyini, guya İddiaçı sahibliyində olan mənzilin zorla ələ keçirildiyini bildirsə də, öz mövqeyini təsdiq edən heç bir sübut təqdim edə, 7 ildən çox müddət ərzində nə Kooperativə, nə Cavabdeh2, nə də əlaqədar orqanlara müraciət etməməsinin səbəblərini izah edə bilməmiş, mənzilin “istifadəsində, sərəncamında və mülkiyyətində” olmasının əsaslarını və anlamını izah edə bilməmişdir. Tərtib olunmuş mötəbər olmayan sənədlərdən də görünür ki, iddiaçı mənzili fiziki şəxsdən deyil kooperativdən qəbul etmişdir və həmin vaxt Cavabdeh2 istifadəsində olan və onun tərəfindən yol verilmədən mənzilə daxil olmağın mümkün olmadığı halda, mənzilə baxmadan onun dəyərini ödəməsi olduqca böyük təəccüb və inamsızlıq yaradır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kol legiyasının 2(102)-2120/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)-576/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni baxılması üçün göndərilmişdir (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova, Vüqar Həsənov).
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilən işin hallarına əsasən mübahisəli mənzil ilkin olaraq Natiq Əhmədova xx.xx.2006-cı il tarixdə satılmış, mənzilin dəyəri tam ödənilmişdir. xx.xx.2015-ci il tarixdə Natiq Əhmədov mənzili satmaq niyyətilə ərizə vermiş və bu ərizə əsasında mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Məhz bu imtina əsasında iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə bağla nmış, mənzil addan ada keçmiş, həmin tarixdə də mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir.
41. Həmçinin müəyyən edilir ki, xx.xx.2011-ci il tarixdə MTK Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlamış, mənzilin dəyərinin sonuncu tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. Hazırda mübahisəli mənzildə Cavabdeh2 yaşayır. Həmçinin iş materialları ilə onun 2017-ci il tarixdən etibarən mənzildə yaşaması müəyyən olunur.
42. Məhkəmə kollegiyası qeyd edib ki, mübahisəli mənzillə bağlı münasibətlər 15 dekabr 2017-ci il tarixdən əvvəl yarandığından onları tənzimləyən hüquq münasibətləri Mülki Məcəllənin həmin tarixdən əvvəlki redaksiyasının təsir dairəsinə düşür. Həmin dövr qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsin ə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2120/2023 nömrəli, xx.xx.2023-cü il qərarında qeyd edilir ki, mübahisəli mənzillə bağlı münasibətlər 15 dekabr 2017-ci il tarixdən əvvəl yarandığından onları tənzimləyən hüquq münasibətləri Mülki Məcəllənin həmin tarixdən əvvəlki redaksiyasının təsir dairəsinə düşür. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
44. Məhkəmələr nəzərə almamışlar ki, evin ilkin alıcısı Natiq Əhmədov xx.xx.2006-cı il tarixdə mənzili alaraq pay haqqını tam ödəmiş və bununla da əmlaka mülkiyyət hüququ əldə etmişdir. xx.xx.2015-ci ildə isə sırf iddiaçının adına öz payından imtina edərək mənzili iddiaçıya satmışdır. İşin göstərilən halları onu təsbit edir ki, xx.xx.2011-ci il tarixli müqavilə əsasında MTK öz mülkiyyətində olmayan mənzili Cavabdeh2 satmışdır.
45. Məhkəmə kollegiyası hesab edib ki, hazırki işə baxılarkən “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenum unun 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də nəzərə alınmalıdır.
46. Məhkəmə kollegiyası həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, hazırkı icraatda olan işdə mənzilin dəyərini tam ödəməklə N.Əhmədov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, daha sonra əmlakını iddiaçıya satmışdır. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Ş.Emimova ilə 2 aprel 2011-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
47. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyan ı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh1 MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.
48. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 2 aprel 2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MTK həmin binada dəyəri ödənilmiş iki otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırmaları zamanı məhz Cavabdeh1 MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə Cavabdeh2 təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə biləcək tələb nəzərə alınmalıdır.
49. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 337.1, 337.2, 385.1, 452.1, 567, 568.1, 575.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.2, 113.3-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iy ul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli qərarına istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
50. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5225/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, iddia tələblərinin təmin edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov).
51. Məhkəmə kollegiyası kassasiya kollegiyasının qərarında qeyd edilən göstərişlərlə razılaşaraq qeyd etmişdir ki, evin ilkin alıcısı Natiq Əhmədov xx.xx.2006-cı il tarixdə mənzili alaraq pay haqqını tam ödəmiş və bununla da əmlaka mülkiyyət hüququ əldə etdiyindən, MTK-nın həmin mənzilə dair 2011-ci ildə Cavabdeh2 ilə müqavilə bağlamaq hüququ olmadığından, Natiq Əhmədov isə mənzili xx.xx.2015-ci ildə sırf iddiaçının adına öz payından imtina edərək mənzili iddiaçıya satdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsi və vəkili işə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş binanın 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən 145 nömrəli mənzilə dair bağlanılan xx.xx.2006-cı il tarixli müqavilədə mənzilin nömrəsində dəyişiklik edilməsi müşaiyət olunduğunu bildirmiş və bu səbəbdən mənzilin nömrəsi “145” rəqəmində saxtalaşdırma olub-olmaması ilə bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.
53. Məhkəmə kollegiyası bununla bağlı bildirmişdir ki, həmin müqavilədə “145” rəqəmində düzəliş edildiyi görünsə də, həmin mənzillə bağlı Natiq Əhmədov tərəfindən ödənişlər edilən zaman verilmiş on dörd maliyyə arayışlarının hər birində mənzilin nömrəsi “145” göstərildiyində n, müqavilədəki həmin düzəlişin texniki xarakterli və əhəmiyyətsiz olduğu məlum olur (1-ci cild, i/v 49-62). Bu səbəbdən, həmin vəsatət əsassız olduğundan təmin edilməmişdir.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh2 ona dəymiş maddi ziyan tələbi ilə Cavabdeh1 MTK-ya qarşı iddia qaldırmaq hüququ izah edilməlidir.
55. Məhkəmə kollegiyası həmçinin hazırkı işin halları baxımından Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini məqbul hesab etməmişdir. Belə ki, Cavabdeh2 hazırkı halda təkcə əqd üzrə ödədiyi pulun deyil, həm də onun qanunsuz saxlanılması nəticəsində məhrum olduqlarını, habelə MTK-nın təqsiri səbəbindən məruz qaldığı digər zərəri tələb etmək hüququna sahibdir ki, bu halların müəyyən olunması isə hazırkı araşdırmanın predmetini təşkil etmir.
56. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.5, 385.1, 452.1, 567, 568.1, 575.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.2, 113.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.1, 14.2, 77.1, 88, 372, 385, 386, 420-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair xx.xx.2012-ci il tarixli qərarlarına istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
57. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
58. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh2 ilə müqavilə bağlayarkən, MTK-nin Mülki Məcəllənin 178.8-ci maddəsi baxımından mülkiyyətçi olmadığını müəyyən etmiş olsa belə, yenə də bu halda həmin normaya münasibətdə xüsusi norma olan Mülki Məcəllənin 182.1-ci maddəsini tətbiq etməli idi. Belə ki, məhkəmə ö zü də qətnamədə müəyyən edilmiş hal kimi göstərmişdir ki, "MTK xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyərinin sonuncu tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. Hazırda mübahisəli mənzildə Cavabdeh2 yaşayır. Həmçinin iş materialları ilə onun 2017-ci il tarixdən etibarən mənzildə yaşaması müəyyən olunur". Məhkəmə nəzərə almamışdır ki, MTK ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanılarkən, Cavabdeh2 MTK-nın həmin mənzilin mülkiyyətçisi olmadığını bilməmişdir və bilə də bilməzdi. Məhkəmənin qənaətindən belə çıxır ki, MTK mülkiyyətçi olmadığı halda İddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh2 da mənzil əldə etmək üçün MTK-nə müraciət edərkən, həmin mənzilin boş olduğu, başqasına satılmadığı ona bild irilmiş, binanın tikintisi hələ tam başa çatdırılmamış vəziyyətdə olmuş, mənzilin giriş qapısı belə olmamışdır. Binanın tikintisi başa çatdırıldıqdan sonra, həmin mənzil indiyədək Cavabdeh2 sahibliyində, istifadəsində olmuş, mənzildə daimi yaşayış olmuşdur. Məhkəmə işdə olan sübutlarla tam təsdiqini tapan halları düzgün qiymətləndirməmişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsi yenidən işə baxarkən, Ali Məhkəmənin qərarındakı göstərişlərini əsas tutaraq, sözügedən mübahisəyə münasibətini öyrənmək üçün ilkin alıcı kimi qiymətləndirdiyi Natiq Əhmədovun üçüncü şəxs kimi cəlb edilməsi barədə qərar qəbul etsə də, ona müvafiq qaydada bildiriş göndərib məhkəmənin vaxtı və yeri haqqında məlumat vermədən, məhkəməyə gəlməməsinin səbəbini aydınlaşdırmadan, işin düzgün həlli üçün onun münasibəti ni öyrənmədən, elə ikinci iclasda tələsik əsassız qətnamə qəbul etmişdir. Həmçinin, Natiq Əhmədov ilə əlaqə saxlanılarkən, o, məhkəmədən hər-hansı bildirişin ona gəlmədiyini qeyd etmiş və məsələnin mahiyyəti üzrə notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə verərək bildirmişdir ki, “Mən, X5, bildirirəm ki, Cavabdeh1 MTK-tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində tikilməkdə olan binadan xx.xx.2006-cı il tarixli müqavilə əsasında 2 (iki) otaqlı mənzil almışam. Lakin binanın tikintisi ləngidiyinə görə 2010-cu ildə müqaviləni pozmağa məcbur oldum və müqaviləni MTK-nin rəhbərliyinə qaytardım”. Göründüyü kimi, məhkəmənin qənaətinin əksinə olaraq, Natiq Əhmədov mənzilin ilkin alıcısı olmuşdursa belə, artıq 2010-cu ildə müqaviləni pozduğuna görə mənzil artıq MTK-n ın mülkiyyətinə qayıtmış və MTK tam səlahiyyətli mülkiyyətçi kimi həmin mənzili xx.xx.2011-ci il tarixli müqavilə əsasında Cavabdeh2 satmışdır. Belə olan vəziyyətdə, MTK-nin mülkiyyətində olmayan mənzili 2015-ci ildə İddiaçı adına rəsmiləşdirməsi barədə məhkəmənin qənaəti Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi sənədlərdə (N.Əhmədovun adına olan müqavilə və onun ərizəsində) əsaslı şübhələr yaradan düzəlişlərin olmasını adi texniki məsələ kimi qiymətləndirmiş, müqavilə və ərizədə olan imzaların aşkar surətdə fərqli olduğuna əhəmiyyət verməmiş və bununla bağlı sənədlərin məhkəmə texniki ekspertizası keçirilməsi barədə kassator tərəfindən verilmiş vəsatət əsassız olaraq rədd olunmuşdur. Bundan başqa, iddi açı 2015-ci ildə mənzili alarkən, mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, məhkəmənin özünün də qeyd etdiyi kimi mübahisəli mənzilin Cavabdeh1 MTK tərəfindən digər Cavabdeh2 təhvil verilməsi araşdırma zamanı öz təsdiqini tapmışdır. Həmçinin, mənzili alarkən, binanın tikintisinin hələ davam etdiyini, həmin mənzilin boş olduğunu, heç kimə satılmadığını, mənzilin giriş qapısının belə olmadığını və Cavabdeh2 orada təmir etməyə başladığını təsdiq edən şahid qismində X7 məhkəmədə dindirilməsi üçün verilmiş vəsatət də əsassız olaraq rədd edilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası sübutlarla bağlı prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur.
59. Kassator şik ayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 182.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 372.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
61. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
62. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
63. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
64. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
65. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
66. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
67. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbs a, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
68. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
69. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
70. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
71. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
72. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
73. Madd ə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
74. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
78. Maddə 217.3. Q ətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
79. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
83. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
88. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsd iqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
89. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
90. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzil Cavabdeh1 MTK tərəfindən 20 dekabr 2006-cı il tarixli müqavilə əsasında X1, mənzilinin qiyməti 36464 ABŞ dolları m üəyyən edilmişdir. Mənzilin dəyəri müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödənilməklə, xx.xx.2008-ci il tarixdə tamamlanmışdır (xx.xx.2006-cı il tarixli maliyyə arayışı ilə 14700 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1530 manat, xx.xx.2007-cı il tarixli maliyyə arayışı ilə 1800 ABŞ dolları, xx.xx.2007-cı il tarixli maliyyə arayışı ilə 1800 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1800 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1521 manat, xx.xx.2008-ci il tarixli maliyyə arayışı ilə 1666 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1530 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1540 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1530 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1800 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1540 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə 1530 manat, xx.xx.2008-ci il tarixli maliyyə arayışı ilə 420 manat). MTK mənzilə görə borcun olmaması barədə Natiq Əhmədova xx.xx.2008-ci il tarixli maliyyə arayışı vermişdir. Mənzilə dair müqavilə Natiq Əhmədovla bağlanmasına baxmayaraq, Cavabdeh1 MTK 02 aprel 2011-ci il tarixdə həmin mənzilin alğı-satqısına dair Cavabdeh2 ilə də müqavilə bağlamış, mənzilin qiyməti 44080 manat müəyyən edilmişdir. Cavabdeh2 onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsi barədə 02 aprel 2016-cı il tarixli maliyyə arayışı verilmişdir.
91. Həmçinin müəyyən edilib ki, 10 aprel 2015-ci il tarixdə Natiq Əhmədov MTK-ya ərizə ilə müraciət edərək, mübahisəli mənzili satmaq istədiyini bildirmiş və mənzilin İddiaçı adı na rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh1 MTK ilə İddiaçı arasında 10 aprel 2015-ci il tarixli müqavilə bağlanmış, müqavilədə sözügedən mənzilin “addan ada dəyişməsi” göstərilmiş, mənzilin dəyəri 38287 manat məbləğində müəyyən edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi ilə bağlı 10 aprel 2015-ci il tarixli maliyyə arayışı verilmişdir.
92. Apelyasiya instansiyası məhkəməsi mübahisəni, mənzilə dair Natiq Əhmədovla müqavilə bağlanan dövrdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin müddəaları və Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 ma rt 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri rəhbər tutmaqla həll etmişdir.
93. Apelyasiya instansiyası məhkəməsinin bu yanaşması qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
94. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarına görə, mübahisəli mənzil Natiq Əhmədov tərəfindən MTK ilə xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilə əsasında əldə edilmiş, mənzilin qiyməti 36464 ABŞ dolları müəyyən edilmişdir. Natiq Əhmədov həmin mənzilin dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə xx.xx.2008-ci il tarixə kimi tam ödəmişdir.
95. Azərbay can Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvə olmuş 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
96. Göründüyü kimi mübahisəli mənzilə Natiq Əhmədov mülkiyyət hüququ əldə etmişdi. Buna görə də MTK-nın həmin mənzil üzərində xx.xx.2011-ci ildə yenidən sərəncam vermək hüququ olmamışdır.
97. Oxşar hüquqi vəziyyətə dair Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tar ixli qərarında ifadə edilmiş hüquqi mövqe mövcuddur.
98. Belə ki, həmin işdə mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı "xxxx" MTK M.Hüseynov adlı şəxslə bağladığı 1 may 2005-ci il tarixli müqavilə ilə çoxmənzilli binada inşa etdiyi 3 otaqlı mənzili alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və E.Bağırlı adlı şəxslə bağladığı 6 iyul 2011-ci il tarixli müqavilə ilə həmin mənzili sonuncuya satmışdır. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı M.Hüseynovun verdiyi 3 otaqlı mənzilin M.Hüseynova təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya hə valə edilməsi barədə tələb apelyasiya instansiyası məhkəməsinin 17 fevral 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə Azərbaycan Respulikası Ali Məhkəməsinin 16 iyul 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərlə bağlı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, "xxxx" MTK mübahisə predmeti olan mənzili 1 may 2005-ci il tarixli müqavilə ilə M.Hüseynova satdıqdan və sonuncu mənzilin dəyərini tam ödəməklə MM-nin müqavilə bağlanan vaxt qüvvədə olan 178.8-ci maddəsi ilə həmin mənzilə mülkiyyət hüququ əldə etdiyindən MTK-nın həmin mənzil üzərində 6 iyul 2011-ci ildə yenidən sərəncam vermək hüququ, yəni, E.Bağırlı ilə müqavilə bağlamaq hüququ olmamışdır.
99. Göründüyü kimi, hazırkı icraatda olan işdə mənzilin dəyərini tam ödəməklə N.Əhmədov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, daha sonra əmlakını iddiaçıya satmışdır. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Ş.Emimova ilə 2 aprel 2011-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
100. Buna görə də kassatorun əmlakı vicdanlı əldə etməsi barədə dəlili qətnamənin ləğvinə əsas vermir. Həmçinin işin müəyyən olunmuş hallarına görə MTK xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ilə alğı-satqı müqav iləsi bağlanmış, lakin mənzilin dəyərinin sonuncu tərəfindən ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. Başqa sözlə, Cavabdeh2 tərəfindən xx.xx.2011-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini iddiaçı ilə müqavilə bağlanan tarixə kimi qismən də ödəməsi, mənzilə əvəzi ödənilməklə sahiblik etməsi müəyyən olunmayıb.
101. Kassatorun “ilkin alıcı kimi Natiq Əhmədovun üçüncü şəxs kimi cəlb edilməsi barədə qərar qəbul edilsə də, ona məhkəmənin vaxtı və yeri haqqında məlumat vermədən işə baxması” barədə dəlili əsassızdır. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində işə baxılanda Natiq Əhmədovun üçüncü şəxs qismində işə cəllb olunmasına qəti etiraz etməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi onu üçünc ü şəxs qismində işə cəlb etmiş və ona elektron qaydada məlumat vermişdir (2-ci cild, səh 141). X14 məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
102. Kassator həmçinin kassasiya şikayətinə Natiq Əhmədovun notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsini əlavə etmişdir. Həmin ərizədə Natiq Əmədov bildirilmişdir ki, «Cavabdeh1 MTK-tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində tikilməkdə olan binadan xx.xx.2006-cı il tarixli müqavilə əsasında 2 otaqlı mənzil almışam. Lakin binanın tikintisi ləngidiyinə görə 2010-cu ildə müqaviləni pozmağa məcbur oldum və müqaviləni MTK-nin rəhbərliyinə qaytardım».
103. Kassator həmin ərizəyə istinadla qeyd edir ki, məhkəmənin qənaətinin əksinə olaraq, Natiq Əhmədov artıq 2010-cu ildə müqaviləni pozduğuna görə mənzil MTK-n ın mülkiyyətinə qayıtmış və MTK tam səlahiyyətli mülkiyyətçi kimi həmin mənzili xx.xx.2011-ci il tarixli müqavilə əsasında Cavabdeh2 satmışdır.
104. Məhkəmə kollegiyası bu xüsusatla bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlandığı, mənzilin “addan ada keçdiyi”, həmin tarixdə də mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilməsi barədə qənaəti, X3 10 aprel 2015-ci il tarixdə MTK-ya yazdığı ərizəyə əsaslanır.
105. Belə ki, 10 aprel 2015-ci il tarixdə X5 MTK-ya yazdığı ərizədə açıq-aydın mətnlə mübahisəli mənzili satmaq istədiyini bildirmiş və mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin N.Əhmədov ərizədə qeyd edib ki, «mənzilin sənədlərini əsli olaraq təhvil ver dim və mənə çatan məbləği tam çəkildə aldım». Bundan sonra Cavabdeh1 MTK ilə İddiaçı arasında 10 aprel 2015-ci il tarixli müqavilə bağlanmış, müqavilədə sözügedən mənzilin “addan ada dəyişməsi” göstərilmiş, mənzilin dəyəri 38287 manat məbləğində müəyyən edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi ilə bağlı 10 aprel 2015-ci il tarixli maliyyə arayışı verilmişdir.
106. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorun kassasiya şikayətinə əlavə etdiyi Natiq Əhmədovun notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsi sübut kimi araşdırma predmeti ola bilməz.
107. Çünki baxılan işdə birinci instansiya məhkəməsi iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etmiş, lakin cav abdeh bu imkanlardan istifadə etməmişdir.
108. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
109. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.
110. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya i nstansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
111. Həmçinin kassatorun «şahid qismində X7 məhkəmədə dindirilməsi üçün verilmiş vəsatətinin əsassız olaraq rədd edildiyi» barədə dəlili də əsassızdır. Çünki şahid ifadəsi sübut növlərindən biri olmaqla, birinci instansiya məhkəməsində təqdim oluna bilər. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinin məhdudlaşdırılması həm də sübutların təqdim olunmasına aiddir. MPM-in 372.2-ci maddəsində deyilir ki, yeni sübutlar və yeni tələblər apell yasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
112. Göründüyü kimi bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:
1. İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi (Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür);
2. Yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, a pellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;
3. Yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər;
4. Apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı).
113. X8 bağlanmış müqavilədə mənzilin nömrəsində düzəliş edilməsinin yoxlanılması üçün ekspertiza təyin olu nması haqqında vəsatətinin araşdırılmadığı, əsaslandırlmadan rədd edilməsi barədə dəlilləri də əsassızdır.
114. Belə ki, cavabdehin nümayəndəsi iş üzrə ekspertiza təyin olunmasını xahiş etmiş, lakin apelyasiya instansiyası məhkəməsi bu vəsatəti araşdıraraq vəsatəti təmin erməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsi və vəkili işə yenidən apellyasiya qaydasında baxılarkən bildirmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş binanın 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən 145 nömrəli mənzilə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə mənzilin nömrəsində dəyişiklik edilməsi müşaiyət olunur. Bu səbəbdən cavabdeh mənzilin nömrəsi “145” rəqəmində saxtalaşdırma olub-olmaması ilə bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, həmin müqavilədə 145 rəqəmində düzəliş edildiyi görünsə də, həmin mənzillə bağlı Natiq Əhmədov tərəfindən ödənişlər edilən zaman verilmiş on dörd maliyyə arayışlarının hər birində mənzilin nömrəsi “145” göstərildiyindən, müqavilədəki həmin düzəlişin texniki xarakterli və əhəmiyyətsiz olduğu məlum olur (1-ci cild, i/v 49-62). Bu səbəbdən, həmin vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
115. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi erkspertiza təyin olunması barədə vəsatətin təmin olunmamasını əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
116. Bu normanın məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. İş üzrə ekspert rəyi verilməsinə baxmayaraq, məhkəmə kollegiyası cavabdehin vəsatətindən sonra mübahisəli əraziyə dair dolğun təsəvvürün olması məqsədi ilə əyani olaraq yerində baxış keçirmişdir. Bundan sonra cavabdeh tərəfindən verilmiş vəsatəti təmin etməmişdir.
117. Həmçinin kassatorun müqavilə və ərizədə olan imzaların fərqli olduğuna görə sənədlərin məhkəmə texniki ekspe rtizası keçirilməsi barədə vəsatətin rədd olunması barədə dəliləri də əsassızdır. Çünki cavabdeh tərəf apelyasiya instansiyası məhkəməsində ekspertiza təyin olunması barədə verdiyi yazılı vəsatətində, müqavilədə olan mənzilin nömrəsində qaralama olması ilə əlaqədar ekspertiza təyin olunmasını xahiş etsə də, müqavilədə olan imzaların mötəbərliyi ilə bağlı hər hansı dəlil irəli sürməmiş, imzaların yoxlanmasını tələb etməmişdir.
118. Kassatorun bəzi dəlilləri (apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdıma aparmaması, gəlinən nəticənin iş materiallarına uyğun olmaması, ilkin ekspertiza rəyinin nəzərə alınmaması və s.) işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətna mədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillərdir və həmin dəlillər kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.
119. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
120. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
121. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5225/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.