Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-838/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxslər Kəpəz rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2937/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müba hisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə İ.Əliyev küçəsinin kəsişməsində İddiaçı məxsus evin arxa tərəfində inşa olunmuş qeyri-yaşayış sahəsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kəpəz rayon İcra Hakimiyyətinə və Maraqlı şəxs2nə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun evinin 10 santımetrliyində tikdiyi qeyri-yaşayış binasının sökülməsinə (uçurulmasına) dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh 3-4 il bundan qabaq özbaşınalıqdan istifadə edərək yol səkisində, yamyaşıl ağacları qırıb, məhv edərək səkinin bütün 6,3 metr eni boyu, onun evinin isə 10 santımetrliy ində qeyri-yaşayış sahəsi tikdirmiş, avtomobil yolundan 1,2 metr enində kəsib, bu kəsiyi saxta səkiyə çevirib, ərazini eybəcər şəkilə salmışdır. Tikinti aparmaq üçün əsas Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının sərəncamı olmuşdur. Yol səkisində, yəni piyadalar üçün ayrılmış yolda, özü də üzərində 6 KV-lıq yüksək gərginlikli hava elektrik xətti keçən yerdə əsaslı tikinti aparmaq olmaz. Digər tərəfdən, yol səkisi bələdiyyə mülkiyyətidir, rayon icra hakimiyyətləri bələdiyyə mülkiyyətində, özü də qanuni qaydada ayrılmamış torpaqda əsaslı tikintiyə icazə verməyə səlahiyyətli deyil. Yanğın təhlükəsi bir yana qalsın, həmin tikintidən axan sel-su onun evini də viran qoymuşdur. Həmin tikinti mövcud olan bütün müddətdə həm evini su basmağa davam edəcək, həm də yanğın təhlükəsi olacaqdır. Belə ki, elektrik xətlərini saxlayan dirəklərin ara məsafəsi bir qayda 30-35 m olduğu halda, qeyd edilən qanunsuz tikintini aparmaq üçün dirəklərin arasındakı məsafəni uzadıb (dirəyi daha uzun məsafədə basdırılıb) 50 metrə çatdırmışlar.
4. Cavabdehin vəkili birinci instansiya məhkəməsindəki icraatda iddianı qəbul etməyərək bildirmişdir ki, tikilinin müvafiq sərəncam əsasında inşa edilmişdir və həmin tikilinin iddiaçının mülkiyyətinə heç bir zərər vurmur.
5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 27 aprel 2021-ci il tarixli, 2(043)233/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmə si qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qeyri yaşayış sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə, həmin tikinti Ü.Hacıbəyov küçəsində inşa edilmişdir. İddiaçının mülkiyyətində olan ev isə İ.Əliyev küçəsində yerləşməklə evinin giriş-çıxış qapısı məhz İ.Əliyev küçəsinə açılır. Həmin qeyri yaşayış sahəsi iddiaçının evinin arxa tərəfində inşa olunmaqla iddiaçının öz mülkiyyətindən istifadə etməsinə hər hansı bir maneçilik törətmir. İddiaçının mübahisələndirdiyi qeyri yaşayış sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında inşa edilməsinə gəldikdə isə yerli baxış zamanı müəyyən edilmişdir ki, məhz iddiaçının mülkiyyətində olan evin obyektə bitişik bir hissəsi də yüksək gərginlikli elektrik xəttinin altına ai ddir. Mübahisələndirilən obyektdən axıdılan suyun iddiaçının evinə axmasına gəldikdə isə ekspert rəyi ilə qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun sızmadığı müəyyən edilmişdir. Bununla yanaşı yerli baxış zamanı da qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun axmasının mümkünsüz olduğu müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) 30 sentyabr 2021-ci il tarixli, 2(104)-2937/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(043)-233/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin baş dövlət tikinti müfəttişliyi Qərb regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən tərtib olunmuş, 18.09.2018-ci il tarixli aktının məzmununda göstərilənlərə tam diqqət yetirməmişdir. Həmin aktda yeni tikilmiş bina ilə iddiaçıya məxsus yaşayış evinin arası 0,1 m təşkil etm əsi və hər iki divar kor divar olmaqla iddiaçıya məxsus yaşayış evinin yan tərəfində abunə baxış kanalizasiya quyusu inşa olunması, iddiaçıya məxsus yaşayış evinin zirzəmisinə baxış zamanı zirzəmi “divarının” bir hissəsinin nəm çəkdiyinin müəyyən olunması göstərilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi araşdırmamış (və ya araşdırmaq istəməmişdi ki,) yaşayış evinin yan tərəfində abunə baxış kanalizasiya quyusu iddiaçının evinə bitişik inşa edilib və bu quyunu da tikilini aparan cavabdeh inşa etdirib. Sual olunur ki, su əgər iddiaçıya məxsus yaşayış evinin arxa tərəfində olan və obyektə yaxın ümumi kanalizasiya quyusuna axıdılırsa və qeyd olunan qeyri-yaşayış sahəsinin altından magistral çirkab su borusu keçinirsə, onda onun evinin zirzəmisindəki zirzəmi “divarının” bir hissəsi h aradan nəm çəkir? İddiaçının mülkiyyət hüququ məhkəmə tərəfindən müdafiə edilməli olduğu halda edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi tikilinin inşasının onun mülkiyyət hüquqlarını pozmasına heç bir hüquqi qiymət verməmiş və nəzərə almamışdır ki, mübahisəli tikilinin inşası ona məxsus əmlakın hüquqi müqəddəratam həllini məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi mülkiyyət hüquqlarının realizəsi baxımından sərbəstlik sferasına müdaxilə etmiş olur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətindən istifadə etməyə yaradılan maneələrə normanın tələbləri baxımından qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi apellyasiya şikayətinin digər əsas dəlillərindən biri olan mübahisələndi rdiyi tikilinin yanğın təhlükəsizliyi qaydalarına uyğun olmadan inşa edilməsinə də qiymət verməmişlər. Yəni, nəzərə almırlar (və ya almaq istəmirlər) ki, bu obyekt yanarsa, yanğının iddiaçının evinə keçməsi ehtimalı 100 faizdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi, həmçinin də Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun sızmadığı müəyyən edilməməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-d il tarixli 10/3869 nömrəli rəyinə istinad etsə də, nəzərə almamış (və ya almaq istəməmişdir ki) bu rəy Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin baş dövlət tikinti müfəttişliyi Qərb regional tikinti müfəttişliyinin əməkdaşları tər əfindən tərtib olunmuş, 18.09.2018-ci il tarixli aktın məzmununda göstərilən hal ilə (evinin zirzəmisindəki zirzəmi “divarının” bir hissəsinin nəm çəkməsi) tam ziddiyyət təşkil edir. Bu faktın mövcudluğunu da hətta videoçəkiliş aparmaqla birinci instansiya məhkəməsinə və apellyasiya instansiyası məhkəməsinə də təqdim edilmişdir. Necə olur ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iddiaçının evinin zirzəmisində su sızmaya aid qüsurları görür, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti isə bu qüsurları görmür? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 1 52.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
16. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 20. 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
21. Gəncə şəhəri Kəpəz rayon İ cra Hakimiyyəti başçısının 07 sentyabr 2017-ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25, mənzil 6-da yaşayan Cavabdeh müraciəti və Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınmaqla, göstərilən ünvanda Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
22. Gəncə şəhər Kəpəz RİH başçısının 36 saylı 29.12.2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi ilə Cavabdeh tikinti obyektinin istismarına icazə verilmişdir.
23. Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin baş dövlət tikinti müfəttişliyi Qərb regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən tərtib olunmuş, 18.09.2018-ci il tarixli aktda n görünür ki, inşa olunmuş qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25, mənzil 6-da yaşayan Cavabdeh məxsusdur. Gəncə şəhəri, ünvan 3 ünvanda qeyri-yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Qeyriyaşayış sahəsinin tikintisi Gəncə ŞİH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunmuş sxematik plana uyğun inşa olunmuşdur. Binanın ölçüləri 6.1x19.6 m olmaqla 1 mərtəbəli düzbucaqlı formadadır. Bünövrə, sütun-rigellər və örtük monolit betondandir. Obyektə istismara hazırlıq aktı alınmadan Gəncə şəhər Kəpəz RİH başçısının imzası ilə 36 saylı 29.12.2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyri-yaşayış sahəsinin 1,5 metrliyində hasara alınmış elektrik transformatoru yerləşir. Qeyri-yaşayış sahəsinin üzər indən 6 kV-luq yüksək gərginlikli hava elektrik xətti keçir. Ayrılmış torpaq sahəsi müvafiq qurumlar tərəfindən razılaşdırılmamışdır və obyektin tikintisinə icazə verilməsi haqqında sənədi yoxdur. Yeni tikilmiş bina ilə İddiaçı məxsus yaşayış evinin arası 0,1 m təşkil edir və hər iki divar kor divardır. İddiaçı məxsus yaşayış evinin yan tərəfində abunə baxış kanalizasiya quyusu inşa olunub. Yeni tikilinin və İddiaçı evinin yağış və çirkab suları orada cəmləşərək əsas kanalizasiya xəttinə axıdılır. İddiaçı məxsus yaşayış evinin zirzəmisinə baxış zamanı zirzəmi “divarının” bir hissəsinin nəm çəkdiyi müəyyən olunmuşur Qeyri-yaşayış sahəsinin uzunluq boyu yol səkisi mövcuddur və eni 1.2-1.3 m təşkil edir. “Gəncə Sukanal” TSC-nin "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı məktuba əsasən qeyd ol unan qeyri-yaşayış sahəsinin altından magistral çirkab su borusu keçmir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/3869 nömrəli rəyindən görünür ki, ********** qeydiyyat nömrəli çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qonşu sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun sızmadığı müəyyən edilmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli obyektə yerində baxış keçirilərkən, müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ilə İ.Əliyev küçəsinin kəsişməsində İddiaçı məxsus evin arxa tərəfində Ü.Hacıbəyov küçəsi 25 ünvanda inşa olunmuşdur. Cavabdehə məxsus həmin qeyri yaşayış tikintisinin dam örtüyündən axan qrunt suyu Üzeyir Hacıbəyov küçəsi istiqamətinə axmaqla, İddiaçı məxsus yaşayış evinin arxa tərəfində olan və obyektə yaxın ümumi kanalizasiya quyusuna axıdılır. İddiaçıya məxsus ev isə İ.Əliyev küçəsində yerləşməklə evin giriş-çıxış qapısı İ.Əliyev küçəsinə açılır. İddiaçı evinin dam örtüyündən axıdılan qrunt suyu da evinin arxasından çəkilən boru vasitəsi ilə ümumi kanalizasiya quyusuna axıdılır.
26. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi tikili qanuni əsaslarla 2017-ci ildə tikilmiş və uzun müddət keçəndən sonra mübahisələndirilmişdir. Belə ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 07 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Gəncə şəhə ri, Ü.Hacıbəyov küçəsi, ev 25, mənzil 6-da yaşayan Cavabdeh müraciəti və Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınmaqla, göstərilən ünvanda Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş və Gəncə şəhər Kəpəz RİH başçısının 36 saylı 29.12.2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi ilə Cavabdeh tikinti obyektinin istismarına icazə verilmişdir ki, həmin sənədlər də, hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu isə özlüyündə cavabdehlərin yaşayış sahəsinə dair gözlənilən mülkiyyət hüququnun olmasını ehtiva edir.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı şiddətli yağışlar yağan zaman cavabdehin tikilisinin onun evini sel-suya qərq etməsi və binanın 6kV-lıq yüksək gərginlikli hava elektrik xəttinin altında tikildiyi üçün evinin yanğın təhlükəsi olması barədə dəlilləri öz tədiqini tapmır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin baş dövlət tikinti müfəttişliyi Qərb regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən tərtib olunmuş, 18.09.2018-ci il tarixli aktı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/3869 nömrəli rəyi və birinci instansiya məhkəməsinin yerli baxışı ilə, müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun sızması müəyyən edilmir, yeni tikilinin və İddiaçı evinin yağış və çirkab suları əsas kanalizasiya xəttinə axıdılır. İddiaçının mübahisələndirdiyi qeyri yaşayış sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında inşa edilməsinə gəldikdə isə yerli baxış zamanı müəyyən edilmişdir ki, məhz iddiaçının mülkiyyətində olan evin obyektə bitişik bir hissəsi də yüksək gərginlikli elektrik xəttinin altına aiddir.
28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
29. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2937/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov