Məhkəmə qərarları › İş №2(102)-838/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-838/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-838/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (açar sözlər: baxışdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istehsalat qəzasına görə kompensasiya məbləğinin, habelə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-6270/2022 nömrəli iş üzrə qə tnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-194/2022 saylı, 4 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6270/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh və iddiaçı kassasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəmə sinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilən kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulan iki aylıq müddət ötürmüş və müddətin bərpasına dair vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilən kassasiya şikayəti icraata qəbul edilmişdir. Bundan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 fevral 2023-cü il tarixli məktub göndərilərək İddiaçı kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dai r ərizəsinin daxil olduğu göstərilərək işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə b irlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi işə baxarkən kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 27 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti bax ışdan çıxarılmalı və cavabdeh İddiaçı kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-409-cu və 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 27 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cavabdeh İddiaçı kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar