Məhkəmə qərarları › İş №2(102)-840/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-840/2024

21.02.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənzil münas
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-840/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-684/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 fe vral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı mənzillərə dair bağlanmış payçı müqavilələrinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi sənədlərin geri qaytarılması, mənzillərin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim Elçin Kazımov) xx.xx.2022-ci il tarixli e2(012)-4259/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə q əbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Lətifə Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ayaz Mahmudov və Səyyad Qafaridən ibarət tərkibdə)xx.xx.2023-cü il tarixli, 2(105)- 684/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün son müddət çatan zaman həyat yoldaşı rəhmətə getdiyi üçün, ailələrinin himayəçisi olan qaynı da vəfat etmiş, bu səbəbdən xeyli zaman ərzində tərəflərindən kassasiya şikayəti verilmə si mümkün olmamışdır. Odur ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin üzrlü səbəblərdən ötürülməsini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa olunmasını və kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Ali Məhkəməyə göndərilməsini xahiş edir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-684/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə tərəflərin iştirakı ilə elan olunmuş, qətnamə tərtib edilərək xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış kabineti nə yerləşdirilmiş, sonuncu isə tərtib etdiyi kassasiya şikayətini müddət keçdikdən 4 ay sonra xx.xx.2023-cü il tarixdə həmin sistemə yerləşdirmişdir.

9. Bundan əlavə müddətin bərpasına dair ərizənin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin həyat yoldaşının qətnamənin çıxarılmasından əvvəl, 2015-ci ildə vəfat etməsini bildirmişdir. 10.Məhkəmə kollegiyası Cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa olunması dəlillərini əsaslı hesab etməyərək və qeyd etmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə sənədləri işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildiyi halda məhk əmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130, 133, 135-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 12.Cavabdeh kassasiya şikayəti verərək (vəkil X1) apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.Kassator şikayətini bununla əsaslandırmışdır ki, o, elektron kabineti olmadığı üçün qətnamənin elektron kabinetə yerləşdirilməsindən xəbəri olmamışdır. Hüquqi savadının olmaması səbəbindən kassasiya şikayətinin verilməsinə dair prosessual müddətin keçməsini bilməmiş və prosessual müddət ərzində ş ikayət verə bilməmişdir. 14.Kassasiya şikayətinin digər dəlilinə görə, səhhətindəki problemlərin kəskinləşməsi səbəbi ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. 15.Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 17.Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 18.Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim t arixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 19.Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 20.Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 21.Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 22.Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunund a nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 23.Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sa hibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 24.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 25.Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəx sin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 26.Maddə

393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 27.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 28.Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti ilə əlaqədar 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqəd ar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. 31.Apellyasiya məhkəməsi prosessual müddətin bərpası barədə dəlilləri araşdıraraq bu qənaətə gəlmişdir ki, həmin bərpası üçün üzrlü səbəb aşkar edilmir. Belə olan halda ərizə düzgün olaraq təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. 32.İşin 2-ci cildinin 96-cı səhifəsində olan xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan aydın olur ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin baxılan iş üzrə qəbul etdiyi qətnamədən şikayət verməyəcəyini bildirmiş və qətnamənin icrasını üzərinə götürməsi ilə bağlı iddiaçıya məlumat vermişdir. 33.Bundan sonra isə müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və şikayət verməməsinin səbəbinin həyat yoldaşının və qaynının vəfat etməsi ilə əlaqələndirmişdir. Lakin işin hallarını araşdıran apellyasiya instansiya məhkəməsi həmin dəlillərin əsaslı olmadığını göstərmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin həyat yoldaşının daha əvvəl vəfat etmiş, qaynının vəfatı, elektron informasiya sisteminin işləmə qaydasını bilməməsi isə müddətin üzürlü hesab edilməsi üçün əsas deyildir. 34.Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 35.Kollegiya hesab edir ki, ap ellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir. 36.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 37.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-684/2023 nömrəli iş üzrə 07 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar