Məhkəmə qərarları › İş №2(105)-684/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-684/2023

02.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənzil münas
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-684/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı (Açar sözlər: mənzillərə dair bağlanmış payçı müqavilələrinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi sənədlərin geri qaytarılması, mənzillərin boşaldılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh, onun vəkili X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(012)-4259/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) mənzillərə dair bağlanmış payçı müqavilələrinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi sənədlərin geri qaytarılması, mənzillərin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə dair İddiaçı MTK ilə “Payçı” Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsinin və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilə dair İddiaçı MTK ilə “Payçı” Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0121 saylı payçı müqaviləsinin ləğv edilməsi, həmin mənzillərlə bağlı dəymiş maddi ziyana görə 19.404,50 (on doqquz min dörd yüz dörd manat, əlli qəpik) manat komisyon bank xərcləri və cərimə (xidmət haqqı), mənəvi ziyana görə 5.000 (beş min) manat, eləcə də məhkəməyə dövlət rüsumu kimi ödədikləri 163,22 (bir yüz altımış üç manat, iyirmi iki qəpik) manat - cəmi 24.567,72 (iyirmi dörd min beş yüz altmış yeddi manat, yetmiş iki qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi, həmin mənzillərə dair hüquqi sənədlərin (Payçı müqaviləsi, kredit müqaviləsi, ödəniş cədvəlləri) onun qanunsuz sahibliyindən götürülərək ona geri qaytarılması, mənzillərin boşaldılaraq MTK-ya təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli 3 otaqlı təmirli və avadanlıqlarla birlikdə mənzilə dair İddiaçı ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsinin 2-ci bəndinə əsasən mənzilin sahəsi 103 kv.m olmaqla, ümumi dəyəri 111.240 manat təşkil edir. Müqavilənin ilkin ödənişi üzrə müəyyən edilmiş 35.040 manat məbləği ödəməyi, qalan 76.200 manata bərabər tutulan məbləği isə payçı Mənzil Tikinti Kooperativi və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 3 (üç) tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli 2 otaqlı təmirli mənzilə dair İddiaçı ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 0121 saylı payçı müqaviləsinin 2-ci bəndinə əsasən mənzilin sahəsi 55 kv.m olmaqla, ümumi dəyəri 58.850 manat təşkil edir. Müqavilənin ilkin ödənişi üzrə müəyyən edilmiş 18.850 manat məbləği ödəməyi, qalan 40.000 manata bərabər tutulan məbləği isə payçı Mənzil Tikinti Kooperativi və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 3 (üç) tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda borclu Cavabdeh və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında 15 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli, 047 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ilə borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 215 ay müddətində, xx.xx.2037-ci il tarixədək, 76.200 manat məbləğində, kreditdən istifadəyə görə 10,16% faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı, ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək borc alanın öhdəliklərindən biridir. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 047 nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən bu Saziş bağlandığı tarixə borc alanın borc verən qarşısında müqavilə üzrə ümumi öhdəliyinin cəmi məbləği 81.274 manat təşkil edir. Kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli üzrə aylıq ödənişin məbləği 844 manat təşkil etmişdir. Borclu Cavabdeh və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında 8A nömrəli mənzilə dair xx.xx.2019cu il tarixli, 076 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ilə borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 204 ay müddətində, xx.xx.2036-cı il tarixədək 40.000 manat məbləğində, kreditdən istifadəyə görə 10% faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı, ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək borc alanın öhdəliklərindən biridir. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 076 nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən bu saziş bağlandığı tarixə borc alanın borc verən qarşısında müqavilə üzrə ümumi öhdəliyinin cəmi məbləği 41.860 manat təşkil edir. Kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli üzrə aylıq ödənişin məbləği 441 manat təşkil etmişdir. Həmçinin həmin məzillərlə bağlı İddiaçı ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 047-X.C nömrəli və xx.xx.2019-cu il tarixli, 076- X.C nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. 1.2-ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 047 saylı və xx.xx.2019-cu il tarixli, 076 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. 2.2.1-ci bəndə əsasən borcalan kredit müqaviləsi üzrə kreditin qaytarılması, faizlərin ödənilməsi və ya digər pul öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrası, o cümlədən belə icra edilməmə nəticəsində banka dəymiş zərərin əvəzinin ödənilməsi barədə borcalana xəbərdarlıq edildikdən sonra ödənişlər xəbərdarlıqla müəyyən olunmuş müddətdə icra olunmadıqda zaminə 3 iş günü müddətində müvafiq pul vəsaitinin ödənilməsi barədə yazılı/elektron qaydada bildiriş vermək, 2.2.2-ci bəndə əsasən borcalan kredit müqaviləsi üzrə kreditin qaytarılması, faizlərin ödənilməsi və ya digər pul öhdəliklərini ardıcıl 90 gündən artıq müddətdə icra etmədikdə və həmin öhdəliklərin icrası zamin tərəfindən 2.3.3-cü yarımbəndə uyğun olaraq təmin edilmədikdə müvafiq məbləğdə pul vəsaitlərini zaminin bankdakı bütün hesablarından akseptsiz qaydada zaminin sərəncamı olmadan silmək, habelə kredit müqaviləsi üzrə əsas borcun qaytarılması, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin zaminin borc verəndəki bütün bank hesablarında bloklaşdırmaq kimi bankın hüquqları vardır. Lakin borclu Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 0090 saylı və xx.xx.2019-cu il tarixli, 0121 saylı payçı müqavilələrində və həmin müqavilələrə 1 nömrəli əlavədə əks olunan ödəniş qrafikinə əsasən nəzərdə tutulan 35.000 və 18.850 manat mənzillərin ilkin ödəniş məbləğini ödəməli olduğu halda ödənilməmiş, habelə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış kredit müqaviləsinə əlavədə əks olunan ödəniş cədvəli üzrə ödənişlər gecikdirilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə 1.685 manat və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilə görə 885 manat borc məbləği yaranmışdır. Beləliklə, müqavilə üzrə mənzillərin ilkin ödənişi ilə bağlı 35.000 + 18.850 manat, bank krediti üzrə 1.685 + 885 manat borc məbləği, ümumilkdə 56.420 manat borc məbləği borclu Cavabdeh tərəfindən bu günə kimi ödənilməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra müddəalarına əsasən müqavilə şərtləri pozulmuşdur. Habelə, Mənzil Tikinti Kooperativi hər iki mənzil üzrə R.Zülfüqarovanın götürdüyü kredit məbləğinə görə banka olan gecikmələrdən yaranmış 3.930 manat borc məbləğini də onun əvəzinə ödəmişdir. Cavabdeh həmin məbləğdən 1.930 manatı Mənzil Tikinti Kooperativinə geri qaytarmış, qalan 2.000 manat borc məbləğini hələ də ödəməmişdir. Bu baxımdan İddiaçı tərəfindən vətəndaş Cavabdeh bildiriş göndərilməklə sonuncu dəfə vaxt verilərək yuxarıda qeyd olunanlara əsasən payçı və kredit müqavilələri, həmin müqavilələrə əlavələrdə ödəniş cədvəlləri üzrə yaranmış 58.420 manat borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin aralarında yaranan mübahisənin danışıqlar yolu ilə həll olunması üçün dəfələrlə borcluya xəbərdarlıq edilsə də, kifayət qədər müddət verilsə də, bu vaxtadək müsbət nəticə əldə olunmamışdır. xx.xx.2019-cu il tarixli, 0090 saylı və xx.xx.2019-cu il tarixli, 0121 saylı payçı müqavilələrinin 4.2.6-cı bəndinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında Mənzil Tikinti Kooperativi birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda Mənzil Tikinti Kooperativi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti və payçı arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilələrin 4.2.7-ci bəndinə əsasən payçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilən müvafiq kredit məbləğini tamamlamağı imtina etdikdə, borc məbləği bitmədən mənzili iadə etdikdə, habelə mənzili digər şəxsin adına keçirdikdə mənzilin hər kv.metri üçün 30 manat, ümumilikdə 2.000 manatdan az olmamaq şərti ilə xidmət haqqı habelə mənzilin payçı müqaviləsində qeyd olunan qiymətinin 5% misli payçıdan alınacaqdır. Həmin müqavilələrin 4.2.8-ci bəndinə əsasən bu müqavilənin 4.2.7-ci bəndində göstərilən hallar zamanı payçıya mənzilin geri qaytardığı günə qədər ödədiyi məbləğ iadə edilərkən müqavilə bağlandığı tarixdən iadə tarixinə qədər olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kredit faizi (kredit götürülən tarixdən mənzilin digər payçıya satıldığı tarixə qədər ödəniləcək kreditlərin faiz hissəsi), xidmət haqları (ümumi kredit ödənişinin 1%-i, kommunal ödənişlər, həmçinin mənzil daxilində aparılmış yaxşılaşdırma işlərinə xərclənən vəsaitlər) iadə məbləğinə daxil deyildir. Həmin müqavilələrin 4.2.10-cu bəndinə əsasən payçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsində göstərilən hər hansı bir öhdəliyi pozduqda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti payçıya bildiriş göndərdikdə Mənzil Tikinti Kooperativi birtərəfli qaydada payçı ilə arasında olan müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilələrin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda Mənzil Tikinti Kooperativi müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda Mənzil Tikinti Kooperativi həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər (4.2.7, 4.2.8, 4.2.9 bəndlərində göstərilən) xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Həmin müqavilələrin 8.10-cu bəndinə əsasən payçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2(iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Beləliklə, Mənzil Tikinti Kooperativi bank tərəfindən borclu Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə görə 76.200 manat kreditin verilməsinə görə 5%, yəni 3.810 manat, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilə görə 40.000 manat kreditin verilməsinə görə 5%, yəni 2.000 manat, ümumilikdə 5.810 manat komissyon xərcləri “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödəmək məcburiyyətində qalmışdır. Bundan əlavə Cavabdeh payçı müqavilələrinin 4.2.7-ci bəndində nəzərdə tutulmuş qaydada Mənzil Tikinti Kooperativinə ödəniləcək 15 nömrəli mənzilə görə 8.652 manat və 8A nömrəli mənzilə görə 4.942,50 manat xidmət haqqı və cərimə borcları da yaranmışdır. Bu baxımdan dəymiş maddi ziyan Cavabdeh alınaraq Mənzil Tikinti Kooperativinə ödənilməlidir. Dəfələrlə Cavabdeh İddiaçı ofisinə gələrək sədr Cavid Əliyevə kollektiv arasında guya mənzilə olan borclarını ödəcəyinə dair vədlər vermişdir. Amma yalandan vəd verməklə, heç bir ödəniş etməyərək, sənədləri geri qaytarmayaraq etibardan sui-istifadə etməklə aldatmışdır. Bundan başqa, bu halın aradan qaldırılması ilə bağlı dəfələrlə borclu Cavabdeh öz iradlarını bildirsələr də, heç bir müsbət nəticə əldə etməmişlər, əksinə olaraq borc ödənişi ilə bağlı heç bir hərəkətin edilməyəcəyini kobud şəkildə - öz hərəkətsizliyi və davranışı ilə bildirərək borcun ödənişindən yayınmışdır. Borclu Cavabdeh bu qanunsuz hərəkətləri nəticəsində Mənzil Tikinti Kooperativi həm maddi, həm də mənəvi ziyandan əziyyət çəkir. Buna görə də, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pul vəsaiti borclu Cavabdeh alınaraq Mənzil Tikinti Kooperativinə ödənilməlidir. Göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə dair İddiaçı MTK ilə “Payçı” Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsinin və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilə dair İddiaçı MTK ilə “Payçı” Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0121 saylı payçı müqaviləsinin ləğv edilməsi, həmin mənzillərlə bağlı dəymiş maddi ziyana görə 19.404,50 (on doqquz min dörd yüz dörd manat, əlli qəpik) manat - komisyon bank xərcləri və cərimə (xidmət haqqı)) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat, eləcə də məhkəməyə dövlət rüsumu kimi ödədikləri 163,22 (bir yüz altımış üç manat, iyirmi iki qəpik) manat - cəmi 24.567,72 (iyirmi dörd min beş yüz altmış yeddi manat, yetmiş iki qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi, həmin mənzillərə dair hüquqi sənədlərin (Payçı müqaviləsi, kredit müqaviləsi, ödəniş cədvəlləri) onun qanunsuz sahibliyindən götürülərək ona geri qaytarılması, mənzillərin boşaldılaraq MTK-ya təhvil verilməsi xahiş edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2(012)-4259/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsi və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, 0121 saylı payçı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilin boşaldılaraq İddiaçınə təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilə dair hüquqi sənədlərin (Payçı müqaviləsi, kredit müqaviləsi, ödəniş cədvəlləri) Cavabdeh sahibliyindən götürülərək İddiaçınə verilməsi, dəymiş maddi ziyana görə 1.900 (min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manatın Cavabdeh alınaraq İddiaçınə verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 30 iyul 2019-cu il tarixli, 0090 nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş ilkin ödəniş olan 35.000 manat məbləği 24 ay müddətinə iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüş, İddiaçı ilə Cavabdeh arasında 06 noyabr 2019-cu il tarixli, 0121 nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş ilkin ödəniş olan 18.850 manat məbləği 24 ay müddətinə iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüş, cavabdeh müqavilələr ilə üzərinə mənzillərin müəyyən edilmiş ilkin ödənişi olan 35.000 manatı və 18.850 manatı 24 ay müddətinə ödəməyi öhdəsinə götürsə də, iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilələrin şərtlərini pozaraq ilkin ödənişləri ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ümumilikdə 53.850 manat borcu yaranmışdır. Hazırda da iddiaçı müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqavilələrinin ləğv edilməsini, mənzillərə dair hüquqi sənədlərin cavabdehin sahibliyindən götürülərək ona qaytarılmasını və mənzillərin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 448.2, 157.2, 421.1, 421.2,421.3, 424.5, 752.1, 752.2,1096.1, 1097.1, 1115-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(012)-4259/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: O, Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində olan 1-ci bina, A bloku, 3-cü mərtəbə 15 nömrəli mənzilin alınmasına dair xx.xx.2019-cu il tarixli 0090 saylı, və Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində olan 1-ci bina , A bloku, 1ci mərtəbə 8A nömrəli mənzilin alınmasına dair xx.xx.2019-cu il tarixli 0121 saylı İddiaçı ilə müqavilərlər bağlamışdır. Həmin mənzillərin pulunun ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankı ilə kredit və ipoteka müqavilələri bağlayaraq 15 nömrəli mənzil üçün 76200(yetmiş altı min iki yüz) manat, 8A nömrəli mənzil üçün isə 40000(qırx min) manat məbləğində İddiaçınə pul ödəyib. Bundan əlavə mənzillərin qiymətinin ödənilməmiş çox az qisminin hissə-hissə ödənilməsi üçün İddiaçı ilə müqavilə bağlayıb. Yuxarıda qeyd olunan mənzillər mülkiyyət hüquqi ilə ona məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestrində bu hüquq qeydə alınıb. O da, öz mülkiyyət hüququndan istifadə edərək həmin mənzilləri Azərbaycan Beynəlxalq Bankı qarşısında olan öhdəlikərinin təmin olunması üçün yüklü edib. Mülki Məcəlləyə və İpoteka haqqında qanununa əsasən daşınmaz əşya ancaq onun mülkiyyətçisi tərəfindən ipoteka ilə yüklü edilə bilər. İddiaçı ilə onun arasında bağlanmış payçı müqavilələri kimi adlandırılan müqavilələr əslində alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə mübahisəyə baxarkən mülki qanunvericiliyin mülkiyyət hüququnu və əqdləri tənzimləyən normalarını tətbiq etməli idi. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının düzgün tətbiq olunmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır. Bundan əlavə məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə də öz qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış kredit və ipoteka müqavilələri üç tərəflidir. Halbuki həmin müqavilələr 3 tərəfli deyil 2 tərəflidir, onunla “Beynəlxalq Bank” arasında bağlanmışdır, İddiaçı həmin müqvilərlərdə tərəf kimi iştirak etmir, heç bir hüquq və vəzifə daşımır. Məhkəmə öz qətnaməsində işin faktiki halını aydınlaşdırmadan bu hala istinad etmişdir. b) İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 0090 saylı və xx.xx.2019-cu il tarixli, 0121 saylı Payçı Müqavilələrində və həmin müqavilələrə 1 nömrəli Əlavədə əks olunan ödəniş qrafikinə əsasən nəzərdə tutulan 35.000 və 18.850 AZN mənzillərin ilkin ödəniş məbləğini ödəməli olduğu halda ödənilməmiş, habelə Azərbaycan Beynəlxalq Bankı ilə onun arasında bağlanmış kredit müqaviləsinə Əlavədə əks olunan ödəniş cədvəli üzrə ödənişlər gecikdirilməklə Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə 1685 AZN və Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilinə görə 885 AZN borc məbləği yaranmışdır. Beləliklə, müqavilə üzrə mənzillərin ilkin ödənişi ilə bağlı 35.000 + 18.850 AZN, bank krediti üzrə 1685 + 885 AZN borc məbləği, ümumilkdə 56.420 (əlli altı min dörd yüz iyirmi) AZN borc məbləği borclu Cavabdeh tərəfindən iddia qaldırılan günə kimi ödənilməmiş, AR Mülki Məcəlləsinin bir sıra müddalarına əsasən müqavilə şərtləri pozulmuşdur. Cavabdeh öz öhdəliyini verinə yetirməyərək, ödənişləri etməkdən yayınmış, boyun qaçırmış, bir sözlə öhdəliyinin icrasını kobud səkildə pozmuşdur Xatırladır ki, cavabdeh bu vaxta kimi nə banka, nə şirkətə heç bir ödəniş etmədən həmin mənzillərdə yaşamağa davam edir. Hazırda Cavabdeh 15 nömrəli mənzilə görə banka olan borcu 5080 (bes min səksən) manat 75 (yetmiş bes) qəpik. 8A nömrəli mənzilə görə isə 2629 (iki min altı yüz iyirmi doqquz) manat 82 (səksən iki) qəpik təşkil edir. MTK zamin olaraq bu borcları ödəmək məcburiyyətindədir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, verərək Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2(012)-4259/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, pandemiya maddi vəziyyətini ağırlaşdırmışdır. Yoxsa ödənişlərlə bağlı səhlənkarlıq etməyib, əri ölüb, onun obyektindən aldığı icarə haqqından məhrum olub. Müəllim kimi fəaliyət göstərir. Dərslər onlayn olduğu üçün əmək haqqı azaldı. Evi satmağa çalışır. Vaxt verilsə, evi satar, iddiaçıya olan borcu ödəyər. Başqa bir ev üçün də ilkin ödəniş ödəyib orada yaşayar. Ev satılsa belə, MTK-ya ödədiyi vəsaiti itirir. Buna baxmayaraq evi satmağa razıdır ki, övladları ilə evsiz qalmasın. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e- 2(012)-4259/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçı ilə barışmaq istəyir. Bilir ki, iddiaçı qismən haqlıdır. Amma vətəndaşı da başa düşmək lazımdır. O övladları ilə birlikdə evsiz qala bilər. Hazırda cavabdehin evinə real alıcı var. Evi satmaqla borcu əvəzləşdirmək istəyir. Ona görə də, Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2(012)-4259/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlə çox danışıqlar aparılıb. hazırda təşkilat cavabdehin borcuna görə bank qarşısında zamindir və bank fasiləsiz olaraq təşkilata bildirişlər göndərir. Hal-hazırda mənzillərdən birinə görə 3080 manat, digərinə görə 5060 manat borc yaranıb. Qətnamə mövqeyinə nisbətən zidd olsa da, cavabdehin xeyrinədir. Mənzil bir ildən çoxdur ki, satışdadır.. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2(012)-4259/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəm iclasının yeri və vaxtı barədə rəsmi qaydada mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh tərəfindən İddiaçı sədri Cavid Əliyevə ünvanlanmış 29 iyul 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçınə məxsus Bakı-Sumqayıt yolunun 15-ci kmdə inşa edilən A bloku, 3-cü mərtəbə, 103 kv.m sahəsi olan 15 saylı mənzili ilkin ödəniş 35.000 manat olmaqla, yerdə qalan məbləği 240 ay müddətinə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən kredit şərtilə almasına köməklik göstərməyi xahiş etmiş, ilkin ödənişi tam şəkildə ödəyə bilmədiyindən 35.000 manatı 24 ay müddətinə qrafik üzrə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı Mənzil Tikinti Kooperati ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən Bakı- Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-ci mərtəbə, 15 №li, studiya tipli mətbəxi olan, 3 otaqlı təmirli və avadanlıqları ilə birlikdə mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 111.240 manat məbləğində pul vəsaitini İddiaçı Mənzil Tikinti Kooperatinə ödəməyi öhdəsinə götürür. 30 iyul 2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsinə 30 iyul 2019-cu il tarixli, 1 saylı əlavədən görünür ki, sifarişçi Cavabdeh üzərinə icraçı İddiaçı ilə arasında imzalanmış 30 iyul 2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsinə əsasən qrafikə uyğun olaraq 24 ay müddətinə, hər ay 1.458 manat olmaqla, cəmi 35.000 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. Əlavədə əgər qrafik üzrə nəzərdə tutulan məbləğ vaxtlı-vaxtında ödənilməzsə, mənzilə işıq, su verilməsinin xəbərdarlıq edilmədən dayandırılacağı, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişçini mənzildən çıxarma hüququna malik olması nəzərdə tutulmuşdur. 30 iyul 2019-cu il tarixli, 047 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1saylı əlavədən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında imzalanmış 30 iyul 2019-cu il tarixli, 0090 №-li müqavilənin predmeti olan mənzilin alınması məqsədi ilə Cavabdeh 215 ay müddətinə illik 10% hesablanmaqla 76.200 manat məbləğində kredit verilmişdir. Kreditin hər ay 843,49 manat olmaqla qaytarılması nəzərdə tutulmuşdur. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə "xxxx" Mənzil Tikinti Kooperativi (zamin) arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 047X.C saylı zaminlik müqaviləsindən görünür ki, zamin "xxxx" Mənzil Tikinti Kooperativi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 047 saylı kredit müqaviləsinə əsasən 76.200 manat məbləğində 215 ay müddətinə verilən kreditin qaytarılmasının təminatı kimi borcalan Cavabdeh bank qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. 30 iyul 2019-cu il tarixli, FJB**********203 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh verilmiş kreditə görə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 3.810 manat komissiya ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı sədri Cavid Əliyevə ünvanlanmış 26 oktyabr 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçınə məxsus BakıSumqayıt yolunun 15-ci kmdə inşa edilən A bloku, 1-ci mərtəbə, 55 kv.m sahəsi olan 8A saylı mənzili ilkin ödəniş 18.850 manat olmaqla, yerdə qalan məbləği “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən kredit şərtilə almasına köməklik göstərməyi xahiş etmiş, ilkin ödənişi tam şəkildə ödəyə bilmədiyindən 18.850 manatı 24 ay müddətinə qrafik üzrə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı Mənzil Tikinti Kooperati ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2019cu il tarixli, 0121 saylı payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A №-li, studiya tipli mətbəxi olan, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 58.850 manat məbləğində pul vəsaitini İddiaçı Mənzil Tikinti Kooperatinə ödəməyi öhdəsinə götürür. 06 noyabr 2019-cu il tarixli, 0121 saylı payçı müqaviləsinə 06 noyabr 2019-cu il tarixli, 1 saylı əlavədən görünür ki, sifarişçi Cavabdeh üzərinə icraçı İddiaçı ilə arasında imzalanmış 06 noyabr 2019-cu il tarixli, 0121 saylı payçı müqaviləsinə əsasən qrafikə uyğun olaraq 24 ay müddətinə, hər ay 785 manat olmaqla, cəmi 18.850 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. Əlavədə əgər qrafik üzrə nəzərdə tutulan məbləğ vaxtlıvaxtında ödənilməzsə, mənzilə işıq, su verilməsinin xəbərdarlıq edilmədən dayandırılacağı, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişçini mənzildən çıxarma hüququna malik olması nəzərdə tutulmuşdur. 06 noyabr 2019-cu il tarixli, 076 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında imzalanmış 06 noyabr 2019-cu il tarixli, 0121 №-li müqavilənin predmeti olan mənzilin alınması məqsədi ilə Cavabdeh 204 ay müddətinə illik 10% hesablanmaqla 40.000 manat məbləğində kredit verilmişdir. Kreditin hər ay 440,47 manat olmaqla qaytarılması nəzərdə tutulmuşdur. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə "xxxx" Mənzil Tikinti Kooperativi (zamin) arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, 076-X.C saylı zaminlik müqaviləsindən görünür ki, zamin "xxxx" Mənzil Tikinti Kooperativi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, 076 saylı kredit müqaviləsinə əsasən 40.000 manat məbləğində 204 ay müddətinə verilən kreditin təminatı kimi borcalan Cavabdeh bank qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. 06 noyabr 2019-cu il tarixli, FJB**********035 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh verilmiş kreditə görə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 5% - 2.000 manat komissiya ödənilmişdir. 06 noyabr 2019-cu il tarixli, 076 nömrəli kredit müqaviləsinə 22 sentyabr 2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi haqqında 01 saylı əlavə sazişdən görünür ki, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi qarşısında müqavilə üzrə ümumi öhdəliyinin cəmi məbləği 41.860 manat müəyyən edilmişdir. 02 fevral 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Günel Nuriyeva tərəfindən Cavabdeh əvəzinə kredit müqaviləsinə əsasən kredit ödənişi üzrə 2.580 manat və 1.350 manat olmaqla, ümumilikdə 3.930 manat ödənilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçınə ünvanlanmış 27 sentyabr 2021-ci il tarixli, PK/İ-0264 saylı mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçı banka olan ödəniş cədvəli üzrə 1.600 manat məbləğində borcun ödənilməzsə, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin borcu tələb etməklə 076 №-li, 22 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçınə müraciət ediləcəyi, İddiaçı isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı-Sumqayıt yolu, 15-ci km, 1 saylı, blok A, 1-ci mərtəbə, ümumi sahəsi 55 kv.m-dən ibarət 2 otaqlı 8A №-li mənzili öz sahibliyinə keçirərək “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli, 67 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh payçı və kredit müqavilələri, həmin müqavilələrə əlavələrdə ödəniş cədvəlləri üzrə yaranmış 20.450 manat borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi, əks halda payçı müqaviləsinin müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Mənzil Tikinti Kooperativi tərəfindən bir tərəfli qaydada ləğv edilib paya sahib olacağı, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli 2 otaqlı mənzilin boşaldılması, mənzilə aid hüquqi sənədlərin geri qaytarılması, əks təqdirdə borc tələbi və mənzilin boşaldılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 29 iyun 2022-ci il tarixli, 29 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh payçı və kredit müqavilələri, həmin müqavilələrə əlavələrdə ödəniş cədvəlləri üzrə yaranmış 58.420 manat borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi, əks halda payçı müqavilələrinin müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ləğv edilib Mənzil Tikinti Kooperativinin paya sahib olacağı, həmçinin hər iki mənzilin boşaldılması, mənzilə aid hüquqi sənədlərin geri qaytarılması, borc tələbi ilə (dəymiş maddi və mənəvi ziyan, əldən çıxmış fayda (gəlir) və s.) bağlı məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli, 31 nömrəli maliyyə arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzilə dair İddiaçı İlə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0090 saylı payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən (“Payçı” “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən təmin edilən müvafiq kredit məbləğini tamamlamağı imtina etdikdə, borc məbləği bitmədən mənzili iadə etdikdə, habelə mənzili digər şəxsin adına keçirdikdə mənzilin hər kv.metri üçün 30 manat (ümumilikdə 2.000 (iki min) manatdan az olmamaq şərti ilə) xidmət haqqı, habelə mənzilin “Payçı” müqaviləsində qeyd olunan qiymətinin 5%-i “Payçı”dan alınacaqdır) payçı Cavabdeh əvəzinə zamin kimi X4 tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərək Mənzil Tikinti Kooperativinin hesabına 8.652 manat pul məbləği köçürülmüşdür. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzilinə dair İddiaçı ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0121 saylı payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən (“Payçı” “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən təmin edilən müvafiq kredit məbləğini tamamlamağı imtina etdikdə, borc məbləği bitmədən mənzili iadə etdikdə, habelə mənzili digər şəxsin adına keçirdikdə mənzilin hər kv.metri üçün 30 manat (ümumilikdə 2.000 (iki min) manatdan az olmamaq şərti ilə) xidmət haqqı, habelə mənzilin “Payçı” müqaviləsində qeyd olunan qiymətinin 5%-i “Payçı”dan alınacaqdır) payçı Cavabdeh əvəzinə zamin kimi X4 tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərək Mənzil Tikinti Kooperativinin hesabına 4.942,5 manat pul məbləği köçürülmüşdür. Həmin 8.652 manat pul məbləği Cavabdeh satılmış 103 kv.m mənzilin hər kv.metri üçün hesablanan 30 manat, yəni 103x30=3.090 manat xidmət haqqı, habelə mənzilin “Payçı” müqaviləsində qeyd olunan qiymətinin, yəni 111.240 manatın 5%-i=5.562 manat cərimədən ibarətdir. Həmin 4.942,5 manat pul məbləği Cavabdeh satılmış 55 kv.m mənzilin hər kv.metri üçün hesablanan 30 manat, yəni 55x30=1.650 manat, lakin 2.000 manatdan az olmamaq şərtilə xidmət haqqı, habelə mənzilin “Payçı” müqaviləsində qeyd olunan qiymətinin, yəni 58.850 manatın 5%i=2.942,5 manat cərimədən ibarətdir. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçınə ünvanlanmış 17 noyabr 2022-ci il tarixli, 22-20244/2022 saylı mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçı banka olan ödəniş cədvəli üzrə 1.300 manat məbləğində borcun ödənilməzsə, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin borcu tələb etməklə 076 №-li, 22 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçınə müraciət ediləcəyi, İddiaçı isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı-Sumqayıt yolu, 15-ci km, bina 1, blok A, 1-ci mərtəbə, ümumi sahəsi 55 kv.m-dən ibarət 2 otaqlı 8A №-li mənzili öz sahibliyinə keçirərək “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçınə ünvanlanmış 17 noyabr 2022-ci il tarixli, 22-20245/2022 saylı mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçı banka olan ödəniş cədvəli üzrə 2.550 manat məbləğində borcun ödənilməzsə, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin borcu tələb etməklə 047 №-li, 26 noyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçınə müraciət ediləcəyi, İddiaçı isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı-Sumqayıt yolu, 15-ci km, bina 1, blok A, 3-cü mərtəbə, ümumi sahəsi 103 kv.m-dən ibarət 3 otaqlı 15 №-li mənzili öz sahibliyinə keçirərək “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 164 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilən sənədlərə istinadən birinci instansiya məhkəməsi iddianı yuxarıda qeyd edlən formada qismən təmin etmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırki işdən görünür ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 30 iyul 2019-cu il tarixli, 0090 nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş ilkin ödəniş olan 35.000 manat məbləği 24 ay müddətinə iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında 06 noyabr 2019-cu il tarixli, 0121 nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş ilkin ödəniş olan 18.850 manat məbləği 24 ay müddətinə iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdir. Lakin cavabdeh müqavilələr ilə üzərinə mənzillərin müəyyən edilmiş ilkin ödənişi olan 35.000 manatı və 18.850 manatı 24 ay müddətinə ödəməyi öhdəsinə götürsə də, iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilələrin şərtlərini pozaraq ilkin ödənişləri ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ümumilikdə 53.850 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götrürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericilik normasına əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi barədə tələb əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin müqavilələrin ləğv edilməsi hissəsi əsaslı olduğundan müqavilələr üzrə alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 3-cü mərtəbə, 15 nömrəli mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş 1-ci bina, A bloku, 1-ci mərtəbə, 8A nömrəli mənzil boşaldılaraq İddiaçınə təhvil verilməli, eləcə həmin mənzillərə dair hüquqi sənədlər (Payçı müqaviləsi, kredit müqaviləsi, ödəniş cədvəlləri) Cavabdeh sahibliyindən götürülərək İddiaçınə verilməlidir. Bundan başqa məhkəmə kollegiyası iddia tələbini dəymiş maddi ziyanın tələb edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı mənzillərə görə kredit verilməsi üçün Mənzil Tikinti Kooperativi tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş ümumilikdə 5.810 manat komissiya xərcinin cavabdehdən tutularaq ona verilməsini tələb etsə də, tərəflər arasında qeyd olunan komissiya haqqının İddiaçı tərəfindən ödənildikdən sonra payçı Cavabdeh ödənilmiş həmin məbləği Mənzil Tikinti Kooperativinə ödəməsi barədə tərəflər arasında müqavilənin və müqavilə üzrə öhdəliyin mövcud olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı cavabdehin Mənzil Tikinti Kooperativinə 15 nömrəli mənzilə görə 8.652 manat və 8A nömrəli mənzilə görə 4.942,50 manat xidmət haqqı və cərimə borcunun yaranmasını da iddia etsə də, iddia tələbini bu hissədə də əsaslandıra və hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı banka olan gecikməyə görə Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh əvəzinə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 2.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdeh tərəfin izahatından görünür ki, onun hazırda Mənzil Tikinti Kooperativinə onun əvəzinə banka olan gecikməyə görə ödənilmiş məbləğə görə 1.900 manat borcu vardır. Belə olan halda iddia tələbi dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, dəymiş maddi ziyana görə 1.900 manat Cavabdeh alınaraq İddiaçınə verilməlidir. Bundan başqa mənəvi “Mənəvi ziyana görə 5.000 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 3-cü bəndində göstərildiyi kimi, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. İddiaçı isə hüquqi şəxsdir. Оna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin göstərdiyi, tərəflər arasında bağlanan əqdin yalan əqd olmasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd edilən müqavilələri məhkəmə qaydasında mübahisələndirməmiş, həmçinin müqavilələrin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia ərizəsi verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunur ki, "Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan huquqı nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021 -ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci ıl 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bır hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-cı ıl 10 mart və X Mırzəlıyevin şikayəti üzrə 2021-ci ıl 17 sentyabr tarixli Qərarlar) Hazırki işdə isə qərarda qeyd edilən xüsusatlar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2(012)-4259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar