Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-840/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-6076/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər keçmiş ər-arva ddır.
2. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1743/2021 nömrəli qətnaməsi ilə, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsünə dair mübahisə həll edilmiş, o cümlədən, 19 ədəd bir tərəfində “1899 q 10 rubley”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 q 15 rubley”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələrin (bundan sonra – qızıllar) cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.
3. Sözügedən qətnamə əsasında icra vərəqəsi verilmiş, naturada qaytarılma mümkün olmadığına, həmçinin qətnamədə qızılların dəyərinin ödənilməsi qət olunmadığına görə qətnamənin icrası mümkün olmamış, icra sənədi icrasız məhkəməyə qaytarılmışdır.
4. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı qızılların dəyəri olan 30400 manatın, onların dəyərini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri - 150 manatın və 182 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə (§1-4) belə əsaslandırılmışdır ki, qızılların cavabehdən alınaraq ona verilməsi qərara alınsa da, cavabdeh bilərəkdən onları və ya onların dəyərini verməkdən boyun qaçırır. Qızılların dəyərini müəyyən etmək üçün əmlakın qiymətləndirilməsi işi həyata keçirilmiş, “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən 30400 manat olduqları müəyyən edilmişdir. Bu səbəbdən, qızılların verilməsi təmin edilmədiyi tədqirdə onların dəyəri tutularaq iddiaçıya ödənilməlidir. 7. “Məhkəmə Ekspertizası Mərkəzinin” xx.xx.2024-cü il tarixli, 9/9887 nömrəli ekspert rəyində qızılların 2021-2022-ci illər üçün orta bazar qiyməti ilə ümümi dəyərinin təxminən 22800 manat, 2023-cü ilin noyabr ayına 26400 manat olduğu müəyyən olunmuşdur.
8. İddiaçının vəsatəti əsasında yenidən ekspertiza keçirilmiş, “Məhkəmə Ekspertizası Mərkəzinin” xx.xx.2024-cü il tarixli, 6/2014-9/2348 nömrəli ekspert rəyində qızılların 2021-2022-ci illər üçün dəyərinin 26550 manat, 2023-2024-cü illər üçün 30150 manat olduğu müəyyən olunmuşdur.
9. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-197/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edil ərək cavabdehdən 30150 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas odur ki, sözügedən qızıl sikkələr real olaraq cavabdehdə mövcud olmadığından icra məmuru tərəfindən icra sənədi icra edilmədən geri qaytarılmış, nəticədə onun qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuş, o cümlədən hökmən icra edilməli olan məhkəmənin qətnaməsi icrasız qalmışdır.
11. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qızılların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edildiyindən, iddia tələbi onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır.
12. Məhkəmə ikinci ekspert rəyini (§8) mötəbər sübut qismində qəbul edər ək qızılların qiymətinin 30150 manat olması qənaətinə gəlmişdir.
13. Məhkəmə mövqeyini Konstitusiyanın 13-cü, Ailə Məcəlləsinin 31.1, 32.1, 34.1-ci, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: İşə baxan birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş qətnamənin icrası qaydasında həll edilməli olan məsələyə iddia icraatı qaydasında baxmaqla qanunverciliyin tələbini pozmuşdur. Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixl i ekspert rəyini deyil, həmin qurumun xx.xx.2024-cü il tarixli ekspert rəyini sübut qismində qəbul etməsini əsaslandırmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-6076/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası bildirmişdir ki, qızılların ümumi dəyəri 2023 və 2024-cü il tarixlərə 30.150 manat təşkil edir. Bu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/2014-9/2348 nömrəli ekspert rəyi ilə müəyyən olunub.
18. Qızılların dəyəri zərər in əvəzi kimi tutulmalıdır.
19. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21 və 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassator şikayətini Mülki Məcəllənin 21.3-cü maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, məhkəmə zərərin həcmini müəyyənləşdirərkən iddiaçının davranışını nəzərə almamışdır. Belə ki, nikahın pozulması barədə iddia tələbi onun tərəfindən qaldırılsa da, bu iddia tələbinin irəli sürülməsinə səbəb iddiaçının hərəkətləri olmuşdur. b)
22. Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün ç əkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr qızılların dəyərinin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmiş, onların dəyərini isə ekspert rəyi əsasında müəyyən etmişlər.
37. Kassasiya kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşaraq bildirir ki, hazırkı işdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıya məxsusluğu müəyyən olunmuş əmlakın dəyərinin qaytarılmasına dair mübahisə həll edilmişdir.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış, onların dəlillərinə hüquqi qiymət verilərək iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.Kassasiya şikayətinin dəlilləri f ormal olmaqla, qətnamənin ləğvinə əsas vermir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2024-cü il tarixli 2(103)-6076/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.