Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-842/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2042/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh və Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə A li Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5753/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, 18 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 450 manat miqdarında aliment İddiaçı tutularaq Cavabdeh ver ilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6234/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 73 üzərində ½ hissədə (bundan sonra mübahisəli mənzil) İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 Cavabdeh alınıb ataları İddiaçı Təvəkkül oğluna verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
4. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışına əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 73-ün xx.xx.2023-cü il ta rixinə bazar dəyəri 63000 (atmış üç min) manat təşkil edir.
5. Azərbaycan Respublikası ƏMDX DƏDKR-nin verdiyi çıxarışın surətinə əsasən Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 73 saylı mənzilinin mülkiyyətçisi ½ hissədə İddiaçı (bundan sonra iddiaçı), ½ hissədə Cavabdehdır (bundan sonra cavabdeh). İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
6. MŞS/MT030/2023-00422 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışına əsasən hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaç ı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək,cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və onun mülkiyyətində olan mübahisəli mənzilin naturada ayrılması, bu mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər, yəni iddiaçı ilə cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin üzərində 1/2 hissədə iddiaçının, yəni iddiaçının, 1/2 hissədə cavabdehin payları müəyyən edilmişdir. Mənzil üzərində ola n payları müəyyən edildiyindən iddiaçı hal-hazırda paylı mülkiyyətdəki paylarının naturada ayrılmasını, bu məqsədəuyğun olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun cavabdeh ilə iddiaçının arasında paylarına mütənasib surətdə bölünməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3543 №-li ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 73-ün planlı yerləşməsini, o cümlədən dörd mərtəbəlibinanın dördüncü mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx və bir sanitar qovşaq olduğunu nəzərə alaraq həmin mənzilin ½ paya uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.
10. Sumqayıt şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(060)-2777/2023 saylı qətnaməsi ilə (Elmir Hüseynov) iddia təmin edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır.
12. Məhkəmə onuda qeyd etmişdir ki,mübahisəli əmlak tərəflərin ½ nisbətində paylı mülkiyyətindədir. Əmlakın naturada bölgüsü mümkün olmamış, iddiaçının öz payının dəyərinin ödənilməsi tək lifinə, cavabdeh müsbət cavab verməmişdir.
13. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1,29 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1,220.2,220.3, 220.4, 220.5, 220.6-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, mənzilin hərrac qaydasında satışı müəyyən mərhələləri keçdikdən sonra mümkün ola bilər. Belə ki, iddiaçı ilkin mərhələdə əmlakın naturada bölgüsü iddiasını qaldırır, bu ekspert rəyi ilə mümkün olmadıqda payların pul ilə əvəzləşdirilməsi-kompensasiyanın verilməsi məsələsinə baxılır, bu hal da mümkünsüz sayıldıqda sonuncu mərhələdə əmlakın hərrac qaydasında satılması ilə bağlı məhkəmə mübahisəyə baxaraq qiymət verir. Lakin məhkəmə bu normanın tələbini pozaraq mücərrəd məna daşıyan və ehtimal əsasında irəli sürülən iddianı nəinki icraata qəbul etmiş, hətta təyin edilmiş ekspertiza rəyi əmlakın natu rada bölgüsünün mümkünsüzlüyü barədə olduğu halda birbaşa mənzilin hərraca çıxarılmasına qərar vermişdir. Halbuki bundan sonrakı mərhələ həmin əmlakdakı payın kompensasiya ilə əvəzləşdirilməsidir ki, bununla baglı iddiaçı ona hər hansı bir kompensasiya təklif etməmiş və Mülki Məcəllənin 220.3-220.5-ci bəndin tələblərinə əməl olunmamışdır. Halbuki əmlakın acıq hərracda satışı yalnız bu mərhələni kecdikdən sonra mümkün ola bilərdi. Məhz bu hallar qətnamənin ləğvi ücün əsasdır. Bundan başqa tərəflərin birgə nikah dövründə əldə etdikləri daha bir əmlak dəyəri 300000 manat olan həyət evidir ki, həmin ev üzərində onların ½ hissədə payları məhkəmə qətnaməsi əsasında müəyyən olunduğu halda iddiaçı bu əmlakı cavabdehin razılığı və xəbəri olmadan banka girov qoymaqla 170000 manat kredit götürmüş v ə hazırda həmin əmlaka dair bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəmədə mübahisə mövcuddur. Göründüyü kimi iddiaçı qanunsuz və saxta əqd yolu ilə bu əmlakı tamamilə almaqla kifayətlənməyərək hazırda övladı ilə birlikdə yaşadığı digər əmlakın hərraca çıxarılmasına nail olmuşdur. Məhkəmənin qanunsuz və əsassız qətnaməsi cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan mənzildən qanunsuz məhrum olunmasına xidmət etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-2042/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X3 və X12) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Kollegiya bildirmişdir ki, iddiaçı ilə cavabdeh əvvəllər ər-arvad münasibətində olmuş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5753/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6234/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 73 üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir.
19. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhk əmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. İddiaçı tərəfindən qanunvericili klə sadalalan ardıcıllığa riayət edilmiş, müraciəti müsbət həll olunmadğından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə apellyasiya şikayətinin digər dəlilinə, yəni “cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatsız olması” barədə dəlili ilə razılaşmır və qeyd edir ki, sonuncu məhkəmə iclaslarının yeri və vaxtı barədə həm poçt, həm də “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur (i/m səh.51,62,71,78).
23. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır..
24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 20, 139.1, 146.2, 148.2, 152, 213.1, 220.1, 220.3, 220.4, 220.5-ci,MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmış dır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edilməsini ilə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, hər iki məhkəmə instansiyasında işə baxılarkən MM-in 220.3 və 220.5-ci maddələrinin tələbi pozularaq ehtimal əsasında irəli sürülən iddianı məhkəmə nəinki icraata qəbul etmiş, hətta təyin edilmiş ekspertiza rəyi əmlakın naturada bölgüsünün mümkünsüzlüyü barədə olduğu halda birbaşa mənzilin hərraca çıxarılmasına qərar vermişdir. Halbuki, bundan sonrakı mərhələ həmin əml akdakı payın kompensasiya ilə əvəzləşdirilməsidir ki, bununla bağlı iddiaçı cavabdehə hər hansı bir kompensasiya təklif etməmiş və MM-in tələblərinə əməl olunmamışdır. Əmlakın acıq hərracda satışı yalnız bu mərhələni keçdikdən sonra mümkün ola bilərdi. Bu hal isə mübahisəli qətnamənin ləğvi üçün əsas olduğu halda apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Bundan başqa, məhkəmə hərraca çıxarılması barədə qərar verdiyi əmlakın bazar qiymətini belə müəyyənləşdirməmiş və həmin mənzilə görə verilməli olan kompensasiya məbləğini müzakirə etməmişdir.
27. Kassator qeyd etmişdir ki, iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş daha bir əmlak dəyəri 300000 manat olan həyət evidir ki, həmin ev üzərində tərəflərin ½ hissədə payı məhkəmə qətnaməsi əsasında müəyyən ol unduğu halda iddiaçı bu əmlakı cavabdehin razılığı olmadan saxta sənəd əsasında banka girov qoymaqla 170000 manat kredit götürmüş və cavabdehin iddiası üzrə ipoteka müqaviləsi məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuşdur. İddiaçı istər hazırki iddianı qaldırmaqla və istərsə də tərəflərin birgə nikah dövründə əldə edilmiş digər əmlakı saxta sənədlər əsasında banka girov qoymaqla cavabdehi birgə nikah dövründə əldə edilən əmlaklardan məhrum etmişdir.
28. Şikayətçi onu da qeyd etmişdir ki, mənzilin naturada bölünməsinin mümkünsüzlüyü barədə rəy daxil olan kimi bu mənzilin dərhal hərracda satılmasına qərar vermiş və birtərəfli,qeyri-obyektiv mövqeyini sübuta yetirmişdir.
29. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassas iya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 32. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 33. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 34. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 35. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 36. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 37. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 38. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 39. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 40. 2 20.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 41. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 42. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 43. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri a rasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 44. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 48. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49. 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 50. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 51. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 52. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instan siyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğu ndan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
57. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
61. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yaz ılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2042/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.