Məhkəmə qərarları › İş №2(102)-844/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-844/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-844/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1838/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh keçmiş kürəkənidir. Cavabdehin q ızı X1 ilə iddiaçı xx.xx.2019cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur.

2. Hazırda iddiaçı ilə cavabdeh arasında pul tələbi ilə bağlı mübahisə mövcuddur. Belə ki, iddiaçı cavabdehin ona borcu olduğunu bildirir, cavabdeh isə iddia tələbini qəbul etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat borcun və 270 manat məhkəmə xərcinin tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya ümumilikdə 10000 manat borcu var. Belə ki, iddiaçı ayrı-ayrı vaxtlarda on a 300 manat, 400 manat pul vermişdir. Bundan başqa iki dəfə də ayrı-ayrı vaxtlarda hər biri 4000 manat olmaqla bankdan kredit götürüb cavabdehə vermişdir. Pulu ona geri qaytarması üçün cavabdehlə dəfələrlə söhbət etmişdir. Cavabdeh əvvəllər deyirdi ki, qızının qızılları onda qalıb. Qızılları qaytarsaq, o, da kartını verəcək ki, borcu aylıq olaraq oradan götürsün. İddiaçı isə cavabdehə inanmamışdır. İddiaçı qızılları cavabdehin qardaşına qaytarmağı, cavabdehin isə kartı ona verməsini təklif etsə də, o razı olmamışdır. İddiaçının hələ də banka borcu var və ödəyir. Həmçinin, cavabdehin iddiaçıya borclu olması ilə bağlı səs yazıları da var. Cavabdeh bəzi səs yazılarında borcu qaytaracağını etiraf etsə də, sonuncu yazışmalarda borcu məhkəmə qaydasında tələb etməyi bildirmişdir. İddiaçı hesab ed ir ki, cavabdeh onun etibarından sui-stifadə etmişdir.

5. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya hər ay 500 manat olmaqla borcunu qaytaracağını bildirsə də, boşandıqdan sonra yalnız 1 ay 500 manat pul vermişdir. Cehiz və qızıllar iddiaçının evində olmuş, cavabdeh isə pulun əvəzində onları götürməyini demişdir. Lakin, sonradan cavabdeh məhkəmə qaydasında cehizləri tələb etdiyinə görə, iddiaçı onları qaytarmışdır. İddiaçıdan cehizləri tələb etdiklərinə görə də, o da pulu istəyir. İddiaçı bildirmişdir ki, ayrı-ayrı vaxtlarda cavabdehə 300 manat, 400 manat pul vermişdir. Həmçinin onu da bildirmişdir ki, evli olduqları dövrdə iki dəfə - bir dəfə atası yaxın adamından 4000 manat pul götürərək, cavabdehə vermiş, digərində isə bankdan kredit götürüb 4000 m anat cavabdehə vermişdir. Atasının verdiyi borcu cavabdeh qaytarmadığına görə iddiaçı özü qaytarmışdır. Eləcə də, cavabdehin borcu olduğuna görə öz adından lotereya oynayaraq ona 4000 manat pul vermişdir. İki dəfə isə ayrı-ayrılıqda 1000 manat cavabdehə pul vermişdir. Qeyd etdiyi 300, 400 manat pulu isə tələb etmir. Sonuncu dəfə isə 2021-ci ilin yay aylarında kredit borclarını qaytarmaq üçün ona borc vermişdir.

6. Cavabdeh iddia tələbi ilə razılaşmayaraq, iddia tələbinə qarşı verdiyi etiraza uyğun izahat verərək bildirmişdir ki, qızı ilə iddiaçının nikahları pozulduqdan sonra da o, iddiaçı ilə normal münasibət saxlamağa çalışmışdır ki, bəlkə münasibət yenidən düzələr. Lakin, iddiaçının yerli-yersiz "sizə pul vermişəm, sizin mənə borcunuz var" ifadələrini başa düşmür. Əvvəl elə zənn edirmiş ki, şəxs adət-ənənə ilə qız toyu ərəfəsində verilmiş xırda məbləğləri nəzərdə tutur. Lakin hal-hazırki iddia ərizəsini aldıqdan sonra məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının iddiada göstərdiyi bir cümlə belə doğru deyil. O, iddiaçıdan heç vaxt borc pul almamış, belə bir zərurət də olmayıb, heç vaxt da əziyyətlə aldığı əmlakları borcun əvəzinə saxla deyə işlətməmişdir. İddiaçının nə məqsədlə ona qarşı belə bir iddia qaldırmasını başa düşə bilmir. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğ ilə tələb etdiyi məbləğ üst-üstə düşmür. Belə ki, iddia ərizəsində göstərir ki, iki dəfə 4000-4000 manat pul vermişdir. Lakin 10000 manat tələb edir. Səs yazısına gəldikdə isə deyə bilər ki, o, qeyd etdiyi kimi, ailəni bərpa etmək üçün yumşaq və həqiqəti əks etdirməyən nəsə ifadə edə bilər. O, bi lmirdi ki, onun sadəlöhv davranışına iddiaçı pis niyyətlə cavab verəcəkdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3789/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Tağızadə).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçı və nümayəndəsi cavabdeh üçün bankdan iki dəfə, hər dəfə 4.000 manat olmaqla kredit götürdüyünü və eyni zamanda ayrı-ayrı vaxtlarda 300, 400 manat verdiyini qeyd etsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.1, 21.2, 385.1, 386.1, 739, 1091.1, 1092.1, 1093.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 106.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiya məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.

11. Apellyasiya şikayəti iki dəlilə istinad edilməklə əsaslandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsi öhdəliyin yaranma əsasını dəqiq müəyyən etməmişdir. İşə baxan məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi CD diskdəki səs yazılarını araşdırmamış və hüquqi qiymət verməmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1838/2023 nömrəli 17 oktyabr 202 3-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Süleymanova (sədrliyi və məruzəsi ilə), hakimlər Z.Məmmədov və G.Cabbarovadan ibarət tərkibdə), apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilərək, cavabdehdən 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, mülki iş materiallarındakı telefon danışıqları olan disk tədqiq edilmiş, cavabdeh həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir. Tərəflər arasında olan telefon danışıqlarının məzmunundan görünür ki, iddiaçı cavabdehlə telefon əlaqəsi yaratmış, cavabdehdən ona verdiyi hissə-hissə pulları, lotoreya pulu, banka olan borcları, ümumilik də 10000 manat borcunu istəmişdir. Cavabdeh ilk əvvəl susaraq heç bir fikir bildirməmiş, sonra cavabında arvadının əmək haqqı kartını ona verəcəyini, həmin kartdan hər ay 460 manat pul alacağını və ondan əlavə hər ay özü də iddiaçıya 100 manat verəcəyini, bundan əlavə iddiaçının evində qalmış, qızına məxsus mebelləri və qızılları satıb pulunu götürməsini iddiaçıya təklif etmiş, daha sonra isə əmək haqqı kartı təklif etməsinə baxmayaraq iddiaçının götürmədiyini, toy etməklə özünün də ziyana düşdüyünü, iddiaçıya məhkəməyə müraciət etməsini bildirmişdir.

14. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin həmin danışıqlarda iddiaçının ondan 10.000 manat pul tələb etməsinə, ona borcu olması barədə göstərdiklərinə etiraz etməməsinin, iddiaçının ona yönəlmiş tələbi qarşısında əvvəlcə susub heç b ir söz deməməsinin, daha sonra «toy etməklə özüm də ziyana düşmüşəm, kartı götur, əlavə 100 manat da verəcəm, qızıl əşyalarını götür, mebelləri satıb pulunu götür və s.» kimi fikirlər bildirməsinin səbəbini məhkəmə araşdırması zamanı izah edə bilməmiş, bu göstərilənlərin qarşılığında kollegiyaya yalnız iddiaçıya heç bir borcunun olmamasını, avtomaşının təmirinə görə 300 manat və 400 manat cərimənin onun əvəzindən iddiaçının ödədiyini göstərməklə kifayətlənmişdir.

15. Məhkəmə kollegiyası telefon danışıqlarına dair disk materiallarını qiymətləndirərək hesab etmişdir ki, həmin səs yazısındakı məlumatların əsassız olmasına dair hər hansı bir xüsusat məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən bu məlumatlar MPM-nin 76-cı maddəsinə müvafiq olaraq sübut növü olaraq qəbul edilməlidir.

16. Belə ki, həmin səs yazısında cavabdehin iddiaçıya 10.000 manat borcu olması barədə birbaşa etirafı olmasa da, cavabdehin susması, heç bir etirazını bildirməməsi kimi hallar cavabdehin iddiaçı qarşısında 10.000 manat borcu olmasını təsdiq edən etirafedici hərəkətlər kimi qiymətləndirilməlidir. Bu halın əksini sübut edən heç bir arqument cavabdeh tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir. Bu qeyd olunanlar isə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

17. Lakin iddiaçı və cavabdehin izahatında bildirdiyi məlumatlardan görünür ki, tərəflər arasında qarışıq xarakterli mülki hüquq münasibətləri olmuşdur.

18. Belə ki, iddiaçı müəyyən məbləğdə pulu (4000 manat, 1000 manat) cavabdehə borc verdiyini, müəyyən məbləğ pulu isə (4000 manat, 500 manat, 400 manat, 7 00 manat) cavabdehin üçüncü şəxslər qarşısında olan borclarının ödənilməsinə sərf etdiyini bildirir.

19. Məhkəmə kollegiyasi bununla bağlı bildirmişdir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılması baxımından tərəflər arasında yaranmış mülki münasibətlərə aydınlıq gətirilməlidir. Qeyd edildiyi kimi iddiaçı 4000 manat və 1000 manat borc verdiyini iddia edir.

20. Mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır.

21. Beləliklə, tərəflər arasında qanunla nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmamaqla əqdin formasına dair şərtlər pozulmuşdur. Bu isə tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd kimi qiymətləndirməyə əsas verir. Qanunvericiliyin tələbinə görə əhəmiyyətsiz əqd üzrə tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur.

22. Məhkəmə kollegiyası cavabdehin üçüncü şəxslər qarşısında olan borclarının iddiaçı tərəfindən ödənilməsi ilə bağlı hesab etmişdir ki, cavabdehin üçüncü şəxslər qarşısında olan borcu iddiaçı tərəfindən ödənilməklə tələb hüququ iddiaçıya keçmişdir.

23. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 329.3, 329.4, 337.1, 337.3, 337.4, 337.5, 385.1, 386.1, 427.2, 431.1, 442, 448.1,739.1, 739.2-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassator, şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının ona pul verməsini təsdiq edən hər hansı bir sübut mövcud deyil. Onunla iddiaçı arasında hər hansı yazılı borc müqaviləsi bağlanmamışdır. Belə ki, aralarında hər hansı müqavilə olmadığı üçün, onun iddiaçı qarşısında hər hansı öhdəliyi də yoxdur. Kassasiya şikayətinin digər dəlilinə görə, iddia ərizəsinin məzmunu ilə iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahat arasında ziddiyət olmuşdur. Belə ki, iddia ərizəsində 4000 manat pulun iddiaçı tərəfindən cavabdehə borc verildiyi, izahatda isə həmin pulun atası tərəfindən kimdənsə borc alınaraq on a verildiyi, iddiaçının sonradan həmin borcu qaytardığı bildirilmişdir. Buna baxmayaraq, iddiaçı atasının əvəzinə pul qaytardığı şəxsi təqdim etməmiş, nə də bankdan götürdüyü məbləğlərlə bağlı hər hansı öhdəliyini məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsində verdiyi izahatında isə bankdan götürdüyü məbləği xalası oğlunun adına götürdüyünü bildirmişdir. Lakin həmin şəxsi də məhkəməyə şahid kimi təqdim etməmişdir. Beləliklə, pulun verildiyi hər hansı formada sübut edilməmiş və ziddiyyətli ifadələrlə cavabdehə borc verilməsi inkar olunmuşdur. İşə baxan məhkəmə kollegiyası isə bunları nəzərə almadan qətnamə qəbul etmişdir. Kassator onu da qeyd etmişdir ki, məhkəmə kollegiyası iddiaçının və vəkilinin təqribən 10.000 manat civarında borcu olması ilə bağlı ifadələrinə istinad etmiş, eyni zamanda qanunsuz yolla əldə olunmuş səs yazısını təhrif edərək öz mülahizəsinə uyğun qiymətləndirmişdir.

26. Kassator şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 385.1, 386.1, 339, 560-cı maddələrinə, habelə MPM-in 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 739.1. Borc müqaviləsinə gör ə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 10.000 manat borclu olduğunu, həmin məbləğin bir hissəsini- 4.000 manat və 1.000 manat ayrı-ayrı vaxtlarda cavabdehə borc verdiyini, bundan başqa cavabdehin xahişi əsasında onun əvəzindən sonuncunun üçüncü şəxsə olan 4000 manat borcunu, eləcə də cavabdehin nəqliyyat vasitəsinin təmirinə və cəriməsinə görə 500 manat, 400 manat, kreditə götürülmüş televizora görə 700 manat kredit borcunu ödədiyini, cavabdehin ona 11.000 manatdan çox borcu olduğunu, lakin həmin məbləği yuvarlaşdıraraq cəmi 10.000 manatın ödənilməsini iddia edir. İddia tələbinin əsası olaraq tərəflər arasında olan danışıqlara dair səs yazısının sübut növü olaraq qəbul edilməsini xahiş edir.

46. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan telefon danışıqlarının məzmunundan görünür ki, iddiaçı cavabdehlə telefon əlaqəsi yaratmış, cavabdehdən ona verdiyi hissə-hissə pulları, lotoreya pulu, banka olan borcları, ümumilik də 10000 (on min) manat borcunu istəmişdir. Cavabdeh ilk əvvəl susaraq heç bir fikir bildirməmiş, sonra cavabında arvadının əmək haqqı kartını ona verəcəyini, həmin kartdan hər ay 460 manat pul alacağını və ondan əlavə hər ay özü də iddiaçıya 100 manat verəcəyini, bundan əlavə iddiaçının evində qalmış, qızına məxsus mebelləri və qızılları satıb pulunu götürməsini iddiaçıya təklif etmiş, daha sonra isə əmək haqqı kartı təklif etməsinə baxmayaraq iddiaçının götürmədiyini, toy etməklə özünün də ziyana düşdüyünü, iddiaçıya məhkəməyə müraciət etməsini bildirmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdeh həmin danışıqlarda iddiaçının ondan 10.000 manat pul tələb etməsinə, on a borcu olması barədə göstərdiklərinə etiraz etməməsinin, iddiaçının ona yönəlmiş tələbi qarşısında əvvəlcə susub heç bir söz deməməsinin, daha sonra «toy etməklə özüm də ziyana düşmüşəm, kartı götür, əlavə 100 manat da verəcəm, qızıl əşyalarını götür, mebelləri satıb pulunu götür və s.» kimi fikirlər bildirməsinin səbəbini məhkəmə araşdırması zamanı izah edə bilmədi. Cavabdeh bu göstərilənlərin qarşılığında kollegiyaya yalnız iddiaçıya heç bir borcunun olmamasını, avtomaşının təmirinə görə 300 manat, hesablanmış cəriməyə görə 400 manat, toya görə 800 manat ödədiyini göstərib, iddiaya etiraz etmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, həmin səs yazısında cavabdehin iddiaçıya 10.000 manat borcu olması barədə birbaşa etirafı olmasa da, ca vabdehin susması, heç bir etirazını bildirməməsi kimi hallar cavabdehin iddiaçı qarşısında 10.000 manat borcu olmasını təsdiq edən etirafedici hərəkətlər kimi qiymətləndirilməlidir. Bu halın əksini sübut edən heç bir arqument cavabdeh tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir. Bu qeyd olunanlar isə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq norması nın dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin iddiaçıya 10.000 manat məbləğində borcunun olması tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Lakin qeyd edilməlidir ki, istər iddiaçının izahatında, istərsə də cavabdehin izahatında bildirdiyi məlumatlardan görünür ki, tərəflər arasında qarışıq xarakterli mülki hüquq münasibətləri olmuşdur. Belə ki, iddiaçı müəyyən məbləğdə pulu (4000 manat, 1000 manat) cavabdehə borc verdiyini, mü əyyən məbləğ pulu isə (4000 manat, 500 manat, 400 manat, 700 manat) cavabdehin üçüncü şəxslər qarşısında olan borclarının ödənilməsinə sərf etdiyini bildirir.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

52. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır. Qanunvericiliyin tələbinə görə yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

53. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

54. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya g östərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

55. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qanunla nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmamaqla əqdin formasına dair şərtlər pozulmuşdur. Bu isə tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd kimi qiymətləndirməyə əsas verir. Qanunvericiliyin tələbinə görə əhəmiyyətsiz əqd üzrə tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. İddianın digər bir hissəsi cavabdehin üçüncü şəxslər qarşısında olan borclarının iddiaçı tərəfindən ödənilməsi ilə bağlıdır.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin üçüncü şəxslər qarşısında olan borcu iddiaçı tərəfindən ödənilməklə tələb hüququ iddiaçıya keçmişdir.

57. Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının bu hissədə iddia qaldırmaq hüququ qanuni və əsaslıdır.

58. Beləliklə, şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmə bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, maddi hüquq normalarını düzgün tətbiq etməməsi barədə iddiaçının dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(105)-1838/2023 nömrəli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar