Məhkəmə qərarları › İş №2(102)-848/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-848/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-848/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak üzərində bərabər payların müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(103)- 5937/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı 40000 manat borc pul almış, borcu qaytarmamışdır. Sonradan iddiaçı cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmiş və məhkəmənin 3 mart 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə həmin məbləğdə pulun cavabdehdən tutulması qət edilmişdir.

2. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 tərəfindən tələbkara cəmi 8500 manat pul ödənilmiş, qətnamə qalan hissədə icra edilməmişdir. Cavabdeh1 əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir.

3. Cavabdehlər arasında 19 iyul 2002-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah dövründə 27 aprel 2011-ci il tarixli alqı-satqı mü qaviləsinə əsasən Cavabdeh2 adına ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq alınmış (xx.xx.2011-cü il tarixdə mülkiyyət hüququ qeydə alınmış) və onun üzərində inşa edilmiş sahəsi 240,20 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 240,20 kv.metr fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Belə ki, onun həyat yoldaşının adına torpaq sahəsi və fərdi yaşayış evi olduğundan müəyyən olunur ki, onun borcunu ödəmək üçün imkanı vardır. Lakin o, öhdəliyini imkanı olduğu halda qərəzli şəkildə icra etmir və icranı da əmlakının olmaması ilə aldadır.

6. Cavabdehlərin ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri çatmamış, iclasların vaxtı barədə SMS xəbərdarlıq göndərilsə də cavabdehlər iclaslarda iştirak etməmiş, iddiaya hər hansı münasibət bildirməmişlər.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(003)-3009/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia əsaslı olduğundan cavabdehlərin qeyd edilən əmlak üzərində payları müəyyən edilməlidir. Belə ki, iddiaçı Cavabdeh1 kreditoru olmaqla onun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna sahib şəxsdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5, 224.1, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1-ci maddələri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul tələbi barədə Xəzər rayon məhkəməsinin e-2(003)-456/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamənin icrası ilə əlaqədar həbsin qoyulması Cavabdeh1 qeydiyyatda olduğu yaşayış sahəsinə deyil, uşaqları və valideynləri ilə yaşadığı mənzilin üzərinə qoyulmuşdur. Məhkəmə icra məmurunun İddiaçı mənafeyinə süni şəkildə xidmət göstərməklə heç bir hüquqi əsası olmayan, bəsit, “özündən uydurma” məlumatına əsaslanmış, Cavabdeh1 pasport qeydiyyatında olduğu ünvana istinad etməklə onun yaşamasını təmin edəcək mənzil olduğunu nəzərə alaraq uşaqları və valideynləri ilə birgə yaşadığı evi “hədəfə” almışdır. Cavabdeh1 heç bir payı olmadığı yaşayış sahəsini “hədəf”-ə almaqla onun bölünməsinə dair iddia tələbi ilə müraciət etmiş və məhkəmə də iddianı təmin etmişdir. Bundan başqa, ona məxsus əmlakın məhkəmə tərəfindən bu qaydada bölünməsi həm övladlarının və həm də valideynlərinin mənafeyi baxımından da ədalətli bölgü hesab edilə bilməz. Belə ki, məhkəmə Cavabdeh1la birgə nikahlarından olan iki uşağının yetkinlik yaşına çatdığını, hər ikisinin Ali məktəbdə təhsil aldığını, təhsilə və digər zəruri ehtiyaclarına ödənilən xərclərin onun və valideynlərinin hesabına ödənilməsini, eləcə də bir azyaşlı uşağın tam onun himayəsində qaldığını nəzərə almamışdır. Torpaq sahəsi və ev h əyat yoldaşı ilə birgə nikah dövründə tikilməsinə baxmayaraq həm torpağa və həm də evin tikilməsinə çəkilən xərclər onun valideynləri tərəfindən ödənilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5937/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və S.X.Bəhrəmzadə) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Belə ki, Cavabdeh1 İddiaçı 40000 manat borc pul alması və öhdəliyini icra etməməsi halında iddiaçının hazırda cavabdehə münasibətdə kr editor qismində çıxış etməklə istinad edilən maddi normaların tələbləri baxımından ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verməklə haqlı olmuşdur. Göründüyü kimi iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı olan dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin məzmunundan aydın olmuşdur ki, cavabdehlər məhkəmə iclasları barədə məlumatlı olmuş, həmçinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsi barədə məhz işə baxan məhkəməni xəbərdar etməli olduqları halda, bunu etməmişlər. Digər tərəfdən Cavabdeh1 apellyasiya şikayətində həm torpağa və həm də evin tikilməs inə çəkilən xərclərin həyat yoldaşının valideynləri tərəfindən ödənildiyini göstərməsinə baxmayaraq işin sadalanan halları ilə cavabdehin qeyd etdikləri müəyyən edilməmiş, eyni zamanda cavabdeh bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.

15. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin həm torpağa, həm də evin tikilməsinə çəkilən xərclərin həyat yoldaşının valideynləri tərəfindən ödənilməsi barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, işin sadalanan halları ilə cavabdehin qeyd etdikləri müəyyən edilməmiş, eyni zamanda cavabdeh bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni hal digər apellyator Cavabdeh2 da apellyasiya şikayətinin bu barədə olan dəlilinə aiddir. Cavabdeh2 Cavabdeh1 ilə ailə münasibətlərinin 2011-ci ildən kəsməsini və payları bölünməsi t ələb edilən evə Cavabdeh1 heç bir formada aidiyyatı olmamasını göstərməsi onun ərinin iddiaçı qarşısında daşıdığı mülki məsuliyyətdən yayınmasına bir növ şərait yaratmasına hesablanmışdır. Əks halda Cavabdeh2 buna dair mötəbər sübutlarını təqdim edərdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim etdiyi aktlar, ərizələr və digər sənədlər isə hazırki iş üzrə heç bir sübut əhəmiyyəti kəsb etmir.

16. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri saymışdır ki, paylara bölünməsi tələb edilən evin Cavabdeh1 heç bir aidiyyatı olmaması və onun Cavabdeh2 valideynlərinin vəsaiti hesabına tikilməsi faktı mövcud olmuş olsa idi belə, bu arqument “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının məzmununa əsasən də əsassızdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5, 224.1, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər ara sında olan nikah formal xarakter daşıyır, belə ki, onlar 2011-2012-ci illərdən etibarən ayrı olduqlarından, hazırda digər cavabdehin iddiaçıdan aldığı borcu hansı səbəblə alması kassatora məlum deyildir.

20. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə formal yanaşmışdır. Belə ki, həqiqətən də, mübahisəli torpaq sahəsi kassatorun valideynləri tərəfindən alınmış, həmçinin fərdi yaşayış evinin tikilməsində də Cavabdeh1 heç bir maddi dəstəyi olmamışdır. Bu hal məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilmiş, həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kassatorun valideynləri 2010-cu ildə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yerləşən, 2013-cü ildə Bakı şəhəri, 8-ci km qəsəbəsində yerləşən və 2015-ci ildə Lənkəran – Astara şosses ində yerləşən evlərini satmış, əldə etdikləri vəsaitlə qardaşı X16 ev almış, qalan məbləğlə həm hazırkı torpaq sahəsini almış və həm də evin tikintisinə sərf etmişlər. Bundan başqa, kassatorun anası aldığı əmək haqqısını, mütəmadi olaraq qazanc məqsədilə Rusiyaya gedən atasının qazandığı pulun çox hissəsini evin tikintisinə sərf etmişlər. Evin tikintisi 2013-cü ilin payız aylarında başlamış, təxminən 2017-ci ilin ortalarına qədər davam etmişdir. Qeyd olunan ev anasının aldığı əmək haqqı və mütəmadi olaraq Rusiyaya gedən atasının orada qazandığı pulla tikilmişdir.

21. Bundan başqa, Bakı şəhəri, Xəzər rayonu, Binə Qəsəbə İƏDÜ Nümayəndəlyinin xx.xx.2024-cü il tarixli 5-12-6/2-543/2024 saylı məktubundan görünür ki, vətəndaş Cavabdeh1 qeydiyyatda olduğu Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçül ük sovxozunda yerləşən ev X1 məxsus olmuşdur. Həmin evdə faktiki olaraq əvvəllər X5, arvadı X15, oğlu Salayev Natiq, Salayev Novruz, qızı Salayeva Esmira, gəlinləri X7, X3 və nəvələri orada qeydiyyatda olmaqla faktiki yaşamışlar. X17 və Novruz Salayev başqa ünvanda ev alaraq arvadı və uşaqları ilə oradan köçmüş, Salayev Əhədulla, arvadı Ağayeva Nazı, qızı Salayeva Esmira orada yaşamaqda davam etmişlər. Salayev Əhədulla xx.xx.2019-cu ildə vəfat etmiş, həmin vaxtdan orada arvadı Nazı Salayeva və qızı Esmira Salayeva və sonuncunun uşaqları orada yaşayır. Qeyd olunan yaşayış sahəsi X2 adına rəsmiləşdirilmişdir (Çıxarış əlavə olunur). Həmçinin məlumat üçün bildirilmişdir ki, Cavabdeh1 həmin evdə formal pasport qeydiyyatında olmasına baxmayaraq, orada yaşayan sakinlərlə heç bir yaxın və ya uzaq qohumluq əlaqəsi yoxdur. X12, onun ailə üzvlərinin və qonşularının demələrinə görə Cavabdeh1 tələbəlik dövründə Bakı şəhərində qeydiyyata düşmək zərurəti yarandığı üçün bir tanış kimi X4 xahiş edərək qeydiyyatada düşməyə razılıq verilmişdir. Cavabdeh1 heç vaxt həmin evdə yaşamamış, gediş-gəlişi olmamış, evin tikintisində, evdə aparılan hər hansı bir təmirtikintidə, kommunal və digər xərclərin ödənilməsində heç vaxt iştirak etməmiş, ətrafda yaşayan sakinlər onu həmin ünvanda yaşayan sakin kimi tanımamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslə rin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

24. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi

26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

27. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

28. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birini n əmlakıdır).

29. Maddə 37.1. Əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur.

30. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Prosessual Məcəllə

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəm əsinin aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

36. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, Cavabdeh1 İddiaçı 40000 manat borcu olduğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, borcun tam ö dənilməsi təmin edilməmişdir.

38. Kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququ MM-nin 224.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilən normaya əsasən iddiaçı Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlakdakı payının ayrılmasını tələb etməkdə haqlı olduğundan məhkəmə tərəfindən iddia təmin edilmişdir.

39. Cavabdeh2 həm apellyasiya, həm də kassasiya şikayətində irəli sürdüyü dəlil bundan ibarətdir ki, onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi birgə nikah dövründə alınsa da, valideynləri tərəfindən verilmiş vəsait hesabına torpaq alındığından ər-arvadın birgə əmlakı hesab edimədiyi üçün bu əmlak üzərində Cavabdeh1 payı tanına bilməzdi.

40. Kollegiya bununla bağlı qeyd edir ki, qeyd edilən əmlaklar tər əflərin birgə nikahları dövründə alındığı üçün onların birgə əmlakları olması prezumpsiyası mövcuddur. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 41. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.9 və 3.11-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. (Qərarın 5.3, 5.6-cı bəndləri)

42. Cavabdeh tərəfindən iddiaya etira zın əsaslarını təsdiq etmək üçün apellyasiya instansiyasında işə baxılarkən təqdim edilmiş qonşular və qohumlar tərəfindən təqdim edilmiş aktları, ərizələri və digər sənədlər məhkəmə tərəfindən mötəbər sübut hesab etməmişdir. Məhkəmə bu mövqeyi əsaslandırarkən “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinad etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın əri n və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zərurid ir.

43. Apellyasiya instansiyası mərhələsində işə baxılarkən Cavabdeh2 məhkəmə iclasında birinci instansiya məhkəməsində işə baxılması barədə onun mobil telefon nömrəsinə bildiriş gəlsə də, həmin bildirişdə iddia tələbi qeyd edilmədiyindən məhkəməyə hansı işlə bağlı dəvət edildiyini bilmədiyi üçün iclaslarda iştirak etmədiyini bildirmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi cavabdehin işə çəkişmə prinsipinin pozulması ilə baxıldığına dair dəlilini əsassız hesab etmiş, qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasları barədə məlumatlı olduğu və üzürsüz səbəbdən iştirak etmədiyi apellyasiya şikayətinin məzmununda da aydın olmuşdur.

45. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehə kağız daşıyıcıda göndərilmiş bildiriş çatmasa da elektron məhkəmə sistemi vasitəsi i lə mobil nömrəsinə göndərilmiş bildiriş əsasında məhkəmə iclasında iştirak edərək hansı mübahisə üzrə dəvət edildiyini öyrənmək imkanına malik olduğundan Cavabdeh2 apellyasiya mərhələsində təqdim etdiyi sübutlar MPM-nin 78.1, 372.2-ci maddələrinin tələblərinə əsasən ümumiyyətlə məhkəmə tərəfindən qəbul edilə və qiymətləndirmə aparıla bilməzdi.

46. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya hər hansı etiraz bildirmədiyindən, o cümlədən hazırda kassasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı birinci instansiya mərhələsində mötəbər sübutlar təqdim edilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir.

47. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(103)- 5937/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar