Məhkəmə qərarları › İş №2(102)-85/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-85/2022

10.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-85/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı X7 və vəkili X2, Cavabdeh1 və vəkili Osmanov Firudin Osman oğlunun iştirakı ilə Şəki Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(107)-1269/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qəbələ Rayon Məhkəməsinin 2(025)-869/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, JN-167G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə verilmiş 2.74 ha. torpaq sahəsindən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2,74 ha torpaq sahəsi İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 hər birinin payı 1/9 hissə olmaqla mülkiyyətlərindədir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş AZ-İ № 900199 saylı ölüm haqqında arayışına əsasən, Cavabdeh5 22.01.2001-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarışa əsasən birgə mülkiyyətlərindəki 2.74 ha torpaq sahəsinin tərkibində hər birinin 1/9 hissədə olan payının sərhədlərinin hüdudlarını müəyyən edərək naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.03.2021-ci il tarixdə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim etmiş və X4 22.01.2001-ci il tarixdə vəfat etdiyindən yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“na dair iddia tələbi irəli sürərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarışa əsasən birgə mülkiyyətlərindəki 2.74 ha torpaq sahəsinin tərkibində hər birinin 1/9 hissədə olan payının sərhədlərinin hüdudlarını müəyyən edərək naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı Qərarı ilə onlara və daha 5 nəfər ailə üzvünə (cəmi 9 nəfər) 2.74 ha. həyətyanı torpaq sahəsi verilmiş və "Torpağın mülkiyyətə verilməsinə dair" JN-167G nömrli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Qəbələ rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(025)869\2018 nömrəli Qətnaməsindən görünür ki, JN-167G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə verilmiş 2.74 ha. torpaq sahəsi 9 nəfər mülkiyyətçi arasında bərabər hissələrə b ölünərək hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir, qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməni onlar ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə təqdim edərək Hüquqların Dövlət qeydiyytaı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarış almışlar. Daha sonra DƏDRX idarəsinə müraciət edərək paylarının naturada bölünərək sərhədlərin müəyyən edilməsini xahiş etmişlər. DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşları əraziyə gəlsə də cavabdehlərin etirazı olduğundan texniki inventarlaşdırma işlərinin aprılması mümkün olmamışdır. Bu səbəbdən sonuncu plan-ölçü işlərinin aparılmasını dayandırmış və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün bizə 28.09.2020-ci il tarixli imtina məktubu vermişdir. Bu səbəbdən ayrılması mübahisə predmetinə ç evrilmiş torpaq sahəsindəki paylarının sərhəd hüdudlarının müəyyən edilməsi və hərbirinin payının məcburi qaydada naturada ayrılması və tanıdılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qəbələ Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir. “X3” MMC-nin 29.01.2021-ci il tarixli, 33 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, JN-167G saylı 2.74 ha “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi - **********93; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 23.09.202 0) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən torpaq sahəsi hər biri 0.3044 ha olmaqla 9 (doqquz) bərabər hissəyə bölünməklə 1/9 hissədə payların hüdudları dəqiqləşdirilmişdir. Rəyə plan-sxem, ortofotoplan və baxış aktı əlavə olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. Mübahisəli ərazidən o 1992-ci ildə torpaq sahəsi alıb, 1994-cü ildə isə həmin ərazidə fərdi yaşayış evi inşa edib. Həmin dövrdə ard-arda torpaq islahatlarında iştirak edib. İddiaçılar əsassız olaraq həmin ərazidən pay istəyir. Onlar sənədləri saxtalaşdırıblar. İddiaçıların qeyd etdiyi 23 sot torpağın ona aidiyyatı yoxdur. Onun evi s ahəsi 2 ha 50 sot olan torpaq sahəsində yerləşir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 2(025)-75/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsinin, paylarına uyğun 1/9 (0.3044 ha) hissədə olmaqla, “X1” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 6 nömrə altında olan torpaq sahəsi İddiaçı1, 7 nömrə altında olan torpaq sahəsi İddiaçı4, 8 nömrə altında olan torpaq sahəsi İddiaçı3 və 9 nömrə altında olan torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılması və onlara verilməsi ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, Mülki məcəllənin 213, 220-ci maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası keçirilib müvafiq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçıların paylarının ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçılar etiraz etməmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etmir. Məhkəmənin qənaətinə görə “X3” MMC tərəfindən tərtib olun muş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçılara düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğun olmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1,220.2, 220.3, 221.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-75/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ərazinin bir hissəsini 1992-ci il tarixdə almaqla 1994-cü ildə həmin ərazidə fərdi yaşayış evi tikmişlər. Torpaq islahatına hazırki ailə üzvüləri ilə islahata id diaçıların saxtakarlıq edərək göstərdikləri ərazidə, yəni onun və ailə üzvülərinin yaşadığı onun həyətində yox, ata həyətində aparilmışdır və JN-167 saylı şəhadətnamə verilmişdir. Onlara 2,50 ha torpaq sahəsi verilmiş və hazırda Nic qəsəbə İƏD-nın təsərrüfat başına uçot kitabında ailənin adına cəmi 2,50 ha torpaq sahəsi qeydə alınmış, həmin sahənin 1,00 ha əkin sahəsi kimi 1,50 ha isə həyətyanı torpaq sahəsi kimi qeydə alınmaqla bu torpaq sahəsində 1994cü il tarixdə fərdi yaşayış evi inşa edilmişdir. Bu faktı Qəbələ rayon Nic qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 12.04.2021-ci il tarixli 410 saylı arayışı ilə də təsdiq olunur. Nic qəsəbə bələdiyyəsinin 05.04.2021-ci il tarixli 4b saylı arayışında göstərilir ki, Cavabdeh5 ( ilkin təqdim olunan iddiada cavabdeh) ailə başçısı olma qla 9 nəfər ailə üzvüləri ilə birlikdə torpaq islahatına getmişlər və onların mülkiyyətinə 4 ha bağaltı torpaq, 5,99 ha əkinaltı torpaq verilmişdir. Onların ailə üzvülərinin istifadəsində 3,05 ha bələdiyyə torpağı vardır. Nic bələdiyyəsinə islahatından sonra təqdim edilmiş xəritədə onların ata-baba yurdu JN-167 F saylı şəhadətnamədə göstərilən 1,02 ha torpaq sahəsində yerləşir. 24.02.1974-cü il tarixdə tərtib olunmuş Ayrılma aktından görünür ki, o, yəni Cavabdeh1 qeyd olunan 24.02.1974-cü ildə atası Alcanov Məhəmməddən ayrılmışdır. Qeyd olunan faktlar məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırılsa da qətnamə qəbul edilərkən nəzərə alınmamış və iddiaçıların saxtakarlıq yolu ilə məhkəməyə təqdim etdikləri sənədlər əsasında mülkiyyət hüquqlarını kobud şəkildə pozan qətnamə qəbul edilmişd ir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) 30.06 2021-ci il tarixli 2(103)-1269/2020 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Qəbələ Rayon Məhkəməsinin 2(025)-75/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1,220.2, 220.3, 221.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi qətnaməsini MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 385.2 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30.06 2021-ci il tarixli 2(103)-1269/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirak çılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nın 05.02.1999-cu il tarixli 03 saylı qərarına əsasən verilmiş JN-167 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən hüquq sahiblərindən bir qrupu, yəni iddiaçıların adları islahat aparılan zaman qeyri-qanuni yolla aparılmış bir təsərrüfat kimi siyahıya daxil olunmaqla, 2.74 ha torpaq sahəsinə birgə mülkiyyətin payları kimi qeydə alınmışlar. Bu və ya digər məsələlər apelyasiya məhkəməsinin diqqətinə çatdırılsa da, nəzərə alınmamış, iddiaçı tərəfindən saxta sənədlər əsasında mülkiyyət hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Cavabdehlər qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iclasında bu və ya digər faktlar məhkə mə kollegiyasının diqqətinə çatdırılsa da qətnamə qəbul edilərkən nəzərə alınmamış, iddiaçıların məhkəməyə təqdim etdikləri saxta yolla əldə etdikləri sənədlər əsasında onların mülkiyyət hüquqlarını kobud surətdə pozan qətnamə qəbul edilmişdir. Məhkəməyə iddiaçı X5 vəkili X6 tərəfindən kassasiya şikayətinə dair yazılı etirazı daxil olmuşdur. Etirazda iddiaçı və vəkili kasasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30.06 2021-ci il tarixli 2(103)-1269/2020 nömrəli qətnaməsinin hansı maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərin göstərilmədiyini, buna görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və vəkili Osmanov Firudin Osman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şik ayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı X7 və vəkili X6 verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə veril məsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəfləri n təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin 9 nəfərin mülkiyyətində olması və onların hər birinin 1/9 hissə payının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, onların hər birinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin Azərbaycan Respublikası Mülki Prossesual M əcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də, kassasiya şikayətinin iddiaçıların mübahisəli torpaq sahəsinə hüquqlarının olmaması barədə dəlilləri əsassız hesab edilməlidir. Bundan başqa, cavabdehlərə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavadehlərdə qalmış, bölgü zamanı iddiaçılara torpaq sahəsinin üzərində hər hansı tikili olmayan hissəsi ayrılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli 2(103)-1269/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar