Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-851/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr tibb müəssisəsinin vurduğu zərərə görə maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X7 (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2nə qarşı (“Yeni Klinika” X23, X2 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4052/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 02 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X10 18 yanvar 2023-cü il tarixdə “Elmed” klinikasında Cavabdeh1 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspress test” vasitəsilə “Covid-19” analizi götürülmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exo-kardioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatdan sonra xəstənin həmin klinikada vəziyyəti pisləşmiş, t əzyiqi düşmüş, bədən temperaturu qalxmışdır. Xəstədən onun “Covid19” virusunun yoluxub-yoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X24”-a köçürülmüş, orada xəstəyə müalicə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 7080% buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika”ya köçürülmüş, xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021-ci il tarixdə saat 07:20-da ürək fəaliyyəti dayanmış, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetərsiz olmuş, 08:00-da bioloji ölüm qeydə alınmışdır.
2. İddiaçılar X16 anası İddiaçı1 Məhəmmədi qızı və bacısı İddiaçı2 əməliyyatı həyata keçirmiş “Elmed” Tibb Mərkəzinin həkimi Natava n Əliyevanın barəsində cinayət işinin başlanması üçün Binəqədi rayon prokurorluğuna müraciət etmiş, Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanuni qüvvədə olan qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən CM-in 314.2ci maddəsi ilə nəzərdə tutulmuş “əməldə cinayət tərkibi olmaması” əsası rədd edilmişdir. 3. “Elmed” Tibb Mərkəzi Cavabdeh2 MMC-nin nəzdindədir və Cavabdeh2 MMC-yə özəl tibb fəaliyyəti həyata keçirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 088197 nömrəli lisenziyaya əsasən müddətsiz icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 700 manat, Cavabdeh4 MMC-dən 1800 manat maddi zərər kimi pul vəsaitinin tutularaq onlara ödənilməsi, cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə, həkim - lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Günay Əliyeva (iddiaçılardan birinin qızı, digərini bacısı) tənəffüsündə məhdudiyyət yaranması səbəbindən “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən həkim (Lo r) Natavan Əliyevaya müraciət etmiş, həkim Cavabdeh1 onu müayinə edərək, tənəffüsündə çətinlik yaranmasını Günay Əliyevanın burnunda çəpər əyriliyi olması ilə əlaqələndirmişdir. X19 Günay Əliyevaya təxirəsalmadan cərrahi əməliyyat edilməsinin zəruriliyini bildirmişdir. Lakin, sonradan onlara bəlli olmuşdur ki, X19 və klinikanın tibbi personalı tərəfindən bütün zəruri təhlillər və müayinələr, xüsusi ilə pandemiya şəraitində əməliyyatdan öncə mərhuma müvafiq qan təhlilləri və ağciyər nahiyyəsinin müayinəsi aparılmamışdır. Nəticədə, əməliyyat edildikdən sonra mərhumun qəfildən vəziyyəti ağırlaşmışdır. X19, mərhumun vəziyyətinin ağırlaşdığını qeyd edərək, onun başqa xəstəxanaya, daha doğrusu Cavabdeh4 klinikasına keçirilməsinin zəruriliyini mərhumun yaxınlarına bildirdikdən sonra, məhz onun mə sləhətini nəzərə alaraq, xx.xx.2021-ci il tarixində mərhumu həkimin dediyi "City Hospital” klinikasına köçürmək məcburiyyətində qalmışlar. Cavabdeh4 klinikasına keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin klinikanın Toğrul adlı həkimi xəstənin vəziyyətinin ağır olduğunu, onda böyrək çatışmazlığı və qara ciyərində ciddi problemlər yarandığını mərhumun yaxınlarına bildirmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 17.00-18.00 radələrində Cavabdeh4 klinikasının baş həkimi Bayram Qorçuyev mərhumun koronovirusa yoluxduğunu, vəziyyətinin daha da ağırlaşdığını bildirərək, onun “Yeni Klinika” tibb müəsissəsinə keçirilməsini məsləhət görmüşdür. Dərhal həmin axşam mərhumu “Yeni Klinika” tibb müəsissəsinə köçürmüşlər. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saat 08.00 radələrində həkimlərin bütün müdaxilələrinə baxmayaraq mərhumun həyatını xilas etmək mümkün olmamış, Günay Əliyeva vəfat etmişdir. Nəticə etibarı ilə həkim-lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi “Elmed” Tibb Mərkəzinin və Cavabdeh4 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində G.Əliyeva həyatdan məhrum olmuşdur. “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən həkim N. Əliyevanın 29 il otolarinqoloq (lor) kimi iş təcrübəsinin olduğu qeyd edilmiş internet səhifəsində onun 1991-1992-ci il tarixlərdə pediatriya üzrə internatura keçdiyi müəyyən edilmişdir. Qeyd edilən pul vəsa itlərinin tutulduğu təqdirdə, həmin vəsaitlərin mərhumun azyaşlı uşaqlarının adına açılacaq bank hesablarında, onların yetkinlik yaşına çatana qədər saxlanılması, ana qayğısından məhrum olan uşaqların gələcək müqəddəratı və iddiaçılar - mərhumun anası və bacısının mənəvi təskinlik tapması üçün zəruridir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, 07 iyun 2023-cü tarixli qətnaməsi ilə (hakim M. Əfəndizadə) iddia ərizəsi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfidən iki dəfə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertlərin rəylərinə əsaslanaraq “Elmed” Tibb Mərkəzindəki müayinə və müalicələrin düzgün yerinə yetirildiyi müəyyən edilmişdir. Ekspertlər hər iki klinikada aparılan tibbi prosedurların səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğu n olduğunu qeyd etmişdirlər. Həmçinin, ekspert rəylərində mərhumun ölümünün əməliyyatdan əvvəlki vəziyyətlə əlaqəli olmadığı qeyd edilmişdir. Ekspert rəylərində mərhumun ölümünün əməliyyatla əlaqəsi olmadığı, həmçinin cavabdeh həkimlər tərəfindən tibbi səhvlərin edilmədiyi və ya tibbi xidmətin qaydalara uyğun olmadığı göstərilmişdir. Həmçinin, məhkəmə tərəfindən qəbul edilən sübutlara əsaslanaraq, heç bir hüquqa zidd əməl tapılmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099.1, 1121-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 9, 16-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya insta nsiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə, eyni məzmunlu iki ekspert rəyinə əsaslanaraq qərar vermişdir. Lakin, qərarda qeyd olunmuşdur ki, birinci ekspert rəyini ziddiyyətli hesab edən hakim, ikinci ekspertizaya yönləndirmiş və sonradan bu ikinci rəyi əvvəlki ilə eyni olaraq qəbul etmişdir. Həmçinin, ekspertlər tərəfindən klinikalarda aparılan tibbi sənədlərdəki ziddiyyətlər və COVİD-19 xəstəsi Günay Əliyevanın səhv müalicəsi ilə bağlı heç bir izahat verilməmişdir. Məhkəmə, cavabdeh tərəfin təqsiri ilə zərər arasında səbəbli əlaqə olmadığını təsdiq edən hər hansı sübutun təqdim edilmədiy ini qeyd etmişdir. Lakin qərarda, Günay Əliyevanın dərhal ixtisaslaşmış klinikaya köçürülməsi lazım olduğu halda, COVİD-19 xəstəsi olaraq cərrahi əməliyyat keçirilməsi və üç gün qeyriixtisaslaşmış klinikada saxlanılmasının ölümünə səbəb olması göz ardı edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış olan hallar bunlardır: 1) Burun çəpəri əməliyyatından əvvəl COVİD-19 testinin aparılmaması, 2) COVİD-19 testinin aptek kart- testləri ilə yoxlanılması, 3) Günay Əliyevanın vəziyyətinin qeyri-müəyyən qaldığı dövrdə hansı müayinə və müalicə tədbirlərinin həyata keçirildiyinin aydınlaşdırılmaması, 4) “Elmed” Tibb Mərkəzindən Cavabdeh4a köçürülən xəstənin tibbi sənədlərinin verilməməsi, 5) COVİD-19 virusunun şübhəli olduğu halda "xxxx"da heç bir müvafiq testin aparılmaması.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov, F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən təqsirli hərəkətlərə dair sübutlar mövcud deyil və ekspert rəylərini əsas götürərək, təqsirkar davranışın, xüsusən də həkim və tibb müəssisələrinin xidmətlərinin vicdansız və ya laqeyd olması kimi bir nəticəyə varılmadığını bildirib. Eyni zamanda, ekspertlər tərəfindən təsdiq edilmişdir ki, əməliyyatdan əvvəl və sonra aparılmış müayinələr müvafiq qaydalara uyğun ol ub, xəstənin vəziyyətinin ağırlaşmasının səbəbi COVİD-19 virusunun əvvəldən mövcud olmasıdır, bu isə həkimlərin laqeydliyi və ya xidmətlərinin səhv olmasını sübuta yetirmir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1099, 1121-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1450/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), Z.Əliyev və V.Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Kassasiya instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X23 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ109 nömrəli rəydə 4-cü sual üzrə göstərilmişdir ki, rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər. Belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür. Qey d edilən rəydən belə görünür ki, “Buzlu şüşə” görüntüsünün aşkar edilməsi sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Belə olan halda, “COVİD-19” virusunun kəskin yayıldığı dövrdə xəstənin sadə rentgenoloji müayinə ilə kifayətlənməklə müayinəsinin aparılmasının tibbi göstərişlərə uyğun olub-olmaması sual doğurur, lakin bu suala cavab verilməyib. Həmçinin işin müəyyən edilmiş hallarına görə xəstədə “COVİD-19” virusu kart-test vasitəsilə yoxlanımışdır. Cavabdeh (həkim) Cavabdeh1 xəstədə koronovirusun olub-olmamasını kart-test vasitəsilə yoxlanmasını və bu testin məlumatlılıq faizinin təxminən 50-60 faiz olmasını göstərmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X5 da xəstədə “Covid-19” virusunun kart-test üsulu ilə yoxlanmasını, bunun da nəticəsinin 60- 70 faiz düzgün olduğunu demişdir. Ağır pandemiya dövründə məlumatlılıq səviyyəsi 50-70 faiz arasında dəyişən testin nəticələrinin xəstənin əməliyyat edilməsinə imkan veribverməməsi də ekspert rəyindən aydın deyil, işin bu halına məhkəmə də aydınlıq gətirməmişdir. Həmçinin aydın deyil ki, xəstədə “COVİD-19” virusu kart-test vasitəsilə və ya sadə rentgenoloji müayinə üsulu ilə yoxlanıb. Çünki cavabdeh (həkim) Cavabdeh1 xəstədə koronovirusun olub-olmamasını kart-test vasitəsilə yoxladığını deyib, rəydə isə bunun sadə rentgenoloji müayinə üsulu ilə yoxlanması qeyd edilib. Bundan əlavə, rəydə “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkünlüyü qeyd edilib. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin mü diri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda (İ cild, i.v.343) qeyd edilmişdir ki, əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan, əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Rəydə “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkünlüyü istisna edilməsə də, onun faiz dərəcəsi ilə belə qısa müddətdə yaranmasının mümkünlüyünə aydınlıq gətirilməyib. Yəni, “COVİD19” virusu aşkar edilməyən xəstədə bir gün ərzində ağciyərlərinin müəyyən qismində 75% “buzlu şü şə” əlaməti aşkar edillə bilərdi, ya yox, bu suala cavab nə rəydə göstərilb, nə də ki, məhkəmə bunu dəqiqləşdirməyib.
17. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayevin yuxarıda istinad edilən məktubunda həmçinin göstərilmişdir ki, xəstə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir. Məktubda qeyd edilənlərdən burun-çəpər əyriliyi əməliyyatının fövqəladətəxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat olmaması, bunun planlı cərrahi müdaxilə olması, belə olan halda, xəstədə KT (Kompüter tomoqrafiyası) və “COVİD-19” müayinə lərinin aparılmasının vacib olması görünür. Bu baxımdan, xəstənin əməliyyatdan əvvəl nəyə görə KT müayinəsindən keçməməsi məsələsinə aydınlıq gətirilməli idi, lakin birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh4 MMC-nin nümayəndəsi X17 göstərmişdir ki, əməliyyata gedəndə də “COVİD19” virusu xəstədə olmuşdur. Lakin ağciyərin rentgeni zamanı bu, özünü biruzə verməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır. Xəstə Cavabdeh4a gətirildiyini zaman ağır vəziyyətdə olduğundan onu dərhal “Covid-19” xəstəliyindən müyainə etmək mümkün olmamışdır. Vacib olan test deyil, kompüter tomoqrafiyasıdır. Göründüyü kimi, Cavabdeh4 MMC-nin nümayəndəsi xəstədə əməliyyatdan əvvəl də “COVİD-19” virusunu n olmasını istisna etməmiş, bu zaman müayinə üsulu kimi kompüter tomoqrafiyasının vacib olmasını bildirmişdir.
18. Mülki Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı yaranan zərər, o cümlədən yanlış diaqnoz və ya cərrahiyyə əməliyyatı nəticəsində, ümumi əsaslarla ödənilməlidir. Həmçinin, tibb müəssisəsi zərərin öz təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad ola bilər. Bu maddədə nəzərdə tutulmuş “Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi, təqsirli tərəfin məsuliyyətdən azad olunmasının yalnız mötəbər sübutlarla mümkünsüz olduğunu göstərir. Nəticədə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin səhvlərini nəzərə alaraq, işin obyektiv və qanuni həlli üçün ekspertizalar ın keçirilməsini və tərəflərin hər birinin təqsirinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılmasını təmin etməlidir. Bu, işin faktiki hallarını düzgün qiymətləndirmək üçün vacibdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1099, 1112-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 102.1, 102.2, 103.1, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V. Sadıqov (sədrlik edən və məruzəçi ), X.Mərdanova və M. Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin İddiaçı1 aid rədd edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən maddi zərərə görə 700 manat, mənəvi zərərə görə 50.000 manat, Cavabdeh4 MMC-dən maddi zərərə görə 1800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh (həkim) Cavabdeh1 əməliyyata girən pasiyentin koronovirusun olub-olmamasını kart-test vasitəsilə yoxlanmasını və bu testin məlumatlılıq faizinin təxminən 50-60 faiz olmasını göstərmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X5 da xəstədə “Covid-19” virusunun kart-test üsulu ilə yoxlanmasını, bunun da nəticəsinin 60-70 faiz düzgün olduğunu demişdir. Ağır pandemiya dövründə məlumatlılıq səviyyəsi 50-70 faiz arasında dəyişən testin nəticələrinin xəstənin əməliyyat edilməsinə imkan verib-verməməsi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyindən aydın olmamışdır. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X12” X23nin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən X3 xx.xx.2020-ci il tarixli “Şübhəli insanlarda “Koronovirus-2019” üçün laboratoriya testinin” aparılması müvəqqəti təlimatda respirator xəstəlik simptomları olmayan xəstələ rdə PZR testi tövsiyə olunmur. Belə ki, PZR test skrin (ilkin) müayinə metodu deyil. Bu da, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 iyun 2020ci il tarixli brifinqində TƏBİB-in rəsmiləri tərəfindən bəyan edilmişdir. Qeyd olunanlara əsasən, Günay Əliyevaya xx.xx.2021-ci il tarixdə kart-test və sadə rentgenoloji müayinələrin aparılması düzgün olmuşdur. “COVİD-19” virusunun təyini həm kart-test, həm də PZR, hər iki müayinə burun-udlaq selikli qişasından yaxmanın götürülməsi ilə aparılır. Xəstəlik tarixində müayinə üsulu “COVİD-19” yaxma qeyd edilib. Konkret müayinə metodu (kart-test və yaxud PZR) qeyd edilməyib. TƏBİB-in rəsmi göstərişinə əsasən xəstədə respirator xəstəlik simptomları varsa PSR üsulu ilə müayinənin aparılması nəzərdə tutulur.
22. X3 test str ategiyalarında respirator xəstəlik simptomları olmayan xəstələrin PZR test müayinəsinin aparılması tövsiyə olunmur. Belə ki, PSR test skrin (ilkin) müayinə metodu deyil. Bu haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 iyun 2020-ci il tarixli brifinqində TƏBİB-in rəsmiləri tərəfindən bəyan edilmişdir. Günay Əliyevada heç bir respirator xəstəlik simptomları olmadığı üçün müayinə yaxma götürməklə kart test üsulu ilə aparılmışdır. “COVİD-19” virusuna yoluxmuş xəstələrdə radioloji müayinə zamanı “buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür. Sözü gedən işdə Günay Əliyevayada xx.xx.2021-ci il tarixdə döş qəfəsinin rentgenoloji müayinəsi aparılmış və patologiya qeyd edilməmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış KT-da ağciyərlərdə 75% “buzlaş ma”nın olduğu müəyyən edilmişdir. Bu da xəstədə “buzlu şüşə” görüntüsü bir gün ərzində deyil, iki gün keçdikdən sonra meydana çıxmışdır. Günay Əliyevanın ilkin müayinəsi zamanı onda heç bir respirator xəstəlik simptomları olmadığı üçün ona KT müayinəsinin aparılmasına tibbi göstərişlər olmayıb və “COVİD19” virusunun təyini kart-test üsulu ilə aparılmışdır. Planlı əməliyyatlarda “COVİD19” virusunun müəyyən edilməsi üçün standart kart-test üsulu (fövqəladə təxirəsalınmaz əməliyyatlar istisna olmaqla) yetərli olmuşdur. Kəskin kataral əlamətləri olan xəstələrdə planlı əməliyyatın təxirə salınması mümkündür. Eyni zamanda “COVİD-19” virusuna yoluxmuş xəstələrdə burun-çəpər əməliyyatının aparılmaması haqqında əks göstəriş qeyd edilməyib. Sözügedən işdə Günay Əliyevada “COVİD-19” virusuna yoluxmas ı müəyyən edilmədiyi üçün üzərində cərahiyyə əməliyyatı icra edilmişdir. Günay Əliyevanın meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə (cərrahi əməliyyatla) baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır.
23. Beləliklə, ekspert rəyində göstərilmişdir ki, tibbi sənədlərdə konkret müayinə metodu (kart-test və yaxud PZR) qeyd edilməyib. TƏBİB-in rəsmi göstərişinə əsasən xəstədə respirator xəstəlik simptomları varsa PZR üsulu ilə müayinənin aparılması nəzərdə tutulur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş Koronavirus İnfeksiyasının (Covid-19) idarə olunması üzrə metodik təlimata əsasən bö yüklərdə diaqnostik meyarlar sırasında ağır gedişat zamanı - tənginəfəslik (baxış zamanı və ya xəstəliyin dinamikasında), tənəffüsün çətinləşməsi, hava çatışmazlığı hissi göstərilmişdir. X21 isə məhz tənginəsəflik şikayəti ilə müraciət etmişdir, aşkardır ki, boğulma, tənginəsəflik “COVİD-19” xəstəliyinin başlıca simptomlarından biri olmuşdur.
24. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda (İ cild, i.v.343) qeyd edilmişdir ki, əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan, əməliyya tdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Xəstə fövqəladə təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir. Göründüyü kimi xəstədə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa, o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir.
25. Apellyasiya baxışı zamanı Cavabdeh4 MMC-nin nümayəndəsi qismində iştiak edən Nümayəndə2 göstərmişdir ki, “COVİD-19” xəstələri təxirəsalınmaz hallarda əməliyyat edilə bilərlər. Hər əməliyyat öncəsi “COVİD-19” virusuna dair analiz götürülməlidir. X21 burun çəpəri əyriliyinə görə əməliyyat edilmişdir və əməliyyat fövqəladə-təxirəsalınmış qaydada icra olunmamışdır. Belə olan halda koronovirus xəstələyinin geniş yayıldığı ağır pandemiya dövründə koronovirus infeksiyasının əsas əlamətlərindən olan tənginəfəslik şikayəti ilə müraciət etmiş xəstəyə sadəcə kart-test üsulundan istifadə edilməklə COVİD19 xəstəliyinin aşkar edilməməsi qənaətinə gəlinməsi və əməliyyata alınması yolverilməz olmuşdur. Bir halda ki, X19 özü bildirmişdir ki, bu testin məlumatlılıq dərəcəsi 50-60% təşkil edir.
26. Nəzə rə alınmalıdır ki, koronavirusunun aşkar edilməsi üçün ən dəqiq dəstək müayinəsi, 90-92% dəqiqlik dərəcəsi ilə PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca, təsdiqləyici test bütün dünyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir. Çünki bu molekulyar təsdiqləyici üsuldur. TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci ildə birgə hazırladığı “Tibb işçiləri üçün müvəqqəti rəhbərlik”-də qeyd olunub ki, COVİD-19 xəstəlik halı müşahidə olunanlarda tənəffüs yolu nümunələri virus X1 (PZR) metodu ilə araşdırılmalıdır. Əgər lazım olarsa nümunələr digər tənəffüs yolu xəstəlik törədici faktorları baxımından da araşdırılmalıdır. Xəstədə di gər tənəffüs yolu patogenləri aşkar olunsa da, koinfeksiyaların ola biləcəyini nəzərə alaraq COVİD-19 mümkün yoluxma hallarına uyğun bütün xəstə nümunələri COVİD-19 üçün yoxlanılmalıdır.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2020-ci ildə hazırladığı “Koronovirus infeksiyasının (COVİD-19) idarə olunması üzrə metodik Təlimat”da da qeyd olunub ki, “İFA müsbət nəticə İgM/İgG anticisimlərin aşkarlanması ilə ekspress-test üsulu” ehtimal edilən, “Klinik simptom və əlamətlərdən asılı olmayaraq PZR üsulu ilə COVİD19 infeksiyasının laborator təsdiqlənməsi” isə təsdiqlənmiş hallara aiddir (COVİD-19 halının müəyyənləşdirilməsi üzrə standart: (X8 27 fevral 2020-ci il)). Həmin Təlimata görə, COVİD-19 infeksiyası diaqnozunun təsdiq olunmasının kliniklaborator meyarları aşağıdakılardır: PZR bir dəfə pozitiv olması; Tipik KT əlamətləri və müvafiq klinik mənzərə və sonrakı pozitiv laborator test (o cümlədən, ekspress metodla); Seroloji diaqnostikanın bir pozitiv cavabı (o cümlədən, ekspress metodla) və COVİD-19 infeksiyasının klinik mənzərəsi. Bu meyarlardan birinin olması, diaqnozun təsdiqlənməsi üçün kifayətdir.
28. Göründüyü kimi, mövcud təlimatlara əsasən, şəxsin COVİD-19 infeksiyasına yoluxub-yoluxmamasını müəyyən etməyin yeganə təsdiqlənmiş metodu klinik simptom və əlamətlərdən asılı olmayaraq PZR üsulu hesab olunur. Lakin, Cavabdeh1 (həkim) məlumatlılıq dərəcəsi 50-60% təşkil edən kart-test üsulundan istifadə etmiş və onun cavabına əsasən xəstədə “COVİD-19” xəstəliyinin aşkar edilməməsi qəanətinə gələrək xəstəni əməliyyata almışdır. Xəstənin əməliyyatdan sonra halı pisləş miş və əməliyyatdan bir gün sonra PZR test vasitəsi ilə onda koronovirus xəstəliyinin olması müəyyən edilmiş, daha bir gün sonra isə KT müayinəsinin nəticəsi olaraq xəstənin ağ ciyərlərinin müəyyən qismində 75% “buzlu şüşə” əlaməti aşkar edilmişdir.
29. Şahid ifadələri və Cavabdeh4 MMC-nin nümayəndəsinin izahatından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə xəstəyə baxmaq üçün dəvət olunmuş Cavabdeh4 MMCnin həkimlərinə xəstədə koronovirus infeksiyasının aşkar olunması barədə məlumat verilməmiş, bu səbəbdən də ilkin olaraq onlar xəstədə koronovirus infeksiyasının olmasını güman belə etməmiş (hesab etmişlər ki, normalda əməliyyatdan öncə “COVİD-19” testi götürülmüş və nəticəsi neqativ olmuşdur), yalnız xx.xx.2021-ci il tarixdə KT müayinəsi nəticəsində xəstənin ağ ciyərlərinin müəyyən qismi ndə 75% “buzlu şüşə” əlaməti aşkar edildikdən sonra, onlar dərhal xəstənin ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməli olması qənaətinə gəlmişlər. Cavabdeh4 MMC-nin nümayəndəsi X17 həmçinin göstərmişdir ki, əməliyyata gedəndə də “COVİD-19” virusu xəstədə olmuşdur. Lakin ağ ciyərin rentgeni zamanı bu özünü biruzə verməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır.
30. Bundan əlavə müəyyən olunur ki, xəstədə “COVİD-19” virusunun yoxlanılması karttest üsulu ilə aparılsa da, yaxma analizi ilə aparılması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli rəy onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan tibb sənədləri əsasında tərtib edi lmişdir. X16 ölümünün səbəbi “Covid19”, ikitərəfli viral pnevmoniya, septik şok, ağır intoksikasiya, kəskin tənəffüs çatmamazlığıdır. Döş qəfəsi orqanlarının KT müayinəsində sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilmişdir. Xəstədə “Covid-19” virusu kart-test üsulu ilə yoxlanmışdır ki, bunun da nəticəsi 60-70 faiz düzgün olur. Ekspert rəylərində cavabdeh - həkim Cavabdeh1 və “Elmed” Tibb Mərkəzinin xəstəyə münasibətdə qüsursuz və qüvvədə olan təlimatlara uyğun fəaliyyət göstərdikləri əks olunsa da, qeyd olunan təlimatlar (normativlər) barədə rəylərdə heç bir məlumat göstərilməmiş, həmçinin rəylərdə qoyulmuş sualların əksəriyyətinə cavab verilməməsi ilə yanaşı, “COVİD-19” virusuna yoluxduğu göstərilən xəstə Günay Əliyevanın üzərində cərrahi əməliyyat keçirilməsinə və bundan s onra ixtisaslaşdırılmış tibb müəssisəsinə vaxtında köçürülməməsinə aydınlıq gətirilməmişdir. Ekspertlər tərəfindən klinikalarda tərtib olunmuş tibbi sənədlərdə, xüsusən xəstəlik tarixlərində aparılmış qeydlərdə xəstənin vəziyyəti barədə aşkar ziddiyyətlərin olmasına, xəstənin “Elmed” Tibb Mərkəzindən digər tibb müəssisəsi Cavabdeh4a köçürülərkən, onun “COVİD-19” virusuna yoluxması barədə Cavabdeh4ın həkimlərinə məlumat verilməməsinə (bu fakt xəstə qəbul edilərkən orada iştirak edən klinikanın həkimlərinin ifadələri ilə tam təsdiq edilmişdir) ekspert rəylərində heç bir münasibət bildirilməmişdir. 31. “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il tarixdə saat 13.20-də xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmadığı və hərarətinin 38,5 olduğu göstərilmiş və bu nəzər ə alınaraq xəstənin qanı “Starlab” Klinikasına “COVİD19” virusuna yoluxmanın yoxlanılması üçün saat 14.15-də göndərildiyi və 15.23-də analizin nəticəsinin pozitiv çıxdığı qeyd olunmuşdur. Belə vəziyyətdə, yəni “COVİD-19” virusuna yoluxan xəstəni saat 15.30-dan 19.45-ə qədər saxlayan “Elmed” Tibb Mərkəzi xəstənin nə səbəbə ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görməməsinə aydınlıq gətirilməmişdir. “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xəstənin saat 19.40-da vəziyyətinin qənaətbəxş olduğu, müsbət hemodinamik göstərişlər, valideynlərinin təkidi ilə huşu aydın vəziyyətdə Cavabdeh4a köçürüldüyü qeyd olunsa da, xəstəni qəbul etmiş Cavabdeh4ın xəstəlik tarixindən müəyyən edilir ki, xəstə Günay Əliyeva xx.xx.2021ci il tarixdə saat 19.45-də Cavabdeh4a daxil olarkən, vəziyyəti son dərəcə ağır olmuş, kəskin tənəffüs çatışmazlığı olmuşdur. Göründüyü kimi, xəstə Cavabdeh4a köçürülərkən artıq onun “COVİD-19” virusuna yoluxması aşkar idi, ona görə də onun belə vəziyyətdə həmin sahədə ixtisaslaşmış tibb müəssisəsinə yox, Cavabdeh4 klinikasına köçürülməsi, üstəlik də xəstədə “COVİD-19” virusunun aşkar olunmasını Cavabdeh4 klinikasının həkimlərindən gizlədilməsi “Elmed” Tibb Mərkəzinin öz vəzifə borcuna ən azı etinadsız yanaşması kimi qiymətləndirilir. Məhkəmə üçün heç bir şübhə doğurmayan halın biri də ondan ibarətdir ki, mərhumun Cavabdeh4 klinikasına köçürülməsi onun valideynlərinin təkidi ilə yox, məhz “Elmed” Tibb Mərkəzinin təşəbbüsü ilə baş vermişdir (Cavabdeh4 klinikasının nümayəndəsi B.Qorçuyev apelyasiya icraatında bildirdi ki, xəstəni qəbu l etməyi ondan məhz “Elmed” Tibb Mərkəzindən xahiş etmişlər). X16 “COVİD-19” virusuna yoluxması gizlədildiyi üçün o, xx.xx.2021-ci il tarixdə, saat 19.45-də Cavabdeh4a daxil olduqdan dərhal sonra onun KT müayinəsi keçirilməmiş, bu müayinə yalnız növbəti gün xx.xx.2021-ci il tarixdə keçirilmiş və elə həmin gün ixtisaslaşmış “Yeni Klinika”-ya köçürülmüşdür. Xəstənin lüzumsuz yerə ixtisaslaşmayan klinikalarda saxlanılması və “COVİD-19” əleyhinə heç bir müalicə aparılmaması nəticəsində onun vəziyyəti daha da ağırlaşmış və nəticədə o, vəfat etmişdir. Günay Əliyevanın ölümünün səbəbi də məhz “COVİD19” virusuna yoluxması olmuşdur. Ona görə kollegiya, mərhum vaxtında ixtisaslaşmış müalicə müəssisəsinə keçirilsəydi, düzgün müalicə ala bilməsi barədə iddiaçı tərəfin dəlili ilə razılaşır. Qeyd olunan lara əsasən kollegiya X16 əməliyyatdan öncə “COVİD-19” virusuna yoluxub-yoluxmamasına dair müayinənin kart-test və rentgen vasitəsi ilə aparılmasının tibbi göstərişlərə uyğun olması barədə cavabdeh tərəfin və ekspert rəylərinin dəlilləri ilə qətiyyən razılaşmır və həmin dəlilləri cavabdeh tərəfi müdafiə etmək cəhdi kimi qiymətləndirir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozi siya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
32. Hazırki tələb üzrə iddiaçıya münasibətdə mülki hüquq pozuntusunun (deliktin) törədilməsini məhz iddiaçı tərəf sübut etməlidir. Kollegiya hesab edir ki, işin araşdırılmış halları ilə həkim Cavabdeh1 hərəkətlərinin hüquqa zidd olması kifayət qədər sübuta yetirilmişdir. Belə ki, ağır pandemiya dövründə, sözügedən xəstəliyin geniş yayıldığı bir vaxtda planlı şəkildə əməliyyat həyata keçirən həkimin məlumatlılıq dərəcəsi 50-60% təşkil edən kart-test üsulundan istifadə etməsi tibbi göstərişlərə zidd olmaqla yolverilməz hesab edilir. Günay Əliyevada “COVİD-19” virusunun olub-olmaması PZR test üsulu ilə yoxlanılsaydı, testin nəti cəsi pozitiv çıxar və məhrum əməliyyat olunmazdı. Son nəticədə Günay Əliyeva vəfat etməzdi. Belə olan vəziyyətdə, həkim Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı tərəfə zərər dəyməsi və zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu, habelə həkimin təqsirli olması mübahisə doğurmur. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşır. Buna görə də İddiaçı1 öz övladını itirməsi nəticəsində maddi itikiyə məruz qalması, sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi halların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə is ə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
33. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Qanunvericiliyin tələbinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
34. Mərhum “Elmed” Tibb Mərkəzində əməliyyat edilsə də, “Elmed” özəl tibb mərkəzi C avabdeh2 MMC-nin nəzdində yaradılmış və tibbi fəaliyyətlə məşul olmaq üçün lisenziya Cavabdeh2 MMC-yə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC-dən İddiaçı1 xeyrinə mənəvi zərərə görə 50000 manat tutulmalıdır. Bundan başqa iddiaçı tələbində 700 manat Cavabdeh2 MMC-dən, 1800 manat isə Cavabdeh4 MMC-dən tələb etmişdir. Maddi zərər hissəsində kollegiya qeyd edir ki, Cavabdeh2 MMC-yə ödənilmiş 700 manat MMC-dən tutulmalıdır. Cavabdeh4 MMC-yə (hər hansı həkiminə) münasibətdə isə hər hansı pozuntu aşkar olunmur. Belə ki, X21 xx.xx.2021-ci il tarixdə ağır vəziyyətdə, özü də “COVİD-19” virusuna yoluxması barədə məlumat verilmədən Cavabdeh4 klinikasına köçürülmüş, səhərisi gün xəstə KT müayinəsindən keçirilərək, “COVİD-19” infeksiyasına yoluxması aşkar olunan kimi ixtisaslaşmış müalicə müəssisəsinə köçürülmüşdür. Bununla belə, apellyasiya baxışı zamanı Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə2 humanizm prinsiplərini rəhbər tutaraq maddi zərər hissəsində iddianı qəbul edərək, göstərilən xidmət qarşılığında ödənilmiş 1800 manat pul vəsaitini qaytarmağa razı olduğunu bildirmişdir.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099, 1112-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh2 MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
37. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf mülki qanunvericilikdə göstərilən müddəalar əsasında yalnız zərərin səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı hallarda zərərin ödənilməsi ilə bağlı məsuliyyət daşıyır. Bu prinsipi nəzərə alaraq, iddiaçılar tərəfindən təqdim olunan sübutların, cavabdehlərin qanunsuz hərəkətləri ilə zərərin vurulması arasında səbəbli əlaqə tapılmadığı halda, zərərin ödənilməsi tələbini təsdiq edən sübutların mövcud olmadığı halda məhkəmə qərarı qənaətbəxş hesab edilə bilməz. İş üzrə tibbi sənədlər və ekspertiza rəyləri əsasında burun çəpər əyriliyi əməliyyatının COVİD-19 virusunun inkişafı və ya “Buzlu şüşə”nin yaranması ilə əlaqəsi mövcud deyildir. Məhkəmə işində belə bir əlaqə tapılmamışdır. Hətta, müvafiq müayinələr və ekspertizalar göstərmişdir ki, COVİD-19 xəstəliyi və “Buzlu şüşə”nin yaranması əməliyyatsız da baş verə bilərdi. Beləliklə, cərrahi əməliyyatın COVİD-19 xəstəliyinin ağırlaşmasına səbəb olduğu və ya bu ağırlaşma ilə əlaqəli olduğu barədə heç bir təsdiqedici dəlil yoxdur. İşdə mövcud olan tibbi sənədlər və ekspertiza rəyləri, “Buzlu şüşə” görüntüsünün əməliyyatdan əvvəl və ya əməliyyat sonrası yaranmasını nəzərə alaraq, cavabdehlərin tibbi müdaxiləsinin hər hansı şəkildə zərərin yaranmasında və ya ağırlaşmasında məsuliyyət daşımadığını göstərir. Beləliklə, məhkəmə tərəfindən verilmiş qərar, mövcud sübutların və ekspertiza nəticələrinin düzgün qiymətləndirilməsi nəticəsində təmin edilməlidir. Məhkəmə kollegiyası mərhumədə COVİD-19 virusu xəstəliyinin inkişafının və “buz lu şüşə”nin yaranmasının onun keçirdiyi cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi, həmin əməliyyatın bu xəstəliyin inkişafına hər hansı təsiri öyrənilməmiş, müəyyən edilməmiş, cərrahi müdaxilə ilə COVİD-19 virusu xəstəliyinin inkişafı arasında korrelyasiya dəqiqləşdirilmədən subyektiv mülahizə əsasında qətnamə çıxarılmışdır.
38. MPM-nin 77.1, 82.4 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Prosessual qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə aktı subyektiv mülahizələrə, ehtimallara və ümumi fikirlərə deyil, məhz konkret sübutlara əsaslanmalıdır. “Elmed” Tibb Mərkəzinin həkimi Cavabdeh1 tərəfindən Günay Əliyevanın üzərində burun çəpər əyriliyi ilə bağlı hər hansı qeyri-qanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizləyə yol verməs i həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də təsdiq edilmir. Belə olan halda isə Cavabdeh1 işlədiyi “Elmed” Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməzdi. Eyni hallar digər cavabdeh “X24”a da aid olmaqla cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır. Hazırki məhkəmə qətnaməsi ehtimallara, subyektiv mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanır. Belə ki, iddiaçıların tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkiminin (Cavabdeh1) tibbi normaları (standartları) pozmaqla səhvə yol verdiyi, cavabdehlər tərəfindən diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılm aması və bunun nəticəsində iddiaçıların maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. İş üzrə 2 dəfə məhkəmətibbi ekspertizası təyin edilərək ekspertlər qarşısında iddia tələblərinin əsaslılığı baxımından müvafiq suallar qoyulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki, “Elmed” X20 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh4da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X6 göstərilmiş xid mətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən ç ıxmış fayda) başa düşülür.
42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
45. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçü n) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
46. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kas
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
53. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
54. İşin apellyasiya məh kəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qızı X10 üzərində 18 yanvar 2023-cü il tarixdə Cavabdeh2 nəzdində olan “Elmed” klinikasında həkim Cavabdeh1 tərəfindən planlı “septoplastika” əməliyyatı keçirilmiş, əməliyyatdan öncə X10 “Covid-19” virusuna yoluxmuş, klinikada pasiyentdən “ekspress-test” vasitəsilə “Covid-19” analizi götürülsə də bu analizin cavabı düzgün olmamış, G.Əliyeva virusa yoluxmuş vəziyyətdə əməliyyat olunduğu üçün əməliyyatdan sonra onun səhhətində ağırlaşma baş vermiş və nəticədə həyatını itirmişdir.
55. İşə ikinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə araşdırma aparmış və işin hallarını sübutlarla əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, əməliyyatı həyata keçi rmiş həkim tərəfindən X4 əməliyyatdan sonra ağırlaşmasına gətirib çıxarmış pozuntuya yol verilmişdir.
56. İşin mübahisəsiz halıdır ki, pandemiya dövründə Azərbaycan Respublikasının bütün xəstəxanalarında planlı əməliyyat olunacaq pasiyentlərdən “Covid 19” testi götürülməsi ilə bağlı tibbi göstəriş olmuşdur.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, pandemiya dövründə koronavirusa yoluxmanın ilkin mərhələdə aşkar edilməsi üçün ən dəqiq müayinə üsulu 90-92% dəqiqlik dərəcəsi ilə PZR test olduğundan tibb müəssisəsi və həkim tərəfindən pasiyentdən məhz bu testin nəticəsinin təqdim edilməsi tələb edilməli idi.
58. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
59. İş üzrə verilmiş sonuncu 752/KEŞ saylı məhkəmə tibbi ekspertizasının rəyində “Şübhəli insanlarda “Koronavirus-19” üçün laboratoriya testinin” aparılmasına dair müvəqqəti təlimata istinad edərək respirator xəstəlik əlaməti olmayan Günay Əliyevanın kart-test üsulu ilə müayinə edilməsinin düzgün olduğu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutlarla əlaqəli təhlil edərək ekspert rəyi ilə razılaşmamışdır.
60. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tibbi ekspertizanın istinad etdiyi təlimat yalnız xəstəlik şübhəsi olan insanlarla bağlı müayinə prosedurlarını tənzimlədiyindən əməliyyat olunmalı olan pasiyentlərə şamil oluna və hazırkı mübahisə üzrə tibbi rəy verilərkən həmin təl imata istinad edilə bilməzdi.
61. Hamıya bəlli olan haldır ki, “Covid 19” virusu immun sistemi zəiflədikdə ölümlə nəticələnən ağırlaşmalara səbəb ola bilən virus olmuş və bu virusa yoluxmuş insanlarda hər hansı respirator əlamətlərin özünü göstərməməsi və xəstəlik simptomlarının olmaması mümkün olmuşdur. Məhz bu səbəbdən pandemiya dövründə xəstəlik şübhəsi olan və olmayan əməliyyata alınan bütün xəstələrdən “Covid 19” testinin götürülməsi mütləq və zəruri tibbi göstəriş olmuşdur.
62. Bundan əlavə iş materiallarına əsasən müəyyən edilmişdir ki, əməliyyat olunan G.Əliyevada tibb müəssisəsinə müayinə üçün müraciət edərkən tənginəfəslik əlaməti olmuşdur. Belə olan halda həkim pandemiya dövründə əməliyyat olunacaq şəxsin həyatını və sağlamlığını təhlükəyə atmamaq üçün zəruri ehtiyatlılıq göstər ərək tibbi göstərişə müvafiq olaraq pasiyentin virusa yoluxub- yoluxmadığını nəticəsi daha dəqiq olan üsulla yoxlamağa borclu idi.
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda əməliyyata alınan G.Əliyevada “Covid-19” virusuna yoluxma olub-olmadığının nəticəsi qeyri-dəqiq olan üsulla yoxlanılması apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq delikt (tibbi göstərişin lazımı qaydada icra edilməməsi) kimi qiymətləndirilmiş, bu pozuntu pasiyentin əməliyyat sonrasında ağırlaşmasına və ölümünə səbəb olduğundan tibb müəssisəsin MM-nin 1112-ci maddəsinə görə məsuliyyəti yaranmışdır.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, əməliyyatı həyata keçirmiş həkimin əməlində cinayət tərkibinin olmaması onun əməlində mülki hüququ pozuntus u -delikt olub-olmadığının araşdırılması üçün maneə deyil.
65. Delikt nəticəsində həyatını itirmiş şəxsin iddiaçının qızı olduğu nəzərə alınarsa onun keçirdiyi mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsinə görə məhkəmə tərəfindən mənəvi ziyan tələbinin 50000 manat məbləğində təmin edilməsi ağlabatan məbləğ olmaqla məhkəmə təcrübəsinə uyğundur.
66. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-4052/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.