Məhkəmə qərarları › İş №2(102)-854/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-854/2020

11.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-854/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh x oğlunun və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Paşayev, iş № 2(006)-9396/16) İddiaçı Cavabde h x oğluna qarşı “qeyri-yaşayış sahəsindən (qaraj) çıxarılma” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh x oğlunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, sahəsi 18,2 m2 olan qeyri-yaşayış sahəsindən (qaraj) çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh x oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov-sədrlik edən və məruzəçi, S.Hacıyev və F.Talışinski, iş № 2(103)1538/18) apellyasiya şikayəti təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ş adiyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və G.Quliyev iş № 2(102)7827/2018) İddiaçı kassasiya şikayəti təmin olunaraq iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)-3684/19) Cavabdeh x oğlunun apellyasiya şikayəti təmin edilməyərək hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 27 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh x oğluna qarşı “qeyri-yaşayış sahəsindən (qaraj) çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh x oğlunun ona məxsus olan ünvan 1 ünvanında yerləşən, sahəsi 18,2 m2 olan qeyri-yaşayış sahəsindən (qaraj) çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili D.Məmmədov məh kəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 27 sentyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması barədədir. İlk öncə qeyd edilməlidir ki, hazırkı mülki iş artıq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır. Ali Məhkəmə həmin qərarda qeyd etmişdir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman Cavabdeh istifadəsində olan qarajın 59 saylı MKİS-nin ərazisində yerləşməsinə baxmayaraq həmin qarajın 59 saylı MKİS-nin balansında olmayan ünvan 2 ünvanda yerləşən “Azərittifaqa” məxsus binanın həyətində arxa tərəfdə, yəni B.Bağırova küçəsinə çıxan tərəfdə yerləşməsinə, ekspert rəyində bir sayda qaraj tədqiq olunduğu halda, iki sayda qarajın sərhədlərinin üst-üstə düşməməsinin göstərilməsinin ziddiyyət doğurmasına və bu halın apellyasiya kollegiyası tərəfindən aparılmış yerində baxış (müayinə) zamanı da təsdiqini tapmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdehin istifadəsində olan qarajın iddiaçıya məxsus olmaması və iddiaçıya aid qarajın mövcud olmaması kimi səhv nəticəyə gəlinib iddia tələbinin rədd olun ması barədə qərar qəbul edilmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə predmetinin qeyri-yaşayış təyinatlı obyekt olmasına və iş materiallarında həmin obyektin Nəsimi rayon 59 saylı MKİS-nin balansında olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mövcud olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qarajın ünvanının ünvan reyestrini aparan müvafiq İcra Hakimiyyəti orqanı vasitəsi ilə dəqiqləşdirilməsi üçün prosessual hərəkətlər aparılmadan tərəflərin iddia etdiyi qarajın hüquqların dövlət qeydiyyatını təsdiq edən texniki pasporta malik İddiaçı məxsus olmaması kimi səhv nəticəyə gəlinməklə iddia tələbinin rədd olunması barədə düzgün olmayan qərar qəbul edilmişdir. Yeni apellyasiya baxışı z amanı alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 aprel 2019-cu il tarixli və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 avqust 2019-cu il tarixli rəylərində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən tədqiqat obyektinə texniki baxış keçirilmiş, arxiv texniki pasportunda sözügedən əmlak tikintialtı sahəsi 18.2 m2 olan metal qaraj kimi qeyd edilmişdir, faktiki olaraq tikintialtı sahəsi təqribi 17,0 m2 olan daş qarajdır (çöl ölçüləri dəqiq ölçmək mümkün olmamışdır). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən İddiaçı nümayəndəsinin göstərdiyi qaraj 15 avqust 2006-cı il tarixli texniki pasportundakı situasiya planına uyğundur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil lərlə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etmişdir. Əvvəla, iddiaçının tələb etdiyi qarajla cavabdehin qarajının eyni olmaması bu sahəyə cavabdeh olan yuxarıda qeyd olunan dövlət qurumlarının verdiyi rəylərlə təkzib olunur. Yəni, iddia edilən mübahisəli ərazi məhz iddiaçıya məxsus qarajın yerləşdiyi sahə olmuşdur. Ünvanların fərqli olması isə qeyd olunan rəylərlə təsdiq olunmur. Əksinə, həmin rəylərdə iddia edilən qarajın iddiaçı tərəfindən təqdim edilmiş 15 avqust 2006-cı il tarixli texniki pasportdakı situasiya planına uyğun gəldiyi təsdiq olunur. Bu hal isə mübahisəli ərazinin iddiaçıya aid olduğunu birmənalı təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 19 aprel 2018-ci il tarixli, 33162 s aylı rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, ekspert rəyi ilə ünvan 4 ünvan üzrə iddiaçının adına tərtib olunmuş texniki pasportda göstərilən sahəsi 18,2 m2 olan dəmir qarajın parametrlərinə uyğun tikilinin müəyyən olunmaması, iddia edilən ərazinin iddiaçıya məxsus qarajın yerləşdiyi yer olmadığına dəlalət etmir. Ekspert iddiaçının iddia etdiyi qaraj yerinin başqa ünvanda olduğu, mübahisəli tikilinin iddiaçıya məxsus texniki pasportda göstərilən qaraj (qaraj yeri) olmadığı qənaətinə nəyin əsasında gəldiyini rəydə göstərməmiş, qənaəti ilə bağlı səlahiyyətli dövlət qurumlarının məlumatına istinad etməmişdir. Belə ki, sənəd üzrə də hər iki qarajın sərhədləri üst-üstə düşməyə bilər, lakin cavabdehə məxsus sənədin özü də mötəbər olmalı, yəni başqa mülkiyyətçiyə aid qa raja verilməməlidir. İkincisi, iddiaçının mübahisəli ərazidə yaşamaması və köçüb getməsi cavabdehə onun mülkiyyətində olan qarajı zəbt etmək üçün əsas vermirdi. İddiaçının metaldan olan qarajının yerində cavabdehin daşdan tikili inşa etməsi də vəziyyəti dəyişmir. Bakı şəhəri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən də iddiaçının mülkiyyətində olan qarajın cavabdehin istifadəsinə verilməsi qanuni hesab edilə bilməz. Çünki, iddiaçı həmin quruma belə bir səlahiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci mad dəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilk iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı fakt ları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötə bər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh x oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 27 sentyabr 2019-cu il tarixli, 3684/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar