Məhkəmə qərarları › İş №2(102)-854/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-854/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-854/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qasımova (Süleymanova) Xəyalə Eldar qızı və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı (X8, X16, X17 və X11 üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsızlığı, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qasımova (Süleymanova) Xəyalə Eldar qızı və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı (X8, X16, X17 və X11 üçüncü ş əxslər qismində cəlb edilməklə) “etibarnamənin və onun əsasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyatına dair hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən Qasımova (Süleymanova) Xəyalə Eldar qızı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə verilmiş etibarnamənin, xx.xx.2014-cü il tarixli bağışlaması müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2014cü il tarixli seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, mərhum anası X13 xx.xx.2014-cü il tarixdə X4 mülki etibarnamə vermiş və xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında anasının adından çıxış edən bacısı X8 evi cavabdeh X12 bağışlamışdır. Bütün bu işlərdən onun xəbəri olmamış, yalnız anasının ölümündən sonra bunu bilmişdir. Sona Allahverdiyeva bildirmişdir ki, nə etibarnamədən, nə də bağışlama müqaviləsindən xəbəri yoxdur, həmin sənədlərə imza atmamışdır, belə bir sənədlərin mövcudluğunu ondan eşidir. Bağışlama müqaviləsindəki imza mərhum anasının adından edilsə də, imza və “Əliyeva Fatma” sözl əri onun, habelə bacısı X8 tərəfindən icra edilməmişdir. Həmin bağışlama müqaviləsi qanuni tələbləri pozulmaqla anasının adından tərtib edilmişdir. O, qeyd edir ki, anası 1934-cü il təvəllüdlü olmaqla vəfat edərkən 86 yaşı olmuşdur və təbii ki, bu yaşda adamı aldadaraq hansısa sənədlərə imza etdirmək elə də çətin məsələ deyildir. Ona görə də qeyd olunan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.

3. Cavabdeh bildirir ki, nənəsi Fatma Əliyevaya sağlığında yalnız o qulluq göstərmişdir, onun bütün dəfn və yas xərclərini o çəkmişdir, baş daşını o qoydurmuşdur. Ona görə də o, sağlığında əvvəlcə evini ona vəsiyyət edib, daha sonra isə bağışlayıb. Etibarnamə və bağışlama müqaviləsi tam qanuna uyğun verilib.

4. Cavabdehin vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bil dirir ki, etibarnamə vermiş şəxs vəfat edib. Etibarnaməni həmin şəxs və ya onun hüquqi varisləri, yəni vərəsəliklə bağlı hüquqları müəyyən olunan şəxslər mübahisələndirə bilərdilər, hazırkı iş üzrə iddiaçı belə bir subyektiv hüquqa malik deyil. Mərhumun övladlarının heç biri vərəsəliklə bağlı notariat kontoruna müraciət etməyiblər və vərəsəliyi ümumiyyətlə qəbul etməyiblər. Bundan başqa, əqdin etibarsızlığına dair iddia müddəti ötürülüb. Əqdin etibarsız sayılması ilə bağlı MM-nin 372-ci maddəsində nəzərdə tutulan iddia müddəti 1 il müəyyən edilmişdir.

5. İşin mübahisəsiz halına əsasən, xx.xx.2010-cu il tarixdə X13 xüsusi mülkiyyətində olan əmlakını X12 vəsiyyət etmiş və vəsiyyətnamə özü tərəfindən şəxsən imza edilməklə, şahidlərin iştirakı ilə Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəs i tərəfindən təsdiq olunmuşdur. xx.xx.2014-cü il tarixdə isə, X13 onun bütün əmlakını idarə etməklə bağlı bütün hərəkətləri X4 30 il müddətinə etibar etmişdir. X1 adında bir şəxs imzalamışdır. Buna səbəb kimi, X6 oxuma və yazma qabiliyyətinin olmaması göstərilmişdir. 6. xx.xx.2014-cü il tarixdə X6 adından etibarnamə əsasında X3 rayonu, Arzu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evini X12 bağışlamış, xx.xx.2014-cü il tarixdə X9 bağışlanan əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. 7. 27.12.2020-ci il tarixdə X13 vəfat etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/551 nömrəli, xx.xx.2021-ci il tarixli və 4/1244 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza rəyləri ilə müəyyən e dilmişdir ki, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsində “imzalar qrafası qarşısındakı imza” və “Əliyeva Fatma” əlyazmaları – X8 tərəfindən icra olunmuşdur.

9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 ifadəsində bildirmişdir ki, onun anasına kim baxıbsa, anasının evi də onun olmalıdır. Sağlığında anasına cavabdeh Xəyalə Qasımova qulluq göstərib, onun dərmanlarını alıb, anasının dəfn və yas xərclərini çəkib. Xəyalə anasının dəfn xərclərini çəkib, baş daşını qoydurub, 3 və 40 mərasimlərini öz pulu ilə verib. Qardaşı olan iddiaçı isə kişilərin yas mərasiminə yazdırdıqları pulları alıb xərcləmişdir. O, Bakı şəhərində yaşayır. Anası vəfat edən gün sonuncu dəfə onunla mobil telefonla əlaqə saxlamışdır. Anası üçün hər dəfə telefonu Xəyalə yığmışdır və o, anası ilə telefonla danışmı ş, anası hər dəfə Xəyalədən razılıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, X6 xx.xx.2014-cü il tarixdə verilmiş etibarnamə və onun əsasında bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı notarius F.Məmmədov tərəfindən qüsurlara yol verilmişdir. Belə ki, etibarnaməni mülkiyyətçinin əqdi imzalaya bilməməsi səbəbi göstərilməklə başqa şəxs imzalasa da, həmin şəxs sənəddə həmçinin mülkiyətçinin adından da imza çəkmiş və onun inisalları yazılmışdır. Habelə, müqavilə nümayəndə S.Allahverdiyevanın adından tərtib olunsa da, imzanın qarşısında yenə F.Əliyevanın inisalları qeyd olunmuşdur.

11. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(067)-51/2022 nömrəli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia təmin edilmiş, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə 7E-1472 reyestrli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən X9 adına verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir.

12. Məhkəmə X6 xüsusi mülkiyyətində olan əmlakını X12 xx.xx.2010-cu ildə vəsiyyət etməsi və vəsiyyətnaməni şahidlərin iştirakı ilə özünün şəxsən imza etməsi barədə Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnaməyə əsasən belə n əticəyə gəlmişdir ki, X6 yazı yazmaq qabiliyyəti olmuşdur.

13. Məhkəmənin iddia müddətinin tətbiqi ilə ərizənin təmin olunmaması ilə bağlı mövqeyi belə olmuşdur ki, həqiqətən də, iddiaçının 7 il ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi və yalnız mərhumun yas mərasimindən sonra mübahisələndirməsi onun bu müqavilə barədə məlumatsız olması ilə bağlı olmuşdur. Onun bağışlama müqaviləsinin və bunun əsasında verilmiş müvafiq Çıxarışın mövcudluğun bilməli olması qeyri-mümkün hesab edilir. Ona görə ki, o, həmin proseslərdə iştirak etməmişdir. İştirak etmədiyi halda isə bu barədə heç cür məlumatlandırıla bilməzdi.

14. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmaması barədə dəlillərinə münasibətdə hesab etmişdir ki, İddiaçı qeyd olunan iddia tələbinin irəl i sürməsinə dair birbaşa subyektiv hüququ mövcuddur. Çünki, mübahisəli daşınmaz əmlak onun mərhum anasına məxsus olmuşdur, o isə mərhumun oğlu olduğundan birinci dərəcəli vərəsəsi hesab edilir və hazırki bağışlama müqaviləsi birbaşa onun hüquqlarına təsir edir.

15. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi barədə nəticəyə gələrkən mövqeyi ondan ibarət olmuşdur ki, etibarnamə rəsmiləşdirilərkən nöqsanlara yol verildiyindən, onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi də etibarsız hesab edilməli və müqavilə əsasında alınmış çıxarış da ləğv edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1, 334.2, 355.1, 372, 377.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 108, 119.1, 217.4-cü, “ Notariat haqqında” Qanununun 27-ci və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətini birinci instansiya məhkəməsindəki izahatına və iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd edilənlərə uyğun əsaslandırmışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkə məsinə göndərə bilər.

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

34. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edi lməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

39. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də iddia tələbinin təmin olunması əsası kimi 2 hala istinad etmişdir: vəsiyyətnamənin mərhum X6 yazı yazmaq qabiliyyəti olmasına dəlalət etməsi və notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən nöqsanlara yol verilməsi.

40. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən istinad olunan vəsiyyətnamə kserosurətdir. Belə olan hald a, həmin vəsiyyətnaməni sübut qismində qiymətləndirən məhkəmələr ilk növbədə onun mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalı idi.

41. Mülki Prosessual Məcəlləyə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (89.3).

42. Göründüyü kimi, məhkəmələr tərəfindən yazılı sübut qismində qəbul olunaraq iddia tələbinin təmin əsası kimi istinad olunan vəsiyyətnaməyə prosessual baxımdan düzgün hüquqi qiymət verilməmişdir.

43. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, istinad olunan vəsiyyətnamədə olan imzanın mərhum X1 0 məxsus olması ehtimal olunsa belə, bu onun yazı yazmaq qabiliyyətinin olmasının göstəricisi kimi qəbul oluna bilməz.

44. Belə ki, həmin vəsiyyətnamədəki yazı xəttindən aşkar olaraq görünür ki, mərhum X2, ad və ata adının inisialı ilə imza eyni şəxs tərəfindən icra olunmamışdır. İmza özü isə, kiril əlifbası ilə yazılmış F (Ф) hərfindən və əyri xətlərdən ibarətdir. İmzanın mərhuma aid olduğu ehtimal olunarsa belə, bu yazı yazmaq qabiliyyətinə dəlalət edən hal hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, yazı – səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. Ona görə də imzada olan bir hərfə görə şəxsin yazı yazmaq qabiliyyətinə malik olması barədə halın müəyyən edilməsi əsaslı və qəbuledilən sayıla bilməz.

45. Məhkəmə kollegiyası notarial hərəkətlərin aparılması zamanı not arius tərəfindən yol verilmiş nöqsanlarla bağlı qeyd edir ki, həmin nöqsanlar formal xarakter daşıyır. Belə ki, notarius notarial sənədin tərtibatında yanlışlığa yol vermiş, etibarnaməni Fatma Əliyevanın adından imzalamış Mirzəxan Vəliyevin imzasının qarşısına Fatma Əliyeva yazmışdır. Lakin notarius tərəfindən etibarnamənin arxa hissəsinə dəqiqləşdirici qeyd aparılmış, Fatma Əliyevanın oxuma-yazma qabiliyyəti olmadığından, imzanın onun adından Mirzəxan Vəliyev tərəfindən icra olunması göstərilmiş, qeyd hissə də etibarnamə verilən tarixdə notarial qaydada təsdiqlənmişdir.

46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin etibarnamə ilə bağlı qeyd etdikləri evin cavabdehə bağışlanması ilə bağlı mərhum Fatma Əliyevanın iradə ifadəsini aradan qaldıran hallar kimi şərh oluna bilməz.

47. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir.

48. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evin cavabdehə bağışlanması barədə yalnız mərhum anasının yas mərasimində məlumatlı olduğundan, iddia tələbini 7 il ərzində irəli sürməmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini də əsassız və qanunsuz hesab edərək qeyd edir ki, evin bağışlanması müqaviləsini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yalnız anası vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi qismində yaranmış dır. Anasının sağlığında isə müqaviləni mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Müqavilə bağlandığı vaxtdan mərhum Fatma Əliyevanın vəfatına qədər olan müddətdə isə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olmuşdur. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

50. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi iddia tələbinə iddia müddətini (Mülki Məcəllənin 377.1-ci maddəsi) tətbiq etmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan, iddia müddətinin deyil, kəsici müddətin (Mü lki Məcəllənin 354.2-ci maddəsi) tətbiq olunması müzakirə olunmalı idi.

51. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə mü əyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Mə hkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

55. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq mübahisəni həll etməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar