Məhkəmə qərarları › İş №2(102)-855/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-855/2025

06.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-855/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Xıdırov Əhliman Mehman oğlundan ibarət tə rkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)958/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 nömrəli, 23 yanvar 2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)241/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların isə icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)5525/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)958/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)- 5525/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

4. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkət ləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxs lər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci m addəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə; 408.1.4-cü maddəsinə əsasən isə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmam ışsa, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtin a barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, iddiaçı tərəfindən kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş, həmçinin kassasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət ötürülməklə verilmişdir.

8. Belə ki, iş materiallarından müə yyən olunur ki, hazırkı kassasiya şikayəti iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmişdir. 9. “Dövlət rüsumu haqqında” Qanunun 9.17-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə dövlət rüsumunun ödənilməsindən azad olsalar da, iş üzrə icraata xitam verilməsi barədə qərardad – bu qaydadan istisnalardan biridir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən isə belə qərardadlardan verilən şikayətlərə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

10. Lakin, hazırkı iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti versə də, “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsi ilə müəyyən olunan məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etməmiş, habelə bu rüsumun ödənilməsindən azad olunmasını əsaslandırmamışdır.

11. Əksinə, o, kassasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində rüsumdan azad olunmasını qeyd olunan Qanunun 9.17-ci maddəsinin dispozisiyası ilə əsaslandırmışdır ki, qeyd olunduğu kimi, həmin maddədə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət üzrə dövlət rüsumundan azad olunması nəzərdə tutulmamışdır.

12. Digər tərəfdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının nümayəndəsi, Vəkil2 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə 16 yanvar 2025-ci il tarixdə yerləşdirilmişdir. 13. 26 yanvar 2025-ci il tarixin qeyri-iş günə - həftənin bazar gününə təsadüf etməsi nəzərə alı nmaqla, qərardaddan kassasiya şikayətinin verilməsinin sonuncu günü 27 yanvar 2025-ci il olmuşdur. İddiaçı isə hazırkı kassasiya şikayətini qanunla müəyyən olunmuş prosessual müddəti ötürməklə - 28 yanvar 2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirmişdir.

14. Qeyd olunmalıdır ki, kassator apellyasiya instansiyası məhkəməsinə buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, lakin həmin məhkəmə tərəfindən ərizəyə baxılmadan, prosessual müddətin bərpası üçün əsasların olub-olmamasını müəyyən etmədən, kassasiya şikayəti Ali Məhkəməyə göndərilmişdir.

15. Qeyd olunanlara əsasən, iddiaçı kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə və həmin kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)958/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üç ün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar